Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili


                     Zəfər kursları buraxılış imtahanı 9-cu sinif

  Azərbaycan dili

Test suallarına görə ZƏFƏR KURSLARIna təşəkkür edirik!

1. Fəal danışıq üzvlərini seçin.
1. dil    2. ağız boşluğu
3. dodaqlar    4. nəfəs borusu     5. səs telləri

A) 1, 2, 3

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 3, 5

E) 2, 4, 5

2. Tələffüzündə iki fərqli məqam olan söz hansıdır?

A) uzaqlaşmaq

B) neftçi

C) çiçəkdən

D) xalqdan

E) babaya

3. Yazılışı səhv olan söz hansıdır?

A) dünyagörüşü

B) bivəfa

C) ağacdələn

D) demakratik

E) suiti

4. Birinci tərəfi cingiltili tələffüz olunan söz birləşməsini göstərin.

A) məktəb binası

B) polad balta

C) çörək zavodu

D) həmin hekayə

E) palıd ağacı

5. “Hoppanmaq” sözünün fonetik təhlilindəki səhvi tapın.
1. Deyilişi ilə yazılışı arasında üç fərqli məqam var.
2. Üçhecalı sözdür, vurğu ikinci hecaya düşür.
3. Ahəng qanununa tabedir.
4. q samiti cingiltilidir, kar qarşılığı k samitidir.
5. Bir dodaqlanan, iki dodaqlanmayan sait səs vardır.
6. Sözdə iki p samiti işlənmişdir.

A) 1, 2, 3

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 3, 5

E) 2, 4, 6

6. Biri feildir:

A) böyük

B) barmaq

C) qaçaqaç

D) get-gəl

E) qoru

7. Məcazi mənada işlənmiş birləşmə hansıdır?

A) daş bina

B) soyuq münasibət

C) qızıl qolbaq

D) geniş otaq

E) dərin quyu

8. Məntiqi ardıcıllığı tamamlayın.
us, tanıq, çarıq, damu, ...

A) nimdər

B) təlis

C) qarqundey

D) sayru

E) maş

9. Həm ümumişlək, həm də termin kimi işlənə bilən sözlər cərgəsini seçin.

A) fonetika, sinus, bucaq

B) isim, sifət, fonetika

C) say, enerji, vurma

D) metonimya, metafora, epitet

E) kosinus, bölmə, qoşma

  10. Dilimizin daxili imkanları hesabına yaranmış yeni sözlər:

A) menecment, biznes, yetərsay

B) cangüdən, əyləc, nəfəslik

C) kompüter, printer, açıqca

D) planşet, skaner, çilçıraq

E) dirijor, toplum, dönəm

11. Uyğunsuzluğu seçin.

A) bel bağlamaq - inanmaq

B) ağzına su alıb oturmaq - susmaq

C) qan uddurmaq - əfv etmək

D) dilotu yemək - çox danışmaq

E) başa vurmaq - bitirmək

12. Morfoloji yolla yaranmış sözü seçin.

A) günəbaxan

B) bağban

C) ayaqqabı

D) suiti

E) ölkələrarası

13. Başlanğıc formada verilmiş söz hansıdır?

A) kitabxanada

B) evimizdəkilər

C) kitabxana

D) sağollaşmaq

E) məktəbdəkilər

14. Sadə ismi göstərin:

A) dənizçi

B) yaraşıq

C) yazı

D) güləş

E) neftçi

15. Hansı cümlədə “kitab” sözü həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmişdir?

A) Kitabın məndə qalıb

B) Kitabının cildi çox maraqlıdır

C) Kitabdan çox şey öyrənmək olar

D) Kitab bilik mənbəyidir

E) Kitabı masanı üzərinə qoy

16. Frazeloji birləşmənin mənası səhv verilib

A) cinatına minmək - əsəbləşmək

B) dilotu yemək - çox danışmaq

C) ürəyinə xal düşmək - inanmaq

D) dabanına tüpürmək - tələsmək

E) ağzına su alıb oturmaq - susmaq

17. Həm mənsubiyyətə görə dəyişərkən, həm də hallanarkən son saitini itirən sözləri seçin.

A) sətir, ətir, fikir

B) ömür, beyin, nağıl

C) qarın, alın, oğul

D) çiyin, fəsil, burun

E) alın, qarın, nəsil

18. Çoxaltma dərəcəsində olan sifəti tapın.

A) sarımtıl

B) körpəcə

C) gödəkcə

D) göyümtül

E) göy

19. Çoxaltma dərəcəsində verilmiş sifət olan cümlə:

A) Dünən bizə ucaboy bir kişi gəlmişdi

B) Onun gömgöy gözləri var idi

C) Əynində rənginə uyuşan sarımtıl bir geyim var idi

D) Yaxşı adam həyatda özünə hər zaman yer tapar

E) Yaxşılıq pisliyə hər zaman qalib gələcək

20. Feildən həm isim, həm də sifət düzəldən omonim şəkilçiləri seçin.

A) -ıcı4, -qın4, -ma2

B) -ağan2, -dakı2, -kı4

C) -cıl4, -sız4, -lı4

D) -ağan2, -cıl4, -sız4

E) -xana, -pərəst, -keş

21. Sayla sifətin oxşar cəhəti kimi verilə bilməz

A) Hər ikisi ismi izah edir

B) Hər ikisi quruluşca üç cür olur

C) Hər ikisi əlamət bildirir

D) Hər ikisi isimləşə bilir

E) Hər ikisi isimləşmədən cümlənin ismi xəbəri ola bilir

22. Əsl mürəkkəb saylar cərgəsi hansıdır?

A) bir qədər, bir sıra, az

B) iki-üç, az-çox, beş-altı

C) xeyli, bir çox, on-onbeş

D) çox, onlarla, yüzlərcə

E) çoxlu, bir neçə, bir çox

23. Qeyri-müəyyən miqdar sayı işlənmiş cümləni tapın.

A) O, xeyli danışdı

B) Nənəm xeyli qutab bişirdi

C) Çox danışmaq insanı yorur

D) Uşaq çox yatdı

E) Sonunculardan xəbər gəldi

24. Kəmiyyət fərqi yaradan numerativ sözlər seçin

A) dənə, ədəd, litr

B) cüt, dəst, dəstə

C) baş, nəfər, cüt

D) baş, ədəd, cüt

E) baş, nəfər, dəst

25. Həm ismi, həm də sifəti əvəz edən əvəzliklər hansıdır?

A) mən, sən

B) hamı, bəzi

C) o, bu

D) elə, belə

E) həmin, həmən

26. Mücərrəd mənalı ismi tapın.

A) sevgi

B) duman

C) kitab

D) qapı

E) şagird

27. Hansı cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmalıdır? (vergüllər buraxılmışdır)

A) O kitab mənimdir

B) O çox yaxşı adamdır.

C) O da bizi tanıyır.

D) O gələndə biz getmişdik.

E) O mənzil bizim yaşadığımızdır.

28. Əvəzliyin hansı məna növü əvəzliyin özünü də əvəz edir?

A) şəxs əvəzliyi

B) işarə əvəzliyi

C) təyini əvəzlik

D) sual əvəzliyi

E) qeyri-müəyyən əvəzlik

29. İsimləşmiş sifəti tapın.

A) Tənbəli hər kəs qınayırdı

B) Yaxşı tələbə üz ağardır

C) Maraqlı kitabları oxumağı sevirəm

D) Gözəllik ondur, doqquzu dondur

E) Yaxşılıq unudulmur

30. “Mənim səndən və ondan bir xahişim var”
cümləsinin morfoloji təhlilindəki səhvi tapın.

A) səndən – şəxs əvəzliyidir, çıxışlıq hal şəkilçisi qəbul etmişdir

B) bir – müəyyən miqdar sayıdır, quruluşca sadədir

C) mənim – şəxs əvəzliyidir, mənsubiyyət şəkilçisi qəbul etmişdir

D) xahiş – isimdir, sadədir və mənsubiyyət şəkilçisi qəbul etmişdir

E) ondan – şəxs əvəzliyidir, quruluşca sadədir və hal şəkilçisi ilə işlənmişdir

                                                              Cavablar:
1-d,2-a,3-d,4-e,5-e,6-e,7-b,8-d,9-c,10-b,11-c,
12-b,13-c,14-d,15-b,16-c.17-a,18-b,19-b,20-a,21-c,22-b,23-b,24-b,25-c,26-a,27-b,28-d,29-a,30-c


Bugün 1 ziyaretçi (14 klik) kişi burdaydı!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=