Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - Aforizmlər (B)


·         Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər. (Mustafa Kamal Atatürk)

·         Bütün ümidim gənclikdədir. (Mustafa Kamal Atatürk)

·         Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür. (Mustafa Kamal Atatürk)

·         Biz Türklər, bütün tariximiz boyunca azadlıq və istiqlala timsal olmuş bir millətik. (Mustafa Kamal Atatürk)

·         Bir Türk dünyaya əvəzdir. (Mustafa Kamal Atatürk)

·         Bilək ki, milli mənliyini bilməyən millətlər, başqa millətlərə yem olarlar. (Mustafa Kamal Atatürk)

·         Biz ancaq onun üçün yaşayırıq ki, gözəlliyi kəşf edək. Qalan şeylər intizarın əlvanlığıdır. (Cübran)

·         Bəşəriyyət – əzəliyyətdən əbədiyyətə axan nur çayıdır. (Cübran)

·         Bədbəxt o millətdir ki, tikmədiyini geyir, əkmədiyini yeyir! Bədbəxt o millətdir ki, talançılarını qəhrəman mərtəbəsinə yüksəldir, təkəbbürlü qəsbkarlarını isə alicənab sayır! (Cübran)

·         Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun. (Cübran)

·         Başqasını anlamaq istəyirsənsə, onun nə dediyini yox, nə demədiyini eşit. (Cübran)

·         Bir-birinizin badələrinizi doldurun, amma bir badədən içməyin. (Cübran)

·         Biz tez-tez gələcək günlərdən borc götürürük ki, keçmiş günlərin borclarını qaytaraq. (Cübran)

·         Bu gün keçmiş nəsillərin gördükləri böyük işlər əvvəllər bir insanın ağlında gizli yaranan bir fikir olub. (Cübran)

·         Biz iki nəfər olmalıyıq ki, həqiqəti kəşf edək: biri – onu bəyan etmək, digəri – onu dərk etmək üçün. (Cübran)

·         Böyük şair – bizim sükutumuzu ifadə edə bilən şairdir. (Cübran)

·         Bir qırıq qəlb digər qırıq qəlbə təskinlik verə bilməz. (Cübran)

·         Buzlaşmış bir ruham mən! Ərisəm, geri dönəmmərəm! (Kiçik İsgəndər)

·         Bağışlanılan imtina ediləndir. O, bağışlanıldı... Çünki ondan imtina edildi! (Kiçik İsgəndər)

·         Bundan 20 il sonra etdiklərinə görə yox, edə bilmədiklərin üçün kədərlənəcəksən; ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf et. (Oldos Haksli)

·         Budağın ucuna getməkdən qorxma, meyvə oradadır. (Oldos Haksli)

·         Bu dünya, bəlkə də bir başqa planetin cəhənnəmidir. (Oldos Haksli)

·         Bəzən içindəki o səssiz səsə, mütəxəssislərdən daha çox güvən. (Oldos Haksli)

·         Başlamaq üçün ən uyğun zamanı gözləsən heç başlamaya bilərsən; İndi başla, indi olduğun yerdən, əlindəkilərlə başla. (Oldos Haksli)

·         Başqalarının ağrılarına qatılaram, amma xoşbəxtliklərinə yox, çünki başqalarının xoşbəxtliyində qəribə bir sıxıcılıq var. (Oldos Haksli)

·         Başqalarının ağılı ilə cümlə qura bilməzsiniz; amma başqalarının cümlələriylə ağıllı görünə bilərsiniz.. (Oldos Haksli)

·         Böyük adam böyüklüyünü kiçik adama hərəkətləri ilə göstərər. (Oldos Haksli)

·         Bir qadının diqqəti həmişə pis sədası yayılan kişidə olur. Çünki, sevgi onu düzəldər deyə düşünür. (Aqata Kristi)

·         Bu dünyada bir başqasının yükünü yüngülləşdirən heç kim faydasız deyil. (Çarlz Dikkens)

·         Bir şeirdir qadın bədəni də, 
Yaranışın ən xoş anında 
Yaradan özü bu poemanı, 
Həkk etmiş tale kitabında. 
(Heyne)

·         Bil ki, geridə qoyduqların irəliləmənə mane olacaq. Unutma, irəli gedə bilmək üçün, arxadakıları unutmaq lazımdır. (Adam Faver)

·         Bəraət qazandırın, qınamayın, amma yamanlığa, pisliyə başqa ad verməyin. (Fyodor Dostoyevski)

·         Buna əminliklə inanın ki, xalqını anlamayan, onunla əlaqələrini qoparan insan bunu etdiyi ölçüdə yurduna inancını itirər, ya dinsiz olar ya da duyğusuz bir odun. (Fyodor Dostoyevski)

·         Bir qadının həyatı; hər hansı bir kişiyə boyun əyib bağlanmaq üçün bir axtarışdan başqa bir şey deyil. (Fyodor Dostoyevski)

·         Bəzi insanlar, ev itləri kimi, yamandıqları qapıdan ayrılmazlar. (Fyodor Dostoyevski)

·         Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər. (Fyodor Dostoyevski)

·         Bir ağacın qarşısından onu sevmədən, onun var oluşundan xoşbəxtlik hiss etmədən keçilə biləcəyini ağlım qəbul etmir. (Fyodor Dostoyevski)

·         Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir. (Fyodor Dostoyevski)

·         Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir. (Fyodor Dostoyevski)

·         Bil ki, insanın dəyərini varlığı deyil yoxluğu göstərər. Unutma, yoxluğu bir şey dəyişdirməyənin, varlığı lazımsızdır. (Fyodor Dostoyevski)

·         Bu dünya beş qəpik belə etməz, unutma. Özünü dünyalar qədər qiymətli sananlar isə öz qiymətini təyin edir əslində. (Pol Oster)

·         Bir qadının nə dediyinə deyil, nə demək istədiyinə qulaq as. Çünki onlar, kimsə qırılmasın deyə bəzi şeyləri söyləməzlər. (Pol Oster)

·         Bir qadının canı yananda, bir kişinin başı bəlaya girmək üzrədir. (Pol Oster)

·         Bir gözəllik et özünə.. Yalnız sahib olduqlarını düşün, xoşbəxt ol onlarla. Sahib olmadıqların kədərlənsin səninlə ola bilmədiklərinə. (Pol Oster)

·         Bir insanı niyə sevdiyiniz sualına cavab tapa bilmirsinizsə, onu həqiqətən sevirsiniz deməkdir. (Pol Oster)

·         Bir insan ən çox kimin yanında susursa, əslində ən çox onunla danışmaq istəyir. (Pol Oster)

·         Bilirəm ki, düşmək deyil insanları kədərləndirən.. Əlindən tutmuş kimi edib əslində itələyənlərdir insanı həyata küsdürən. (Pol Oster)

·         Bil ki, düşmək deyil insanları kədərləndirən.. Əlindən tutmuş kimi edib əslində itələyənlərdir insanı həyata küsdürən. (Pol Oster)

·         Bəzilərinin sevgilisi var, amma sevdiyi yox. Bir çoxunun da bir sevdiyi var; amma sevgilisi yox. (Pol Oster)

·         Bəzən bütün ipləri qoparıb getmə cəsarətini tapıram özümdə. O an, kaş ki, hara gedəcəyimi bilsəm! Gedərdim yeqin ki. (Pol Oster)

·         Bayram oldu, heç bilmirəm neyləyim...
Bizim evdə dolu çuval da yoxdur.
Dügüylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,
Nə evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur. 
(Molla Pənah Vaqif)

·         Baxmayaraq ki, dünya əzablarla doludur, bu həmçinin ona qalib gəlmələrlə də doludur. (Helen Keller)

·         Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılar. Ancaq biz bağlanan qapıya o qədər uzun baxarıq ki, bizim üçün açılmış olan yeni qapını görmərik. (Helen Keller)

·         Bəşəri məhəbbətdən kənarda vətən sevgisi yoxdur. (Anatol Frans)

·         Bəzi filmlər həyatın dilimləridir, mənimkilər keks dilimləri. (Alfred Hiçkok)

·         Bütün silahlı peyğəmbərlər qalib gəlmiş, silahsızlar isə məğlub olmuşlar. (Nikkolo Makiavelli)

·         Böyük məhəbbət kiçik qığılcımlardan doğur. (Stendal)

·         Bu dünyaya nə etməyə gəldiyimi soruşsanız.. Cavabım bu olacaq; Həyatımı yüksək səslə yaşamaq üçün buradayam. (Emil Zolya)

·         Bu döyüş başqa cür bir döyüşdür . Hər kəs sistemini ordularının çata bildiyi yerə qədər təlqin edər. Bu başqa cür də ola bilməz. Əgər bu anda Parisdə kommunist bir hökumət yoxdursa, bunun səbəbi 1945-ci ildə Sovet ordusunun oraya çatacaq qədər güclü olmamasıdır. (İosif Stalin)

·         Bizlər inkişaf etmiş ölkələrin 50 ya da 100 il gerisindəyik və bunu 5 il içində düzəltməliyik. Ya bunu edərik ya da bizi yox edərlər. (İosif Stalin)

·         Bir insanın ölümü faciədir, on insanın ölümü dramatikdir, bir milyon insanın ölümü isə yalnız bir statistikadır. (İosif Stalin)

·         Bağışla Tanrım. (Rotterdamlı Erazm)

·         Bir qoyun sürüsünün başında bir aslan olması, bir aslan sürüsünün başında bir qoyun olmasından daha yaxşıdır. (Daniel Defo)

·         Bütün rənglər eyni sürətlə çirklənirdi, birinciliyi ağa verdilər. (Özdəmir Asaf)

·         Bu heyvan o qədər vəhşi ki.. Onun öhdəsindən ancaq insan gələ bilər. (Özdəmir Asaf)

·         Bu günə ən uzaq gün, dünən. (Özdəmir Asaf)

·         Bir sevgini anlamaq, bir həyat xərcləməkdir... Xərcləyəcəksən! (Özdəmir Asaf)

·         Bir insan qatarı qaçırsa başqa bir qatar gələr onu götürər. Bir xalq qatarı qaçırsa başqa bir xalq gələr onu götürər. (Özdəmir Asaf)

·         Biraz sonra, sonra olacaq. (Özdəmir Asaf)

·         Bütün bir gecəni yuxusuz keçirməyinə səbəb olan şeyləri bir nəfəsdə izah edə bilməzsən. Əvvəl içinə atarsan, sonra da susarsan. (Murathan Mungan)

·         Biz böyüdük; və kirləndi dünya. (Murathan Mungan)

·         Birini sevmək; Aldanmağı, ağlamağı, hətta tək qalmağı gözə almaq deməkdir. (Murathan Mungan)

·         Bir oğlanın bir qıza söyləyə biləcəyi ən gözəl söz "Bir daha ki sevəcəyim qız, bizim qızımız olacaq" deməsidir. (Murathan Mungan)

·         Bir gün gələr, dünyanın bir yerində illərcə sənin xəbərin olmadan yaşamış birinə bütün həyatını danışmaq istəyərsən.. (Murathan Mungan)

·         Bilmirəm ki; qarşılaşsaq belə xatırlaya bilərikmi bir-birimizi yenidən? İkimiz də artıq bir başqasıykən. (Murathan Mungan)

·         Bəzi ümidlər başqa zamanlarındır... (Murathan Mungan)

·         Bəzi gecələrin səhəri yoxdur, yalnız qaranlıq olaraq qalarlar. (Murathan Mungan)

·         Bəzən ona bir şeylər yazarsan, yazar silərsən.. yazar silərsən.. O heç birini oxumamış olur, amma sən hamısını söyləmiş olursan. (Murathan Mungan)

·         Birinə məhəbbətimiz artıq soyuyandan sonra onu ikinci dəfə sevə bilmərik. (Fransua de Laroşfuko)

·         Bir şey nə qədər cidd-cəhdlə gizlədilsə, bir o qədər tez aşkar olar. (Fransua de Laroşfuko)

·         Bütün ehtiraslar bizə cinayət törədir amma, bizi ən gülünc səhvlərə salan eşqdir. (Fransua de Laroşfuko)

·         Bir zamanlar sevilməyə layiq olmuş yaşlı kəslər üçün ən təhlükəli gülünclük, artıq elə olmadıqlarını unutmalarıdır. (Fransua de Laroşfuko)

·         Bir adamın dəyəri, böyük qabiliyyətləriylə deyil, onları necə istifadə etdiyinə baxılaraq ölçülməlidir. (Fransua de Laroşfuko)

·         Bəzən sevdiyimizin bizə yanıldığımızı ifadə etməsi, bizi aldatmasından daha ağır gəlir. (Fransua de Laroşfuko)

·         Biri, "Adam nə vaxt evlənməli?" deyə soruşduğunda, "Gənc isə, hələ evlənmə zamanı gəlməmişdir. qoca isə, vaxtı keçmişdir " cavabını vermişdir. (Sinoplu Diogen)

·         Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil. (Avraam Linkoln)

·         Bəzi insanları hər zaman, bütün insanları da bəzən aldada bilərsiniz; amma bütün insanları hər zaman aldada bilməzsiniz. (Avraam Linkoln)

·         Bir ölkə, yarı qul, yarı azad insanlardan meydana gəlsə yaşaya bilməz. (Avraam Linkoln)

·         Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur. (Uilyam Şekspir)

·         Bəziləri anadan böyük doğulur, bəziləri böyüklüyü fəth edir, bəzilərinə isə böyüklük bəxş olunur. (Uilyam Şekspir)

·         Bir damla göz yaşında necə də böyük cəhənnəmlər vardır. (Uilyam Şekspir)

·         Bir böhtan başqa böhtanları doğurar. (Uilyam Şekspir)

·         Bütün sevənlər bacardıqlarından çox şey vəd edirlər, lakin edə biləcəklərini belə etmirlər. (Uilyam Şekspir)

·         Bəzən həqiqəti tuta bilmək üçün tilovun qarmağına yalan bağlamaq lazım gəlir. (Uilyam Şekspir)

·         Bizim şəxsiyyətimiz bağ, iradəmiz isə bağbandır. (Uilyam Şekspir)

·         Biz cavanlıqda sevmək üçün yaşayırıq. Qocalanda isə yaşamaq üçün sevirik. (Şarl Sent-Everemon)

·         Bədbəxtlik, şübhəsiz çox böyük bir müəllimdir, lakin bu müəllim; dərslərini bahalıya ödətdirər və faydası da puluna dəyməz. (Jan Jak Russo)

·         Bir hakim yaxşı niyyətlə dinləməli, ağıllıca cavab verməli ,sağlam düşünməli, tərəfsiz olaraq qərar verməlidir. (Sokrat)

·         Bir şeyləri dəyişdirmək istəyən insan əvvəl özündən başlamalıdır. (Sokrat)

·         Bir şey bilmədiyim xaricində başqa bir şey bilmirəm. (Sokrat)

·         Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq. (Sokrat)

·         Bütün gizlinlər gec-tez akarlanır. (Sokrat)

·         Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz. (Sokrat)

·         Bu günün israfçısı sabahın dilənçisidir. (Sokrat)

·         Bilik düz tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir. (Sokrat)

·         Böyük insanlar çox vaxt böyük əməllərinə görə deyil, buraxdıqları səhvlərə görə xatırlanırlar. (Volter)

·         Başqasının sirrini vermək satqınlıq, özünün sirrini vermək isə axmaqlıqdır. (Volter)

·         Bütün mənim səylərim ağılsızlığı insanlarda öldürmək və onlara dürüstlük əlavə etmək üçündür. (Volter)

·         Böyük işlər üçün şiddətli daimilik tələb olunur. (Volter)

·         Biz bu dünyanı tapdığımız kimi axmaq və qəddar tərk edəcəyik. (Volter)

·         Biz heç vaxt yaşamırıq, biz yalnız ümid edirik ki, yaşayacağıq. (Volter)

·         Birinci ittiham atılır, ikinci toxunur, üçüncü yaralayır və dördüncü öldürür. (Volter)

·         Bir çoxu səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir. (Volter)

·         Bir mərd ilə ağı yesən şirindir
Yüz namərdlə şəkər yesən dad olmaz. 
(Aşıq Ələsgər)

·         Bir yoxsul qürbətdə şah olsa əgər
Hər axşam o vətən deyib ah çəkər. 
(Əssar Təbrizi)

·         Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik. (Martin Lüter Kinq)

·         Bir insanın uğrunda ölə biləcəyi bir şeyi yoxdursa, onun yaşamağa haqqı da yoxdur. (Martin Lüter Kinq)

·         Bəzən bir dəqiqəlik həzz ömürlük iztirabların səbəbi olur. (Viland)

·         Biz romantik olduqdan sonra dağlar gözəlləşdi. (Ejen Delakrua)

·         Boyun qaçırmağı bacarmaq. (Baltazar Qrasian)

·         Bilik və bacarıq — insanın bütün məziyyətlərini əks etdirən iki dayaqdır.Qoy sənə möhtac olsunlar. Bütü səcdəgah edən heykəltəraş deyil, ona sitayiş edənlərdir. Yaxşısı budur ki, səndən xahiş etsinlər, nəinki minnətdarlıq bildirsinlər. Birinci nə qədər unutqandırsa, ikinci bir o qədər hafizəlidir. Asılı olanlar minnətdar olanlardan daha faydalıdırlar: susuzluğunu söndürən bulaqdan üz döndərəcək, sıxılmış portağal qızıl qabdan bataqlığa atılacaq. Ehtiyacın sonu dostluğun, sənə olan hörmətin sonu deməkdir. (Baltazar Qrasian)

·         Böyük işlər görmək üçün dahi olmaq, insanlardan yüksəkdə durmaq şərt deyil; bunu onlarla bir yerdə də etmək olar. (Şarl Lui Monteskyö)

·         Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir. (Şarl Lui Monteskyö)

·         Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər. (Şarl Lui Monteskyö)

·         Bir tək adama edilən haqsızlıq, bütün birliyə yönəlmiş bir təhdiddir. (Şarl Lui Monteskyö)

·         Böhtandan da qorxulu silah var: bu silah həqiqətdir. (Taleyran)

·         Başqalarının fikir və düşüncələrinin qurbanı olan millət özünü məhv edib yadları faydalandırar. (Məhəmməd İqbal)

·         Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)

·         Banan ağacı olduğumu düşünürəm. (Freddi Merkyuri)

·         Bəlkə insanlar məni qınayacaq, amma çox kitab oxumuram. (Freddi Merkyuri)

·         Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər. (Bencamin Franklin)

·         Böyük imperiya - böyük piroq kimidir. Qıraqlardan yemək daha asanddır! (Bencamin Franklin)

·         Boş bir çuvalın ayaqda qalması çətindir. (Bencamin Franklin)

·         Bir ölkədə oxumağa qarşı istək artmazsa, qəflət və ondan yaranacaq fəlakətlər azalmaz. (Bencamin Franklin)

·         Bir qoyunum və bir inəyim olduğundan bəri hamı mənə salam verir. (Bencamin Franklin)

·         Bir qızın qüsurlarını öyrənmək üçün onu bir qız yoldaşına tərifləyin. (Bencamin Franklin)

·         Bir bu gün iki sabaha dəyər! (Bencamin Franklin)

·         Bilgiyə edilən investisiya ən yüksək xeyir gətirər. (Bencamin Franklin)

·         Bədənlər qocalsa belə bütün xəstəliklər qətiliklə qarşısı alına bilər ya da müalicə edilə bilər. Nəticədə də həyat müddətimiz yüksək standartlarda uzadılan bilər. (Bencamin Franklin)

·         Bu torpaqlar nağıl kimidi...(Antarktida üçün) (Rual Amundsen)

·         Bu günü anlamaq üçün keçmişi bilməlisiniz. (Karl Saqan)

·         Bilməzdən gəlişim, axmağı oynamam itirmə qorxumdan deyil; Qarşımdakıların yalan danışma potensiallarına olan marağımdandır. (Nazim Hikmət)

·         Bilərsənmi nə pisdir insanın bildiyini izah edə bilməməsi, sözlərin həmişə yarım qalması. "Mən" deyib susması, "Sən" deyib ağlaması... (Nazim Hikmət)

·         Bəli.. Bəlkə ümidim qalmadı gələcəyimdən; Amma əsla peşman deyiləm keçmişimdən. (Nazim Hikmət)

·         Bəzi qadınlar ürəyinin açarını kişiyə verdikdən sonra, ertəsi gün qıfılı dəyişdirir. (Ş.Sent-Böv)

·         Bir insanın keyfiyyətini anlamaq istəyirsinizsə, verdiyi suallara baxın. (Ergün Gülər)

·         Bir liderin ən əhəmiyyətli vəzifəsi, ümidi yaymaqdır. (Ergün Gülər)

·         Bütün insanların düşünəcəyi bir ağılı vardır və istifadə etməyi bilmək lazımdır. (Aristotel)

·         Bir "dost" kimdir? İki bədəndə var olan tək bir ruhdur. (Aristotel)

·         Bir çox adamın həyatı, istəklərini doyurma yollarını axtarmaqla keçər. (Aristotel)

·         Bütün dahilər bir az dəlidir. (Aristotel)

·         Birinin məhvi başqasının yaranması deməkdir. (Aristotel)

·         Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir. (Aristotel)

·         Bir insan, bir insanı yalnız ikən xatırlayırsa, sevməmişdir. Qəfil ağlına gətirib özünü yalnız hiss edirsə, bax, o zaman sevmişdir. (Turqut Uyar)

·         Bilirik nəyi bölüşdüyümzü; danışmasaq da. (Turqut Uyar)

·         Bir yağış yağsa da, birlikdə islansaq.. (Turqut Uyar)

·         Bəzən, sadəcə onun səndə buraxdığı izlər üçün darıxarsan. Hər mahnıda ayrı bir xatirə gizlidir sanki; istəsən də silə bilməzsən. (Turqut Uyar)

·         Bəlkə yağışa da ehtiyac qalmazdı; insanlar bu qədər kirli olmasaydı. (Turqut Uyar)

·         Bəlkə də əsl ustalıq budur - hər zaman təcrübəsiz olmağı bilmək. (Turqut Uyar)

·         Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm. (Makedoniyalı İsgəndər)

·         Bu şəhəri sevməyimin səbəbi; Küncü döndəndə səninlə qarşılaşma ehtimalımdır. (Lorens Darrell)

·         Bir küçədə sevdiyiniz biri yaşadığı zaman, ora sizin üçün bir dünya olar. (Lorens Darrell)

·         Bütün sahib olduğumuz məlumatın təcrübə ilə başladığına şübhə yoxdur. (İmmanuel Kant)

·         Böcək olmağı qəbul edənlər, ayaqlar altında qalıb əzilməkdən şikayətlənməməlidir. (İmmanuel Kant)

·         Bizlər sirlərlə dolu bir kainatda bir yuxunun yuxusunu görməkdəyik. Gerçəkdə bildiyimiz heç bir şey yoxdur. Bildiyimizi sandığımız şey yalnız hadisələrdir. O hadisələr ki, bilmədiyimiz bir varlıqla əsla bilməyəcəyimiz bir varlığın bir-birlərinə olan əlaqəsindən doğulmuşdur. (İmmanuel Kant)

·         Başqalarının etdiyi səhvlərdən ötəri hirslənsəniz, onları deyil özünüzü cəzalandırmış olarsınız. (İmmanuel Kant)

·         Başqalarını şəxsi məqsədlərini gerçəkləşdirmək üçün vasitə olaraq görmə. (İmmanuel Kant)

·         Biz yaxşıları mükafatlandırmaqla pisləri cəzalandırırıq. (Deni Didro)

·         Böyük bir meşədə itdim və önümü görmək üçün kiçik bir işığım var. Orada yanıma biri gəlir və deyir ki: "Qardaşım, yolunu daha yaxşı tapmaq üçün şamını söndür." O biri bir ilahiyyatçıdır. (Deni Didro)

·         Biliksizliklə heç vaxt öyünmək olmaz, biliksizlik gücsüzlük deməkdir. (Deni Didro)

·         Bədəni öldürəndən qorxmayın; ruhu öldürəndən qorxun. (Deni Didro)

·         Bütün pisliklər, bütün ərdəmlər ürəyimizdədir, sənin ürəyindədir, mənim ürəyimdədir. (Hans Kristian Andersen)

·         Başında şir duran qoyun sürüsü daha qorxuncdur, nəinki başında qoyun duran şirlər. (Xabri)

·         Bizim vəzifəmiz Xristianlıq və digər dinə mənsub olan şəxsləri öz dinlərinə rahat şəkildə etiqad etmələrini təmin etməkdir. (Angela Merkel)

·         Bir gün Amerikanın hər böyük şəhərində bir adəd telefon olacaq. (Aleksandr Bell)

·         Bəlkə də əsil dostluğun qiymətini bilmək üçün, əvvəl sevgini yaşamış olmalıyıq. (N.Şamfor)

·         Buyurmaqdan öncə itaət etməyi öyrən. (Solon)

·         Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. (Lev Tolstoy)

·         Başqaları üçün özünüzü unudun. O zaman sizi də xatırlayacaqlar. (Lev Tolstoy)

·         Bilik o vaxt bilikdir ki, o hafizə gücünə deyil, ağıl gücünə qazanılmışdır. (Lev Tolstoy)

·         Bəd əməllərin kökü bəd fikirlərdir. (Lev Tolstoy)

·         Bir kəs ki ağrı hiss edir - canlıdır. O kəs ki başqasının ağrısını hiss edr, o - insandır. (Lev Tolstoy)

·         Bilməməyindən qorxma, yanlış bilməyindən qorx, çünki bütün fəlakətlər onun üzündən baş verir. (Lev Tolstoy)

·         Bilik ancaq o zaman həqiqi bilikdir ki, hafizə yox, düşüncə gücünə əldə edilmişdir. (Lev Tolstoy)

·         Bilik məqsəd deyil, alətdir. (Lev Tolstoy)

·         Bir insanı olduğu mövqe ilə deyil, göz qoyduğu mövqe ilə ölçmək lazımdır. (Lev Tolstoy)

·         Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir. (Lev Tolstoy)

·         Biz həm qurdların doymasını, həm də qoyunların sağ qalmasını istəyirik. (Lev Tolstoy)

·         Bilməkdən qorxma, səhv bilməkdən qorx! Çünki bütün fəlakətlər ondan baş verir. (Lev Tolstoy)

·         Biliklərin çoxluğu yox, keyfiyyəti əhəmiyyətlidir. Çox şey bilən, ən lazımlı şeyləri bilməyə bilər. (Lev Tolstoy)

·         Başqa hər şey də olduğu kimi riyazi bir nəzəriyyə üçün də elədir; gözəllik qəbul edilə bilər lakin açıqlana bilməz. (Lev Tolstoy)

·         Bir vaxt gələcəkdir ki, elm xəyalı qabaqlayacaq. (Jül Vern)

·         Bədəni öldürənlərdən çox, ruhu öldürənlərdən qorxun. (Platon)

·         Başqalarının xoşbəxtliyi üçün çalışmaqla biz öz xoşbəxtliyimizi tapırıq. (Platon)

·         Bilinən bir şey haqqında araşdırma etmək gərəksiz bilinməyən bir şey haqqında araşdırma etmək qeyri-mümkündür. (Platon)

·         Bütün bəzən birdir bəzən çoxdur anlaşılmazlıq altında da öz özün düşmənidir. (Platon)

·         Bilmədiyi halda bilərəm sanmaq: düşüncələrimizin bütün yanılmalarının ardında yatan səbəb budur. (Platon)

·         Bütün sənətlər qazanma və meydana gətirmədən başqa bir şey deyil. (Platon)

·         Bir araya gəlmək, bir başlanğıcdır. Bir yerdə olmaq, bir inkişafdır. Birlikdə çalışa bilmək isə müvəffəqiyyətdir.İnsanlara nə istədiklərini soruşsaydım, daha sürətli gedən at düzəldərdim. (Henri Ford)

·         Buna bax, necə də uzun, incəyəm (Boyu uzaldan lunapark güzgüsünə baxarkən) (Coni Bravo)

·         Buna bax, indi də kök, yaşlı bir ofisiant oldum (lunaparkda ofisiant görərkən) (Coni Bravo)

·         Buna bax, Deni Devito oldum (boyu kiçildən lunapark güzgüsünə baxarkən) (Coni Bravo)

·         Bu verdiyin gənclik iksiri ikinizi də div kimi etdi (gənclik iksirini çox içib körpəyə çevrildiyində). (Coni Bravo)

·         Bu işi iki yolla həll edə bilərik; Birincisi, çətin yolla, ikincisi... Amma bir dəqiqə, bu birincidən də çətin oldu ki. (Coni Bravo)

·         Bax, ən yaxşı dostun olaram. (Coni Bravo)

·         Bütün nemətlərin başlanğıcı və son həddi ağıldır. (Epikür)

·         Bütün sevgilər unudular yalnız Ana sevgisindən başqa. (Asef Sas)

·         Bizim başqalarına verdiyimiz bizi özümüz özümüzə verdiyimizdən daha da çox zənginləşdirir. (Şarl Quno)

·         Bu dünyada xoşşeylər azdır, xoş olan da çox vaxt ancaq başlanğıcdadır. (Yusif Balasaqunlu)

·         Başqalarının həyatlarından dərs alın. İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır. (Eleonora Ruzvelt)

·         Bu gün də dünənki və sabahkı gün kimidir. (Uilyam Qoldinq)

·         Bu dağlıq diyarda, şeytanlar məskəni olan dağlarla adamlardan təcrid olunduqları və öz qəbilələrinin təhdidlərindən qorxmadıqları bir ölkədə anlaşılmazlıq hökm sürdüyü dünya üçün onlar daha neyləməli, hansı qurbanlar verməlidirlər? (Uilyam Qoldinq)

·         Bir qədər əvvəl elə bilir ki, onların hamısının tərk eləmiş sağlam düşüncə və cəsarət hava işıqlananda qayıdacaq. (Uilyam Qoldinq)

·         Başqasının qoxusu olan yerdə mən də dəyişib başqa cür oluram. Qorxuram, acgöz oluram. Güclü oluram. (Uilyam Qoldinq)

·         Banklar, pula ehtiyacınız olmadığını sübut etdiyinizdə sizə borc verən təşkilatlardır. (Bob Hop)

·         Bizdən qabaqdadır avropalılar, 
İşi iş bilənə tapşırır onlar. 
(Şəhriyar)

·         Başqa birinin sizin qədər yaxşı edə biləcəyi bir şeyi buraxın o etsin, siz etməyin. (Andre Jid)

·         Bu ölkədə hər küncdə bərbər və təkəl dileri olmasının tək səbəbi, ayrılıq sonrası ilk gedilən yerlər olmasıdır. (Can Dündar)

·         Bu ölkə qəzetlərinin 2-ci səhifəsində məşhurların necə yaşadıqları, 3-cü səhifəsində sadələrin necə öldükləri yer alır. (Can Dündar)

·         Bu günlərdə ağılıma gələn başıma gəlir nədənsə, kaş könülümdən də keçən yanıma gəlsə. (Can Dündar)

·         Bir yoldaşdan sevgili ola bilər, lakin sevən bir ürək əsla unutmaz. Və buna görə sevgilidən yoldaş olmaz. (Can Dündar)

·         Bəlkə heç kim olmayacaq sənin kimi; amma sən də olmayacaqsan əvvəlki kimi.. (Can Dündar)

·         Bu əsrin gücü sərvətdir. (Oskar Uayld)

·         Bu dünyada yalnız iki növ fəlakət vardır, biri məqsədinə çata bilməmək, digəri isə çatmaq. (Oskar Uayld)

·         Bizə paxıllıq edənlərin sayı, bacarıqlarımızı doğrular. (Oskar Uayld)

·         Bir kişi bir qadınla ancaq onu sevmədiyi müddətcə xoşbəxt ola bilər. (Oskar Uayld)

·         Biz düşüncələrimizi çox vaxt çiyinlərimizdə daşıyırıq. (Əhməd Hamdi Tanpınar)

·         Böyük həqiqət, düşüncə və sənətdir. (Əhməd Hamdi Tanpınar)

·         Bəzən xəyal daha açıq olur. (Əhməd Hamdi Tanpınar)

·         Boş boş sevirəm deməklə olmaz; Göstərəcəksən sevdiyini, hiss etdirəcəksən.. Edə bilmirsənmi?! Onda yoldan çəkiləcəksən. (Can Yücəl)

·         Bizimkisi bir eşq hekayəsi deyildi. Eşq idi bizimkisi, gerisi hekayə idi. (Can Yücəl)

·         Birini sevəcəksənsə, onu hər şeyinlə sevmə. Çünki bitdiyində; onu unuda bilməməyinə deyil, unuda bilməyəcək qədər çox sevdiyinə yanarsan. (Can Yücəl)

·         Bir insana zornan sevdirəmməzsən özünü, mənə güvən deyə bilməzsən. O bunu hiss etmirsə, tək bir söz söyləyə bilərsən: "Özün bilərsən." (Can Yücəl)

·         Bir əl tutmaq istəyərsən ya bəzən, ya da birini qucaqlamaq. Təəssüf ki, icazə verməz buna həyat. Özünü qucaqlamalısan sən də həyata inad! (Can Yücəl)

·         Bilməlisən ki, gerçək dostların arasına məsafə girməz. Gerçək eşqlərin də! (Can Yücəl)

·         Bilərsənmi nə çətindir sevərək yaşamaq? Ona mənimsən deyib qucaqlaya bilməmək.. Nə çətindir həmişə yaxın hiss edib əslində ondan uzaq olmaq. (Can Yücəl)

·         Bilinmədik bir hüzn var içimdə, bir qəribəlik. Anladım ki, ya mən artığam bu şəhərdə, ya da biri əskik. (Can Yücəl)

·         Bəziləri "sevirəm" deyir, çünki əzbərləmişdir. Bəziləri deyə bilmir, çünki həqiqətən sevmişdir. (Can Yücəl)

·         Bəzən qırdım, çoxu dəfə qırıldım, amma mən heç kimi itirmədim, yalnız zamanı gəldiyində imtina etməsini bildim. (Can Yücəl)

·         Bəzən hər şeyi unudub, yalnız qucaqlamaq istəyərsən, amma bir şey səni həmişə dayandırar. Adı nədir? Qürur. (Can Yücəl)

·         Bəzən çətindir dönmək, ya da hər şeyi unudub getmək. Anladım ki, insanı ən ağrıdan şey; sevilmədiyini bildiyi halda dəlicəsinə sevmək. (Can Yücəl)

·         Başqalarına işıq saçmaq üçün özündə günəş olmalıdır. (R.Rollan)

·         Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil. (Cəlaləddin Rumi)

·         Bütün dünya bədəndir; bilik candır. (Cəlaləddin Rumi)

·         Bir şeyi olmadığı yerdə axtarmaq onu axtarmamaq deməkdir. (Cəlaləddin Rumi)

·         Biz elə bir məxluqlarıq ki, 
bəzən mələklər insan olmadıqlarına görə üzülür, 
bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər. 
(Cəlaləddin Rumi)

·         Bu dünya tələdir, yemi də istəklər. (Cəlaləddin Rumi)

·         Bu qala bizim qala 
Həmişə bizim qala 
Tikmədim özüm qalam 
Tikdim ki, izim qala. 
(Xudu Məmmədov)

·         Biz yalnız iç düşüncələrimizin formasını görə bilirik. (Xudu Məmmədov)

·         Başa düşülmək üçün başa düşməyə çalış. (Xudu Məmmədov)

·         Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılıb. (Xudu Məmmədov)

·         Bir şeyi və hər şeyi bilən heç bir şey bilmir. (Xudu Məmmədov)

·         Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir. (Hüseyn Cavid)

·         Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır. (Hüseyn Cavid)

·         Bir millətin tərəqqi və tənəzzülünü bilmək üçün onun məktəblərini görmək kifayət edər. (Hüseyn Cavid)

·         Bu dünya gör-götür dünyasıdır. (El hikməti)

·         Boşboğaza sirr vermək çatlaq qaba su tökmək kimi bir şeydir. (El hikməti)

·         Bataqlıqda adam çapaladıqca daha tez batar. (El hikməti)

·         Bu dünyada yalnız dünyanın bir hissəsindən imtina etməklə yaşamaq mümkündür. (Alber Kamyu)

·         Bütün böyük hadisələrin, böyük düşüncələrin əhəmiyyətsiz bir başlanğıcı vardır. (Alber Kamyu)

·         Bu gün arvadım öldü nəysə ki stolumun üstü məni əyləndirəcək bir çox sənədlə dolu. (Alber Kamyu)

·         Bu gün anam öldü, və ya dünən, tam xatırlamıram. (Alber Kamyu)

·         Bu dünyada ən böyük cinayət, insanların daşıdıqlarından qaçmağı deyilsə nədir? (Alber Kamyu)

·         Böyük olmanın yolu da, dahilik kimi iş və alın tərindən keçir. (Alber Kamyu)

·         Bir yazıçıyam. Mən deyil qələmim düşünər, xatırlayar ya da əhatə edər. (Alber Kamyu)

·         Bir insanın tək başına xoşbəxt olması utanılacaq bir şeydir. (Alber Kamyu)

·         Bir insanı sevmək, onunla birlikdə yaşlanmağa razı olmaqdır. (Alber Kamyu)

·         Bir insan söylədikləri qədər söyləmədikləri ilə də insanlaşır. (Alber Kamyu)

·         Bir əsərin ürəyində, ora qaranlıq belə olsa sönməyən bir günəş parıldayar. (Alber Kamyu)

·         Bacardığımız hər iş bizi qullaşdırır, çünki daha yaxşısını etməyə məcbur edir. (Alber Kamyu)

·         Bu ümmətin ən yaxşı şəxsi üçün belə Allahın əzabından əmin-amanlıq hiss etmə. Çünki Allah-Taala buyurub: Allahın məkr və tədbirindən, xəsarətə uğrayanlardan başqası əmin-amanlıq hissi keçirməz. Bu ümmətin ən pis şəxsi üçün belə Allahın rəhmət və mərhəmətindən ümidsiz olma, çünki Allah-Taala buyurur: Həqiqətən Allahın rəhmətindən fasiqlərdən başqası ümidsiz olmaz. (Əli bin Əbu Talib)

·         Bədənində baş nə isə, imanda da səbir odur. (Əli bin Əbu Talib)

·         Bu insana təəccüblənirəm: bir yağ parçası ilə görür, bir ət parçası ilə söyləyir, bir sümüklə doyur, bir dəliklə nəfəs alır. (Əli bin Əbu Talib)

·         Batil nizamlı, haqq pərakəndə olarsa, batilin haqq üzərində qələbə çalması haqdandır. (Əli bin Əbu Talib)

·         Bir evdəki qəsb edilmiş tək bircə daş o evin dağılması üçün bəsdir. (Əli bin Əbu Talib)

·         Birinin əleyhinə söylənən sözü dinləyən o sözü söyləyən kimidir. (Əli bin Əbu Talib)

·         Bütün dünya üçün yalnız bir adam ola bilərsən, lakin bəziləri üçün sən bir dünyasan. (Qabriel Qarsia Markes)

·         Bitdi deyə kədərlənmə, "yaşandı" deyə sevin. (Qabriel Qarsia Markes)

·         Birini daha yaxşı tanımadan və bu adamın sənin kim olduğunu bilməsindən əvvəl özünü daha yaxşı bir adama çevir və kim olduğunu bilərək özünə güvən. (Qabriel Qarsia Markes)

·         Birindən uzaqlaşmanın ən pis forması, yanında oturub ona heç bir zaman "çata bilməyəcəyini" bilməkdir. (Qabriel Qarsia Markes)

·         Bir adam atasına oxşamağa başladığı anda yaşlandığını anlar. (Qabriel Qarsia Markes)

·         Bəzən elə danışmalısan ki, qarşındakı cavab verə bilməməlidi. Bəzən də elə susmalısan ki, qarşındakı danışmağa cəsarət edə bilməməlidi. (Qabriel Qarsia Markes)

·         Bəlkə də Tanrı uyğun adamı tanımandan əvvəl səhv kəslərlə tanış olmağını, onu tanıyanda minnətdar olmağın üçün istədi. (Qabriel Qarsia Markes)

·         Birinin səni sən istəyən kimi sevməməyi səni qəlbən sevməməyi demək deyil. (Qabriel Qarsia Markes)

·         Başqasının xarakterini təsvir edərkən insanın xarakteri daha yaxşı üzə çıxır. (Jan Pol)

·         Bir fil elektrik dirəyindən daha yüksəyə tullana bilərmi? Elektrik dirəyi tullana bilməz ki… (Cem Yılmaz)

·         Bu tüp bəbək nöqsanlıdı, həmişə qaz qaçırır. (Cem Yılmaz)

·         Beş min dəfə dedim ; şişirtmədən əl çək. (Cem Yılmaz)

·         Bilmədən səhvə yol verəni bağışlamağa çalışmaq lazımdır. (Sofokl)

·         Bu soyuq küçələrdə sevgi yoxdu, mərhəmət yoxdu, dostluq yoxdu. (Tupak Şakur)

·         Bir bina daxilində rəqabət sağlamlıq üçün zərərlidir. (Ceyms Uotson)

·         Bazar günləri işləyin. (Ceyms Uotson)

·         Böyük kəşflərin nəticələrini ləngimədən çap etdirin. (Ceyms Uotson)

·         Bir gün içində zəngin olmaq istəyən bir il içində asılmiş olacaq. (Leonardo da Vinçi)

·         Bəziləri mədələri üçün yemək, digərləri də yeməkləri üçün mədə axtararlar. (Corc Bernard Şou)

·         Bəzi insanlar hər şeyi olduğu kimi görər və 'niyə' deyə soruşarlar. Mənsə hər şeyi əsla olmadığı şəkildə xəyal edər və 'niyə olmasın' deyə soruşaram. (Corc Bernard Şou)

·         Bu da mənim üçün yeni bir təcrübə olacaq. (Corc Bernard Şou)

·         Bütün zəkamı, qabiliyyətimi, şöhrətimi, əsərlərimi axşam evə vaxtında gəlib gəlməyəcəyimlə maraqlanan bir qadın üçün fəda edə bilərəm. (Corc Bernard Şou)

·         Bir kişi və ya qadının nə şəkildə yetişdiyini bir döyüşdəki hərəkətlərindən anlaya bilərsiniz. (Corc Bernard Şou)

·         Bəyənmədiyiniz bir şeyi alqışlamaq, yalan danışmanın bir çox növündən biridir. (Corc Bernard Şou)

·         Bu dünyada uğuru yalnız bunun üçün lazım olan şəraiti axtaran tapır; tapmasa, bu şəraiti o özü yaradır. (Corc Bernard Şou)

·         Bayağılıq əksi yanlışlıq olan ifadədir. Böyük həqiqət isə əksi digər böyük həqiqət ola biləcək ifadədir. (Nils Bor)

·         Bir universal qanun vardır.. Bu ədalət qanunudur. Ədalət bir millətin hüququnun təməl daşıdır. (Aleksis de Tokvil)

·         Biz hər hası bir şeyi sevdiyimiz yox, özümüzü bunu etməyə borclu hiss etdiyimiz üçün edirik. (Robin Şarma)

·         Bəzi insanlar iyirmi yaşında ölür, amma səksən yaşında dəfn edilir. (Robin Şarma)

·         Buraxın ədalət yerini tapsın, istəsə qiyamət qopsun. (Ziqmund Freyd)

·         Bil ki, əhəmiyyətli deyil neçə dəfə məğlub olduğun… Çünki əsl əhəmiyyətli olan, məğlubiyyətdən sonra yenidən dirçəlməyindir. (Ziqmund Freyd)

·         Bir insana əvəz olunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız. (Ziqmund Freyd)

·         Bir insan bir yerə baxırsa orada maraqlandığı bir şey vardır. Bir insan bir yerə heç baxmırsa orada maraqlandığı bir şey qətiliklə vardır. (Ziqmund Freyd)

·         Bədbəxtliyi dadmadan, həmişə xoşbəxt olmaq istəyərsən. Halbuki nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə xoşbəxt olacağını bilə bilməzsən. (Ziqmund Freyd)

·         Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Ziqmund Freyd)

·         Bildiklərinə əməl etməyən adam əlində çıraq gəzdirən kora bənzər. (Sədi Şirazi)

·         Bir yerə girməzdən əvvəl oradan necə çıxacağını düşün. (Sədi Şirazi)

·         Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir. (Sədi Şirazi)

·         Bir yatmış başqa yatmışı necə oyada bilər?! (Sədi Şirazi)

·         Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər. (Sədi Şirazi)

·         Birisi bəslərdi qurd balasını
Böyücək məhv etdi öz ağasını. 
(Sədi Şirazi)

·         Bu dünya haqqında bütün düşündüklərini ifadə etmək cəsarətini göstərəcək adam ayağını basacaq yarım metr torpaq tapa bilməyəcək. (Henri Miller)

·         Başqasının nazı ilə çox oturub durma, öz yerişini itirərsən. (Elman Həbib)

·         Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir. (Mühəmməd peyğəmbər (SƏS))

·         Bir dəfə Məhəmməd peyğəmbər həsir üstündə yatmışdı və qalxanda üstbaşı çox çirklənmişdi. Kimsə ona dedi: Ey Allahın elçisi! Əgər istəsəydin mən sənə yumşaq yataq göndərərdim. Məhəmməd peyğəmbər cavab verdi: Bu dünyada mənə nə lazımdır? Axı, mən burada ağacın kölgəsində dincələn və tezliklə gedəsi bir səyyah kimiyəm. (Mühəmməd peyğəmbər (SƏS))

·         Bir-birinizə əl verin ki, qəlbinizdən kin xaric olsun. (Mühəmməd peyğəmbər (SƏS))

·         Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?" Və mələklər deyər: "Özü ilə nə gətirdi?" (Mühəmməd peyğəmbər (SƏS))

·         Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mömin olmaz. (Mühəmməd peyğəmbər (SƏS))

·         Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin. (Mühəmməd peyğəmbər (SƏS))

·         Beşikdən qəbrədək elm axtarışında olun. (Mühəmməd peyğəmbər (SƏS))

·         Bir gerçəyi müdafiəyə qalxarkən, ona əvvəlcə özümüz inanmalıyıq, sonra başqalarını inandırmağa çalışmalıyıq. (Mühəmməd peyğəmbər (SƏS))

·         Bədii cərəyanlar mağaza vitrinlərini öz silahı kimi işlədəndə qalib gəlirlər. (Pablo Pikasso)

·         Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər. (Viktor Hüqo)

·         Böyük təhlükələrin öz gözəlliyi var: O tanış olmayan insanlara qardaşlıq həyatı verir. (Viktor Hüqo)

·         Bir məktəb açan bir həbsxana bağlayar. (Viktor Hüqo)

·         Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur. (Viktor Hüqo)

·         Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı lakin, onun qəlbində ulduzlar parıldayırdı. (Viktor Hüqo)

·         Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir. (Viktor Hüqo)

·         Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur. (Viktor Hüqo)

·         Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir. (Viktor Hüqo)

·         Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün. (Viktor Hüqo)

·         Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir. (Viktor Hüqo)

·         Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır. (Viktor Hüqo)

·         Bir kitab, içimizdəki donmuş dənizə enən balta kimi olmalıdır. (Frans Kafka)

·         Bəzən ehtiyacı olur insanın, sevildiyini bilməyə.. (İlhan Bərk)

·         Bax, nə edirlərsə etsinlər, daim çox sevdiyin insanlar var ha, ən çox onların səni üzməsi necə də qəribədir. (İlhan Bərk)

·         Bağışlayanda yorular insan, tək qaldığında bir də, amma insanı ən çox yoran şey xəyal qurmaqdır, olmayacağını bildiyi halda. (Çingiz Aytmatov)

·         Bəzən mən dayanıb düşünürəm: mən bu gün ölə bilərdim! (Ceki Çan)

·         Bir səhvi iki dəfə təkrar etməyən ən mükəmməl insandır. (Albert Eynşteyn)

·         Bu dünyada məni bir neçə adam anladı, onlar da səhv anladı. (Albert Eynşteyn)

·         Böyük gücə sahib suveren dövlətlər olduğu müddətcə müharibə qaçınılmazdır. (Albert Eynşteyn)

·         Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır. (Albert Eynşteyn)

·         Bir qum dənəsinin sirrini bilsəydik, bütün dünyanın sirrini öyrənmiş olardıq. (Albert Eynşteyn)

·         Biz həmişə inanırıq ki, ilk məhəbbətimiz sonuncu, sonuncu məhəbbətimiz isə ilk məhəbbətimizdir. (Corc Uayt Melvil)

·         Böyüklərin sözü, sözlərin böyüyüdür. (Hüseyn Hilmi İşıq)

·         Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır. (Ş.Bodler)

·         Beynimizi də söküb götürə bilməzlər; o bizimdir. (Dursun Qaradaş)

·         Bir birinə heç bənzəməyən əsər yaratmaq mümkün deyil. Allah da insanı yaradanda onu uydurmayıb, öz timsalında yaradıb. (Aleksandr Düma)

·         Bilmədiyini bilmək ən yaxşısıdır. Bilməyib də bildiyini sanmaq təhlükəli bir xəstəlikdir. (Lao-tszı)

·         Bilənlər danışmır, danışanlar bilmir. (Lao-tszı)

·         Başqalarını bilən kimsə məlumatlı, özünü bilən kimsə müdrikdir. (Lao-tszı)

·         Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir. (Holley)

·         Bir dövləti qurmaq üçün min il, yox etmək üçün bir saat yetər. (Corc Bayron)

·         Bir gün deyirəm.. Bir gün gələcək və oyananda ilk ağılıma gələn sən olmayacaqsan. (Sunay Akın)

·         Bilirəm; sabahlarım dünəndən fərqsiz. Həyatmı mənə küsdü, mənmi ona küsdüm xatırlamıram; amma bu aralayar pis inciyik. (Sunay Akın)

·         Bəzən dünyanın ən çətin peşəsidir.. Öz duyğularına tərcüməçi olmaq! (Sunay Akın)

·         Bəlkə də yaralarımızı üfləyərkən öyrəndik fit çalmağı. (Sunay Akın)

·         Bir qəssabın çörəyə, bir çörəkçinin də ətə ehtiyacı vardır. Bu səbəblə qəssabla çörəkçinin bir-birini sevməsi üçün məntiqli bir səbəb vardır. Hər ikisi də bir-birinə faydalı olar. (Bertran Rassel)

·         Bir kağız, bir qələm, bir yanmış, bir sönmüş, bir bitmiş siqaret; həyatın budur. (Cem Adrian)

·         Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik. (Ömər Xəyyam)

·         Bir çiçəyi qətl edə bilərsiniz amma baharı əsla! (Ernesto Çe Gevara)

·         Bir inqilabçı başqasına atılan şilləni öz üzündə hiss edəndir.. (Ernesto Çe Gevara)

·         Bir şeyi etmək üçün, onu çox sevməlisiniz. Bir şeyi sevmək üçün, ona dəlicəsinə inanmalısınız. (Ernesto Çe Gevara)

·         Bir yalan, hansı məqsəd üçün deyilmiş olursa olsun, həmişə, ən pis həqiqətdən daha pisdir. (Ernesto Çe Gevara)

·         Bir məqsədə bağlanmayan ruh, yolunu itirər. Çünki hər yerdə olmaq, heç bir yerdə olmamaqdır əslində. (Mişel de Monten)

·         Başqalarına olduğu qədər özümüzə də yadıq. (Mişel de Monten)

·         Başqalarının bilgisiylə bilgili olsaq belə, ancaq öz ağılımızla ağıllı olarıq. (Mişel de Monten)

·         Bütün günlər ölümə doğru gedir; son gün ona çatır. (Mişel de Monten)

·         Boş bir adam özüylə doludur. (Edvard Albi)

·         Bu həyat mənə, insanların çoxunun gülə bilmədiyi üçün ağladığını, susa bilmədiyi üçün danışdığını və söz olsun deyə yaşadığını öyrətdi. (Çak Palanik)

·         Birinə gününün necə keçdiyini soruşanda, bunu soruşmağının səbəbi öz gününü danışmaq istəməyindir. Birinə aşiq olmağının səbəbi, onun sənə aşiq olmasını istəməyindi. (Çak Palanik)

·         Bir şeyin yoxluğu sizə ağrı verirsə, varlığı sizi öldürə bilər. (Çak Palanik)

·         Böyük ruhlar iztirablarına səssiz şəkildə dözürlər. (Fridrix Şiller)

·         Bax və Çaykovskini sevə-sevə xudbin və əclaf olmaq mümkün deyil. Mosart və Qlinkanı anlayan insan heç vaxt əxlaqsız və çirkli əməl eləməz... (Qara Qarayev)

·         Bizim ən böyük xəstəliyimiz eqoizmimizdir. (Mahatma Qandi)

·         Biz doğrudan da bütün dünyada sülh istəyiriksə, uşaqlardan başlamalıyıq. (Mahatma Qandi)

·         Birincisi: Sənə fikir vermirlər, sonra sənə əl çalırlar, sonra səninlə savaşırlar, axırda isə sən qalib çıxırsan. (Mahatma Qandi)

·         Bir insan etdiklərinin cəmidir. (Mahatma Qandi)

·         Biz danışırıq, eyni vaxtda dinləyirik.
Biz dinləyirik, amma bu susmaq üçün deyil. 
(Mahatma Qandi)

·         Bu dünya bir qızıl kuzəyə bənzər, 
Suyu gah şirindir, gah da ki, zəhər. 
Çox da öyünmə ki, uzundur ömrün, 
Əcəl köhlənində hazırdır yəhər. 
(Məhsəti)

·         Bir ağac, hər hansı bir şahzadədən daha soyludur. (Aleksandr Pop)

·         Bilmədiklərimi onsuz da bilmirəm, bildiklərimə də şübhə ilə yanaşıram. (Sekst Empirik)

·         Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə qalxsan aşa bilməzsən onu. (Jan Pol Sartr)

·         Biz ona görə qəhrəman rolu oynayırıq ki, qorxağıq, müqəddəs rolu oynamağımızın səbəbi odur ki, quduzuq. Biz ona görə qatil rolu oynayırıq ki, ətrafımızdakıları öldürmək istəyi ilə alışıb-yanırıq ("Kin" pyesi, 1953) (Jan Pol Sartr)

·         Bir ata yüz müəllimə əvəzdir. (Corc Herbert)

·         Böyük ağaclar kölgə verməkdən başqa işə yaramazlar. (Corc Herbert)

·         Birce sen döy. Bu defe qapıları üzüne taybatay açacam. Neinki qapıları açmaq, seni bağrıma basıb zeif üreyime sıxacam. Bunun ne vaxtsa baş vereceyine beslediyim ümid kimi zeif olan üreyime. (Xalid Hüseyni)

·         Biz Afinalılar, siyasət ilə əlaqədar qərarları uyğun müzakirələrdən sonra alırıq; ən pis olan şey, nəticələri müzakirə edilmədən bir siyasətin tətbiq olunmasıdır (Fukidid)

·         Bir kitab yazmamaq inanılmaz zaman alır. (Duqlas Noel Adams)

·         Bəlkə də eşq, Ona "səni çox sevirəm" demək deyil də, özünə "birini çox sevirəm" deyə bilməkdir. (Duqlas Noel Adams)

·         Bir gün ölsəm, adım mütləq xatırlancaq. (Emi Vaynhauz)

·         Bəziləri var ki, onlara alçaq belə deyə bilmirəm. Çünki alçaqlıq bir səviyyədir, onlar çuxurdu.cünki bəzi insanlar cuxura düşsələr belə fərq eləməz. . (Nəcib Fazil Qısakürək)

·         Bir nar ağacı var, bir də dar ağacı,
Namərdə nar düşdü, İgidə dar ağacı. 
(Nəcib Fazil Qısakürək)

·         Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər. (R.Bredberi)

·         Biri danışmağa başlarkən vəziyyət bildiyin kimi deyil ifadəsini istifadə edirsə; Vəziyyət tam da bildiyiniz kimidir. (Bob Dilan)

·         Bir qadın sizi milyoner edə bilər, əgər miylardersəniz. (Bob Dilan)

·         Bir qadın kişinin yanında gözlərini bağlayırsa aşiq Olur, kişi gözlərini bağlayırsa, qadın alver edir. (Bob Dilan)

·         Bir kişinin nə qədər təhlükəli olduğunu görmək üçün matç izlərkən kanalı dəyişdirmək kifayətdir. (Bob Dilan)

·         Bir fincandakı qəhvə kimidir həyat. Bəzən şirin bəzən deyil. Əhəmiyyətli olan qəhvənin dadı deyil onsuz da, onu kiminlə içdiyinizdir. (Bob Dilan)

·         ‎Bəzı insanların danışacaq qədər ağıla, ya da susacaq qədər mədəniyyətə sahib olmamağı; Həyatdan soyumam üçün kafi bir səbəbdir. (Bob Dilan)

·         Bəzi insanlar, onları dinləmədiyim üçün mənə hirslənirmişlər deyəsən. Ya da elə bir şey idi, tam dinləmədim. (Bob Dilan)

·         Bütün fəzilətlər əslində məhəbbətin müxtəlif növləridir. (Avreli Avqustin)

·         Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır. (Onore de Balzak)

·         Bir ana ürəyi, dibində həmişə əfv olan bir uçurumdur (Onore de Balzak)

·         Bir ana ürəyi dibində əfv olan bir uçurumdur (Onore de Balzak)

·         Biliyin hökmdarı olmaq üçün əməyin nökəri olmalısan. (Onore de Balzak)

·         Budur əsl şöhrət - Yalnızlıq. (Koko Şanel)

·         Bir şeyin tam tərsini etmək də bir növ təqliddir. (Qeorq Kristof Lixtenberq)

·         Bir çox insanda, bir şeyə qarşı inancsızlıq, bir başqa şeyə kor-koranə inanışdan doğulur. (Qeorq Kristof Lixtenberq)

·         Böyük ideyalar amansızdır. (Anri de Monterlan)

·         Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir. (Tur Xander)

·         Bütün sosial orqanizmlərin canlı məxluqlar kimi özünüqoruma instinkti var. (Tur Xander)

·         Böyük yaradıcılıq potensialı olan şəxslər öz mənəvi-intellektual enerjisini şüalandıra bilməsələr, dəli olarlar. (Tur Xander)

·         Başqa sahələrdə sevgi vərdişi olmayan adamın məhəbbət dərdinə mübtəla olması, immuniteti olmayanların xəstəliyə yoluxması kimi, ağır nəticələrə gətirə bilər. (Tur Xander)

·         Bahalılıq yalnız qəşəngliyin göstəricisidir. (Bil Geyts)

·         Başqalarının halına yana bilən insan yaşamağa layiqdir. (Van Qoq)

·         Bir adamı səhər görsəm təsadüf olaraq qəbul edərəm, günorta eyni adamı bir daha görsəm şübhələnərəm. Axşam qarşılaşdığımızda tərəddüdsüz silahımı çəkib vuraram. Təsadüflərə inanmam. (Al Kaponi)

·         Bütün gözəl musiqilər parikli marikli tiplər tərəfindən çoxdan yazıldı bitdi. (Frenk Zappa)

·         Bir pivəniz və hava yolu şirkətiniz yoxdursa gerçək bir ölkə ola bilməzsiniz. Bir futbol komandasi ya da nüvə silahı da köməkçi olar, amma heç olmasa bir pivəniz olmalıdır. (Frenk Zappa)

·         Bir dırnağı qırıldı deyə 9 dırnağına birdən qıya bilən bir qızın, ürəyi qırılanda nələr edə biləcəyini Ssiz düşünün. (Ece Ayhan)

·         Bəsdir artıq! Heç kimin qollarında ölmək istəmirəm artıq, anamın ayaqlarının dibinə basdırın məni, o bəsdi. (Ece Ayhan)

·         Bədəninin 70 %-i su olan bir canlının necə olur ki içi yanır? (Ece Ayhan)

·         Bədən nəfsi deyil, nəfs bədəni idarə edir. (Ş.Y. Sührəvərdi)

·         Bir fitil bir atəşdən alışır. 
Amma o fitili alışdırmaqla atəşdən heç nə əskilmir. 
(Ş.Y. Sührəvərdi)

·         Bədbəxt o adamdır ki, xeyirlə şəri qarışıq salır. (Naməlum)

·         Bir saçı sığallamaz, bir alını sərinlətməz, bir yelkəni şişirməz, bir ətəyi havalandırmazsan. Neyləyim sənin kimi küləyi? (Arif Nihat Asya)

·         Bu kitabın neçə dəqiqədə oxunduğunu burax, neçə ildə yazıldığını düşün. (Arif Nihat Asya)

·         Bütün həyatım - ikiüzlülük və Şər ilə mübarizə. (Marilyn Manson)

·         Başqalarında görüb qiymətləndirdiyimiz ləqayət və məziyyətlər bizə də məxsusdur, çünki insan yalnız özünün sahib olduğu keyfiyyətləri sezə bilir. (Henri Toro)

·         Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır. (Henri Toro)

·         Bütün insanlar səni öz mənfəəti üçün istəyir, Allah isə səni sənin mənfəətin üçün istəyir. (Əbdülqədir Geylani)

·         Bu işin başı Allahdan başqa ilah olmadığına şahidlik etmək, son nöqtəsi isə bütün obyektlər və hərəkətlərin bir-birinin eyni olmasıdır. (Əbdülqədir Geylani)

·         Bir şeyi xatırlamaq Allahı unutdurursa, o şey o adam üçün uğursuzdur. (Əbdülqədir Geylani)

·         Bacarıq və elm, öz ilə qabığı bir-birindən ayırar. (Əbdülqədir Geylani)

·         Bəlalar qula Cənabı Haqqın qapısını döyməyi öyrədir. (Əbdülqədir Geylani)

·         Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. (İlham Əliyev)

·         Bizim xarici ölkələrlə münasibətlərimiz yalnız qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur. Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qura bilmişik. (İlham Əliyev)

·         Biz gələcəyə baxmalıyıq, müasir ölkəyə çevrilməliyik. Həm infrastruktur baxımından, həm dünyagörüşü baxımından, həm təhsil baxımından - bütün parametr baxımından biz müasir dövlət olmalıyıq ki, dünyada və bölgədə öz yerimizi daha da möhkəmləndirək. (İlham Əliyev)

·         Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik. (İlham Əliyev)

·         Bir kərə yüksələn bayraq bir daha enməz. (Məhəmməd Əmin Rəsulzadə)

·         Bu sizin pulunuzdu. Bunu qazanmaq üçün pul ödədiniz. (Corc Uoker Buş)

·         Bütün ağır psixoloji xəstəliklərin təməlində narsizm var. (Erix Fromm)

·         Bura və indiki an sonsuzluqdur. (Erix Fromm)

·         Baykalın əlini belə öpərik. (Bülənt Arınç)

·         Bizim iki gücümüz var: Haqq və Xalq. (Bülənt Əcəvit)

·         Bərabərlik həmişə ədalətli deyil. (Bülənt Əcəvit)

·         Bir adamı öldürsən qatil, milyonlarla adamı öldürsənsə qəhrəmansan. (Çarli Çaplin)

·         Biz həqiqətə gülürük, həqiqət bizi ağlayır. (M.Hadi)

·         Bilməyən və bilmədiyini bilməyən, axmaqdır -Ona qarşı hazırlıqlı ol! Bilməyən və bilmədiyini bilən, sadədir -Ona öyrət! Bilən və bildiyini bilməyən, yatır -Onu oyandır! Bilən və bildiyini bilən, müdrikdir -Onu izlə! (Brüs Li)

·         Batan günəşin kölgəsində ölçülərinə görə özünü böyük zənn etmə. (Pifaqor)

·         Böyük işləri vəd vermədən həyata keçirin. (Pifaqor)

·         Bədənini ruhunun tabutuna çevirmə. (Pifaqor)

·         Biliklə müdrikliyi eyni şey hesab etmə. (Pifaqor)

·         Bir-biri ilə qarşılaşan ədədlər, fiqurlar və onların kombinasiyası bütün riyazi ideyaların mənbəyidir. (Pifaqor)

·         Böyük vədlər vermədən böyük işlər gör. (Pifaqor)

·         Bir şey ki, qaçılmazdır, ondan qaçmaq axmaqlıq olardı. (Publiliy Sir)

·         Başqalarının qüsurlarını görən ağıllı adam özününkülərdən qurtulur. (Publiliy Sir)

·         Başqalarına çox şeyi bağışla, özünə isə heç nəyi bağışlama. (Publiliy Sir)

·         Bir insanın ölümü ölüm, iki milyon insanın ölümü isə statistikadır. (Erix Mariya Remark)

·         Bəzən sönən həyat atəşimiz külək kimi bir başqası tərəfindən qızışdırılaraq alovlanar və hər birimiz bu atəşi təkrar canlandıran dostlarımıza ən səmimi təşəkkürlərimizi borcluyuq. (Albert Şveytser)

·         Bütün dahilər göylərə uzanır, Motsart isə göydən enmişdir. (Albert Şveytser)

·         Böyük olmaq yaxşıdır, amma insan olmaq daha yaxşıdır. (Albert Şveytser)

·         Biz hamımız o qədər çox birlikdə olduğumuz halda hamımız təklikdən ölürük. (Albert Şveytser)

·         Bir çox insan bədbəxt olduqlarını bilərlər, amma daha çoxları xoşbəxt olduqlarını bilməzlər. (Albert Şveytser)

·         Biz bütün işığa sahibik, tək bir şey edilməlidir; düşüncələri praktikaya tökmək. (Albert Payk)

·         Baxdın olmur, baxmayacaqsan. (Tom Robbins)

·         Buraxın etsinlər, buraxın keçsinlər. (Adam Smit)

·         Bazarı görünməz bir əl əlaqələndirir. (Adam Smit)

·         Bütün insanların mənşəyi eynidir; onları ancaq bilik fərqləndirir. (Balasaqunlu Yusif)

·         Biz bir-birimizi içimizdə daşıyırıq. (Camal Şakar)

·         Böyük adamı kəskin tənqid etmək kiçik adamın böyüklüyə çatmaq üçün nail olacağı hazır yoldur. (Edqar Allan Po)

·         Biz sevgidən daha böyük olan sevgi ilə sevdik. (Edqar Allan Po)

·         Bir insanın sənə nələr verə biləcəyi deyil, sənin üçün nələrdən imtina edəcəyi əhəmiyyətlidir. (Georq Vilhelm Fridrix Hegel)

·         Bütün ağıl-həqiqət, bütün həqiqət-ağıldır. (Georq Vilhelm Fridrix Hegel)

·         Bu dünyanı Tanrı yaratdısa, onun yerində olmaq istəməm doğrusu. Çünki, dünyanın səfaləti ürəyimi parçalar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "bu qədər bədbəxtliyi və bu kədəri ortaya çıxarmaq uğruna, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?" (Artur Şopenhauer)

·         Böyük ağrılar qədər bizi yetkinləşdirən bir şey yoxdur. (Alfred de Müsse)

·         Bu dünya gözəlliyin musiqisi ilə ram edilən coşğun fırtınalar dünyasıdır. (Rabindranat Taqor)

·         Bir işim olmayanda, mənim hərəkətsizliyimdə, suları sakit olan dəniz sahilinin axşamı kimi, dərin bir sükunət və asudəlik var. (Rabindranat Taqor)

·         Bu gün qəlbimdə vətən həsrəti var: zaman dənizləri ardında orada bircə xoş saat arzulayıram. (Rabindranat Taqor)

·         Bütün ölkələr üçün vahid universitet modeli ola bilməz. Hər bir universitet öz ölkəsinin ictimai həyatının üzvi hissəsi kimi formalaşmalıdır. (Rabindranat Taqor)

·         Bizim yaradıcılığımız dünyanın Allah tərəfindən yaradılması prosesində kiçik variasiyalardan ibarətdir. (Rabindranat Taqor)

·         Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır. (Heydər Əliyev)

·         Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz. (Heydər Əliyev)

·         Böyük istirahət zülmət dənizinə girib bir daha işığa qovuşmamaqdır. (Əhməd Haşim)

·         Böyük şəxsiyyətlə gülünc şəxsiyyət arasında bir addım yol var. (Napoleon Bonapart)

·         Bir gün bir yoldaşı "Səni böyüyəndən sonra döyüşə çağırsalar sən bu boyla atına minənə qədər döyüş sona çatar." Napolyon yoldaşlarına baxar və belə deyər "Narahat olmayın, mən böyüyəndə məni döyüşə çağırdıqları zaman mən ata minməyəcəyəm, mən atıma minəndə döyüş başlayacaq. (Napoleon Bonapart)

·         Bütün çiçəkləri qopara bilərlər, amma yenə də baharın gəlməsinə əsla əngəl ola bilməzlər. (Pablo Neruda)

·         Bitən sevgidən sonra bir başqasıyla başlayan şeyin adı əlaqə yox, ziddiyyətdir. (Pablo Neruda)

·         Biz şairlər nifrətə nifrət edirik və savaşa qarşı savaşırıq. (Pablo Neruda)

·         Bütün döyüşlər vətəndaş müharibəsidir, çünki bütün insanlar qardaşdır. (Fransua Fenelon)

·         Biz Obamadan razıyıq və o, ABŞ-ın əbədi prezidenti olsa, biz çox şad olarıq. Obama Keniyanın, Afrikanın oğludur. (Müəmmər əl-Qəzzafi)

·         Bizim fikrimizcə, amerikalılara qarşı olan istənilən şəxs bizim tərəfdarımızdır. Düşməninin düşməni - sənin dostundur. (Müəmmər əl-Qəzzafi)

·         Biz Amerikanı dağıda və onun burnunu sındıra bilərik. (Müəmmər əl-Qəzzafi)

·         Bütün cinayətlər və pisliklər acizlikdən doğular, onun üçün hamısı ancaq mərhəmətə layiqdir. (Alfred De Viqni)

·         Bir ölkədə şair nə qədər çoxdursa, həmin ölkə düşüncə baxımından o qədər geridir. İnsanlar və millətlər yaşlandıqca şerin yerinə nəsr keçər. (Cəmil Meriç)

·         Bulud ağlamasa, çəmən gülməz. (Nizami Gəncəvi)

·         Bir cizgi naxışdan çıxarsa kənar, 
Başqa cizgilər də bütün pozular. 
(Nizami Gəncəvi)

·         Bağlı bir qapıya açar axtarsan, 
Ancaq alimlərdə axtar, taparsan. 
(Nizami Gəncəvi)

·         Bir olsa yoldaşın, dostun əməli 
Daşdan su çıxarar onların əli. 
Nifaq olan yerdə fəlakət də var, 
Səadət günəşi birlikdə doğar. 
(Nizami Gəncəvi)

·         Bir ürəkdə olmaz iki sevgili
İki ürəklinin düz olmaz dili. 
(Nizami Gəncəvi)

·         Bacarsan hamının yükünü sən çək
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər
Sənin də yükünü bütün el çəkər. 
(Nizami Gəncəvi)

·         Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan. 
(Nizami Gəncəvi)

·         Bilik öyrənməyi ar bilən hər kəs
Dünyada mərifət qazana bilməz. 
(Nizami Gəncəvi)

·         Bizim Qaimimiz qiyam edəndə Allah bəlanı bizim şiələrimizdən götürəcək, onların qəlblərini dəmir parçası kimi (möhkəm və qorxmaz) edəcək və onların hər birinə qırx kişinin gücünü verəcək. Onlar dünyanın ağa və başçısı olacaqlar. (İmam Səccad)

·         Bəxtindən şikayət etmə, bunu axmaqlar edər. (Haruki Murakami)

·         Bizim ətrafımızda gülməli insanlar həddən artıq çoxdur. Onlardan ən gülməlisi- ağ adamın digər vəhşilərə nisbətən özünü daha az təhlükəli hesab etmiş olmasıdır.. (Mark Tven)

·         Bir klassik hər kəsin oxumuş olmaq istədiyi, ancaq kimsənin oxumağı istəmədiyi əsərdir. (Mark Tven)

·         Bu gün qürurlana biləcəyi heç nəyi olmayanlar dünənki xidmətləri ilə lovğalanmağa başlayırlar. (Mark Tulli Siseron)

·         Bəzən sükut – güclü haraydan daha təsirlidir. (Mark Tulli Siseron)

·         Böyük qəhrəmanlıq poeziyasının yaranması üçün bizə qəhrəman oxucular lazımdır – auditoriya qəhrəmanlığa susamış olmalıdır. (Uitmen)

·         Böyük yükləri daşımaq üçün təbii ki, mənim maşınım idealdır. (Rudolf Dizel)

·         Bu qədər şeyin bir mənası olub-olmadığı və yaxud insanlığı maşınım sayəsində daha xoşbəxt olub-olmayacağı haqqında heç bir fikir söyləmək istəmirəm. (Rudolf Dizel)

·         Bir sözü heç ağılınızdan çıxarmayın: Dövlət. Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız idrak etməliyik. Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər. (Aliya İzzetbeqoviç)

·         Bu ədalətli bir barış olmağa bilər; lakin davam edən bir döyüşdən daha yaxşıdır. ( Bosniya döyüşünü bitirən Dayton razılaşmasını imzalarkən ) (Aliya İzzetbeqoviç)

·         Bir şeyi istədiyimiz vaxt həmişə onun bizi cəzb edən tərəflərini görürük. Onu əldə etdikdən sonra da daim pis tərəflərini tapırıq. (Conatan Svift)

·         Borcunu azaltsan - azad yaşayarsan, əgər günahlarını azaldarsansa - rahat ölərsən. (Ömər ibn əl-Xəttab)

·         Bilik alimlərin ümumi sərvətidir. (İbn Xəldun)

·         Bəşəriyyət eyni mənşəyə və ümumi məqsədə malikdir. (Yaspers)

·         Bir dəfə adamın birindən Shakespeare sevmədiyimi, yazmağa haqqım olmadığını izah edən uzun və hirs dolu bir məktub almışdım. Gənclər mənə aldanıb Shakespeare oxuma zəhmətinə belə girməyəcəkdilər. Belə bir mövqe göstərməyə haqqım yox idi. Səhifələrcə bunu söyləyib dayanmışdı. Cavablandırmadım. Amma burada cavablandıracağam. S..... get . Mən Tolstoyu da sevmirəm. (Çarlz Bukovski)

·         Bir metropol qəzeti, pis xəbər yazmadan əvvəl öz nəbzini ölçər. (Çarlz Bukovski)

·         Bir daha pivəmə toxunsan dişlərini ağzına tökərəm. (Çarlz Bukovski)

·         Bir çox yaxşı adam bir qadın tərəfindən körpü altına salınmışdır. (Çarlz Bukovski)

·         Balanslı insan dəlidir. (Çarlz Bukovski)

·         Bir pələngi tutub qəfəsə qoya bilərsiniz amma onu qırdığınızdan əsla əmin ola bilməzsiniz. İnsanlar daha asandır. (Çarlz Bukovski)

·         Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur. (İmam Hüseyn)

·         Biz, əvvəllər kiçik şeylərlə xoşbəxt olan insanlardıq. Sonra ağılımıza sevda deyə bir şey saldılar, özümüzü toplaya bilmədik. (Yılmaz Güney)

·         Bütün diqqətiniz özünüzdədirsə xoşbəxtliyi zəmanət altına aldınız deməkdir. (İohann Volfqanq Göte)

·         Böyük yükləri qaldıra bilmək üçün onların ortasını tapmaq lazımdır. (İohann Volfqanq Göte)

·         Böyük ehtiraslar ümidsiz bir xəstəlikdir. Onları müalicə edə biləcək olan şey, onları həqiqətən təhlükəli hala da soxa bilər. (İohann Volfqanq Göte)

·         Bir insanı tanımaq üçün nəyi gülünç saydığından daha yaxşı bir göstərici ola bilməz. (İohann Volfqanq Göte)

·         Bir az daha işıq... (İohann Volfqanq Göte)

·         Bəzi qüsurlar bir insanın var olması üçün lazımlıdır. Köhnə dostlarımızın bəzi qəribə xüsusiyyətləri ortadan qalxmış olsa bu Xoşumuza gəlməzdi. (İohann Volfqanq Göte)

·         Başqalarının xoşbəxtliyindən özünə pay çıxaran insan, ən xoşbəxt insandır. (İohann Volfqanq Göte)

·         Başqalarına özümüz haqqında danışmaq çox təbiidir; başqalarının özləri haqqında söylədiyi şeyləri, onların demək istədiyi şəkildə anlamaqsa bir mədəniyyət məsələsidir. (İohann Volfqanq Göte)

·         Bizə könlümüz ağlımızdan daha yaxındır. (İohann Volfqanq Göte)

·         Burada tanrını görə bilmirəm. (Yuri Qaqarin)

·         Bütün sevgi tarixçələri bir-birinə oxşayır. (Paulo Koelyo)

·         Bütün qadınlar mələkdir əslində. Yalnız qanadları qırıldığında süpürgələrinə minərlər. (Paulo Koelyo)

·         Bu gün cəsarət edə bilmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən. (Paulo Koelyo)

·         Biz seçdiyimiz həyat yoluna ayaq basdığımız andan etibarən bütün digər yollar yox olur. (Paulo Koelyo)

·         Biz artıq küləyin, dənizlərin, günəşin enerjisini özümüzə tabe etmişik. İnsanın sevgi enerjisinə yiyələndiyi gün isə, öz əhəmiyyətinə görə odun kəşfindən geri qalmayacaq. (Paulo Koelyo)

·         Bir oğlanla xoşbəxt olmaq istəyirsənsə onu anla, sevməsən də olar. Bir qızla xoşbəxt olmaq istəyirsənsə onu sev, anlamasan da olar. (Paulo Koelyo)

·         Bəzən belə olur ki, tale iki şəxsi ayırır - yalnız ona görə ki, onların bir-birilərinə nə qədər lazımlı olduqlarını göstərsin. (Paulo Koelyo)

·         Bədbəxtçilik - cəza deyil, imtahandır. (Paulo Koelyo)

·         Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Siz onların əzabları haqqında heç bir anlayışınız yoxdur. (Paulo Koelyo)

·         Bir ideal uğruna ölməyə hazıram. (Nelson Mandela)

·         Bir həqiqət o birini aydınladır. (Cordano Bruno)

·         Bəzən bircə kişinin ağlına təsir edə bilməyən kişilər qadınların ağlını əlindən alıb ona sonsuz dərəcədə təsir göstərə bilirlər. (Jorj Sand)

·         Bir düşmən çox, min dost azdır. (Rudəki)

·         Bir neçə prinsipi bilmək yüzlərlə faktı bilməməyi əvəz edə bilir. (Helvetsi)

·         Bəzi məğlubiyyətlərin səbəbi, insanların işi yarıda qoyduqlarında, uğura nə qədər yaxın olduqlarını bilməmələridir. (Tomas Edison)

·         Bu dünyanı yaradan, zehninizdir. (Qautama Budda)

·         Budda dənizinin sahilləri yoxdur. (Qautama Budda)

·         Bir dərdin varsa, dərman tapmağa çalış tapa bilmirsənsə də, onu dərd etmə. (Qautama Budda)

·         Bizdən nifrət edənlərdən nifrət etmədən yaşayaq. Gəlin, bizdən nifrət edənlər arasında nifrətdən xilas olmuş olaraq yaşayaq. (Qautama Budda)

·         Bir adamın öz özünü məğlub edərək qazandığı zəfər, bir başqasının döyüşdə min adamı min dəfə məğlub edərək qazandığı zəfərdən daha yaxşıdır. (Qautama Budda)

·         Başqalarının qüsurları asanca görülər amma öz qüsurumuz görülməz; adam qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxlayar kimi saxlayar. (Qautama Budda)

·         Başqaları ilə maraqlansan iki ay içində bir çox dostlar qazana bilərsən; başqalarının səninlə maraqlanmasını gözləsən, iki ildə belə tək dost qazana bilməzsən. (Deyl Karnegi)

·         Bildiyini bilənin arxasınca gedin, 
Bildiyini bilməyəni oyandırın, 
Bilmədiyini bilənə öyrədin, 
Bilmədiyini bilməyəndən qaçın. 
(Konfutsi)

·         Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir. (Konfutsi)

·         Bilmək sevmək qədər gözəl deyildir, sevmək də zövq almaq qədər (Konfutsi)

·         Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır. (Konfutsi)

·         Bir şeyi dərk etmək – sadəcə onun özünü deyil, həm də bu şeydə təcəlli edən Mütləqi görməkdir. (Mənsur Həllac)

·         Bilik gücdür. (Frensis Bekon)

·         Bütün vaxtınızı işə həsr etmək tənbəllikdir (Frensis Bekon)

·         Biz fəryad ilə dünyaya gəlir, qorxu ilə yaşayır, ah-nalə ilə də onu tərk edirik. (Rövşən Abdullaoğlu)

·         Bilmək lazımdır ki, uğura gedən yol uğursuzluqdan keçir. Bu, bəlkə də, həyatın bir qanunudur. Çox qəribə və paradoksal olsa da, zidlər müsbət cərəyanı doğurur. Hər çətinliklə birgə asanlıq vardır. (Rövşən Abdullaoğlu)

·         Bilirsiniz onun adını niyə məhz keç­miş qoymuşlar? Keçmişin adını hər bir olanları özündə dəfn etdiyi və acı-şirin hadisələrin səhifələrini öm­­rümüzdən vərəqləyərək bizi bu gün adlı yeni bir sə­hi­­fəyə keçirdiyinə görə bu cür qoymuşlar. (Rövşən Abdullaoğlu)

·         Biz səadətimizi özümüzlə daşıyan Adəm övladlarıyıq, eyni zamanda biz içimizdə olan səadətin çağırışını eşidib, səsin mənbəyini özümüzdən kənarda axtaran insanlarıq. (Rövşən Abdullaoğlu)

·         Bir var, şəxsi həyatın kortəbiiliyi, bir də var ictimai həyatın, cəmiyyətin kortəbii olması. 
Hər ikisi dərk olunmasa işıqlı həyat yaşamaq mümkün deyil. 
(Əbu Turxan)

·         Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş. (Əbu Turxan)

·         Biz gələcəyə getməsək də, gələcək bizi çəkib aparır. (Əbu Turxan)

·         Bu dünya imkanla gerçəklik arasında qərar tutur. Biz sonsuz imkan dünyasında ancaq bir cığır seçib gedirik. (Əbu Turxan)

·         Bizi təbiətlə doğmalaşdıran ilkin təbii başlanğıcımızdır. Təbiətsə hərdən öz gözəlliyini göstərməklə aramızda ruhani bir bağlantı da olduğunu yada salır. (Əbu Turxan)

·         Bildiyin şeydən qorxma, bilmədiklərindən qorx. (Əbu Turxan)

·         Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. (Əbu Turxan)

·         Başlama, başladınsa, başa çatdır. (Əbu Turxan)

·         Bəzən sığınacaqların özü ən böyük təhlükəyə çevrilir. (Əbu Turxan)

·         Bir bütöv iş yüz yarımçıqdan üstündür. (Əbu Turxan)

·         Başlanğıc sonda aydınlaşır. (Əbu Turxan)

·         Böyük həqiqətləri görə bilmək üçün qəlbin alışıb-yanması, ətrafı nurlandırması tələb olunur. (Əbu Turxan)

·         Bütün ömür boyu ruh yandıqca səpələnir, paylanır və onun qığılcımları münbit mühitlərə düşərək neçə-neçə yeni həyatların başlanğıcına çevrilir. (Əbu Turxan)

·         Bədən ən sədaqətli dostdur; hətta biz ona zülm edəndə də, o bizi tərk etmir, ta-a biz onu tərk edənədək. (Əbu Turxan)

·         Bədən ruhsuz qalanda ayrılığa dözməyib xiffətdən çürüyür. (Əbu Turxan)

·         Bütöv elm kontekstinə salınmamış ayrıca bir ideya, nə qədər dərin olsa belə, hələ elmi bilik sayıla bilməz. (Əbu Turxan)

·         Bəsirət gözü açılana qədər insan dünyanı bədənin gözü ilə dərk etməyə çalışır. (Əbu Turxan)

·         Bu dünyada sevinc və pərişanlıq iç-içədir. Sadəlövh adamlar bunların gah birini, gah da o birini görürlər. Aqillər isə həyatın hər iki üzünü görürlər. (Əbu Turxan)

·         Bəziləri Günəşin işığında dünyaya baxmaq əvəzinə, gözlərini Günəşin özünə zilləyib kor olur. (Əbu Turxan)

·         Bədənlə birləşəndə ruh əqldən ayrılmış olur; bu məqamda əql insanı tərk etməsə,yenidən əlini uzadıb ruhu öz məqamına qaldıra bilər. (Əbu Turxan)

·         Bil ki, həqiqət 
Üzdə zərifdirsə, dərində azman, 
Son sözü düz sözə verəcək zaman! 
(Əbu Turxan)

·         Biliyin iç üzü biliklər sisteminə daxil olanda məlum olur. (Əbu Turxan)

·         Bəzən adam özü də içində kök atmış gizli suallardan ancaq cavab bəlli olandan sonra xəbər tutur. (Əbu Turxan)

·         Bir var əkəndən sonra alaqları təmizləyəsən, bir də var elə əkəsən ki, ümumiyyətlə alaq çıxmaya. (Əbu Turxan)

·         Biz çiçək əkirik, amma içərisində alaq otları da bitir. Ən çətini alaqlarsız əkə bilməkdir. (Əbu Turxan)

·         Başqasından alınan biliyin ancaq özünü istifadə etmək olar; toxumluğa yaramaz. Cücərə bilməsi üçün biliklər hər dəfə yenidən kəşf olunmalıdır. (Əbu Turxan)

·         Bir suala cavab axtararkən yüz yeni sual ortaya çıxır. (Əbu Turxan)

·         Birinin tam azad olması üçün hamının kölə olması lazım gəlir. (Əbu Turxan)

·         Bəzən qan izinin kəsilməsi naminə də öncə qan tökmək lazım gəlir. (Əbu Turxan)

·         Biz işığı görmürük, işıq qaranlığın bətnindəkiləri görməkdə bizə yardımçı olur. (Əbu Turxan)

·         Bəzən insan özünün qoyduğu qaydaların da quluna çevrilir. (Əbu Turxan)

·         Bütün yarımçıqlar hansı isə bütövün yarımçıqlarıdır. (Əbu Turxan)

·         Bilik iradənin quludur. (Əbu Turxan)

·         Bədii əsərin gücü nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə-dönə yenidən yaşanmasındadır. (Əbu Turxan)

·         Bütün böyük sənətkarlar əslində həmişə eyni sualları qoyurlar; lakin hərə öz dövrünün dilində. (Əbu Turxan)

·         Böyük fəlsəfələr ancaq böyük dillərin çanağında yoğrulub yapıla bilər. (Əbu Turxan)

·         Bəd fikir hələ hissə çevrilməmiş və bədənə hakim kəsilməmiş, hələ fikir halında qarşısı alınmalıdır. (Əbu Turxan)

·         Bədii obraz ölçü, kəmiyyət hüdudları ilə məhdudlaşmır. (Əbu Turxan)

·         Bütün sənətkarlar ictimaiyyətə yaradıcılıq prosesini deyil, onun son məhsulunu çatdırırlar. (Əbu Turxan)

·         Biz nəyi qururuqsa, öncə qurulmuşların üzərində qururuq. (Əbu Turxan)

·         Bütün üzvləri eyni cür düşünən cəmiyyət inkişaf edə bilməz. (Əbu Turxan)

·         Böyük siyasətçilər bəzən aşkarda axın istiqamətində, alt qatda isə ikiqat sürətlə axına qarşı üzməli olurlar. (Əbu Turxan)

·         Başqasının çaldığına oynamaq özü çalıb özü oynamaqdan daha asandır. (Əbu Turxan)

·         Bir sufidən Diogenə tövsiyə: Həqiqi filosofun kənar təsirlərdən azad olmaq üçün çəlləyə girməyə ehtiyacı yoxdur. (Əbu Turxan)

·         Böyük filosoflarla tanış olmaq üçün keçmişə – tarixin dərinliyinə yox, ideya dünyasının dərinliklərinə baş vurmaq lazımdır. (Əbu Turxan)

·         Bütün böyük sənətkarlar həm də ona görə filosofdurlar ki, onların əsərlərində mahiyyətlərin də təhkiyəsi var. (Əbu Turxan)

·         Bəsirət gözü ariflərlə ünsiyyətdə açılır. (Əbu Turxan)

·         Böyük tarixi hadisələrin təməli durğunluq illərində qoyulur. (Əbu Turxan)

·         Bariz şəkildə üzə çıxan çılpaq fikir emosional yaşantının ahəngini pozur. (Əbu Turxan)

·         Böyük maneəyə rast gələndə necə olursa-olsun onu dəf etmək əzmi dahilikdən deyil, tərslikdən xəbər verir. (Əbu Turxan)

·         Bütün sular ləpələnə bilər, dalğa isə ancaq dəryada olur. (Əbu Turxan)

·         Başqasının yarım-yarımçıq təlimlərini öyrənməkdənsə, onları yenidən yaratmaq daha rahatdır. (Əbu Turxan)

·         Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar. (Əbu Turxan)

·         Bütün dahilər bir-birinə doğmadırlar. (Əbu Turxan)

·         Böyük adamlar kiçik işlərdə çox vaxt səriştəsiz olurlar. (Əbu Turxan)

·         Bəzən böyük həyat üçün yaranmış insanların ömrü kiçik və yeknəsəq səhnələrdə keçir. Bu halda onlar öz mənəvi ehtiyaclarını ancaq ədəbi qəhrəmanların həyatında tapa bilirlər. (Əbu Turxan)

·         Böyük məqsədə çata bilmək üçün kiçik məqsədlərdən imtina etməyi bacarmaq lazımdır. (Əbu Turxan)

·         Böyük iş kiçik işlərin toplanmasından yaranmır. Böyük iş üçün böyük ideya lazımdır. (Əbu Turxan)

·         Böyük kəşflər o qədər işıqlı olur ki, yaxın ətrafdakı kiçik yeniliklər onun kölgəsində qalır. (Əbu Turxan)

·         Böyük dünya kiçik dünyadan böyük deyil. (Əbu Turxan)

·         Biz böyük Yaradan qarşısındakı borcumuzu onun yaratdıqlarına ödəməliyik. (Əbu Turxan)

·         Bütün yollar qaranlıqdan işığa doğrudur. (Əbu Turxan)

·         Bir şərdən qaçsan, başqa şərə düşərsən. Ona görə də şərdən qaçmaq yox, onu dəf etmək lazımdır. (Əbu Turxan)

·         Bu günün hər əməli sabah üçün alın yazısıdır. (Əbu Turxan)

·         Bütün aşiqlər divanədir. 
Amma bütün divanələr aşiq deyil. 
(Əbu Turxan)

·         Bütövləşmək əzmində olan yarımçıq dağılmaq ərəfəsində olan bütövdən daha dəyərlidir. (Əbu Turxan)

·         Bir var, sən ölümdən qaçasan (onda o, səni mütləq yaxalayacaq), bir də var, üzərinə elə gedəsən ki, ölüm səndən qaçsın. (Əbu Turxan)

·         Bəzən yaşamadıqlarımız bizi yaşadığımız həyatdan daha çox mühakimə edir. (Əbu Turxan)

·         Böyük insanın faciəsinin səbəbi onun yaşadığı mühitin qəliblərinə sığmamasındadır. Əslində bu, ictimai mühitin, cəmiyyətin faciəsidir. Amma bu faciəni ancaq duya bilənlər yaşayırlar. (Əbu Turxan)

·         Bitməyən bir kitab ol! (Əbu Turxan)

·         Böyük şəxsiyyətlər haqqında yazanda adam özü onların səviyyəsinə qalxmır, əksinə, onları öz səviyyəsinə uyğunlaşdırır. (Əbu Turxan)

·         Boşluq varsa, o mütləq dolmalıdır. (Əbu Turxan)

·         Bütün hissələri mənimsəyib bütövdən xəbərsiz qalmaq mümkündür. (Əbu Turxan)

·         Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır. (Əbu Turxan)

·         Biliksizlikdən utancaqlıq yaranır, çoxbilmişlikdən – utanmazlıq. (Əbu Turxan)

·         Bir fəsil başqa fəsil üçün bir fasilədir. (Əbu Turxan)

·         Bu dünyada həyat heçliklə varlıq arasında cərəyan edir. 
Ölüm bu həyata yekun vurur və kimləri isə heçliyə, kimləri isə varlığa qovuşdurur. 
(Əbu Turxan)

·         Bəzən biz yolu seçirik, bəzən də yol bizi. (Əbu Turxan)

·         Bütün sənət növləri məhəbbət və ağlın bu və ya digər nisbətdə birləşməsindən yaranır. (Əbu Turxan)

·         Bu aynada mən ancaq özümü görürəm. Amma bu ayna məndən öncə neçə-neçə sifətlər görüb. (Əbu Turxan)

·         Biz bəzən istedadsızları yazıqlaya-yazıqlaya yüksək mərtəbəyə qaldırmaqla, istedadlılara qənim hazırlamış oluruq. (Əbu Turxan)

·         Böyük şəxsiyyətlərin xoşbəxtliyi adi, faciəsi böyük olur. (Əbu Turxan)

·         Böyük ideya axınları sel kimidir; qarşısına çıxan bütün ufaq, zərif, yeni cücərən pöhrələri yuyub aparır. (Əbu Turxan)

·         Bundan sonra hara gedəcəyini bilmək üçün, buna qədər haradan gəldiyini bilməlisən. (Əbu Turxan)

·         Bəzən mənliyi yaşatmağın yeganə yolu ölüm olur. (Əbu Turxan)

·         Bəzən şəxs öz iradəsini könüllü olaraq təslim edir: buna səbəb ancaq məhəbbət ola bilər. (Əbu Turxan)

·         Bütün kölgələr silinir, ürəyə düşən kölgədən başqa. (Əbu Turxan)

·         Böyük fəlsəfə dünyası elm məbədinə yerləşsəydi, alimlər filosoflara yanlarında yer vermək üçün məmnuniyyətlə onun qanadlarını kəsərdilər. (Əbu Turxan)

·         Bir nöqtəyə yönəlib yandıran məhəbbətdənsə, bütün dünyaya səpələnib işıqlandıran məhəbbət yaxşıdır. (Əbu Turxan)

·         Bir ideya min bir hadisə libasında üzə çıxır. (Əbu Turxan)

·         Böyük adamların ömrü onların ideyalarının ömrü ilə ölçülür. (Əbu Turxan)

·         Bəşəriyyət üçün dahi olan insan da öz ailəsinin adi üzvü olmağı bacarmalıdır. (Əbu Turxan)

·         Bu günü olmayan xalqın keçmişi də yoxdur. (Əbu Turxan)

·         Bir gün gələcək, Günəş yenə də Şərqdən doğacaq. (Əbu Turxan)

·         Bəşər dünyasının piramidası tərsinə dayanmışdır: azlıq çoxluğun çiynində deyil, çoxluq azlığın çiynində gedir. (Əbu Turxan)

·         Bu gün şüurlarda əsən xəfif meh sabah bütün cəmiyyəti sarsıdan qasırğaya çevrilə bilər. (Əbu Turxan)

·         Böyük şəxsiyyətləri ancaq böyük millətlər yetişdirə bilər. (Əbu Turxan)

·         Başqalarını tanıdıqca insan özünü də tanıyır. (Əbu Turxan)

·         Bərabərlik iddiası ailəni sarsıdır. (Əbu Turxan)

·         Bütün dünyanı gəzib səadət axtardım, – tapmayıb, kor-peşman evə döndüm. Sən demə o, evdə məni gözləyirmiş. (Əbu Turxan)

·         Başqaları ilə dost olmazdan öncə, insan öz daxilində ruh ilə bədəninin ittifaqına nail olmalıdır. (Əbu Turxan)

·         Bütün ləyaqətli adamları, hətta heç vaxt yaxın münasibətdə olmasan da, özünə dost hesab edə bilərsən. (Əbu Turxan)

·         Böyük siyasi liderlər inqilab vasitəsilə islahatlar yox, islahatlar vasitəsilə inqilab edirlər. (Əbu Turxan)

·         Bir balığa quruda gəzməyin nə olduğunu öyrədə bilərsinizmi? Quruda bir günlük gəzinti onun haqqında min il danışmaqdan daha gözəldir. Biznes də belədir. (Uorren Baffett)

·         Bir nəfər bu gün kölgədə oturursa, uzaq keçmişdə başqa birisi ağac əkdiyinə görədir. (Uorren Baffett)

·         Bir gün səni unutmaq məcburiyyətində qalsam, eşqimin kiçikliyinə yox, çarəsizliyimin böyüklüyünə inan. (Attila İlhan)

·         Başqalarından yox, daha çox özündən utanmağı öyrən. (Demokrit)

·         Başqalarını pisləməyi xoşlayanlarla dostluq etməyə dəyməz. (Demokrit)

·         Biz heç bir şeyi bilə bilmərik. Doğru ancaq gerçəyin dərinliyində tapıla bilər. (Demokrit)

·         Başqaları üçün qaydalar, özümüz üçün istisnalar yaradırıq. (Şarl Lemel)

·         Bunların (yəni, canlı varlıqların) hərəsi də ona görə belə kamil yaradılmışdır ki, bütün ağıllı adamları heyran qoysun və onlar öz yaradıcılarının hikmət və qüdrətinə əhsən desinlər (Nəsirəddin Tusi)

·         Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. (Vovenarq)

·         Bəzən bir insanı idarə etmək bütöv bir xalqı idarə etməkdən çətin olur. (Vovenarq)

·         Bəşərsiz kainat bir viranədir! (Səməd Vurğun)

·         Bir yandan boşalır, bir yandan dolur, Sirrini verməyir sirdaşa dünya. (Səməd Vurğun)

·         Bir anlıq səadət bir qərinədir. (Səməd Vurğun)

·         Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır. (Səməd Vurğun)

·         Bütün insanlar yeyir və içirlər, ancaq dəlilər sərxoşluq və qarınqululuq edirlər. (Vissarion Belinski)

·         Böyük işlər yalnız mübarizədə və döyüşdə yaranır. (Vissarion Belinski)

·         Bütün canılar mübarizə nəticəsində yaranmışlar. (Vissarion Belinski)

·         Biz həmişə insanlardan şikayətlənirik. Özümüz də insanıq. Demək bizdən də şikayətlənə bilərlər. (Maksim Qorki)

·         Bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik var. (Maksim Qorki)

·         Bir kağıza sənsizlik yazdım. Yenə də çox xoşuma gəlir.. Çünki sənsizlik sözü belə "sən"lə başlayır. (Camal Sürəya)

·         Bəlkə o hər şeyə dəyəcək qədər qiymətlidir sənin üçün; Amma sən də, onun üçün özünü heç edəcək qədər dəyərsiz deyilsən. (Camal Sürəya)

·         Bəsdi, ağılından çıxart artıq onu deyir kimiləri. Siz də ağılınızla deyil də, ürəyinizlə sevsəydiniz anlardınız məni. (Camal Sürəya)

·         Bəzən deyirəm ki, nə olacaq denən getsin.. Sonra deyirəm; deyəndə nə olacaq, sus bitsin. (Camal Sürəya)

·         Bəzən elə yorar ki eşq insanı, bezdirər həyatdan.. Və bağlayanda gözlərini bir daha açmaq istəməz insan. (Camal Sürəya)

·         Bir-bir, sevə-sevə çıxdığım eşq pillələrini; On-on, söyə-söyə düşürəm indi... (Camal Sürəya)

·         Bir daha məni sevdiyini demə! Niyə bilirsən? Çünki yenə inanaram. (Camal Sürəya)

·         Bütün analar həmişə tanımadıqlarına güvənmə deyir, yoxsa pis olar sonu. Düşünürəm də tanışlarımıza güvəndik də nə oldu! (Camal Sürəya)

·         Bir qarğa ilə qış gəlməz. (Mahmud Qaşğari)

·         Bəli, Xoşbəxtlik Təkrarlanılmağa Duyulan Həsrətdir, Dedi Tereza Öz-özünə. (Milan Kundera)

·         Bu Dünyada Gənclik Və Gözəlliyin Bir Mənası Yoxdur; Bir-birinin Eynilə yoldaşı, Ruhları Görünməz Olmuş Bədənlərlə Dolu Ucsuz-bucaqsız Bir Toplama Düşərgəsindən Başqa Bir Şey Deyildi Yaşadığımız Dünya. (Milan Kundera)

·         Bədbinlik əhval-ruhiyyədir, nikbinlik – iradə. (Alen Emil Ogüst)

·         Bir növ qovuşmaqdır xatırlamaq; unutmaq - azadlıqdır. (Xəlil Cibran)

·         Bütün kainatda hər şeyin yaradıcısı və sahibi olan bir Tanrı var... İnsan cəmiyyətinin ən yaxşı idarə tərzi də tək bir varlıq tərəfindən həyata keçirilir. (Tomas Mor)

·         Bir gənc qızın ən gözəl cehizi - namusudur. (Fatimə Zəhra)

·         Bəzi adamlar məşhurdurlar, bəzi adamlar isə məşhur olmağa layiqdirlər. (Doris Lessinq)

·         Bu dünyada əksəriyyətin kiçik bir azlıq tərəfindən idarə olunmasından daha qəribə bir şey yoxdur. (Devid Yum)

·         Beyindəki kiçik çalxalanmaları düşüncə deyə xarakterizə etmək nə qəribə bir imtiyazdır. (Devid Yum)

·         Bizim mövcudluğumuz fasiləsiz olaraq keçmişə doğru gedişdir. (Fridrix Nitsşe)

·         Bizim geyə biləcəyimiz 
ən yaxşı maska öz üzümüzdür. 
(Fridrix Nitsşe)

·         Bütün idealistlər, xidmət etdikləri iddiaların hər şeydən əvvəl dünyanın bütün o biri iddialarından üstün olduğunu düşünərlər. Öz iddialarının bir az olsun müvəffəqiyyətli olması üçün, bu iddianın bütün o biri insan cəhdlərinə lazımlı olan eyni murdar qoxulu gübrəyə açıqca ehtiyacı olduğuna inanmaq da istəməzlər. (Fridrix Nitsşe)

·         Bütün mühakimə edənlərin gözündən bir cəllad baxar. (Fridrix Nitsşe)

·         Böyük borclar insanları dəyər bilməyə deyil, kin saxlamağa yönəldər. (Fridrix Nitsşe)

·         Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik. (Fridrix Nitsşe)

·         Bir insana ediləcək ən pis şey onu utandırmaqdır. (Fridrix Nitsşe)

·         Bir dəfə gedilmiş bir yola düşənlərin sayı çoxdur, hədəfə çatan az. (Fridrix Nitsşe)

·         Bir insanın həqiqətən ələ almış olduğu düşüncə azadlığı ilə, onun ehtirasları və hətta arzuları da gizli gizli öz üstünlüklərini göstərəcəklərini sanarlar. (Fridrix Nitsşe)

·         Birini günahlandırmaq üçün irəli uzatdığın əlinin 3 barmağının səni göstərdiyini unutma! (Fridrix Nitsşe)

·         Bir seçim etmək məcburiyyətindəysəniz; seçməmək də bir seçimdir. (Vilyam Ceyms)

·         Beynimiz qəbul eləyə bilsin deyə gərək əvvəl ürəyimizlə inanaq. (Vilyam Ceyms)

·         Bir insanı sevməklə başlayırdı hər şey. (Yılmaz Ərdoğan)

·         Bəzən sən belə "vay be!" deyərsən özünə; Tək sətirlik adamları necə roman etmişəm könülümə. (Yılmaz Ərdoğan)

·         Baxdın həyatın dadını çıxara bilmirsən; dadını qaçıranı, həyatından çıxar. (Bob Marli)

·         Bəlkə də əvvəlcə səhv insanlarla tanış olmasaydıq, doğru insanı tapdığımızda, onların dəyərini anlaya bilməzdik. (Bob Marli)

·         Bəlkə də haqlısan.. Sıfırın gücü yoxdur; amma unutma ki, sıfırın itirəcək bir şeyi də yoxdur! (Bob Marli)

·         Bəzən elə gülmələr vardır ki, ən böyük ağrıları gizləmək üçündür. (Bob Marli)

·         Bəzi insanlar səni çox yaxşı başa düşürlər.. Həm də çox yaxşı.. Amma daim uzaqdadırlar. (Bob Marli)

·         Bil ki ayrılıq, kifayət qədər sevməyənlər üçün bir sondur. Unutma, 'Bitdiyində getmək asandır, amma eşq ayrılıqda müəyyən olur'. (Bob Marli)

·         Bastığın yerlərə torpaq deyərək keçmə, tanı:
Düşün altında minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:
Vermə, dünyaları alsan da, bu cənnət vətəni. 
(Mehmet Akif Ərsoy)

·         Böyük tullanmağı reallaşdırmaq istəyən, bir neçə addım geriyə getmək məcburiyyətindədir. Bu gün sabaha dünənlə bəslənərək yol alır. (Bertolt Brext)

·         Bir insan Allahdan başqa hec kimə ehtiyacı olmadığına inansa, Allah da onu başqasına möhtac etməz.