Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - D ilə başlayan aforizmlər


·         Dünyadakı ən məsum məşğuliyyət riyaziyyatdır. (Mustafa Kamal Atatürk)

·         Dünyanın ən uzun gecəsi 21 dekabr yox, məni tərk etdiyin gecədir. (Kiçik İsgəndər)

·         Düşün onları.. Seyr edəcək bəziləri olmasaydı, neçə nəfər mersedes avtomobil alardı. (Oldos Haksli)

·         Döyüş qətiyyən bir təbiət qanunu deyil. (Oldos Haksli)

·         Dərdlərini gözyaşlarında boğmaq istəyənlərə, dərdlərin üzmə bildiyini söylə. (Oldos Haksli)

·         Dünyaya nizamsız şəkildə nizamlı formalar səpilib. (Pol Valeri)

·         Düşüncəni dəyiş ki, həyatını dəyişəsən. (Brayan Treysi)

·         Dünyada elə ac insanlar var ki, 
Tanrı onlara ancaq çörək formasında görünə bilir. 
(Çarlz Dikkens)

·         Dünyanı gözəllik xilas edəcək. (Fyodor Dostoyevski)

·         Dünyaya qalib çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol. (Fyodor Dostoyevski)

·         Doğru insan, səhv zaman. Doğru zaman, səhv insan.. Həyat belə oyunlar oynayar hər zaman! (Pol Oster)

·         Dövlət xadiminin ən ali vəzifələrindən biri xalqın maarifləndirilməsidir. (Teodor Ruzvelt)

·         Dinin bəlası paxıllıq, xüdpəsənlik və özünü öyməkdir. (Cəfər Sadiq)

·         Deyirlər siyasət ikinci qədim peşədir. 
Ancaq mən bu nəticəyə gəlmişəm ki, birincidən 
o, çox şeylər əxz eləyib. 
(Reyqan)

·         Dünya saxtakarların üstündə qurulmuşdur, bu səbəblə də çox ədalətsizdir. (Bill Klinton)

·         Dünəniylə məşhur insanlar bu gün gün üzü görməzlər. (Özdəmir Asaf)

·         Danışsam dilim yanar, sussam ürəyim. (Özdəmir Asaf)

·         Dörd dənə gerçək dostun olsun, tabutunu daşısın yetər. (Murathan Mungan)

·         Davamlı keçmişə dönüb baxsan boynun tutular. (Murathan Mungan)

·         Düzəltmək istəmədiyimiz qüsurlarımızla öyünməyə çalışarıq. (Fransua de Laroşfuko)

·         Düşmən istəsəniz dostlarınızı keçməyə çalışın. Dost istəsəniz , buraxın , dostlarınız sizi keçsin. (Fransua de Laroşfuko)

·         Dünya üzərində müvəffəqiyyətli ola bilmək üçün, müvəffəqiyyətli kimi görünməmizi təmin edən hər şeyi edərik. (Fransua de Laroşfuko)

·         Dinə möhkəm bağlı olmaq istəyən çoxdur amma, təvazökar olmağa kimsə yanaşmaz. (Fransua de Laroşfuko)

·         Diogenə bir adamın nə qədər ağıllı olduğunun necə aydın olduğunu soruşdular. Cavabı qısa oldu; (Sinoplu Diogen)

·         Danışıb da axmaqlığınızı ortaya qoyacağınıza, danışmayın da heç olmazsa hər kəsin şübhəsi qalsın. (Avraam Linkoln)

·         Demokratiya, xalqın xalq tərəfindən xalq üçün idarəsidir. (Avraam Linkoln)

·         Dünyanın böyük adamları məktəblərinin ən böyük şagirdləri deyildi; çox vaxt ən böyük məktəbləri bitirənlər də həyatın böyük adamları olmamışlar. (Avraam Linkoln)

·         Danışmadan əvvəl düşün hərəkət etmədən əvvəl ölç. (Uilyam Şekspir)

·         Daha yaxşı yaxşının düşmənidir. (Uilyam Şekspir)

·         Dünya böyük bir teatr səhnəsidir. 
Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir. 
(Uilyam Şekspir)

·         Dərindən sevmək – özünü unutmaq deməkdir! (Jan Jak Russo)

·         Dövlət böyüdükcə, azadlıq da o nisbətdə kiçilər. (Jan Jak Russo)

·         Demək olar ki, bütün işlərin ən çətini - onu başlamaqdır. (Jan Jak Russo)

·         Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. (Jan Jak Russo)

·         Dil heç nədən utanmayanda, hamı utanmış olur. (Jan Jak Russo)

·         Danış ki, səni görüm. (Sokrat)

·         Dost olmağa tələsməyin, amma dost olduzsa, bu dostluğa xəyanət etməyin. (Sokrat)

·         Dövləti maliyyə qıtlığı deyil, istedadlışəxsiyyətlərin azlığı zəif salır. (Volter)

·         Dində də ehtiraslı oyun da olduğu kimi olur - sadəlövh daxil olub hiyləgər çıxırsan. (Volter)

·         Dil həm də ona görə əhəmiyyətlidir ki, onun köməyi ilə biz öz fikirlərimizi gizlədə bilirik. (Volter)

·         Dahilər heç bir işi yarımçıq görmürlər. (Viland)

·         Dünya kiçik, insanlar qardaş. (Barış Manço)

·         Daş üstünə daş qoya qoya, yaratdığın dünyanın çökdüyünü görmək bir yana, birdə altında qalmaq var! (Barış Manço)

·         Dostlarından şübhələnmək, başa keçənlərə xas bir xəstəlikdir. (Esxil)

·         Düşüncəli və diqqətli adam şəraitə tabe olmur, onu idarə edir. (Baltazar Qrasian)

·         Düşünmədən öyrənmək vaxt itirməkdir. (Alfons Dode)

·         Dostluq – qanadsız sevgidir. (D.Bayron)

·         Dürüst bir qadının gözəlliyi atəşə bənzər: Yaxınlaşmayana heç bir zərəri toxunmaz. (Migel de Servantes)

·         Dövlət müdaxiləsinin sərhəddi varmı? Və əgər varsa, sərhəddi nədir? (Herbert Spenser)

·         Dünyanın içində ola-ola dünyadan azad olmaq ən böyük məharətdir. (Məhəmməd İqbal)

·         Daha böyük, daha yaxşı - hər şeydə. (Freddi Merkyuri)

·         Düzdür, yerindədir əlim-ayağım,
Vardır bədənimdə canım da hətta,
Ancaq bir iş var ki, yox azadlığım,
Ağrıdır yaşamaq əsarət altda. 
(Cəlil Məmmədquluzadə)

·         Düşünürəmsə, varam. (Rene Dekart)

·         Demokratiya, iki qurdla bir quzunun günorta yeməyinə nə yeyəcəyini Seçməsidir. Azadlıq isə tam təchizatlı Bir quzunun səs verməyə qarşı çıxmasıdır. (Bencamin Franklin)

·         Düşmənlərinizi sevin çünki, qüsurlarınızı tək onlar açıqca söyləyə bilər. (Bencamin Franklin)

·         Dünyada ölüm və vergi qədər real bir şey yoxdur. (Bencamin Franklin)

·         Dəlilin yoxluğu yoxluğun dəlili deyil. (Karl Saqan)

·         Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. (Humboldt)

·         Dünyanın istilası haqqında danışanda, torpağın 1/6 hissəsini unutmamalıyıq. (SSRİ haqqında) (Adolf Hitler)

·         Deyirlər e, mən sənsiz yaşaya bilmərəm. Bax, mən onlardan deyiləm. Mən sənsiz də yaşayaram amma səninlə bir başqa yaşayaram. (Nazim Hikmət)

·         Düşmənin acığına bir gün daha çox yaşayacaqsan. (Nazim Hikmət)

·         Dostluq ağaca bənzəyər, qurudumu bir daha yaşıllaşmaz. (Nazim Hikmət)

·         Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir. (Nazim Hikmət)

·         Darıxdın, içtin, ağladın, güldün, mahnılar söylədin, şeirlər yazdın. Yaxşı o nə etdi? (Nazim Hikmət)

·         Dostluq – bir gəmidir. Yaxşı havada iki nəfərə dənizin gözəlliyini göstərə bilər, pis havada isə – yalnız bir nəfərə. (A.Birs)

·         Dostluq var - məqsədi xeyir üçün, dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün. (Aristotel)

·         Dostluq iki bədəndə yaşayan bir nəfsdir. (Aristotel)

·         Dünya bir hüceyrədir səni təkliyə itələyən, lakin səni düşündürüb yetkinləşdirən mühit də ola bilər. (Aristotel)

·         Dostlar! Dost yoxdur! (Aristotel)

·         Dost qara gündə müəyyən olur. (Aristotel)

·         Dost; adamın ikinci mənliyidir. (Aristotel)

·         Demokratiya despotizmin ən irəli şəklidir. (Aristotel)

·         Düşünürəm də bir az, böyüyərək uşaqlıq etmişik. (Turqut Uyar)

·         Dinə və məhəbbətə qəlbin bir hissəsi lazım deyil, onlara bütün ruh lazımdır. (A.İ.Gertsen)

·         Din və məhəbbətə qəlbin bir hissəsi lazım deyil, onlara bütün ruh lazımdır. (A.İ.Gertsen)

·         Dünya duracaq yer deyil, ey can, səfər eylə!... (Nəsimi)

·         Dünya nizamı özünün ölçüyəgəlməz möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir. Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin çıxdığını görəndə isə ağıl bir başqa cür heyrətlənir. (İmmanuel Kant)

·         Döyüş xalqların heyvanca var olma vəziyyətidir; barış isə insanca var oluş vəziyyətidir. (İmmanuel Kant)

·         Dahilik elə işlər görməkdir ki, onları başqalarından öyrənmək və başqalarına öyrətmək mümkün deyil. (İmmanuel Kant)

·         Düşünmək – öz-özünlə danışmaq, özün-özünü eşitmək deməkdir... (İmmanuel Kant)

·         Dostumun qüsurları haqqında yalnız özüylə danışıram. (Deni Didro)

·         Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir deyərlər: Zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olginən (Həsən bəy Zərdabi )

·         Dahilik, əbədiyyətlərin silsiləsidir. (Əbdülhaq Hamid Tərxan)

·         Dünya miqyasında dini azadlıqlar uğrunda mübarizə aparmalıyıq, dini azadlıqlar ən önəmli insan hüquqlarından biridir. (Angela Merkel)

·         D'oh (Homer Simpson)

·         Diqqətlə oxunanda, İncil ateistlər üçün əsas məlumat bazasıdır. (Ayzek Əzimov)

·         Dil oddan da pis yandırır. (Ogüst Kont)

·         Deməyə sözü olmayan hamıdan çox danışar. (Lev Tolstoy)

·         Düzgünlük hər yerdə, xüsusən də tərbiyədə başlıca şərtdir. (Lev Tolstoy)

·         Dirilər ölülərə heç nəyi öyrədə bilməzlər, amma ölülər dirilərə öyrədir. (Şatobrian)

·         Dülgərin sənətiylə bildiyimizi həkimin sənətiylə bilmərik. (Platon)

·         Dövlətlər də insanlar kimidir, çünki onlar da insan xarakterindən yaranırlar. (Platon)

·         Dost qazanmağın tək yolu dost ola bilməkdir. (Emerson)

·         Dahinin hər yaratdığında biz özümüzün gerçəkləşə bilməmiş fikirlərimizi görürük. (Emerson)

·         Dahilərin bioqrafiyası qısa olur; çünki onların bütün həyatı yaradıcılığındadır. (Emerson)

·         Düşünmək çətin işdir, buna görə də çox az adam düşünər. (Henri Ford)

·         Dayan, getmə, eşqimizdən imtina edə bilməzsən, göllərin gözəl çiçəyi. (Coni Bravo)

·         Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir. (Eleonora Ruzvelt)

·         Düşünmədən danışanın cəzası sonradan düşünməyə məhkum olmaqdır. (Əbdülhaq Şinasi Hisar)

·         Dünyanı bürümüş qaranlıq zülmətə qarşı xəncər itiləmək kimə lazımdır? (Uilyam Qoldinq)

·         Dünya istəkli olanlarla dolu; bəziləri işləməyə istəkli, geri qalanlar da onları öz hallarına buraxmağa. (Robert Li Frost)

·         Dözümlülük qəzəbi boğmaq və nəfsi saxlamaqdır. (İmam Həsən)

·         Durduq yerdə, əlaqəsiz bir zamanda axtaran köhnə sevgililər ikiyə ayrılar: Canı çəkənlər və acı çəkənlər. (Can Dündar)

·         Düşmənlərinizi hər zaman bağışlayın. Heç bir şey onlara bunun qədər pis təsir edə bilməz. (Oskar Uayld)

·         Dünyanı, ağıllılar yaşasın deyə axmaqlar qurmuşdur. (Oskar Uayld)

·         Dostun kədərinə kədərlənə bilərsən. Bu Asandır; amma dostun müvəffəqiyyətinə sevinə bilmək, möhkəm bir xarakter tələb edir. (Oskar Uayld)

·         Düşmənlərinizi bağışlayın, amma adlarını unutmayın. (Con Kennedi)

·         Dostluq vaxt aparır, sevinc gətirir. (Nərmin Xəlil)

·         Dünən bu gündür əslində, dəyişən tək şey zamandır. (Əhməd Hamdi Tanpınar)

·         Dostluq sarayının çatlağı yoxdur və damı axmaz. (Əhməd Hamdi Tanpınar)

·         Darlıq, iztirab, sandığınız kimi az tapılan şeylər deyil, hələ siz həyatınızdan bir dəfə soyunun; biz sizə ümidsizliyin hər növünü tapmağa hazırıq. (Əhməd Hamdi Tanpınar)

·         Dünyanı sadəcə sevgi xilas edəcək. (Tereza Ana)

·         Düşüncə ilə davranış arasında məsafə yoxdur. (Uinston Çörçill)

·         Diplomat - heç bir şey söyləməmişdən əvvəl 2 dəfə fikirləşən şəxsdir. (Uinston Çörçill)

·         Dünyada ortalıqda gəzən bir çox bərbad yalan var, ən pisi də yarısının doğru olması. (Uinston Çörçill)

·         Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir. (Uinston Çörçill)

·         Dünyadakı ən günahsız məşquliyyət riyaziyyatdır. (Godfrey Hardi)

·         Dolu dolu yaşa həyatı, dilini kaş kilər qucaqlamasın. Və elə birini sev ki; gündüz günəşə, gecə ulduza ehtiyac qalmasın. (Can Yücəl)

·         Dünya dağdır, bizim etdiklərimiz səs. 
Səslərin əks-sədası yenə bizim səmtimizə gəlir. 
(Cəlaləddin Rumi)

·         Dürüstlərin tənbəlliyi saxtakarların hakimiyyətinə yol açar. (Cəlaləddin Rumi)

·         Duyğu əqlin, əql ruhun əsiridir. Ruh əqlin əlini açınca, əvvəl sənə hakim olan duyğu sənin tabeçiliyinə keçər. (Cəlaləddin Rumi)

·         Duyğu ruha ağıldan tez yol tapır. (Cəlaləddin Rumi)

·         Dediklərin ancaq qarşıdakının anlaya bildiyi qədərdir. (Cəlaləddin Rumi)

·         Dünya bildiyimizdən artıq bizim ola bilməz. (Xudu Məmmədov)

·         Dərdi olmaq qorxulu deyil, ağlaya bilməmək qorxuludur. (Xudu Məmmədov)

·         Dünya başıma dolanmasın deyə, özüm dünyanı dolanmağa başladım. (Xudu Məmmədov)

·         Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir. (Xudu Məmmədov)

·         Dahilərin uşaqlarında təbiət istirahət edir. (El hikməti)

·         Dünyada hər pislik, demək olar ki, cəhalətdən gəlir. (Alber Kamyu)

·         Dünya işıqlıq olsaydı, sənət olmazdı. (Alber Kamyu)

·         Dostlarım, indi mən sizə böyük bir şey söyləyəcəyəm. Əsla qiyamətin qopmasını gözləməyin, o hər gün qopmaqdadır. (Alber Kamyu)

·         Dörd şey verilənə dörd şey haram olmaz: dua edən duasının icabətindən (qəbul olunacağından), tövbə edən tövbəsinin qəbulundan, günahının bağışlanmasını istəyən onun bağışlanacağından, şükr etməyə fürsət tapan nemətin çox olmasından məhrum olmaz. (Əli bin Əbu Talib)

·         Dostunu, qardaşını üç halda qorumasan, tam dost ola bilməz: düşkünlük vaxtı, özü olmayanda, ölümündən sonra. (Əli bin Əbu Talib)

·         Dostunu ehtiyatla sev, ola bilər ki, bir gün sənə düşmən kəsilsin; düşməninlə də ehtiyatla davran, ola bilər, bir gün səninlə dost olsun. (Əli bin Əbu Talib)

·         Daş haradan atılıbsa oraya tullayın: çünki şəri şər aparar. (Əli bin Əbu Talib)

·         Dostluq yaxınlığa möhtacdır, onunla tamamlanır; fəqət yaxınlıq dostluğa, sevgiyə daha çox möhtacdır; yaxınlıq sevgi ilə olur. (Əli bin Əbu Talib)

·         Dil yırtıcıdır, cilovu buraxıldımı, hücum çəkər, parçalar. (Əli bin Əbu Talib)

·         Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində.
Unutma; danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana. 
(Qabriel Qarsia Markes)

·         Demokratiya, seks kimidir. Yaxşısı da, pisi də "yaxşı" dir. (Cem Yılmaz)

·         Dahi xırda işlərdə də dahi, axmaq isə böyük işlərdə də kiçikdir. (Pyer Büast)

·         Dünyada sülhə nail olmazdan əvvəl, küçələrdə sülhü təmin etmək lazımdır. (Tupak Şakur)

·         Dünyaya gələn günü mən ölməli idim, belə olan halda indi bu əziyyəti çəkməzdim. (Tupak Şakur)

·         Doğruları danışmaq üçün insanda istedad olmalıdır. (Tupak Şakur)

·         Dəmir işləməyəndə paslanır, su bir yerdə qalanda iylənir, insan ağlı isə tətbiq edilmədikdə kütləşir. (Leonardo da Vinçi)

·         Düzgünlük, həyat kitabının ilk bölməsidir. (Tomas Cefferson)

·         Diş ağrısı çəkənlər dişləri möhkəm olanları; yoxsulluq çəkənlər də pulu çox olanları xoşbəxt sanarlar. (Corc Bernard Şou)

·         Dünya vətənim; elm dinimdir. (Xristian Hüygens)

·         Deyəsən artıq yaxşı insanlar; Ətrafa verdiyi İnsanlıqdan ötəri üzr istəməlidir. (Robin Şarma)

·         Düşünə bilən hər kəsin insan olması, insan olan hər kəsin düşünə bildiyi mənasını vermir. (Ziqmund Freyd)

·         Dövlətlər ancaq yaxşı ilə yamanı bir-birindən seçə bilməyəndə məhv olur. (Antisfen)

·         Düşməninə etinasız olma: səhvlərini birinci o görür. (Antisfen)

·         Düzlüyü çox sevər taleyi yazan,
Görmədim düz yolda yolunu azan. 
(Sədi Şirazi)

·         Darıxma iş görünsə bir qaranlıq quyuda 
Çünki qaranlıqdadır o dirilik suyu da. 
(Sədi Şirazi)

·         Dərin dəniz daş atmaqla bulanmaz. (Sədi Şirazi)

·         Döyüş meydanında can versə insan
Xoşdur, namərdliklə qoyub qaçmaqdan. 
(Sədi Şirazi)

·         Dərdi dünya olanın, dünya qədər dərdi vardır. (Yunus Əmrə)

·         Dağlar nə qədər yüksək olursa olsun,yol onun üstündən keçir... (Yunus Əmrə)

·         Dərdi dünya olanın, dünya qədər dərdi olar. (Yunus Əmrə)

·         Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın. (Mühəmməd peyğəmbər (SƏS))

·         Dil insanı dəyərləndirmək üçün vasitədir. (Mühəmməd peyğəmbər (SƏS))

·         Dünyanın şirinliyi axirətin acılıgı və dünyanın acılığı axirətin şirinliyidir. (Mühəmməd peyğəmbər (SƏS))

·         Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq. (Mühəmməd peyğəmbər (SƏS))

·         Dünya möminin zindanı, kafirlərə behiştdir. (Mühəmməd peyğəmbər (SƏS))

·         Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir. (Mühəmməd peyğəmbər (SƏS))

·         Daxili gözəlliklə canlandırılmayan xarici gözəllik tam ola bilməz. (Viktor Hüqo)

·         Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O Vaxtı gəlmiş ideyadır. (Viktor Hüqo)

·         Diqqət, ağlın ən böyük uşağıdır. (Viktor Hüqo)

·         Diplomat sizə hər şey verər, öz hisslərindən başqa. (Viktor Hüqo)

·         Dahi insanlar nadir hallarda təklikdə görünür. (Viktor Hüqo)

·         Dolaşıq danışmağı hamı, aydın danışmağı isə çox az adam bacarır. (Qalileo Qaliley)

·         Dinsiz elm kor, elmsiz din də topaldır. (Albert Eynşteyn)

·         Dahilik ilə axmaqlıq arasındakı fərq, dahiliyin sərhədlərinin olmasıdır. (Albert Eynşteyn)

·         Dahiliyin 10′da 1′i qabiliyyət 10′da 9′u da çalışmaqdır. (Albert Eynşteyn)

·         Dəlilik eyni şeyi təkrar təkrar edib fərqli nəticələr gözləməkdir. (Albert Eynşteyn)

·         Dünya yaşamaq üçün təhlükəli bir yerdir; pislik edənlərə görə yox, dayanıb seyr edən və onlara səs çıxartmayanlara görə. (Albert Eynşteyn)

·         Dini inkar edən elm topal, elmi inkar edən din kordur. (Albert Eynşteyn)

·         Dünyanı təxəyyül çevirər. (Albert Eynşteyn)

·         Dişlərimizi söksələr, gözümüzlə yapışa bilməliyik bu halqaya. (Dursun Qaradaş)

·         Dəhri axtarsansa mində bir adəm tapa bilməzsən. Adəm görünən harları adəmmi sanarsan. (Ziya paşa)

·         Dostluq qanadsız məhəbbətdir. (Corc Bayron)

·         Dünyanı döyüş təhlükəsindən qoruyacaq tək bir yol vardır; dünya səviyyəsində səlahiyyətə sahib olacaq və dünyada bütün silahların təkəlini əlində tutacaq bir tək nüfuzun qurulması. (Bertran Rassel)

·         Dahilik fikrin müəyyən səmtdə davamlılığıdır. (İsaak Nyuton)

·         Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrının varlığına inanmağım üçün yetərlidir. (İsaak Nyuton)

·         Dünyaya necə göründüyümü bilmirəm ; amma mən özümü, hələ kəşf edilməmiş gerçəklərlə dolu bir okeanın sahilində oynayan, düz bir çay daşı ya da gözəl bir dəniz qabığı tapdığında sevinən bir uşaq kimi görürəm. (İsaak Nyuton)

·         Dünyanın ən böyük qorxağı olduğumu etiraf edirəm, çünki pis bir iş görməyə cəsarət edə bilmirəm. (Ksenofont)

·         Dünyanın harasında olursa olsun, haqsız yerə birinin sifətinə atılan şilləni öz sifətində hiss etməyən adamın insanlığından şübhə edərəm! (Ernesto Çe Gevara)

·         Döyüşən, uduza bilər. Döyüşməyən, çoxdan uduzmuşdur. (Ernesto Çe Gevara)

·         Dizlərimin üzərində yaşamaqdansa, ayaqlarımın üzərində ölməyi seçərəm. (Ernesto Çe Gevara)

·         Düşündüyünü həmişə deməyə borclu deyilsən, ancaq borcundur ki, dediyini hər vaxt düşünəsən. (Mişel de Monten)

·         Dünyaya gəldiyiniz gün bir tərəfdən yaşamağa, bir tərəfdən ölməyə başlarsınız. (Mişel de Monten)

·         Dünya əhalisi artdıqca, insan sayı azalır. (Çak Palanik)

·         Diqqətli bax; Böyük eşqlər ya sonsuzdur ya da onsuz. (Çak Palanik)

·         Dil mədəniyyətlə birgə boy atır. (А.N.Tolstoy)

·         Dil millət üçün bir güzgüdür, biz bu güzgüyə baxdıqda özümüzün böyük bir şəklini görürük . (Fridrix Şiller)

·         Doğru olan, haqlı olandır. (Aleksandr Pop)

·         Dəyişməyən tək şey, dəyişiklikdir. (Heraklit)

·         Döyüşü zənginlər çıxarar, yoxsullar ölər. (Jan Pol Sartr)

·         Dənizi təriflə amma sahildə dayan. (Corc Herbert)

·         Dost kimi görünən yaltaqlar, fərqli olmağa çalışan sadə insanlar, arxamızdan qurulan oyunlar.. qayda həmişə eynidir: Gül və keç. (Duqlas Noel Adams)

·         Dünya öküzün üstündə deyirlər amma; dünyanın üstündə nə qədər öküz bilirəm. (Nəcib Fazil Qısakürək)

·         Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq. Yaşayarkən təmiz qalsaydıq öləndə yuyunmazdıq. (Nəcib Fazil Qısakürək)

·         Dünən keçdi bu günü düşünürəm, sabah varmı? Gəncliyinə güvənmə, ölənlər həmişə qocamı? (Nəcib Fazil Qısakürək)

·         Diz çök ey nəfs, qabağımda diz çök. (Nəcib Fazil Qısakürək)

·         Dinin olmadığı yerdə heç bir şey yoxdur; yoxluq belə yoxdur... Şeir və sənətsə heç yoxdur... (Nəcib Fazil Qısakürək)

·         Dində məcburiyyət yoxdur. Əlbəttə ki, hər kəs azaddır. İstəyən dünyada bişər, istəyən axirətdə. (Nəcib Fazil Qısakürək)

·         Dostluq – özünə arzuladığının digərinə arzuladığındır; Sevgi – özünə arzuladığından digərinə daha çox arzuladığındır. (I.Şevelev)

·         Diqqəti cəmləmək məsələsinə gəldikdə, heç nə bu işdə təhlükə qədər mahir ola bilməz. Aydın fikirləşmək üçün mənə mütləq ilham lazımdır, risklə bağlı ilham. (Corc Soros)

·         Digər insanlar öz səhvlərindən utanırlar. Mənim üçün isə şəxsi səhvlərimi dərk etmək - qürur mənbəyidir. (Corc Soros)

·         Deyib ki, itirdiklərini görsün də ağlasın.. Dedim ki, qazandıqlarımı görsə dəyərinin olmadığını anlayarsan. (Bob Dilan)

·         Daha yaxşı olmağa çalışmayan yaxşı olaraq da qala bilməz. (Oliver Kromvel)

·         Dinsizlik ilə kəsb olunan bir mədəniyyət... 
Vəhşiyyətin ən qorxulu səhrası deyilmi?! 
(Mirzə Ələkbər Sabir)

·         Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır. (Lüdviq van Bethoven)

·         Dərdin də öz lirikası, öz ahəngi var; dərddən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar. (Tur Xander)

·         Daha yüksək intellektli adamların əqli enerjisi texnika vasitəsilə adi adamların həyatına müdaxilə edir və mənəvi təcavüz baş verir. (Tur Xander)

·         Dahiliyin imitasiyası üçün də istedad lazımdır. (Tur Xander)

·         Dəlilər iki cür olur: ağlın çatışmazlığından və ağlın artıqlığından. Ağlın artıq hissəsi transfer edilə biləndə – dahilik yaranır. (Tur Xander)

·         Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür. (Tur Xander)

·         Dövlətin funksiyası pul qazanmaq yox, pulun ədalətli bölgüsünü təmin etməkdir. Vay o günə ki, dövlət də pul qazanmağa aludə olsun. (Tur Xander)

·         Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. (Ezop)

·         Divarda bir çat açmağa bir daşın köhnəlməsi yetər. (Arif Nihat Asya)

·         Dizlərəmin üstündə yaşamaqdansa, ayaqlarımın üstündə ölməyi seçərəm. (Emiliano Zapata)

·         Dünya bir birliyə, axirət bir birliyə sahib, Allah da bütün birliklərin sahibidir. (Əbdülqədir Geylani)

·         Dünya nəfslərin, axirət ürəklərin, Allah isə sirlərin sevgilisidir. (Əbdülqədir Geylani)

·         Dünya hikmətdir, axirət isə qüdrət. Hikmət alət və səbəblərə ehtiyacı vardır, qüdrətin isə ehtiyacı yoxdur. (Əbdülqədir Geylani)

·         Dünya hər kəsi boğacaq qədər böyük bir dənizdir. (Əbdülqədir Geylani)

·         Dünyanın qurtuluşu sosializmdədir. (Karl Marks)

·         Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. (Karl Marks)

·         Dünyanın bütün işçiləri, birləşin! Zəncirlərinizdən başqa itirəcəyiniz bir şeyiniz yoxdur! (Karl Marks)

·         Düşüncələrimizə hakim olan və əqidələrimizi tabe etdirən ideyalar elə bir zəncirdir ki, ürəyimizi qırmadan onlardan azad ola bilmərik. (Karl Marks)

·         Dinin özü yaxşılıq etmək, pislikdən qaçınmaqdır. (Əhməd Tanər Qışlalı)

·         Dünya hər kəsə çatacaq böyüklükdədir. Ona görə də başqasının yerini qapmaqdansa, çalışaraq gerçək yerinizi tapın. (Çarli Çaplin)

·         Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş. (Çarli Çaplin)

·         Düşüncəni boşalt. Şəkilsiz, nizamsız ol, su kimi. İndi suyu bir kuboka doldursan, o zaman kubok olar. Onu çay dəmliyə doldur, o zaman su çay dəmliyi olar. Bax , su axar, .... . Su ol yoldaş. (Brüs Li)

·         Dünyadakı hər kəs bir vaxtlar uşaq olub. (Uolt Disney)

·         Dünyanı olduğu kimi qəbul et. Gülümsəmələri və çətinlikləriylə, sevgisi, dostluğu, yalanı və gerçəyiylə, sabahın nəfsinə bağlı olan planlarıyla, gəncliyin xülyaları kimi gəlib keçən ümidləriylə… (Çarlz Sveyn)

·         Düşüncə bir gücdür. Fəlsəfə isə düzgünlük və sevgi kimi nəhəng bir faktorla insanlığın yaxşılaşmasını təmin edəcək təsiri tapmada bir enerji olmalıdır. (Albert Payk)

·         Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm. (Əbdürrəhman Cami)

·         Dəniz dalğalar içərisində gizlidir. (Əbdürrəhman Cami)

·         Dəftər eyni olduğu müddətcə, yeni bir səhifə açmağın nə əhəmiyyəti var? (Tom Robbins)

·         Dostluğa görə təşəkkür etməzlər, çünki o xidmət sayılmaz. (Q.Derjavin)

·         Dindarların və əxlaqsızların təbii olaraq bir-birlərini tapdıqları bir gerçəkdir. (Corc Oruell)

·         Dostluq çox vaxt dostluqla da bitir,
Sevgi isə nadir halda dostluqla bitə bilər. 
(Ç.Kolton)

·         Dünyada heç bir böyük iş ehtirassız görülə bilməz. (Georq Vilhelm Fridrix Hegel)

·         Din və əxlaq inama əsaslanmaqla vasitəsiz bilik olsalar da, hər halda yenə də tərbiyə və təhsillə vasitələnirlər. (Georq Vilhelm Fridrix Hegel)

·         Dünya tarixi, azadlıq şüurluğunun inkişafından başqa bir şey deyil. (Georq Vilhelm Fridrix Hegel)

·         Dünyada ehtiraslı olmadan bacarılmış heç bir böyük şey yoxdur. (Georq Vilhelm Fridrix Hegel)

·         Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır. (Artur Şopenhauer)

·         Doğuşdan gələn tək bir yanılma vardır. O da xoşbəxt olmaq üçün burada olduğumuzu sandığımızdır. (Artur Şopenhauer)

·         Dahi insanlar yüksəklərdə uçurlar və qartallar kimi əlyetməz ucalıqda yuva qurub tənha yaşayırlar. (Artur Şopenhauer)

·         Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır. (C.Fuller)

·         Dünya axıb getmir, çünki ölüm yarğan deyil. (Rabindranat Taqor)

·         Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. (Heydər Əliyev)

·         Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır. (Heydər Əliyev)

·         Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir. (Heydər Əliyev)

·         Dövlət adamının ürəyi başında olmalıdır. (Napoleon Bonapart)

·         Düşməninizi əsla səhv edərkən narahat etməyin. (Napoleon Bonapart)

·         Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür. (Cəlaləddin Əfqani)

·         Demokratiya - müddətsiz hakimiyyət deməkdir. (Müəmmər əl-Qəzzafi)

·         Dildə deyilməsi və yerində istifadə edilməsi ən çətin söz məndir. (Alfred De Viqni)

·         Düşüncəni parlaq və cazibədar formaya salmaq onu kiçildir. (Cəmil Meriç)

·         Düşüncə təzadları ilə bütündür. (Cəmil Meriç)

·         Dünyada məqamı bilməyən bir kəs 
Pərdəli yolları düz gedə bilməz. 
(Nizami Gəncəvi)

·         Dilin bəlasıdır uzunçu olmaq 
Ariflər işidir sükuta dalmaq. 
(Nizami Gəncəvi)

·         Dumanla doldurub dünya üzünü, 
Yatırtdım eşq ilə ağlın gözünü. 
(Nizami Gəncəvi)

·         Dəmiri aynatək parladan insan 
Pası silməlidir öz vicdanından. 
(Nizami Gəncəvi)

·         Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım
Hər gizli xəznədən bir dürr çıxardım. 
(Nizami Gəncəvi)

·         Daha uğurlu etmək, daha tez etməkdən yaxşıdır. (Oktavian Avqust)

·         Dünyanın sizə sanki borcu var kimi fikirlər düşünməyin, o sizdən əvvəl movcüd olmuşdur və sizə heç nə verə bilməz. (Mark Tven)

·         Dünyada tək zərər verməyən qadın, anadır. (Mark Tven)

·         Düzgünlük və məsuliyyət sahibi kimsə lider olmağa layiqdir. (Mark Tulli Siseron)

·         Dünya dağılsa belə qoy ədalət zəfər çalsın. (Mark Tulli Siseron)

·         Dünyaya bir dəfə baxmaq məcburiyyətindəsənsə yalnız İstanbula bax! (Alfons de Lamartin)

·         Döyüşdə böyük zülmə uğradınız. Zalımları bağışlayıb bağışlamamaqda sərbəstsiniz. Nə edirsiniz edin, amma soyqırımı unutmayın. Çünki unudulan soyqırım təkrarlanar. (Aliya İzzetbeqoviç)

·         Dövlətin əsası ədalətdir. (Ömər ibn əl-Xəttab)

·         Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)

·         Dünyanın ağlının 98%-i Sultan II Əbdülhəmiddə, 1%-i məndə, qalan 1%-i isə digər insanlardadır. (Otto fon Bismark)

·         Dünyanı adlatmaq istəyirsinizsə, həqiqəti söyləyin. (Otto fon Bismark)

·         Dostun kimmiş öyrənmək istəyirsənsə, kodasa gir. (Çarlz Bukovski)

·         Demək olar ki hər kəs dahi doğulur, axmaq basdırılır. (Çarlz Bukovski)

·         Dünyanın ən uzun məsafəsi 2 smdir. (Ayaklarını divara söykəyib özünü "əmmə" səylərində həmişə 2 smlik maneəyə ilişdikdən sonra sərf etdiyi cümlə) (Çarlz Bukovski)

·         Dünyadakı ən saf insan olduğunu iddaa edənlər, əslində şeytana məsləhətçilik edə biləcək ağıldadırlar. Unutmayın. (Çarlz Bukovski)

·         Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdəsənsə; Məndən uzaq ol. (Çarlz Bukovski)

·         Daşın çoxunu atıram geriyə heykəl qalır. (Oqust Rodin)

·         Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. (İ.Ten)

·         Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır.
Təbiətin ən böyük möcüzəsi anadır. 
(İohann Volfqanq Göte)

·         Düşünmək asandır,həyata keçirmək çətindir.Dünyada ən çətin şey isə düşünüləni həyata keçirməkdir. (İohann Volfqanq Göte)

·         Dünya gözəldir amma bir şairin gözü ilə daha gözəl olur. (İohann Volfqanq Göte)

·         Dünya bir həbsxanadır. (İohann Volfqanq Göte)

·         Dəlilər və ağıllılar eyni dərəcədə zərərsizdirlər.Yalnız yarı ağıllılarla yarı dəlilər çox təhlükəlidir. (İohann Volfqanq Göte)

·         Dəli üfürür, məlumat danışır. (İohann Volfqanq Göte)

·         Deyilən hər söz əleyhdarını qışqırdır. (İohann Volfqanq Göte)

·         Dünyada iztirab qədər yaxşı tərbiyəçi yoxdur. (İohann Volfqanq Göte)

·         Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir. (İohann Volfqanq Göte)

·         Dünyada elə bir yer var ki, orada bizim əsl evimiz yerləşir, hara ki gözəl günlərin birində biz gəlirik. Sakitcə onun qayıdışını gözləyəcəyim ev. Dərsdən sonra oğlanla qızın qaçaraq gəldikləri, ətrafda hər yeri var olmanın sevinci ilə doldurduqları ev. (Paulo Koelyo)

·         Dünya yalnız yaxşılığa doğru gedir, çünki insanlar bu yolda risk edirlər. Misirlilərə minnətdaram... Misir hadisələri ilə əlaqədar. (Paulo Koelyo)

·         Dünya çox xərclər çəkib ki, indi kimi olsun, nə olsun ki, o qədər də ideal deyil, amma onda yaşamaq olar. Buna baxmayaraq yenə də nəsə çatışmır - axı həmişə nəsə çatışmır. (Paulo Koelyo)

·         Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah təhsildir. (Nelson Mandela)

·         Dünyada ancaq yaranmalı olanlar yaranır. (Mark Avreli)

·         Düşüncələriniz necədirsə, həyatınız da elədir. Həyatınızın gedişini dəyişdirmək istəyirsinizsə, düşüncələrinizi dəyişdirin. (Mark Avreli)

·         Dost, sevgili. Getmə, getmə, görüm kimin yarısan; Hansı bəxtəvərin vəfadarısan? (Qurbani)

·         Dərin ideyaların şəffaflığı özünün dərinliyi üzündən tutqunlaşan təmiz sulara bənzəyir. (Helvetsi)

·         Dinə...çox böyük ehtiyacım olduğu vaxt çölə çıxıb ulduzları rəngləyirəm. (Vinsent van Qoq)

·         Döydülər, yıxılmadıq. Söydülər, yıxılmadıq. İşgəncə etdilər, yıxılmadıq. Alqışladılar, təriflədilər, yıxıldıq. (Henrik İbsen)

·         Dahiliyin yüzdə biri ilham, yüzdə doxsan doqquzu tərdir. (Tomas Edison)

·         Dünyada insanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır. (Frensis Bekon)

·         Dostluq sevinci ikiqat edir, dərdi isə yarı bölür. (Frensis Bekon)

·         Dalğalar heç vaxt tək olmur. İnqilab dalğasında hakimiyyətə gələnlər adətən inqilabın ikinci dalğası ilə hakimiyyətdən salınırlar. (Əbu Turxan)

·         Dövlət Vətəni təcəssüm etdirəndə vətəndaşla Vətən arasında əks əlaqə münasibəti yaranır ki, bu da övlad-valideyn münasibətini xatırladır. (Əbu Turxan)

·         Dostluq eyniyyətdən, məhəbbət fərqdən yaranır. (Əbu Turxan)

·         Dağ da tək olanda qəribsəyir. 
Ona görə də çox vaxt silsilə şəklində olur. 
(Əbu Turxan)

·         Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poeziya var. Fəlsəfə isə duyğulu idrak və poetik səviyyəyə qalxmış elmdir. (Əbu Turxan)

·         Doğma o adamdır ki, onunla öz ruhunun dilində danışa bilirsən. (Əbu Turxan)

·         Dostluq birgə keçirilən vaxtın səmərəsini artırır. (Əbu Turxan)

·         Duyğu uzaq məsafələrə ancaq fikrin qanadlarında gedə bilir. (Əbu Turxan)

·         Duyğular sənətdə, ağıl – elmdə, ruh – fəlsəfədə özünü ifadə edir. (Əbu Turxan)

·         Dağlar zirvədə tənha olsalar da, təməlləri birdir. (Əbu Turxan)

·         Dünyaya qatılanların həzzi və qəzəbi, dünyanın fövqünə qalxanların eşqi və kədəri olur. (Əbu Turxan)

·         Daim yüksəlmək olmaz; ən böyük məharət öz maksimal imkanına uyğun məqama çatanda dayana bilməkdir. (Əbu Turxan)

·         Dua: Vaxtın bərəkətli olsun. (Əbu Turxan)

·         Damlada itirdiyimiz bir dəniz qədər önəmli ola bilər. (Əbu Turxan)

·         Dünyanı tam halında yaşamaq olmur; o çiçək-çiçək, damla-damla yaşanır. (Əbu Turxan)

·         Daxilən gözəl olmağın yolu xaricdəki gözəllikləri duymaq, onlara heyran olmaq və onlara qovuşmaqdır. (Əbu Turxan)

·         Dar günün dostları gen gündə gendə durur. (Əbu Turxan)

·         Dahilərin şəxsi həyatını onların ucaltdığı böyük abidələrin arakəsmələrində axtarmaq lazımdır. (Əbu Turxan)

·         Duyğuların həqiqi siması və əxlaqi-mənəvi yönü ancaq onların fəlsəfi şərhi sayəsində açılır. (Əbu Turxan)

·         Dinin fəlsəfədən bir fərqi də odur ki, burada ideya iradə ilə vəhdətdədir. Bu baxımdan din ideologiya iləeyni tərtibli hadisədir. (Əbu Turxan)

·         Dünya bizə məxsusdur. Amma bəzən hansısa dünya malına aludə olanda, bütövlükdə dünyanı qurban verdiyimizin fərqində olmuruq. (Əbu Turxan)

·         Dünyanın ancaq öz qəlbimizlə işıqlandırdığımız hissəsi bizə məxsusdur. (Əbu Turxan)

·         Daxili gözəllik zahiri gözəlliyə bürünəndə daha tez üzə çıxır. (Əbu Turxan)

·         Dünyanı dərk edə bilmək üçün insan əvvəlcə dünya ilə bir tam halına gəlməlidir. (Əbu Turxan)

·         Dünyada nə qədər gözəlliklər, nə qədər dəyərlər düzgün baxış bucağı seçilmədiyindən görünməzlikdə qalır! (Əbu Turxan)

·         Dünya bizdən öncə yazılmışdır. Amma bəzən o bizə ağ vərəq kimi görünür və başlayırıq onu yenidən yazmağa; neçə gözəlliklər bizim cızma-qaranın altında qalır! (Əbu Turxan)

·         Dözümə əsaslanan səbir tükənə bilər, ümidə əsaslanan səbir – tükənməz. (Əbu Turxan)

·         Dolu başa nəyi isə danışmağın xeyri yoxdur; o daha heç kimi dinləməyəcəkdir. (Əbu Turxan)

·         Dil – insanlar arasında, elm – insanla təbiət arasında ünsiyyət vasitəsidir. (Əbu Turxan)

·         Dünyanın vəhdəti təbiətin məntiqi ilə idrakın məntiqi arasındakı eyniyyətdə daha aydın üzə çıxır. (Əbu Turxan)

·         Dünya onu anlayanlarındır. (Əbu Turxan)

·         Dənizdə məhəbbətin hər iki qütbü ehtiva olunur; onun səma ilə görüşü ancaq üfüqdə baş tutur; buna Platon ik məhəbbət də deyirlər. Onun yerlə görüşdüyü yerlərdə isə məhəbbətin başqa formaları ortaya çıxır. (Əbu Turxan)

·         Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur və onların eyni kitab olduğunu çox az adam dərk edir. (Əbu Turxan)

·         Dünya vahid bir ideyanın təcəssümü olmasaydı, bu qədər bütöv və ahəngdar olmazdı. (Əbu Turxan)

·         Daha mürəkkəb olan daha kövrək olur. (Əbu Turxan)

·         Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər. (Əbu Turxan)

·         Dil təfəkkürün qəlibidir. (Əbu Turxan)

·         Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir. (Əbu Turxan)

·         Deyirlər qalibləri mühakimə etmirlər. Görünür, ona görə ki, mühakimə etməli olanlar artıq susdurulmuş olur. (Əbu Turxan)

·         Dilin imkanları məhdud olanda təfəkkürə də çəpər çəkir. (Əbu Turxan)

·         Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. O, indiki nəslə dar da gələ bilər, gen də. (Əbu Turxan)

·         Demək istədiyini çoxları deyə bilir. Ən böyük sənətkarlıq demək istədiyindən başqa bir şey deməməkdir. (Əbu Turxan)

·         Deyilişin bənzərliyi fikrin də bənzərliyinə dəlalət etmir. (Əbu Turxan)

·         Düşüncə də məşq tələb edir. Düşünməyə-düşünməyə insan düşüncəsizləşir. (Əbu Turxan)

·         Dil o zaman inkişaf edir ki, çağdaş düşüncə mövcud dil qəlibinə sığmır. (Əbu Turxan)

·         Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz. (Əbu Turxan)

·         Dahilər öz kəşfləri ilə fikir qəliblərini dağıdır, alimlər onlara yeni qəlib düzəldirlər. (Əbu Turxan)

·         Dərində üzməyi bacaranlar üçün dayazda üzmək darıxdırıcı olur. (Əbu Turxan)

·         Dahi şəxslər mühitini öz qəlbində gəzdirir. (Əbu Turxan)

·         Din o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadisəsi olduğunu unudaraq idrak hadisəsi kimi çıxış etməyə çalışır və dünyada gedən proseslərin izahını vermək iddiasına düşür. (Əbu Turxan)

·         Dünyanı dərk etmək üçün dünyadan kənara çıxmaq lazımdır. (Əbu Turxan)

·         Daxili nəzarət cəmiyyətin və dövlətin nəzarətindən daha etibarlıdır. (Əbu Turxan)

·         Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır. (Əbu Turxan)

·         Dumanın şərəfi dağla vüsaldır, 
Başın şərafəti ağıl-kamaldır. 
Yuxarı qalxdıqca dumanlanırsa, 
Bil ki, yetişməyib, baş hələ kaldır. 
(Əbu Turxan)

·         Din dövlət və cəmiyyət üçün yox, insanlar üçündür. (Əbu Turxan)

·         Dənizdən də böyük olub onu ehtiva etmək, onu içinə almaq, içində əritmək, o tayı görmək istəyi – bir cür duyğudur, dənizdə ərimək, itmək, onun damlası olmaq istəyi – başqa cür duyğudur. Hərəsinin öz gözəlliyi var. (Əbu Turxan)

·         Dünya ancaq insan qəlbinin hənirtisi ilə canlanır. (Əbu Turxan)

·         Dünyanın ali mənası onun ayrı-ayrı hissələrinin mənasından hasil ola bilməz. (Əbu Turxan)

·         Dərdlə heçnə arasından mən dərdi götürərəm. (Uilyam Folkner)

·         Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan, ən qiyməli daşı salıb itirə bilərsən, ən sadə biliyi səndən heç kəs ala bilməz. (Əbül Fərəc)

·         Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. (Əbül Fərəc)

·         Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur. (Nəsirəddin Tusi)

·         Dahi insanların dili təbiətin özünün dili qədər sadədir. (Vovenarq)

·         Düşüncə və zəhmətin barı tez yetişmir. (Vovenarq)

·         Dünya binasını qoyandan bəri, 
De, hansı dahinin xəyal şəhpəri 
Ucala bilmişdir barı bir kərə
Ana qəlbindəki sonsuz göylərə? 
(Səməd Vurğun)

·         Dünya bir evdirsə, övlad işıqdır, 
Oğul arxadırsa, qız yaraşıqdır. 
(Səməd Vurğun)

·         Dünyanın ölməyən bir qanunu var. (Səməd Vurğun)

·         Dinclik deyilən o şeyin hər santimetrinə ehtiyacım var bu aralar. Mənə bir az bahar lazımdır.. Çox üşüdüm. (Maksim Qorki)

·         Dəvə yükü aş olsa da, ac adama az görünür. (Mahmud Qaşğari)

·         Dayça at olanda at rahatlayır, uşaq adam olanda ata rahatlayır. (Mahmud Qaşğari)

·         Dil illə düyünlənən diş ilə açılmaz. (Mahmud Qaşğari)

·         Düşünməmək üçün o qədər şeylər düşünülüb ki... (K.Çapek)

·         Dostum, Günəşə bax, torpağa bax, suya bax, buluda bax; fəqət, arxana baxma. Kimin gəldiyi əhəmiyyətli deyil, kimin gəlmədiyi də. (Xəlil Cibran)

·         Dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən adamın orucundan nə fayda?! (Fatimə Zəhra)

·         Dindəki səhvlər təhlükəli, fəlsəfədəki səhvlərsə yalnız gülüncdür. (Devid Yum)

·         Din haqqında düşüncələr təbiətdə hazırlanaraq deyil, həyatdakı hadisələr nəticəsində ortaya çıxan narahatlıqdan, insan ağlındakı davamlı ümiddən və qorxudan doğuldu. (Devid Yum)

·         Dünyada insan düşüncəsi qədər azad olan ikinci bir şey yoxdur. (Devid Yum)

·         Dürüstlük - sadəcə dərketməyə aparan yollardan biridir, amma yolun özü deyil (Fridrix Nitsşe)

·         Dostluq etməyi bacaran evlənəndə də uğurlu evlənər; belə ki, nikah da dostluq istedadına əsaslanır. (Fridrix Nitsşe)

·         Düşməni bağışlamaq dostu bağışlamaqdan asandır. (Fridrix Nitsşe)

·         Dünyada heç bir şey insanı kin saxlama duyğusu qədər köhnəltməz. (Fridrix Nitsşe)

·         Despotlar, havanın əxlaqlı olduğu bölgələri sevərlər. (Fridrix Nitsşe)

·         Dinləyicilər istedadlı olan günlər həyat çox gözəl olur. (Edit Piaf)

·         Doğuşdan çarəsi olmayan bir xəstəliyim var: Hər gördüyüm insan zənn edirəm. (Yılmaz Ərdoğan)

·         Dost sanarıq hamımız ehtiyacımız olduğunuda bizi tərk edənləri, "Tanrım sən məni dostlarımdan qoru, düşmənlərim onsuz da müəyyən". (Bob Marli)

·         Düşmənindən çox dostundan çəkin! Çünki dostluq bitsə, sənə necə zərər verə biləcəyini ən yaxşı dostun bilər yalnız. (Bob Marli)

·         Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən ürəyidir. (Bob Marli)

·         Döyüşən məğlub ola bilər, döyüşməyənsə çoxdan məğlub olmuşdur. (Bertolt Brext)

·         Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də. (Şəms Təbrizi)

·         Düzənim pozular, həyatımın altı üstünə gələr deyə əndişə etmə. Haradan bilə bilərsən həyatın altının üstündən daha yaxşı olmayacağını? (Şəms Təbrizi)

·         Dünyada sonsuz bir xoşbəxtlik yoxdur; nə məşhur bir soy, nə gözəllik, nə güc-qüvvət, nə zənginlik, heç bir şey bizi fəlakətdən qurtara bilməz. (Aleksandr Puşkin)

·         Dahi ile pislik bir araya gele bilməz. (Aleksandr Puşkin)

·         Dələduzlar həmişə təmiz adam kimi görünməyə çalışır və çox vaxt buna nail olurlar. (Nikola Şamfor)

·         Dünyanı qanunsuzluqla idarə etmək olmaz. (Cəfər Cabbarlı)


Bugün 1 ziyaretçi (9 klik) kişi burdaydı!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=