Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - Ç ilə başlayan aforizmlər


·         Çox danışana ancaq lal həsəd aparır. (Cübran)

·         Çox vaxt, sözün həqiqi mənasında ağrıyla başa düşürəm ki, , izah etmək istədiyimin iyirmidə birini belə izah edə bilmədim və hətta heç bir şey izah edə bilmədim. Məni rahatlaşdıran şey, Tanrının bir gün mənə o gücü və ilhamı göndərəcəyinə, mənim də özümü tamamilə izah edə biləcəyəimə, qısacası ürəyimdəki və xəyal dünyamdakı hər şeyi ortaya qoyacağaıma dair olan ümidimdir. (Fyodor Dostoyevski)

·         Çox lazımsız şeyləri çox fikirləşirəm. Deyəsən elə buna görə həmişə ağlımdasan. (Pol Oster)

·         Çaylar dənizdə itdikləri kimi, fəzilətlər də mənfəətdə itərlər. (Fransua de Laroşfuko)

·         Çətinliyə demək olar ki, hər insan dözə bilər lakin onun xarakterini sınamaq istəyirsinizsə ona güc verin. (Avraam Linkoln)

·         Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir. (Jan Jak Russo)

·         Çiçək, mən səni divarın çatından qoparmışam, sənin kökünü və bütünlüklə səni öz əlimdə tutmuşam. Lakin əgər mən dərk edə bilsəydim ki, sən, sənin kökün və başdan-başa sənin özün nəsən, onda mən anlaya bilərdim ki, insan nədir və Allah nədir. (Alfred Tennison)

·         Çox dil bilmək bir qıfıla bir neçə açarla yaxınlaşmaq imkanıdır. (Volter)

·         Çalışmaq bizi bu üç şeydən qurtarar: Can çətinliyi, pis vərdişlər, yoxsulluq. (Volter)

·         Çox təəssüf ki, hər birliyin bir də ayrılığı olur; çox təəssüf ki, hər başlanğıcın bir sonu olduğu kimi... (Barış Manço)

·         Çox az adam, yaxşı talehli bir dostun müvəffəqiyyətlərini qısqanclıq etmədən təbrik edə bilər. (Esxil)

·         Çoxlarına şöhrəti düşmənləri gətirmişdir. (Baltazar Qrasian)

·         Çağları tanımaq istəyirsinizsə, çağların alqışladıqlarına baxın. (Ergün Gülər)

·         Çox bəzənənlərə baxın; hamısı da gizlənmək istəyir. (Aristotel)

·         Çox vaxt gücsüzlüyü və süstlüyü səbir zənn edirlər. (L.Habbard)

·         Çətinliklər, zamanında etmədiyimiz asan şeylərin yığılmasıyla meydana gələr.. (Henri Ford)

·         Çox gözəl iy verirsən, sən də məni iylə... (Coni Bravo)

·         Çox cavan yaşda öldü. Tanrının bu yolunu anlamadım. (Tereza Ana)

·         Çox sahiblənmədən sevəcəksən məsələn. Həm hər an ovuclarından itib gedəcəkmiş kimi, Həm də həmişə səninlə qalacaqmış kimi. (Can Yücəl)

·         Çox gözləyən, daha az olanı ümid etməyi də bilər. (Qabriel Qarsia Markes)

·         Çalışmayana Allah da yardım etməz. (Sofokl)

·         Çox böyük tarix lazımdır ki, bir az ədəbiyyat alınsın. (Henri Ceyms)

·         Çox səbir lazımdır ki, səbirli olmağı öyrənərsən. (Yakob Mixael Reynqold Lents)

·         Çəkdiyim hər şəkil öz həyatıma soruşduğum bir sual idi. (Leonardo da Vinçi)

·         Çiçək gah açıqdır, gah da pünhandır, 
Ağac gah geyimli, gah da üryandır. 
(Sədi Şirazi)

·         Çörəyim artdıqca əksildim haman 
Yoxsulluq yaxşıdır sail olmaqdan. 
(Sədi Şirazi)

·         Çox mal haramsız, çox söz yalansız olmaz. (Yunus Əmrə)

·         Çay suyu dənizə qarışdıqdan sonra onu geri çəkmək mümkünmü? (Məhməd Murad İldan)

·         Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır. (Mühəmməd peyğəmbər (SƏS))

·         Çox gülmək qəlbi öldürər. (Mühəmməd peyğəmbər (SƏS))

·         Çalışmaq həyat, düşünmək işıqdır. (Viktor Hüqo)

·         Çəkicdən başqa heç nəyi olmayanın gözləri hər yerdə ancaq mismar görər. (Viktor Hüqo)

·         Çempionlar salonlardan çıxmaz. Çempionlar içlərində ehtiras, xəyal və məqsəd olan insanlardan çıxar. (Məhəmməd Əli)

·         Çaylar,göllər və kiçik çaylar- bütün bunlar müxtəlif adlara malikdirlər amma onları birləşdirən hər birinin tərkibinin sudan ibrət olmasıdır. Dinlər də belədir, müxtəlif cür səslənsə də bütün dinlərin əsasının düzgünlük olmağı onları birləşdirir. (Məhəmməd Əli)

·         Çətinliklərin öhdəsindən gəlmək yüngüldən, əzəmətliliyin həyata keçməsi azacıqdan başlayır, ona görə ki, dünyada çətinliklər asanlıqdan, əzəmətlilik isə azacıqdan törənir. (Lao-tszı)

·         Çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, əslində biz cəsarət edə bilmədiyimiz üçün çətindir. (Ernesto Çe Gevara)

·         Çox şey öyrənə bilməyin sirri – əvvəlcə az şey öyrənməkdən başlamaqdır. (Con Lokk)

·         Çox şeyi bilmək ağıl öyrətmir. (Heraklit)

·         Çox məlumatlı olmağın ağıllı olduğunu göstərməz. (Heraklit)

·         Çox şeyi demək istəyən öz fikirlərini qısa ifadə etməlidir. (Norbert Hinske)

·         Çox xırdalar bərk ayaqda qeybə çəkilir; 
Böyük dərdlə vuruşana böyük deyildi. 
(Məmməd Araz)

·         Çoxdan deyilib ki, inqilablı nəzəriyyətsiz inqilab hərəkəti ola bilməz və indiki vaxtlarda bunu sübut etmək lazım deyil. (Vladimir İliç Lenin)

·         Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını (Mirzə Ələkbər Sabir)

·         Çoxbilmişlik nadanlığın ən pis növüdür. (Qeorq Kristof Lixtenberq)

·         Çox pul qazanmaq - igidlik; onu saxlamaq - müdriklik; məharətlə xərcləmək isə - incəsənətdir. (Bertold Averbax)

·         Çörəyi bölüşmək onu yeməkdən daha ləzzətlidir. (Naməlum)

·         Çılğın məhəbbətdən qorxmaq lazımdır, çünki o hər an nifrətə çevrilə bilər. (Henri Toro)

·         Çox vaxt qorxu, yalan danışmasını öyrədər. (Alfred De Viqni)

·         Çox gözəl olsa da eybi gizlətmək
Dost dostun eybini örtməsin gərək. 
(Nizami Gəncəvi)

·         Çalışan insanların nankor olduğunu heç görmədim. (İohann Volfqanq Göte)

·         Çox soruşursansa, pis xəbər almısan deməkdir. (İohann Volfqanq Göte)

·         Çox təəssüf ki, biri təcrübə qazandıqca gəncliyini itirir. (Vinsent van Qoq)

·         Çöx böyük çətinliklərlə qarşılaşsan da, pessimizmə qapılma, sonda hər şey yaxşı olacaq. Həm də əvvəldə heç kim tam istədiyini edə bilməz. (Vinsent van Qoq)

·         Çoxlu qüsurları olan insanlar qüsurları ilk növbədə başqalarında görürlər. (Frensis Bekon)

·         Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. (Rövşən Abdullaoğlu)

·         Çətinliyə dözmək üçün min metod axtarmaqdansa, nəyə görə dözəcəyinə bir səbəb tapmaq daha yaxşıdır. (Rövşən Abdullaoğlu)

·         Çox zəngin adam harın ola bilər, qürurlu ola bilməz, çünki var-dövlətini itirmək qorxusu qürurlu olmağa imkan vermir. (Əbu Turxan)

·         Çılpaq fikir darıxdırıcı, çılpaq duyğu utandırıcıdır. (Əbu Turxan)

·         Çiy fikir söyləmək çılpaq gəzmək kimi bir şeydir. (Əbu Turxan)

·         Çox vaxt məşhur adamların özünə yox, şöhrətinə pərəstiş edirlər. (Əbu Turxan)

·         Çox pulu olan, lakin ondan istifadə etməyi bacarmayan adamlar olduğu kimi, çox biliyi olan, lakin onu düzgün yönəldə bilməyənlər də var. (Əbu Turxan)

·         Çoxu azın səviyyəsinə yüksəltmək, azı çoxun səviyyəsinə salmaqdan qat-qat çətindir. (Əbu Turxan)

·         Çox vaxt qadınlar ağılın yoxluğundan yox, çoxluğundan ağılsızlıq edirlər. (Əbu Turxan)

·         Çökən bir millət uçurumun tam dibinə çatmasa, qalxmaq üçün təkan verə bilməz. (Əbu Turxan)

·         Çətin olan hər iki dünyada bəxtəvər olmaqdır. (Əbu Turxan)

·         Çayın həyatı onun axmasındadır. Dənizə çatmaq sanki bu həyata son qoyur, amma əslində onun həyatı öz mənasını bu vüsal məqamında tapır. 
Dua: Qoy sənin vüsalın çayın dənizə qovuşması kimi davamlı olsun! 
(Əbu Turxan)

·         Çirkoy paltarda çirk bilinməz. (Əbu Turxan)

·         Çox tez əldə olunmuş uğur həmişə keçici olur, çünki o, istedadın yox, təsadüfün bəhrəsidir. (Vovenarq)

·         Çox su verəndə ölərmiş ya çiçəklər, birini də çox sevəndə buraxıb gedirmiş məgər.. (Camal Sürəya)

·         Çıxmağıma kömək edin. Enəndə, necə olsa da, yalnız qalacam. (Edam kürsüsünə çıxarkən cəllada dediyi son sözü) (Tomas Mor)

·         Çox bilənin dərdi də çox olar. (Doris Lessinq)

·         Çox tənha adam üçün səs-küy də təsəllidir (Fridrix Nitsşe)

·         Çirkli bir uşaq üzüyəm qapında; Amma dünyanın ən təmiz gözləriylə baxıram sənə! şəkər deyil istədiyim, ürəyini qoy ovuclarıma! (Yılmaz Ərdoğan)

·         Çıxan can geri dönməz (Dədə Qorqud)

·         Çiçəyi elə gözəl, elə incə edən onun torpaqdan çıxanda çəkdiyi əzabdır. (Könül Bünyadzadə)

·         Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. (Nikola Şamfor)


Bugün 1 ziyaretçi (33 klik) kişi burdaydı!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=