Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - E ilə başlayan aforizmlər


  • Ey Türk Gəncliyi! Birinci vəzifən, Türk istiqlalını, Türk Respublikasını, əbədi, mühafizə və müdafiə etməkdir. (Mustafa Kamal Atatürk)
  • Ey yüksələn yeni nəsil, gələcək sizindir. Respublikanızı biz qurduq, Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz. (Mustafa Kamal Atatürk)
  • Eşitdim ki, böyrəyində daş varıymış, sevgilim. Ürəyindən düşmüşdür. (Kiçik İsgəndər)
  • Edə biləcəyin qədər söz ver, sonra söz verdiyindən daha çoxunu et. (Oldos Haksli)
  • Eşşək başına yaraşmayır qızıl tac, 
    Eşşək üçün yaranmışdır palan, noxta və ağac. 
    Bir eşşəyin noxtası gər ola mirvarıdan, 
    Baxan deyər nə rəzildir bu heyvan. (Xaqani)
  • Ev kiçik bir mədəniyyət ocağıdır. (Çarlz Dikkens)
  • Ehtimal etmək imkansızdır. Amma, indiki zamanı çox yaxşı bilsən, gələcəyi idarə edə bilərsən. (Adam Faver)
  • Elə dəqiqələr var ki, insanlar bu vaxt cinayət istəyirlər. (Fyodor Dostoyevski)
  • Evlənmə, boşanma işi sırf qadınların əlində olsaydı, bir tək nikah möhkəm qalmazdı. (Fyodor Dostoyevski)
  • Ehtirasını idarə et, yoxsa o səni idarə edər. (Epiktet)
  • Elm bir qıfıldır və bu qıflı aça biləcək yeganə açar Sualdır. (Cəfər Sadiq)
  • Eyni gündə dörd mövsümə şahid olmaq kimi bir şeydir bu.Əvvəl darıxıram, sonra ağlayıram, axşamlar küsürəm, gecələr çox sevirəm. (Özdəmir Asaf)
  • Evlilik, iki nəfərlik təklikdir. (Özdəmir Asaf)
  • Eşq gülməkdən çox ağlamanı, yaşamaqdan çox ölməyi istər. Və eşq elə xaindir ki, harada qeyri-mümkün varsa gedər onu sevər. (Özdəmir Asaf)
  • Eşq; iki adamın küçə döyüşünə bənzər, çünki ayıran həmişə bir başqasıdır. (Özdəmir Asaf)
  • Eşqin bir yolu vardır, hər yaşda başqa cür keçilən. Eşqin bir yolu vardır, hər yaşda bir az geçikilən. (Murathan Mungan)
  • Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir götürməsin, elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çevirməsin. (Fransua de Laroşfuko)
  • Elə göz yaşlarımız var ki, başqalarını aldatdıqdan sonra dəfələrlə bizi də aldadır. (Fransua de Laroşfuko)
  • Evlənmənin yaxşısı olar amma qüsursuzu olmaz. (Fransua de Laroşfuko)
  • Eşqbazlıqda ən az olan şey eşqdir. (Fransua de Laroşfuko)
  • Eşqdən müalicə edən bir çox dərman vardır, amma yaxşılaşdıracağı qəti olanı yoxdur. (Fransua de Laroşfuko)
  • Eşqdə olduğu kimi dostluqda da, insan bildiyi şeylərdən çox bilmədikləri üzündən xoşbəxtdir. (Fransua de Laroşfuko)
  • Elə qüsurlar vardır ki, böyük qabiliyyətləri meydana gətirərlər. (Fransua de Laroşfuko)
  • Edilən iş nə qədər parlaq olursa olsun, yüksək bir məqsədin nəticəsi deyilsə, böyük sayılmamalıdır. (Fransua de Laroşfuko)
  • Eşq bir dəlilikdir. (Uilyam Şekspir)
  • Ey uca könüllü yalan! Gerçək heç sənə seçim edilə biləcək qədər gözəl olmuşdurmu? (Jan Jak Russo)
  • Evlənmək vaxtınız gəldimi, evlənin. Qorxulu heç nə yoxdu. Əgər arvadınız yaxşı olar, xoşbəxt olarsınız, pis olar, filosof olarsınız… (Sokrat)
  • Elmi abidələr sökülmür. (Volter)
  • Ehtiras – yelkənli gəmini hərəkətə gətirən külək kimidir, hərdən gəmini batıra bilər, amma onsuz üzmək də mümkün deyil. (Volter)
  • Elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər. (Volter)
  • Eşq hər kəsi bərabər edər. (Migel de Servantes)
  • Elm təşkilatlanmış bilikdir. (Herbert Spenser)
  • Eşq bir qadının həyatının hamısı, bir kişinin həyatının isə bir hissəsidir. (Anna De Stal)
  • Elm əqlin hafizəsidirsə, sənət hissələrin hafizəsidir. (V.Solouxin)
  • Evrika! (Arximed)
  • Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur. (Cəlil Məmmədquluzadə)
  • Evlənməzdən qabaq gözlərinizi dörd açın, amma evləndikdən sonra –yumun. (Bencamin Franklin)
  • Evlənmədən əvvəl gözünüzü dörd açın, evləndikdən sonra birini bağlayın. (Bencamin Franklin)
  • Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır. (Nazim Hikmət)
  • Eşq, bəzən getməklə qalmaq arasında verdiyin ən böyük döyüşdür. Sevməyənin ağılı, həqiqətən sevənin ürəyi qazanır bu döyüşü. (Nazim Hikmət)
  • Elm, yaxşı zamanlarda sərvət, pis zamanlarda bir sığınaq və yaxşı bir yol göstəricidir. (Aristotel)
  • Elmdə irəli gedib mənəviyyatda geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir. (Aristotel)
  • Eşq ilə mən aşinayəm, əql ilən yad olmuşam. (Nəsimi)
  • Elə davran ki, davranışların prinsip halına gəlsin. (İmmanuel Kant)
  • Elmi fikirlər beyinə dəmir mismarlar kimi yeridilməlidir ki, onları oradan heç bir qüvvə çıxara bilməsin. (Deni Didro)
  • Elm bizə vasitələrlə çatır, həqiqət isə - vasitəsiz. (Şibli)
  • Ehtiyatlı olmaq məcburiyyətində deyiləm, bir tapançam var! (Homer Simpson)
  • Ey! Əgər onu sevmirsənsə, Rusiyaya get. (Homer Simpson)
  • Elmi yığıncaq olduğuna əminsiniz? Bura inəklərlə doludur. (Homer Simpson)
  • Evliliyə muqəddəslik verən, eşqdir. (Lev Tolstoy)
  • Elə xoruzlar var ki, banladıqları üçün səhərin açıldığını düşünürlər. (Lev Tolstoy)
  • Eşq özünü fəda etməlidir. (İbn Ərəbi)
  • Elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir. (N.Q.Çernışevski)
  • Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür. (Platon)
  • Eyni sənət bizə eyni şeylərin məlumatını verməli başqa bir sənət ayrı bir sənət olduğuna görə eyni şeylərin deyil başqa şeylərin məlumatını verməlidir. (Platon)
  • Elm bütün nailiyyətlərinə görə xəyala borcludur. (Emerson)
  • Ey qurbağa şahzadə, gəl bizim evə gedək də sənə təptəzə bir ağcaqanad salatı hazırlayım. (Coni Bravo)
  • Eşq tanrın gəldi... (Coni Bravo)
  • Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir. (Əvhədi Marağayi)
  • Edə bilməyəcəyinizini düşündüyünüz şeyləri etməyə çalışmalısınız. (Eleonora Ruzvelt)
  • Eşq sevməsini bilən üçün vardır və qarşılıqsızdır. 'Nə qədər sevsən o qədər sevərəm' kimi düşünmək eşq deyil, tacirlikdir! (Can Dündar)
  • Eşq qarşılıqlı olmaq məcburiyyətində deyil yalnız; "Yaxşı, məni sevməsin, amma heç kim ona toxunmasın" deyə bilirsənsə, eşq bu işdə. (Can Dündar)
  • Eşq – ruha təslim olmaqdır. (Hilmi Ziya Ülkən)
  • Evlilik, bütün qadınların razılaşdığı, bütün kişilərin də razılaşa bilmədiyi bir mövzudur. (Oskar Uayld)
  • Evlilik sonsuz bir şəfadır. (Əhməd Hamdi Tanpınar)
  • Eşq, səhərlərə qədər yatmamaq deyildir əslində. Hər səhər oyandığında, yaşamaqdan əvvəl onun gəlməsidir ağılına. (Can Yücəl)
  • Eşq; hər kəsi ona oxşadıb, heç kimi onun yerinə qoya bilməməkdir. (Can Yücəl)
  • Eşq bir baxışla başlar, bi sözlə bitər. Sevmək mi? Həmişə ürək istər. (Can Yücəl)
  • Elə hər kəsi sevməyəcəksən.. "Sevirəm" deməyəcəksən! "Səni sevirəm" deyə bilmək üçün lazım olsa bir ömür gözləyəcəksən. (Can Yücəl)
  • Elə bir sevəcəksən ki, ürəyindən kimsə ayıra bilməyəcək. Və elə birini sevəcəksən ki, səni gözləriylə belə aldatmayacaq. (Can Yücəl)
  • Eşq ağlabatan və məqbul olarsa, əsl xoşbəxtlikdir. (Abbasqulu ağa Bakıxanov)
  • Elm, bilik sənətkara ağlın gözləri ilə görünən aləmin üfüqlərini açır. (Xudu Məmmədov)
  • Elm və sənət qoşa qanaddır. (Xudu Məmmədov)
  • Elm hər dildə birdir. (Hüseyn Cavid)
  • Elm və inanc iki ayrı şeydir. Birləşsə inqilab edə bilərsiniz. (Cahid Arf)
  • Eşq, ağıllı axmaq demədən bütün insanlara yoluxan bir xəstəlikdir. (Alber Kamyu)
  • Elə qan var ki onu dil tökər. (Əli bin Əbu Talib)
  • Ey Adəm oğlu, ehtiyacından artıq qazandığın şeyi başqası üçün yığırsan. (Əli bin Əbu Talib)
  • Ey yüksələn yeni nəsil! En adə, aşağı! (Cem Yılmaz)
  • Elə danış ki, başa düşməyə bilməsinlər. (Kvintilian)
  • Elmin hüdudları üfüqü xatırladır: nə qədər çox yaxınlaşırsansa, o qədər çox uzağa çəkilir. (Pyer Büast)
  • Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun.
    Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. (Əbülhəsən Bəhmənyar)
  • Elə cinayət var ki, bağışlanmır, bu vətənə xəyanətdir. (Əbülhəsən Bəhmənyar)
  • Elmi karyeranızın zirvəsini gözləmədən rəhbər rolunu götürün. (Ceyms Uotson)
  • Elmə ayrılan ianələri elmin maliyyələşdirilməsinə ayırın, əməkhaqqına yox. (Ceyms Uotson)
  • Elm ünsiyyət tələb edir. (Ceyms Uotson)
  • Elmsiz praktikaya aludə olan adam gəmini sükansız və kompassız idarə etmək istəyən kapitana bənzər; o, hara üzdüyünü özü də bilməz. (Leonardo da Vinçi)
  • Eynşteyn bəsdir Allah'ın nə etməyini diktə etdin. Bəzən isə zəriylə nə etməyini. (Nils Bor)
  • Eşq çadırının 
    qurulduğu yerdə məntiq axtarma. (Sədi Şirazi)
  • Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. (Sədi Şirazi)
  • Elm elm bilməkdir, elm özünü bilməkdir, sən özünü bilməzsənsə, bu nəcə oxumaqdır. (Yunus Əmrə)
  • Eşq aşiqi şir edər, aslanı zəncir edər, bərk daşı şam edər. (Yunus Əmrə)
  • Etiraf et bağışlan, səhvini qan alqışlan. (Elman Həbib)
  • Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin. (Mühəmməd peyğəmbər (SƏS))
  • Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür. (Mühəmməd peyğəmbər (SƏS))
  • Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər. (Mühəmməd peyğəmbər (SƏS))
  • Elə alçaq bir qapıdır ki aclıq, keçmək zəruri olan kimi, insan nə qədər böyükdürsə, o qədər çox əyilir. (Viktor Hüqo)
  • Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir. (Viktor Hüqo)
  • Elm ideyalar dramıdır. (Albert Eynşteyn)
  • Elm bizim hissi təcrübəmizin xaotik müxtəlifliyinin hansı isə vahid təfəkkür sisteminə uyğunlaşdırılmasıdır. (Albert Eynşteyn)
  • Elmi təfəkkürdə həmişə poeziya elementi olur. (Albert Eynşteyn)
  • Etməli olduğunuz iki şey var: Birincisi, oynadığınız oyunun qaydalarını öyrənmək; ikincisi isə oyunu hər kəsdən yaxşı oynamağı istəmək. (Albert Eynşteyn)
  • Elm atom bombasını kəşf etdi,lakin əsl pislik insanların beyinlərində və qəlblərindədir. (Albert Eynşteyn)
  • Ehtiyaclar təməl motivasiya faktorudur. Ancaq bəzi faktorlar motivasiya etməz lakin motivasiyanın varlığı üçün lazımlıdır. (Fridrix Herzberq)
  • Eynilə sevilməyən bir müəllim kimidir qəlbim. Barmaq qaldıranların inadına, həmişə dərsdən anlamayanları seçdi. (Sunay Akın)
  • Etiraf etməliyəm ki, "səninlə hər şey gözəldir"! Amma etiraf etmək lazımdır ki, sənsiz daha da gözəldir. (Sunay Akın)
  • Eşq saqqızdan çıxan sözlər qədər sadə olmağa davam etdikcə, insanlar da onu çiynəyib tüpürməyə davam edəcəklər. (Sunay Akın)
  • Eşq utanma və çəkinmənin olduğu yerdə vardır. (Mişel de Monten)
  • Elm deyə, məntiq deyə, ağıl deyə bir şey var; təcrübə ilə təsdiqlənən düşüncə var. Bir də Kaliforniya deyə bir şey var. (Edvard Albi)
  • Eqoizmin gözü pərdəlidir. (Mahatma Qandi)
  • Eşq; iki insanın şüurlarını birləşdirmə səyidir. Boşuna bir səy, çünki insan öz şüuruna məhkumdur. (Jan Pol Sartr)
  • Eşqdir hər iki dünyaya ziynət, 
    Eşq ilə dolanır bütün təbiət. (Füzuli)
  • Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır. (Füzuli)
  • Elə insanlar vardır ki; Kanalizasiyaya düşsələr, kanalizasiyanı çirkləndirərlər. (Nəcib Fazil Qısakürək)
  • Eşq bəzən yeni çıxan bir filmin fraqmenti kimidir. Görə biləcəyin bütün gözəlliklər sadəcə təqdimatda verilir. (Bob Dilan)
  • Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur. (Onore de Balzak)
  • Elm yarandıqdan sonra hər şey zaman-zaman onun qiyafətinə bürünüb səliqə-sahman tapdı və günlərin birində o özünə də öz donluğundan paltar biçmək fikrinə düşdü: elm haqqında elm yarandı. (Tur Xander)
  • Elmə xilaskar kimi baxmaq robotdan mərhəmət diləmək kimi bir şeydir. (Tur Xander)
  • Elm yolu bumeranqı xatırladır, nə qədər uzağa getsə də, yenə ilkin əsaslara qayıdırsan. (Tur Xander)
  • Elm alın yazısını qəbul etmədi, amma genetik proqram adı altında onu özü kəşf etdi. (Tur Xander)
  • Ehtiras ağlı üstələyəndə dünyada qlobal istiləşmə baş verir. (Tur Xander)
  • Eyni alətin çoxlu sayda olmasından ən yaxşı halda sinxronluq yarana bilər. Yeni keyfiyyət ancaq simfonikliyin məhsulu ola bilər. (Tur Xander)
  • Eşqin daxili hərəkətverici qüvvəsi tükəndikdən sonra da, məhəbbət qatarı hələ uzun müddət yoluna davam edir. Bu, – məhəbbətdə ətalət prinsipidir. (Tur Xander)
  • Eşq meydana girəndə ağıl oranı tərk edir. (M.Meterlink)
  • Erkən seçki olmasaydı, 2084′ e qədər iqtidarda qalacaqdıq. (Bülənt Əcəvit)
  • Ey insan! Qapını bədbəxtlik döyəndə, onu gülümsər üzlə qarşıla, gözləmə ki qapın ikinci dəfə döyülsün. müqavimət bədbəxtliyi bir az da qıcıqlandırar, itaət - zəiflədər. (Pifaqor)
  • Eşq-elə bir sirdir ki, gətirmək olmur dilə,
    Lakin örtmək də olmur onu min pərdə ilə. (Əbdürrəhman Cami)
  • Elm hələ zəka və ya istedadın dəlilik olub olmadığını öyrətməyib. (Edqar Allan Po)
  • Estetik hissə malik olmadan mənəvi cəhətdən inkişaf etmək mümkün deyil. (Georq Vilhelm Fridrix Hegel)
  • Evlənmək öz hüquqlarımızı yarıbayarı azaltmaq, vəzifələrimizi isə ikiqat artırmaq deməkdir. (Artur Şopenhauer)
  • Evlənmək, haqqlarını ikiyə bölmək və vəzifələrini ikiyə qatlamaq deməkdir. (Artur Şopenhauer)
  • Ey könül quşu, kor olsan da, unutma ki, qanadların var! (Rabindranat Taqor)
  • Ey qadın! Sənin gülüşün dirilik bulağının musiqisidir.. (Rabindranat Taqor)
  • Ey dostum! Doğan günəş sənin böyük qəlbini şəfəq söküləndə tənha dağın qarlı zirvəsi kimi işıqlandırmışdır. (Rabindranat Taqor)
  • Ey gənc qız! Sənin sadəliyin gölün şəffaflığı kimidir, o sənin sədaqətinin dərinliyini göstərir. (Rabindranat Taqor)
  • Eşq, dəyişməyəndə ölər. (Əhməd Haşim)
  • Eşq nə qədər qısa və unutmaq nə qədər uzundur. (Pablo Neruda)
  • Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir. (Verner Heyzenberq)
  • Eşqdən başqa bir şey könlümə yaddır, 
    Ömrümün quşuna sevgi qanaddır. (Nizami Gəncəvi)
  • Eşqsiz olsaydı xilqətin canı, 
    Dirilik sarımazdı böyük cahanı. (Nizami Gəncəvi)
  • Ehtiyatlı sərkərdə ağılsız sərkərdədən yaxşıdır. (Oktavian Avqust)
  • Eyni yolu birlikdə getdiyimizi sandığımız insanlar, əslində bizə sadəcə gedəcəkləri yerə qədər yoldaşlıq edir. (Mark Tven)
  • Elə şəkildə yaşamalısan ki, öldüyün zaman tabutçu belə matəm tutsun. (Mark Tven)
  • Eşqi başlamaq asan, bitirmək çətindir. (Mark Tven)
  • Elə cinayət var ki,bagişlanmir,bu,Vətənə xəyanətdir. (Bəhmənyar əl-Azərbaycani)
  • Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. (Bəhmənyar əl-Azərbaycani)
  • Elm bir nur, cəhl zülmətdir. (Şəbüstəri)
  • Elə ya da belə, o əcaib və dəli dövrün, o uzaq saatların şeirlərinin bir çoxu bax buradadır. Siqaret tüstüsüylə buğlanmış otaqda altmışsəkkiz bir vəziyyətdə şansımızı sınadıq. Ümid edirəm işinizə yarayar, yaramazsa da, eh o zaman, (...). (Çarlz Bukovski)
  • Eşq bir əmrə çevrildiyində, nifrət həzzə çevrilə bilər. (Çarlz Bukovski)
  • Elmi olub, ağlı olmayan adama elm əziyyət verər. (Nuşirəvan Adil Xosrov)
  • Eşqim üçün hər şeydən imtina edərəm, lakin azadlığım üçün eşqimdən də imtina edərəm. (İohann Volfqanq Göte)
  • Eşq imkansız olan bir çox şeyi mümkün edər. (İohann Volfqanq Göte)
  • Ehtiraslarımız gerçək anka quşlarıdır. Köhnəsinin küllərindən ibr yenisi doğulur. (İohann Volfqanq Göte)
  • Edə bilərsiniz. Çünki Etməlisiniz! (İohann Volfqanq Göte)
  • Ehtiras insana imkan vermir ki, yesin, yatsın, işləsin, rahatlığını əlindən alır. Çoxları qorxur, çünki o, yaranan zaman əvvəlki və öyrəşdiyimiz hər şeyi yıxıb dağıdır. (Paulo Koelyo)
  • Ehtiraslarını cilovlamağı bacaran adam şəhərləri fəth edən sərkərdədən güclüdür. (Ernest Heminquey)
  • Evlilik evlənənə qədər çox gözəl olur. (Jorj Sand)
  • Elə xatirələr var ki, danışsan gözəlliyi gedər. (Jorj Sand)
  • Elm neçə əsrlər ərzində hamılıqla tikilən möhtəşəm bir məbəddir ki, onun hər bir daşını qoymaq bir çox alimlərə bütün ömrü müqabilində müyəssər olmuşdur. (Puankare)
  • Ehtiyatlı olmaq gözəl bir şeydir, lakin bilmək lazımdır ki, hətta tısbağa belə irəli getməyi üçün başını möhkəm çanağının içindən çıxartmaq məcburiyyəti qarşısındadır. (Rövşən Abdullaoğlu)
  • Ehtiras – bədənin ruha, ruhun bədənə çevrilmək əzmidir. (Əbu Turxan)
  • Ehtiras ona görə yaradıcılığın mənbəyidir ki, ruh ilə bədən ehtiras məqamında birləşir. (Əbu Turxan)
  • Ehtiras damla-damla toplanır və əgər damla ikən uzaq dura bilməsən, selə çevriləndə qarşısında durmaq çətin olur. (Əbu Turxan)
  • Elə adamlar var ki, özləri yalan danışmaqdan qaçsalar da, yalançıların xidmətindən məmnuniyyətlə istifadə edirlər. (Əbu Turxan)
  • Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir. (Əbu Turxan)
  • Elm bir müharibə meydanını xatırladır. Yaradıcı alimlər ön cəbhədə olur və əsl döyüş də burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri silah-sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə-sahman yaratmaqdır. (Əbu Turxan)
  • Elmin mənəvi siması onun kimin əlində olmasından asılıdır. (Əbu Turxan)
  • Elmi biliklər üst-üstə yığılarkən bəzən ən qiymətliləri altda qalır, onları tapıb yenidən üzə çıxarmaq üçün hərdən bütün sistemi dağıdıb yenidən qurmaq lazım gəlir. (Əbu Turxan)
  • Eyni nəticəyə müxtəlif yollarla gəlmək olar. Məharət bu yolların ən qısasını seçə bilməkdədir. (Əbu Turxan)
  • Elmdə heç bir ideya ehkam deyil; hər bir adam ən məşhur alimin ən çox yayılmış ideyasını da istənilən vaxt yenidən yoxlamaq səlahiyyətinə malikdir. (Əbu Turxan)
  • Elmin dəyirmanına su tökənlər bəzən bu dəyirmanın kimin üçün üyütdüyünün fərqində olmurlar. (Əbu Turxan)
  • Elm inkişafın ön cəbhəsidir, mədəniyyət isə onun ictimai həyatda buraxdığı izdir. (Əbu Turxan)
  • Ehtiyacı olanlara ən böyük pisliyi yardım görüntüsü yaradanlar edir; onlar gerçək yardımların qarşısını almış olurlar. (Əbu Turxan)
  • Eyni növlü bitkilər, biri ala dağda, biri qara dağda olsa da, bir ailənin üzvü hesab edilirlər. Qızılgüllə tikan isə həmişə yanaşı olsalar da, başqa ailələrə aiddirlər və onların izdivacı istisna olunur. (Əbu Turxan)
  • Eşq şimşəyi çaxanda bütün dünya işıqlanır. (Əbu Turxan)
  • Elmdə biliklər Mənin müdaxiləsindən qorunur, fəlsəfədə isə Mən özü bilik mənbəyinə çevrilir. (Əbu Turxan)
  • Elm insanı dünya ilə vəhdətdən ayırır, fəlsəfə itirilmiş vəhdəti bərpa edir. (Əbu Turxan)
  • Elm soyuq ağlın, tarix ilıq xatirələrin, fəlsəfə yanar zəkanın məhsuludur. (Əbu Turxan)
  • Elm insanın barışmalı olduğu reallığı, fəlsəfə insanın yüksəlməli olduğu idealı ifadə edir. (Əbu Turxan)
  • Elm klassikləri keçmişdə qalmışdır, fəlsəfə klassikləri isə bizim müasirlərimizdir. (Əbu Turxan)
  • Ehtirasın hakimiyyəti zəiflədikcə, əqlin meydanı genişlənir. (Əbu Turxan)
  • Elə xalqlar var ki, müdrik adamlarını ancaq dəli qismində yaşada bilir. (Əbu Turxan)
  • Elm Təbiət kitabını oxuyur və öyrəndiklərini təbiətin öz üzərində sınaqdan keçirir. (Əbu Turxan)
  • Eyni vaxtda həm yaxını, həm də uzağı görmək olmaz; gözlər cismani həyat üçün qapanmasa, ilahi hikmətlər üçün açılmaz. (Əbu Turxan)
  • Elə əks biliklər var ki, bir-biri ilə qarşılaşdırılanda çaxmaq daşı kimi qığılcım yaradır və bu qığılcımın işığında tamamilə yeni biliklər görünür. (Əbu Turxan)
  • Elm əvvəlcədən yazılmış kitabdır. Və alimlər onu yazmağa deyil, oxumağa çalışmalıdırlar. (Əbu Turxan)
  • Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. (Əbu Turxan)
  • Eşq və din aşağı səviyyədə əks qütblər olsa da, ən yüksək məqamda hər ikisinin eyni bir mahiyyəti ifadə etdiyi ortaya çıxır. (Əbu Turxan)
  • Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük Yaradana ünvanlananda əql ilə məhdudlaşdırıla bilməz. (Əbu Turxan)
  • El üçün ağlayan gözdən də olar, 
    Küləş tək alışan közdən də olar, 
    Ağlayıb-sızlamaq nəyə gərəkdir, 
    Böyük iş əməldən, sözdən də olar. (Əbu Turxan)
  • Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük Yaradana ünvanlananda onun həddi-hüdudu olmaya bilər. (Əbu Turxan)
  • Eşqsiz insan tək ölümdən yox, həyatdan da qorxur. (Əbu Turxan)
  • Eşqin zirvəsini duman örtəndə kədərə çevrilir. (Əbu Turxan)
  • Elmlə din arasında ziddiyyət o zaman yaranır ki, onlar təyinatını unudub bir-birini əvəz etmək istəyir. (Əbu Turxan)
  • Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır. (Əbu Turxan)
  • Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər. (İmam Həsən Əskəri)
  • Elə bir çətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun. (İmam Həsən Əskəri)
  • Ehtiyac yoxdur səni xatırlamağı xatırlamağa. Sən mənə qəlbim qədər, əlim qədər yaxınsan. (Attila İlhan)
  • Evlənmək çətin deyil, evli olmaq çətindir. (M. Unamuno)
  • Elə insanlar var ki, onların qüsurları olmasaydı, istedadları da heç vaxt üzə çıxmazdı. (Vovenarq)
  • Ey müqəddəs həyat! Müqəddəs insan! 
    Sənə ilham verən yalnız ürəkdir. 
    Ayıl məclislərin sərxoşluğundan 
    Ömür röya kimi boş keçəcəkdir! (Səməd Vurğun)
  • Eqoizm kərtənkələ kimi zirəkdir. (Vissarion Belinski)
  • Elə adam var ki, ürəyini başını itirəndən sonra tapır (Fridrix Nitsşe)
  • Ey Könül! İndi soruşuram səndən, hansı eşq daha böyükdür? Anlatılaraq dilə düşənmi, anlatmayıb ürək dələnmi? (Şəms Təbrizi)
  • Ey eşq! Sən elə bir hissən ki, dünya toxları, sənin aclarındır. (Şəms Təbrizi)
  • Eşq bir qum saatı kimidir, ürək dollarkən, beyin boşalar. (Aleksandr Puşkin)
  • Elm həyatı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir. (Jan de Labrüyer)
  • Elm dünyanı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir. (Jan de Labrüyer)
 

Bugün 1 ziyaretçi (39 klik) kişi burdaydı!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=