Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - Aforizmlər V


  • Vətənini ən çox sevən, vəzifəsini ən yaxşı edəndir. (Mustafa Kamal Atatürk)
  • Vəhşiliklə birlikdə yaradıldım. (Benito Mussolini)
  • Vacib olan dərdlərdən uzaq qalmağı necə bacara bildiyiniz deyil; başınız dərdə girdiyində bunun öhdəsindən necə gəldiyinizdir. (Pol Oster)
  • Və o zaman qırdığın bu ürək, indi qırır başqa ürəkləri! Eşqdə qazanmaq dedikləri itirməkdir bir çox şeyi... (Murathan Mungan)
  • Vicdan əzabı cinayətkarda sonradan qalan yeganə hissdir. (Volter)
  • Vərdişə çevrilmiş əməllərə görə insan heç vaxt vicdan əzabı çəkmir. (Volter)
  • Var-dövlət insanlara bəzən onu itirmək qorxusundan başqa heç nə vermir. (Rivarol)
  • Vətəndaş olmasa boş şeydir Vətən!
    Beş günlük, on günlük güney qarıdır.
    Vətən məfhumunun özəyindəki
    Vətənin vüqarlı oğullarıdır! (Xəlil Rza Ulutürk)
  • Vərdişləriniz nə qədər çox olsa, azadlığınız da bir o qədər az olar. (İmmanuel Kant)
  • Vaxtı öldürmək özünü öldürməkdir. (D.Pekk)
  • Vətənpərvərlik təkcə vətəni sevmək deyil. Bu, daha dərin bir hadisədir... 
    Bu, özünün vətəndən ayrılmaz olduğunu dərk etmək və xoşbəxt və bədbəxt günlərini onunla birgə yaşamaqdır. (Lev Tolstoy)
  • Vicdan-insanların həyatının doğru yol göstəricisidir. (Lev Tolstoy)
  • Varliqda ki anlaşılmazlıq davamlı bir ahəngdir. (Platon)
  • Vay, vay, vay, nə pissiniz... Gəlin meymun rəqsi edək. (Coni Bravo)
  • Var olduğumuz müddətcə ölüm ortada yoxdur; ölüm gəldiyi anda da biz artıq yoxuq. (Epikür)
  • Vicdan bizim hamımızı eqoist edir. (Oskar Uayld)
  • Vətənpərvərlik mərhəmətsizlərin ərdəmidir. (Oskar Uayld)
  • Vaxt-pul itkisidir. (Oskar Uayld)
  • Vaxt və pul bir-birinə bağlıdır. (Uinston Çörçill)
  • Vidalar ağrıtsa da, bəzən getmək lazımdır.. (Can Yücəl)
  • Vətənində ölməyən insan iki dəfə ölər. (İsmayıl Həbib Sevük)
  • Vaxtından əvvəl ağacdan qoparılmış meyvə nə qədər saxlasan da yetişməz. (Cəlaləddin Rumi)
  • Vətəni sevdirməzdən öncə, onu tanıtmaq lazımdır. (Xudu Məmmədov)
  • Varlığımdan kənar varlığımsan mənim. (Xudu Məmmədov)
  • Vəzifə verirlər, sonra iş axtarırlar... (Xudu Məmmədov)
  • Vəzifə maqinit, dost-tanış, qohum-qəblə isə dəmir qırıntılarıdır. (Elman Həbib)
  • Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir. (Mühəmməd peyğəmbər (SƏS))
  • Vətənə vurulan yaranı hər birimiz ürəyimizin dərinliklərində hiss edirik. (Viktor Hüqo)
  • Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir. (Viktor Hüqo)
  • Varsa qarşılığı, sonuna qədər gedəcəksən! Amma yoxdursa qarşılığı; İlk döngədən dönəcəksən. (İlhan Bərk)
  • Vəfasızın məclisində bade içilməz. (Ziya paşa)
  • Vaxt insanın bu dünya və əbədi həyatıdır. Bu həyatın əbədi xoşbəxtlik və ya əbədi əzab içində keçməsi, o vaxtı necə keçirməkdən asılıdır. (Ibnul Qayyim al-Cəvziyyə)
  • Varlığında, varlığın var olmasının söz mövzusu olduğu bir varlıq olaraq var olan bir varlığam. (Jan Pol Sartr)
  • Var olmaq susamadan içmək kimi bir şeydir. (Jan Pol Sartr)
  • Vətən mənə oğul desə nə dərdim,
    Mamır olub qayasında bitərdim. (Məmməd Araz)
  • Vicdan bahalı bir xüsusiyyətdir.Ucuz insanlarda olmur. (Onore de Balzak)
  • Viruslardan daha qorxulusu immunitetin yoxluğudur. (Tur Xander)
  • Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil; bunun üçün dövlətçilik şüuru da tələb olunur. (Tur Xander)
  • Vaxt qılıncdır. Sən onu kəsməsən, o səni kəsəcəkdir. (İmam Şafii)
  • Və ümid edirəm ki, mən Xristiyanlığı sona çatdırmış adam olaraq yaddaşlarda qalacağam. (Spin jurnalı, Avqust 1996) (Marilyn Manson)
  • Vergilərin aşağı salınmasına inanmağımın səbəbi hər şeydən əvvəl ona inanmağımdır. (Corc Uoker Buş)
  • Vaxtımı siyasətə və tənliklərə sərf edirəm.Zənnimcə tənliklər daha vacibdir,çünki siyasət yalnız həmin məqam üçün mövcud olduğu halda , tənliklər əbədidir. (Pifaqor)
  • Vəzifə duyğusu, ən böyük tərbiyəçi gücdür. (Albert Şveytser)
  • Vəzifə həmişə bizimlədir; dahası bizə hər dəfə boş bir fərd olmağı qadağan etmişdir. (Albert Payk)
  • Varlıq dalğalar şəklində qabaran bir dənizdir. Adi gözlə görünən isə yalnız dalğalardır. (Əbdürrəhman Cami)
  • Vicdan - yaxşı yolu işıqlandıran mənəvi çıraqdır amma nə vaxt ki, pislik edirlər, onu məhv edirlər. (Georq Vilhelm Fridrix Hegel)
  • Vərdiş zəncirləri, əvvəl eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olur. (Artur Şopenhauer)
  • Var-dövlət və şöhrət dəniz suyu kimidir: içdikcə, yanğı daha da artır. (Artur Şopenhauer)
  • Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. (Heydər Əliyev)
  • Vaxtilə Fransız hökumətindən biri Napolyon Bonapartı bir müharibə əsnasında tənqid edib barmağını xəritə üzərində gəzdirərək: Əvvəl buranı almalı idiniz, sonra burdan keçərək kənarını zəbt etməli idiniz, kimi fikirlər icra edincə Napolyon :"Bəli, onlar barmaqla alına bilsəydi dediyin kimi edərdim". (Napoleon Bonapart)
  • Valideynlərə itaət etmək daha vacibdir, nəinki onların dediklərini etmək. (Müəmmər əl-Qəzzafi)
  • Və ya xarici bazalar torpağlarımızdan yoxa çıxacaqlar, belə vəziyyətdə inqilab davam olacaq, və ya bazalar qalacaqlar və inqilab öləcək. (Müəmmər əl-Qəzzafi)
  • Varlıq eşq üzərində qərar tutur. (Nizami Gəncəvi)
  • Vətənpərvər o insandır ki, həmişə mən vətənpərvərəm deyə qışqırır, lakin bu qışqırıq nə üçündür?-onu anlamır. (Mark Tven)
  • Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – Vətən sözündə birləşmişdir. (Mark Tulli Siseron)
  • Vətən yolunda ölməklə xeyir gətirəcəyini bilən hər hansı bir vicdanlı insan onun yolunda ölməyə tərəddüd edərmi? (Mark Tulli Siseron)
  • Vicdan Allahın daxilimizdəki səsidir. (Alfons de Lamartin)
  • Valideynləri əsəbiləşdirmək olmaz, çünki bu halda biz həzz aldığımız hər şeydən imtina etmiş oluruq. (Paulo Koelyo)
  • Vicdan insanın kompasıdır. (Vinsent van Qoq)
  • Vətənin sevməyən insan olmaz, olsa, o şəxsdə vicdan olmaz. (Abbas Səhhət)
  • Vətənim verdi mənə nanü-nəmək
    Vətəni məncə unutmaq nə demək. (Abbas Səhhət)
  • Vətənin sevməyən insan olmaz
    Olsa, o şəxsdə vicdan olmaz. (Abbas Səhhət)
  • Varlığın o biri sahilinə çatdığında əvvəl, sonra və ortada olandan imtina et. (Qautama Budda)
  • Varlıqda varlığı yaradanın varlığı var. (Mənsur Həllac)
  • Var-dövlət – Haqq yolunda xərclənəndə fəzilətə, əks halda rəzalətə vəsilə olur. (Əbu Turxan)
  • Var-dövlət çox olduqca, onun fövqünə qalxmaq üçün daha böyük ruhani enerji tələb olunur. Günlərin bir günü ruh daha varlığın ağırlığını, cazibə gücünü dəf edə bilmir və insan öz var-dövlətinin içində itib batır. (Əbu Turxan)
  • Verilmiş azadlıq dərəcəsindən yetərincə faydalana bilməyəndə məcburiyyət ortaya çıxır. (Əbu Turxan)
  • Vəcd şimşək kimidir. Ani olaraq bütün qaranlıqları yox edir. (Əbu Turxan)
  • Vətəndən məhrum olmaq yetimliyin başqa bir formasıdır. (Əbu Turxan)
  • Vəzifə kiçikləri böyüdür, böyükləri kiçildir. (Əbu Turxan)
  • Vaxtsız çiçək açan arzular bar verməz. (Əbu Turxan)
  • Vüsal romantik məhəbbəti göylərdən yerə endirir. Eniş uğursuz olanda məhəbbət ölür. Eniş tədrici olanda məhəbbət yeni formaya – ailə məhəbbətinə keçir. (Əbu Turxan)
  • Vətən sevgisi üçün hansı ölkədə doğulmaq yox, hansı ölkənin doğma olması əsasdır. (Əbu Turxan)
  • Vətən sevgisi iki səviyyədə üzə çıxır: biri kortəbii surətdə – doğmalıq hissi kimi, o biri – dövlətin simasında şəxsləşən qarşı tərəfə şüurlu münasibət kimi. (Əbu Turxan)
  • Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözür. Və nə vaxtsa daha buna da dözə bilmir. (Əbu Turxan)
  • Vətəndaşlıq milli ruhla vətənin izdivacından doğulur. (Əbu Turxan)
  • Vətən sevgisi fərdi sevgidən ilahi sevgiyə yüksəliş yolunda bir məqam kimi ortaya çıxır. (Əbu Turxan)
  • Vaxt lazımdır sadəcə, unudacaqsan! Necə unutdunsa uşaqlığını, qırılan oyuncaqlarını. Qırılan ürəyini də elə unudacaqsan. (Camal Sürəya)
  • Vüqar sanki insanın boyunu ucaldır, şöhrətpərəstlik isə üfürüb şişirdir. (Nikola Şamfor)
  • Vətənpərvərlik haqqında danışırlar, hər halda nə isə oğurlayıblar (Mixail Sаltıkоv-Şеdrin)
 

Bugün 1 ziyaretçi (10 klik) kişi burdaydı!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=