Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - Aforizmlər Y



Axtarış
 
  • Yurdda sülh, cahanda sülh! (Mustafa Kamal Atatürk)
  • Yoldaşlar! İnqilabımız Türkiyənin əsrlər üçün xoşbəxtliyini boynuna götürmüşdür. Bizə düşən onu qavrayaraq və təqdir edərək işləməkdir. (Mustafa Kamal Atatürk)
  • Yeni nəsil, ən böyük respublikaçılıq dərsini bu günki müəllimlər birliyindən və onların yetişdirəcəkləri müəllimlərdən alacaq. (Mustafa Kamal Atatürk)
  • Yaxşılıqdan zərər gəlməyəcəyini öyrədərlər; Lakin arxanızdan hərif deyiləcəyini öyrətməzlər. (Oldos Haksli)
  • Yaxşı çalışan, sıx gülən və çox sevən müvəffəqiyyəti əldə edər. (Oldos Haksli)
  • Yumor bizi həyat dalğalarında qoruyan halqadır. (V.Raabe)
  • Yalnız böyük ağrıları çəkənlər xoşbəxtliyin mənasını bilərlər. (Pol Oster)
  • Yaradılmışlardan ən gözəli gözəl tərbiyə almış insandır. (Epiktet)
  • Yalnız uduzulmuş hesab etdiyin işi qəti olaraq uduzursan. (Anatol Frans)
  • Yol gözəlsə, hara çatdığının nə əhəmiyyəti var! (Anatol Frans)
  • Yalnız azad millətin milli xarakteri ola bilər. (Jermena de Stal)
  • Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi. (Cəfər Sadiq)
  • Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir. (Menandr)
  • Yumurtalardan qorxuram, qorxmaqdan əvvəl, iyrənirəm. Ağ üzərində heç dəlik olmayan şey. Heç yumurta sarısından daha iyrənc bir şey gördünüzmü? Qan xoş bir qırmızılığa malikdir, ancaq yumurtanın o sarısı iyrənc. Heç dadmadım. (Alfred Hiçkok)
  • Yəhudi əleyhdarlığı, irqçi şovinizmin həddindən artıq bir növü olaraq, adamyeyənliyin ən təhlükəli əsəridir. (İosif Stalin)
  • Yazıçılar insan ruhunun mühəndisləridir. (İosif Stalin)
  • Yolun gələcəyini çəkdim, keçmiş kimi. (Özdəmir Asaf)
  • Yalnızlıq paylaşılmaz, paylaşılsa yalnızlıq olmaz. (Özdəmir Asaf)
  • Yanına qədər qaçdıqdan sonra, bir addım daha atmayacaqsansa əgər; oraya qədər əsla qaçma. Sənə deyil, gözləyənə yazıq olar. (Özdəmir Asaf)
  • Yalnız böyük insanların böyük qüsurları ola bilər. (Fransua de Laroşfuko)
  • Yaşlanmasını bilən çox az insan vardır. (Fransua de Laroşfuko)
  • Yaşadığımız illərin sayına baxmayaraq, çox vaxt təcrübəmiz çatışmır. (Fransua de Laroşfuko)
  • Yanıldığını əsla qəbul etməyənlər, ən çox yanılanlardır. (Fransua de Laroşfuko)
  • Yaxşı bir nəsihətdən faydalanmaq, ən az onu vermək qədər sağlam fikirə ehtiyac duyar. (Fransua de Laroşfuko)
  • Ya azad bir millət olaraq yaşayaq ya da ölək. (Avraam Linkoln)
  • Yalan qədər insanı alçaldan bir şey yoxdur. (Anton Çexov)
  • Yalan meşə kimidir: nə qədər uzağa getsən, çıxmaq da bir o qədər çətin olacaqdır. (Anton Çexov)
  • Yalnız axmaqlar elə bilirlər ki, mən özüm də başqalarına verdiyim məsləhətlərə əməl edirəm. Nə münasibətlə? Axı mən başqalarına qətiyyən oxşamıram. (Salvador Dali)
  • Yox etmə ehtirası eyni zamanda yaradıcı bir ehtirasdır. (Mixail Bakunin)
  • Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən külək başlayanda pəncərəni örtürsən. Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən. (Uilyam Şekspir)
  • Yalnız böyük hadisələr dahi insanları yaradır. (Jan Jak Russo)
  • Yalnız o şeydən həqiqi həzz ala bilərsən ki, onu itirməkdən qorxmayasan. (Jan Jak Russo)
  • Yaradanın əlindən çıxan nə varsa gözəldir. Hər şey insanın əlində pozulur. (Jan Jak Russo)
  • Yazılan əsəri hamı oxuya bilər – başa düşən də, düşməyən də. Əsər kimlə danışmağın lazım olduğunu, kimlə danışmağın lazım olmadığını bilmir. Ona qarşı etinasızlıq və ya haqsızlıq edəndə atasının köməyinə ehtiyacı olur, özü isə nə müdafiə olunmağı, nə də özünə köməklik etməyi bacarmır. (Sokrat)
  • Yerində danışmaq və yerində susmaq böyük qabiliyyət tələb edir. (Sokrat)
  • Yaxşı danışmağı yaxşı yazan müəllifləri oxumaqla öyrənmək olar. (Volter)
  • Yalnız zəiflər cinayət edir—güclü və xoşbəxt insanın cinayət etməyə ehtiyacı yoxdur. (Volter)
  • Yaşlılıq, gənclikdən daha ədalətlidir. (Esxil)
  • Yaşlılar üçün, öyrənmənin zamanı keçməz. (Esxil)
  • Yaşamaq və öyrənmək gözəl şeylərdir. (Migel de Servantes)
  • Yaltaqlığın təmin etdiyi çıxar, dürüstlüyün qazandırdığı faydadan daha çox olsa , o ölkə batar. (Şarl Lui Monteskyö)
  • Yaxşı qonşuluq, qonşuya əziyyət verməmək deyil. Əslində, yaxşı qonşuluq qonşunun verdiyi əziyyətin müqabilində səbir etməkdir. (İmam Kazım)
  • Yaxşı ağıl hələ azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdədir. (Rene Dekart)
  • Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir. (Rene Dekart)
  • Yaxşı bəhanələr tapmağı bacaranların, başqa şeylər bacara bildiyi çox nadir olaraq görülür. (Bencamin Franklin)
  • Yalanlar gerçəklərlə uyğun gəlmədiyi kimi, ümumiyyətlə öz aralarında da zidd düşərlər. (Daniel Vebster)
  • Yalan nə qədər böyüksə, inananı da o qədər çox olar. (Adolf Hitler)
  • Yalan böyük olduqca onu demək asanlaşır. (Adolf Hitler)
  • Yüksək təpələrdə həm ilana, həm də quşa rast gələ bilərsiniz; biri sürünərək, o biri isə uçaraq yüksəlmişdir. (Cənab Şəhabəddin)
  • Yaxşılığı yalnız yaxşılar, pisliyi isə hamı başa düşür. (Cənab Şəhabəddin)
  • Yeni meydanlar açılmış uzaqdakı şəhərimdə. (Nazim Hikmət)
  • Yaşamaq bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına. (Nazim Hikmət)
  • Ya ölü ulduzlara aparacağıq həyatı, ya da ölüm enəcək yer üzünə. (Nazim Hikmət)
  • Yuxuları reallaşdırmanın ən kəsə yolu, oyanmaqdır. (Ergün Gülər)
  • Yaxşılıq, sadə; pislik isə çox istiqamətlidir (Aristotel)
  • Yaxşılıq etməyə gücün çatmırsa, pislik etmə. (Aristotel)
  • Yalnız, dayansa anlaşılar saatın neçə olduğu. (Turqut Uyar)
  • Yüz dildə "səni sevirəm" desən nə fayda?! Bir dildə adam kimi sevmədikdən sonra.. (Turqut Uyar)
  • Yoxlamağı bilənə qeyri-mümkün yoxdur. (Makedoniyalı İsgəndər)
  • Yaşamağı atama borcluyam. Yaxşı yaşamağı isə müəllimimə. (Makedoniyalı İsgəndər)
  • Yalanın faydası bir dəfə üçündür, gerçəyin faydası isə sonsuz və ölümsüz. (Deni Didro)
  • Yalnız yaxşılıq etmək yetməz, yaxşılığı incəliklə də etmək lazımdır ... (Deni Didro)
  • Yer üzündə hər şey gözəl olsaydı, onda gözəl heç nə olmazdı. (Deni Didro)
  • Yaxşı kitab çox qiymətli xəzinədir. (Həsən bəy Zərdabi )
  • Yalan iki nəfərin əsəridir: biri danışar, digəri inanar. (Homer Simpson)
  • Yalnız ölmək istəməyəni xilas etmək mümkündür. (Lev Tolstoy)
  • Yanıb işıq saça bilmirsənsə, heç olmazsa işığın qabağını kəsmə. (Lev Tolstoy)
  • Yalnız qəlbimizdəki suallara cavab verən şeyləri oxumaq lazımdır. (Lev Tolstoy)
  • Yer üzünün məskunlaşmış əraziləri iki padşah arasında bölünməyə layiq deyil. (Teymurləng)
  • Yalnız ölülər döyüşlərin sonunu görmüşdür. (Platon)
  • Yoxluğu sözlə bildirməyi sınayan əslində heç bir şey söyləmir deməliyik. (Platon)
  • Yalançı deyil gerçək filosoflar şəhər şəhər gəzərək bu keçici dünya insanlarının yaşayışını yüksəklərdən seyr etdikləri zaman məlumatsız xalqın gözündə başqa qəliblərə girərlər. Bəzilərin tərəfindən bir dəyərləri yoxdur. Bəzilərinə görə də bir dünyaya əvəzdirlər. Onlara bəzən sofist bəzən də dövlət adamı deyərlər; kimi zamanlarda da bir çoxlarına bütün bütünə dəli görünərlər. (Platon)
  • Yerə bas, yer cücəsi bu iş ciddiləşdi. (Coni Bravo)
  • Yenə hər zamanki kimi ninja döyürdüm. (Coni Bravo)
  • Yaxşı yaşayırsan, lakin bir problemimiz var, meşənin dərinliklərinə gedib ömürümüzün sonuna qədər böcək yemək məcburiyyətində qala bilərik. (Coni Bravo)
  • Yanıb-yaxılmayana kimsə acımaz. (Jan Austin)
  • Yoxsulluq çox bahalı bir lüksdür, xərcini qarşılaya bilmərik. (Eleonora Ruzvelt)
  • Yaxşı bir başlanğıc, yarı yarıya müvəffəqiyyət deməkdir. (Andre Jid)
  • Yuxunda görürsənsə onun üçün darıxmısan. Yuxunda görmək üçün yatırsansa, sevmisən deməkdir. (Can Dündar)
  • Yaxşı bir 'omba' sahibi olmanın, Yaxşı bir 'baş' sahibi olmaqdan daha çox pul qazandıran bir ölkədə, heç bir şey irəli gedə bilməz. (Can Dündar)
  • Yanında səni istilədəcək biri varsa, üşümək həqiqətən gözəldir. (Can Dündar)
  • Yaşlılar hər şeyə inanırlar.. Orta yaşlılar hər şeydən şübhələnirlər.. Gençler də hər şeyi bilirlər. (Oskar Uayld)
  • Ya bəşəriyyət müharibələrə, ya da müharibələr bəşəriyyətə son qoyacaqdır. (Con Kennedi)
  • Yalnız qalmaq və sevilmədiyni bilmək, bir insan üçün ən böyük mənəvi yoxsulluqdur. (Tereza Ana)
  • Yarımçıq savadı olan savadsızdan da savadsızdır. (İbn Sina)
  • Yalnız o ideyalar həqiqidir ki, daxilən yaşanıbdı. (R.Rollan)
  • Yaxşı ki, cahillər kitab oxumurlar. 
    Yoxsa kitab nüfuzdan düşərdi. (Cəlaləddin Rumi)
  • Yumşaq ipəyi iti qılınc da kəsmir. (Cəlaləddin Rumi)
  • Yalnız ağıllı insanlarla dostluq edin, çünki bəzən axmaq dost, ağıllı düşməndən də təhlükəli ola bilər. (Cəlaləddin Rumi)
  • Ya olduğun kimi görün, ya da göründüyün kimi ol! (Cəlaləddin Rumi)
  • Yamanlara yaxşılıq etmək, yaxşıların haqqında pislik etmək kimidir. (Abbasqulu ağa Bakıxanov)
  • Yersiz lazımolma arzusu əl-ayağa dolaşmaqdan başqa bir şey deyil. (Xudu Məmmədov)
  • Yersiz görülmüş iş də yersiz deyilmiş söz kimidir. (Xudu Məmmədov)
  • Yaşamaq üçün yox, düşünmək üçün bir sığınacaq tapmalı oldum. (Xudu Məmmədov)
  • Yaşamaq gərçi xoş əməl, 
    Yaşatmaq daha gözəl. (Hüseyn Cavid)
  • Yazıçılıq sənəti qorunması güc olan bu iki tapşırığa bağlı qalacaq; bilə-bilə yalan danışmamaq və insanın insanı əzməsinə etiraz etmək. (Alber Kamyu)
  • Yazıçı, sənətini böyük edən bu iki vəzifəsini yüklənməlidir; gerçəyi və azadlığı. (Alber Kamyu)
  • Yaşamağın dadını bilməkdən qorxana axmaq deyərəm. (Alber Kamyu)
  • Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım. (Əli bin Əbu Talib)
  • Yazmağı davam etdirmək istəyən məşhur bir yazıçı şöhrətə qarşı özünü davamlı qorumalıdır. Heç vaxt unutmayın ki, bir evlilikdə ən əhəmiyyətli şey xoşbəxtlik deyil, davamlılıqdır. (Qabriel Qarsia Markes)
  • Yaşanan hər şeyin bir səbəbi vardır. (Qabriel Qarsia Markes)
  • Yeni albom haqqında söyləyəcək bir şeyim yoxdur. İndi gedə bilərəm? ("hours" albomu üçün etdiyi müsahibədə, 1999) (Devid Boui)
  • Yes böyük qardaşçım. Türkcə təhsilə məndən də okey! (Cem Yılmaz)
  • Yazılıdan sıfır aldım amma, əhəmiyyətli olan qatılmaq idi. (Cem Yılmaz)
  • Yalançının yaddaşı yaxşı olmalıdır. (Kvintilian)
  • Yeni ideyalar üçün adətən faktlar lazımdır. (Ceyms Uotson)
  • Yayın sonunda eksperimentlər aparmaq qeyri-təbiidir. (Ceyms Uotson)
  • Yalnız yaxın illərdə hiss oluna bilən uğur gətirəcək məsələlər üzərində işləyin. (Ceyms Uotson)
  • Yaxşı keçirilmiş bir günün, xoşbəxt bir yuxu gətirməsi kimi; yaxşı yaşanmış bir həyat da xoşbəxt bir ölüm gətirir. (Leonardo da Vinçi)
  • Yaxşı insanlar üçün öyrənmə arzusu təbiidir. (Leonardo da Vinçi)
  • Yaxşı yaşadığımız gün bizə sakit yuxu gətirdiyi kimi, yaxşı yaşadığımız ömür də bizə sakit ölüm gətirir. (Leonardo da Vinçi)
  • Yüngül iztirablar danışa bilər, amma dərin iztirablar dilsizdir. (Kiçik Seneka)
  • Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kimə inanmamasıdır. (Corc Bernard Şou)
  • Yaşamağı bir döyüş olmaqdan qurtarmaq istəyən həyatla barışmasını təmin edəcək qədər pul sahibi olmalıdır. (Corc Bernard Şou)
  • Yaxşı ol, qoy pisdir desinlər sənə,
    Nə ki, pis olasan, yaxşı desinlər. (Sədi Şirazi)
  • Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır. (Sədi Şirazi)
  • Yaxşı da, yaman da, keçər dünyada,
    Çalış yaxşılıqla düşəsən yada. (Sədi Şirazi)
  • Yaradılanı xoş gör, Yaradandan ötəri. (Yunus Əmrə)
  • Yerdə getmək məcburiyyətində qalmış qanadı qırıq quşların da bir zamanlar çox yüksəklərdə uçduqlarını unutma! (Məhməd Murad İldan)
  • Yalnız elədiklərimizə yox, eləmədiklərimizə görə də cavabdehlik daşıyırıq. (Molyer)
  • Yumşaq olma əzilərsən,sərt olma qırılarsan. (Viktor Hüqo)
  • Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır. (Viktor Hüqo)
  • Yuxusuzluq - bu gecənin insan üzərindəki zorakılığıdır. (Viktor Hüqo)
  • Yerini vaxtında tərk etməyi bilmək, gerçək yetkinlikdir. (Viktor Hüqo)
  • Yadıma düşmə deyə dinləyə bilmədiyim mahnılarım var mənim. (İlhan Bərk)
  • Yenə də dönür! (Qalileo Qaliley)
  • Yaratdıqlarını cəzalandıran və mükafatlandıran, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir Tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra adamın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam... (Albert Eynşteyn)
  • Yoxsulluğun qüruru olmur, çünki boş torbanı dik qoymaq olmaz. (Aleksandr Düma)
  • Yontu ustasının işini etməyə qalxan əlini şikəst etməzsə şanslı sayılır. (Lao-tszı)
  • Yoldaşlıq eşqdən daha çətindir, çünki daha uzun davam edər. (Harri Trumen)
  • Yaxşı bir ad və yaxşı bir məsləhət, atanızın sizə verə biləcəyi tək şeydir. (Harri Trumen)
  • Yanındaykən belə darıxıramsa sənin üçün, necə izah edilə bilər sənsizlik? (Sunay Akın)
  • Yoxsula gülmədim, zənginliyə etina etmədim, faşistləri sevmədim, əzilənləri döymədim, mən inqilabçı doğuldum, inqilabçı öləcəyəm. (Ernesto Çe Gevara)
  • Yağıs kommunistdir - hər kəsə bərabər yağar,
    Külək isə kapitalistdir zəif olanı yıxar. (Ernesto Çe Gevara)
  • Yaşlanmanın, üzümüzdən çox, ağılımızda qırışıqlıqlar meydana gətirəcəyindən qorxaram.. (Mişel de Monten)
  • Yalançılıq-ən alçaldıcı və ən iyrənc qəbahətdir (Mişel de Monten)
  • Yaxşı ölmək özü də bacarıq tələb edir. (Xosrov Ruzbeh)
  • Yeni bir həyat başlayır. (Dante Aligyeri)
  • Yalançı lap axırda özünü aldadır. (Mahatma Qandi)
  • Yanılmaq insanca, bağışlamaq müqəddəscə bir işdir. (Aleksandr Pop)
  • Yalan ilə qurulan yuvanın səadəti də yalandır. (Füzuli)
  • Yaxşı sözlərin çox qiyməti vardır, pul ilə alına bilməz. (Corc Herbert)
  • Yalanla özünü aldatmaqdan sa gerçəklə üzləşmək yaxşıdır. (Xalid Hüseyni)
  • Yaradan rəhmətini qəhrindən üstün saydı,
    Nə olardı halımız, göz yaşı olmazdı?! (Nəcib Fazil Qısakürək)
  • Yanında olduğum zaman dəyərimi bilməzsən; dəyərimi bildiyin gün məni yanında tapmayacaqsan.. (Nəcib Fazil Qısakürək)
  • Yolumun qaranlığa batan nöqtəsində, sanki məni gözləyən bir xəyal görürəm. (Nəcib Fazil Qısakürək)
  • Yaş otuz beş yolun yarısı. (Cahid Sidqi Tarançı)
  • Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var. (Onore de Balzak)
  • Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır. (Onore de Balzak)
  • Yeni bilik daxil olduğu sistemdə təməl kimi qəbul olunmuş ənənəvi biliklərlə dil tapa bilmirsə, sistem onu ya kənarlaşdırır,ya da özü dağılır; ən məqbul yol isə dili dəyişməkdir. (Tur Xander)
  • Yaşadığımız həyatda söz sahibi olmaq istəyiriksə, ruhani yaşantıların enerjisi həyatımıza cəlb olunan ictimai mühiti işıqlandırmaq və canlandırmaq üçün yetərli olmalıdır. (Tur Xander)
  • Yaşamaq – ruhani potensialın həyat enerjisinə çevrilməsidir. (Tur Xander)
  • Yalnız şüurlu və azad əmək insanı xoşbəxt edə bilər. (Konstantin Uşinski)
  • Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. (Henri Toro)
  • Yalan qartopu kimidir, diyirləndikcə artıb böyüyür. (Martin Lüter)
  • Yalan heç bir şeyi yerindən tərpətməz. (Erix Fromm)
  • Yalnız həqiqət gözəldir; sevilməyə də bir tək o layiqdir. (Nikola Bualo)
  • Yalnız əsərlərində ağıllı görünənlərdən olma. (Pifaqor)
  • Ya sus, ya da susmaqdan daha dəyərli bir söz de. (Pifaqor)
  • Yaşamaq - başqası üçün yaşamaq deməkdir. (Erix Mariya Remark)
  • Yazdıqlarım əməllərimdən bir əməldir. (Camal Şakar)
  • Yaradıcılıq sənətkardan, sənətkar isə yaradıcılıqdan qaynaqlanır. (Haydegger)
  • Yıxmaq düzəltməkdən, yalan danışmaq sübut etməkdən daha asandır. (Artur Şopenhauer)
  • Yazğı kartları qarışdırır, biz də oynayırıq. (Artur Şopenhauer)
  • Yalan nə qədər qüdrət sahibi olsa da əsla həqiqət ola bilməz. (Rabindranat Taqor)
  • Yanlışların üzünə qapı bağlananda həqiqət də bayırda qalır. (Rabindranat Taqor)
  • Yaşlıları gənclik, gəncləri isə eşq ölümə aparar. (Əhməd Haşim)
  • Yuxarı qalxanda dayana bilərsən, amma düşəndə – yox. (Napoleon Bonapart)
  • Yoxuşa qalxanda dayanmaq olur, enişdə isə mümkün deyil. (Napoleon Bonapart)
  • Yalnızlığa uduzmamaq üçün tez-tez xəyallar qurulur, amma əslində nəyin xəyalını qurursan qur, yalnızlıq hər xəyalın sonudur. (Pablo Neruda)
  • Yalnız çox az insan bilir ki, nə qədər çox bilmək lazımdır ki, nə qədər az bildiyimizi anlayaq. (Verner Heyzenberq)
  • Yaşayanları yönəldən çox vaxt ölülərdir. Deməli, öldürülməsi lazım olan ölülər də var. (Cəmil Meriç)
  • Yeri yaradanın öz yeri olmaz. (Nizami Gəncəvi)
  • Yalnız yaxşı insanlar arasında dostluq mümkündür. (Mark Tulli Siseron)
  • Yaxşı bir dost ikinci bir "mən"dir. (Mark Tulli Siseron)
  • Yalana oxşayan həqiqət həqiqətə oxşayan yalandan daha təhlükəli ola bilər. (Qabusnamə)
  • Yaxşı roman öz qəhrəmanı haqqında, pis roman isə – öz müəllifi haqqında həqiqəti söyləyir. (Çesterton)
  • Ya bütün həyatınızın ya da yalnız o gününüzün içinə edəcək biriləri mütləq çıxar qarşınıza. (Çarlz Bukovski)
  • Yalnız darıxdırıcı insanlar darıxar. (Çarlz Bukovski)
  • Yalnız qalmaqdan daha pis şeylər də vardır həyatda amma ümumiyyətlə bir ömür alar bunun fərqinə varmaq o zaman da çox gecdir və çox gecdən daha pis bir şey yoxdur həyatda. (Çarlz Bukovski)
  • Yaxşılıqlarda yarışın və mənəvi qənimətləri əldə etməyə çalışın. (İmam Hüseyn)
  • Yüz növ şeyi yarım bilməkdənsə, bir şeyi tam bilib tətbiq etmək insanı daha yaxşı yetişdirir. (İohann Volfqanq Göte)
  • Yaradılışdan sahib olup da, ərdəmə çevrilməyəcək heç bir qüsurumuz, qüsura çevrilməyəcək heç bir ərdəmimiz yoxdur. (İohann Volfqanq Göte)
  • Yaxşılıq, insanları bir-birinə bağlayan qızıl zəncirdir. (İohann Volfqanq Göte)
  • Yaxşı bir arvadınmı olmasını istəyirsən? Elə isə tam bir ər ol! (İohann Volfqanq Göte)
  • Yarımçıq bilinən hər nə ki var, bilgiyə əngəl olur. (İohann Volfqanq Göte)
  • Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz. (İohann Volfqanq Göte)
  • Yıxıldığın yeri lənətləmək əvəzinə, sən aşkar etməyə çalışmalısan ki, ümumiyyətlə yıxılmağının səbəbi nədir. (Paulo Koelyo)
  • Yalnız bir şey xəyalların gerçəkləşməsini qeyri-real edir: bu, uğursuzluq qorxusudur. (Paulo Koelyo)
  • Yalnız rəsm çəkdiyim vaxt özümü canlı hiss edirəm. (Vinsent van Qoq)
  • Yaxşı qadın ərə gedəndə xoşbəxtliyi vəd edir, pis qadın isə onu gözləyir. (V.O. Klüçevski)
  • Yaşayan varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun! Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin. (Qautama Budda)
  • Yaxşı bir iş, yaxşı bir düşüncədən daha yaxşıdır (Qautama Budda)
  • Yaxşı arvad ərinin xoşladığı şeyləri xoşlayır. (Deyl Karnegi)
  • Yeni qərarlar qəbul etməyəni yeni problemlər gözləyir. (Frensis Bekon)
  • Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özü ilə daha yüz problem gətirər. (Uilyam Porter)
  • Yüksəklərdə uçmalısan ki, yerdə gəzənlərin sənə atdıqları daşa tuş gəlməyəsən. (Rövşən Abdullaoğlu)
  • Yadda saxlayın: əsrin ən böyük var-dövlətini yığmış insanlar, pul onlara doğru axın etməzdən əvvəl uzun müddət ümid edib, istəyib, arzulayıb, plan qurublar. (Rövşən Abdullaoğlu)
  • Yadda saxlayın ki, finişə birinci gələnlərin hamısı yanlış başlanğıcdan başlayıblar. Onların həyatında dönüş nöqtəsi, adətən, hansısa böhranla üst-üstə düşüb və onlar bu böhrandan artıq başqa insan olaraq çıxıblar... (Rövşən Abdullaoğlu)
  • Yer özü də göyün ənginliyindədir; göydən yerə baxa bilsən. (Əbu Turxan)
  • Yaşadığımız dünya ona görə fani və naqisdir ki, burada xalis heç nə yoxdur; işıq qaranlıqla, əql nadanlıqla, xeyir şərlə, ideya maddiyyatla qatışıq haldadır. (Əbu Turxan)
  • Yalnız o adam həmişə xoşbəxt ola bilər ki, onun bəxtinin sükanı öz əlində olsun. (Əbu Turxan)
  • Yaradıcı fəaliyyət valideynlikdən daha uca, daha şərəflidir. Belə ki, bu halda passiv ideyanın bölünməsi deyil, canlı ideyanın təcəssümü ilə rastlaşırıq. (Əbu Turxan)
  • Yaddaş ona görə lazımdır ki, işıqda gördüklərin qaranlıqda sənə yol göstərsin. (Əbu Turxan)
  • Yarımçığın üstünü doldurmaqla bütöv yaranmaz. Yarımhəqiqətdən imtina etmədən bütöv həqiqətə çatmaq mümkün deyil. (Əbu Turxan)
  • Yaddaş da anbar kimidir; qoyduğunu sonra tapmaq istəyirsənsə, gərək müəyyən qayda əsasında qoyasan. (Əbu Turxan)
  • Yarımçıq iş heç iş görməməkdən daha pisdir. (Əbu Turxan)
  • Yarımçıqlar toplana bilmir. (Əbu Turxan)
  • Yad elin istisinə
    İsinən isti sinə, 
    Yananda külə dönər, 
    Kül nədir, istisi nə? (Əbu Turxan)
  • Yadlar doğmalaşanda, doğmalar yadlaşır. (Əbu Turxan)
  • Yaxşı filosof düşündüklərini öncə öz həyatında yaşayır. (Əbu Turxan)
  • Yuxuda hisslər daha canlı olur, çünki cismani yükdən azaddır. (Əbu Turxan)
  • Yaxşı yorumçu bəzən müəllifin demək istədiklərindən daha dərin mənalar üzə çıxara bilir. (Əbu Turxan)
  • Yaradıcı əql məhəbbət kontekstində ortaya çıxır. (Əbu Turxan)
  • Yaşamaq – sadəcə nəfəs almaq deyil, həyatın nəfəsini duymaqdır. (Əbu Turxan)
  • Yaradana inanmağın ən mühüm şərtlərindən biri insanın öz yaratdıqlarının da Yaradan tərəfindən yaradıldığına inanmasıdır. (Əbu Turxan)
  • Yeni yalnız heçdən yarana bilər. 
    Hər nə ki, nədənsə yaranır, artıq yeni deyil. (Əbu Turxan)
  • Yeməyi bölüşəndə azalır, biliyi bölüşəndə – artır. (Əbu Turxan)
  • Yolları eyni olmayanlar yoldaş ola bilmədikləri kimi, zövqləri, məqsədləri, amalları eyni olmayanlar da dost ola bilməzlər. (Əbu Turxan)
  • Yaxşı planlaşdırılmış sui-qəsdlər həmişə təsadüfən baş verir. (Əbu Turxan)
  • Yerə də enəndə yalnız məhəbbətin qanadlarında enmək olar. Qanadlar səni bataqlığa düşməkdən qoruyar. (Əbu Turxan)
  • Yeni doğulan ideyaların yaşaya bilməsi üçün müsbət aura lazımdır. (Əbu Turxan)
  • Yaxşı niyyət heç də həmişə yaxşılığa gətirmir. Bunun üçün həm də bilik və qabiliyyət lazımdır. (Əbu Turxan)
  • Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı - Haqqdan. (Əbu Turxan)
  • Yaxındakı köz uzaqdakı Günəşdən daha betər yandıra bilər. (Əbu Turxan)
  • Yolu düzgün seçə bilsən, düşmənin silahı özü üçün yükə çevrilər. (Əbu Turxan)
  • Yaradıcı adamın həyatı hüdud daxilində tükənməzlikdir. (Əbu Turxan)
  • Yolların ən mübarəki insanı özünə çatdıran yoldur. (Əbu Turxan)
  • Yeni cümlə başlamaq üçün əvvəl nöqtə qoymaq lazımdır. (Əbu Turxan)
  • Yaradıcılıq prosesi bu dünyada öncə gizli şəkildə olanların aşkarlanmasıdır. (Əbu Turxan)
  • Yaxşı tənqidçi əsərdə sənətkarın özünün demək istəmədiklərini də aşkar edir. (Əbu Turxan)
  • Yeni ideya vəhşi at kimidir; sənə xidmət etməsi üçün gərək əvvəlcə onu ram edəsən. (Əbu Turxan)
  • Yenilik üzə çıxdıqdan sonra onu yaradana ehtiyac qalmır. (Əbu Turxan)
  • Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur. (Əbu Turxan)
  • Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır. (Əbu Turxan)
  • Yalnız işıq var, qaranlıq işığın yoxluğudur. (Əbu Turxan)
  • Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər. (Əbu Turxan)
  • Yalanın üstü açılanda insan utanırsa, deməli, o hələ tam yalançı deyil. (Əbu Turxan)
  • Yer var ki, lal-dinməz olan yaxşıdı, 
    Yer var ki, doğru yox, yalan yaxşıdı, 
    Səxavət ölçüsü ismət olanda – 
    Hamıdan axırda qalan yaxşıdı. (Əbu Turxan)
  • Yaramaz adam bir anda, təmiz adam isə illər ötdükdən sonra tanınır. (Demokrit)
  • Yarımçıqlıq bütün qüsurların tərkib hissəsidir, kamillik isə tam və bölünməz olur. (Vovenarq)
  • Yer üzündə ən uzunömürlü şey həqiqətdir. (Vovenarq)
  • Yanlış fikri aydın ifadə etsən, o, özü özünü təkzib edəcək. (Vovenarq)
  • Yetişmiş kişi olmadan qocalan gənclər də, gənc görünmək istəyən qocalara kimi iyrəncdir. (Vissarion Belinski)
  • Yaxşı fikirlər başqalarını da istər-istəməz yaxşı fikir deməyə məcbur edir. (Vissarion Belinski)
  • Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən. (Maksim Qorki)
  • Yaxşı adamın sümükləri çürüyür, adı qalır. (Mahmud Qaşğari)
  • Yaxşı, Ağırlıq Həqiqətən Nifrət edilməsi, Yüngüllük Də Göz Qamaşdırıcıdırmı. (Milan Kundera)
  • Yaşadığı yeri tərk etmə arzusundakı insan bədbəxt bir insandır. (Milan Kundera)
  • Yaxşı qadınla evlilik həyat fırtınasında sığınacaqdırsa, pis qadınla evlilik – sığınacaqda fırtınadır. (D. Ptitsen)
  • Yalnız kişi və qadın arasında əsil dostluq ola bilər, çünki bu yeganə bağlılıqdır ki, hansında paxıllıq ve rəqabət yoxdur. (O.Kant)
  • Yalnız insan cazibə qüvvəsinə ziddir - o, həmişə yuxarı yıxılmaq istəyir (Fridrix Nitsşe)
  • Yüksəlmək üçun ancaq öz gücünüzdən istifadə edin, başqasının sizi yüksəltməyinə icazə verməyin. (Fridrix Nitsşe)
  • Yıxılıram hər keçən gün yoxluğunun üstünə. (Yılmaz Ərdoğan)
  • Yazıçılıq, yazmaq: uydurmaq deyil seçməkdir. (Yılmaz Ərdoğan)
  • Yaşamaq sürətli ölməyin formasıdır. (Yılmaz Ərdoğan)
  • Yaxşı, qəbul edirəm; uşaqkən maqnit udmuş ola bilərəm, amma bütün axmaqlar da dəmirmi uddu? (Yılmaz Ərdoğan)
  • Ya sevməyi bilmədik, ya da həddindən çox sevdik... (Yılmaz Ərdoğan)
  • Yoxsulam, doğrudur. Amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır. Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır. (Əbdül Səttar Ədhi)
  • Yumorun olmadığı bir ölkədə yaşamaq pisdir. Lakin çox daha pis olan, yumorsuz yaşaya bilməyəcəyin bir ölkədə yaşamaqdır. (Bertolt Brext)
  • Yazıçılar, hökumətlərin döyüş etdikləri qədər sürətli yaza bilməzlər, çünki yazmaq düşünməyi tələb edir. (Bertolt Brext)
  • Yaxşı bir xarakteri əmələ gətirən parçalar sədaqət və mərhəmətdir. (Karl Hilti)
  • Ya bir görün; ya da heç görmə! (Beydullah İmzaoğlu)
  • Yazdığımız hər şey ürəyimizdən gəlir və satıcılara uyğunlaşmaq üçün musiqimizi dəyişdirməmiz mümkün deyil! (Emi Li)
  • Yalancı, bacaları qarardan his kimi, insanın içini də qarardır. (Aleksandr Puşkin)
  • Yüksək yerlər yüksək insanları daha da yüksək, alçaq insanları isə daha da alçaq edir. (Jan de Labrüyer)
 

Bugün 1 ziyaretçi (38 klik) kişi burdaydı!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=