Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - F və G ilə başlayan aforizmlər


·         Filosofun ruhu onun düşüncələrindədir, şairin ruhu – ürəyində!... (Cübran)

·         Fəzilət ruhun sağlamlığı, sağlamlıq bədənin fəzilətidir. (Prudon)

·         Fərd dövlətlə uyğun olduğu ölçüdə əhəmiyyətlidir. (Benito Mussolini)

·         Fizikada bir qayda vardır, bir şey eyni anda 2 yerdə ola bilməz. Beyniniz mənfi düşüncələrlə doluykən müsbət düşüncələrə yer yoxdur, müsbət düşüncələrlə doluykən də mənfi düşüncələrə yer yoxdur. (Əhməd Şərif İzgörən)

·         Fərq, bəziləri fərqli olmağa çalışarkən, özün olmaqdır həyatda. Bil ki, seçici olmamaq, keçici olmağa məhkum qalmaqdır əslində. (Pol Oster)

·         Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. (Mirzə Fətəli Axundov)

·         Fizikada olduğu kimi, psixologiyada da bizi əvvəlki zəminimizə bağlayan cazibə qanunu var. (Anatol Frans)

·         Fikirlər silahlardan daha güclüdür. Biz düşmənlərimizin silah sahibi olmalarına icazə vermədik, niyə fikir sahibi olmalarına icazə verək ki. (İosif Stalin)

·         Fəlakət, dost sayını sıfıra endirər. (Uilyam Şekspir)

·         Fərdi eşqim üçün dünyanı verərəm, azadlığım üçün eşqimi də verərəm (Jan Jak Russo)

·         Fəzilət ruhun gözəlliyidir. (Sokrat)

·         Fəlsəfə heyrətlə başlayar. (Sokrat)

·         Filosoflar üçün metafizik sistemləri, qadınlar üçün romanlar kimidir. (Volter)

·         Fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz. (Volter)

·         Faciə pis insanların vəhşiliyi deyil, yaxşı insanların səssizliyidir. (Martin Lüter Kinq)

·         Fərd özünü tanıyanda fərd olur. Millət də ancaq öz mənliyini qazananda millət olur. (Məhəmməd İqbal)

·         Fəlsəfə inanılanın inanılmağa dəyər olub-olmadığını araşdırmaqdır. (Piter Abelard)

·         Fotoşəkilimin Pulun Üstünə qoyulmasına sevinmişdim. Amma Birdə Onu arxa ciblərinə qoymasalar. (Bencamin Franklin)

·         Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar! (Bencamin Franklin)

·         Fövqəladə iddialar, fövqəladə sübut tələb edir. (Karl Saqan)

·         Fikir adamı, göydəki ulduza bənzər, milyonlarla il sonraya belə işıqları çatar. (Ergün Gülər)

·         Fəziləti olmayan insan,heyvanların ən çirklisi,ən vəhşisi və ən doymaq bilməz olanıdır. (Aristotel)

·         Fəlsəfə, ümumiləşdirilmiş bir riyaziyyatdır. (Benedikt Spinoza)

·         Fərd ölməyə məhkumdur, bəşər övladı – olümsüzdür. (İmmanuel Kant)

·         Fikirləri yox, fikirləşməyi öyrənmək lazımdır. (İmmanuel Kant)

·         Filosoflar heç din xadimi öldürməmişdir, halbuki din xadimləri çoxlu filosof öldürmüşdür. (Deni Didro)

·         Fəlsəfəyə ilk addım inancsızlıqdır. (Deni Didro)

·         Fəlakət kimi müəllim az tapılar.. (Əbdülhaq Hamid Tərxan)

·         Fəlsəfə heyrətdən başlayır. (Platon)

·         Fəlakət anında qərar verə bilmək qurtuluşun yarısıdır. (Pestalotsi)

·         Fəlsəfi diskussiyada daha çox qazanan məğlub olandır, çünki o, biliklərini artırmış olur. (Epikür)

·         Fəqət hər gözəl olanı könül sevməz. (Cəlaləddin Rumi)

·         Fəlsəfə, utanmazlığın müasir formasıdır. (Alber Kamyu)

·         Fəlsəfi təlimlərin dəyəri filosofların dəyəri qədərdir. İnsan nə qədər kamil olsa, onun fəlsəfəsində həqiqət də bir o qədər çox olar. (Alber Kamyu)

·         Fikirlərinizi cəmləşdirin, ancaq hec vaxt mediya ilə bölüşməyin. (Tupak Şakur)

·         Fikrin gücündən də üstün bir güc – sevginin gücüdür. (Əmin ər-Reyhani)

·         Fikirləşmək faydalı hərəkət doğurur, ağlı aydınlaşdırır və nəfsi təmizləyir. (Əmin ər-Reyhani)

·         Fikirləşmək filosofun duasıdır. (Əmin ər-Reyhani)

·         Fəlsəfə ilə xeyirxahlıq bir-biri ilə ayrılmaz surətdə bağlıdır. (Kiçik Seneka)

·         Fövqəladə bir şeydir eşq. Siz belə özünüzü sevə bilmirkən, o sizi bir başqasına sevdirir. (Robin Şarma)

·         Fakt təsvir məqamında olan hadisədir. (Dante Aligyeri)

·         Fırıldaq yalanın daimi yoldaşıdır. (Con Lokk)

·         Fəlsəfə; çürük qozlarla dolu bir dənizdə möhkəm qozu axtarmaqdır. (Nəcib Fazil Qısakürək)

·         Fərq olmadıqda inkişaf da olmaz. Kimsə irəli çıxmalı, sürünənlərə şahin zirvəsindən baxmalı, ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq saçmalıdır. (Tur Xander)

·         Formal məntiq fəlsəfi daltonizmdir. (Tur Xander)

·         Fikir üçün libas auditoriyaya uyğun seçilməlidir. (Tur Xander)

·         Filosofların nəzərində aləm üçdür: əqllər aləmi, nəfslər aləmi və cisimlər aləmi. (Ş.Y. Sührəvərdi)

·         Fani sözlərlə əbədi şeyləri ifadə et! (Lukretsi)

·         Fil ilə qarışqanı müqayisə etmək olmaz. (Türkiyə və Ermənistan haqqında) (İlham Əliyev)

·         Fikir, mənfəətdən ayrı tutulduğu hər vaxt ürək ağrıdan bir müvəffəqiyyətsizliyə uğramışdır. (Karl Marks)

·         Filosoflar dünyanı yalnız müxtəlif formalarda şərh etmişlər; halbuki problem onu dəyişdirməkdir. (Karl Marks)

·         Fikrin aydınlığı ilə ifadənin aydınlığı adətən bir yerdə olur. (T.Makoley)

·         Fikir nə qədər dəyərlidirsə, onu gerçəkləşdirmək də bir o qədər çətindir. (Balasaqunlu Yusif)

·         Fəlsəfə öz dövrünün sinxron tərcüməçisi olmalıdır. (Haydegger)

·         Fəlsəfə dünyaya yol göstərə bilməz. O bunu etmək istədikdə gerçəklikdə proses artıq başa çatmış olur. (Georq Vilhelm Fridrix Hegel)

·         Fikir yalnız özünü doğuranda özünü tapır. Və yalnız özünü tapanda mövcuddur və gerçəkdir. (Georq Vilhelm Fridrix Hegel)

·         Fəlsəfənin cavabsız qoyduğu sualların səbəbi odur ki,onların qoyulma tərzi başqa cür olmalı idi. (Georq Vilhelm Fridrix Hegel)

·         Fəlsəfə obyektlərin düşüncə ilə görülməsidir. (Georq Vilhelm Fridrix Hegel)

·         Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz. (Artur Şopenhauer)

·         Faktlar çoxdur, həqiqətsə - bir. (Rabindranat Taqor)

·         Fizika ünsiyyətdən törəyir. (Verner Heyzenberq)

·         Fikri söyləyərkən adamların xoşuna gəlib-gəlməyəcəyini düşünməyin. (Cəmil Meriç)

·         Fərəc intizarını çəkməyin özü ən böyük qurtuluşlardandır. (İmam Səccad)

·         Faydasız bir həyat erkən bir ölümdür. (İohann Volfqanq Göte)

·         Faydasız həyat - vaxtsız ölümə bərabərdir. (İohann Volfqanq Göte)

·         Fikirlər də bəzən meyvə kimi ağacdan yetişməmiş tökülür. (Vitqenşteyn)

·         Fikirlərinin yaşını heç kimə açma. (Jorj Sand)

·         Fikir – uzun gecənin qaranlığında ani bir parıltıdır. Amma bu parıltı hər şeydir. (Puankare)

·         Fikir hələ fikir səviyyəsinə çatana qədər hiss halında olur. (K.S.Stanislavski)

·         Fikir dünyasının öz ahəngi, öz ritmi, öz melodiyası var. (Əbu Turxan)

·         Fikrin düyün nöqtələri xalçanın ilmələri kimidir. (Əbu Turxan)

·         Fikir cövhərini odda yapmasan, 
Soyuq düşüncədən şəfqət sönəcək. 
Sevgi atəşinə hikmət qatmasan, 
Kərəmlər yanaraq külə dönəcək. 
(Əbu Turxan)

·         Fikir ümmün kimidir; bir fikrin sahilinə çatmamış, başqa bir fikrin dalğasında yeni səyahət başlanır. (Əbu Turxan)

·         Fikir cəmiyyətə çıxan kimi sahibini unudur: kim onu daha yaxşı mənimsəyərsə, – onun olur. (Əbu Turxan)

·         Fəlsəfi sistemlərin ən böyük naqisliyi daltonizmdir. Dünyanı ancaq ağ və qara rəngdə görənlər reallığa nə qədər yaxınlaşırlarsa, ancaq varlıq və yoxluqdan, xeyir və şərdən, həqiqət və yalandan çıxış edərək bu kənar hallar arasındakı rəngarəngliyi görməyənlər də reallığı o qədər mənimsəyirlər. (Əbu Turxan)

·         Fəlsəfi həqiqətlər səmanın ənginliyindədir; ona ancaq fikrin qanadlarında çatmaq olar. Dini həqiqətlər isə qəlbin dərinliyindədir. Onlara çatmaq üçün özünə dalmaq, təlqin tələb olunur. (Əbu Turxan)

·         Fikirlərə hakim olan mala-mülkə də hakimdir, çünki hamını o idarə edir. (Əbu Turxan)

·         Fikir məntiq qəlibindən çıxıb azad nəfəs alanda duyğulanır və bir düşüncə hadisəsindən bir könül hadisəsinə çevrilir. (Əbu Turxan)

·         Fikir də ancaq münbit mühitdə cücərir. (Əbu Turxan)

·         Fikrin əsl müəllifi onu ilk dəfə deyən yox, onu ən gözəl deyəndir. (Əbu Turxan)

·         Fikrin məntiqi ilə həyatın məntiqi heç də həmişə üst-üstə düşmür. (Əbu Turxan)

·         Fəlsəfənin məqsədi dünyanın ahəngini duymaq, dərk etmək və bu ümumi ahəngdən doğan həqiqət ziyası ilə hadisələr dünyasını işıqlandırmaqdan ibarətdir. (Əbu Turxan)

·         Filosofluq həyatdan sərf-nəzər edir, müdriklik həyatla iç-içədir. (Əbu Turxan)

·         Fəlsəfə düşünən duyğu və qanad açan düşüncədir. (Əbu Turxan)

·         Fəlsəfənin əli göylərdə, ayağı yerdə olmalıdır. (Əbu Turxan)

·         Fəlsəfə qütbləri ortaq məxrəcə gətirmək sənətidir. (Əbu Turxan)

·         Fəlsəfə dünyadan ayrılmış insanın dünya ilə təmasıdır. Dünyadan ayrıla bilməyənlərin fəlsəfəsi yoxdur. (Əbu Turxan)

·         Fəlsəfi düşüncə Mənin xalis mənəvi tərəf kimi yetişməsi, təmizlənməsi və bütün dünyaya sığınacaq hazırlaması ilə başlanır. (Əbu Turxan)

·         Fəlsəfi vəcd ona görə uzun sürə bilir ki, o, idrakla birləşir. Soyuq ağlın sərinliyi ilham qığılcımını tez alışıb tez sönməyə qoymur. (Əbu Turxan)

·         Fikir nə qədər sadə olsa, o qədər yaxşıdır, artıq bəzək-düzək onu ağırlaşdırır. (Əbu Turxan)

·         Fikrin haradadırsa, özün də oradasan. (Əbu Turxan)

·         Fəlsəfi yaradıcılıqda iki tərəf iştirak edir: filosof və dil; ikisindən biri zəif olanda, yeni fikir doğula bilmir. (Əbu Turxan)

·         Fəlsəfə – insanın dünyalaşması, dünyanın insaniləşməsidir. (Əbu Turxan)

·         Fəlsəfi düşüncəni elm və sənətdən fərqləndirən daha bir cəhət fikrin ətaləti və ləngəridir. (Əbu Turxan)

·         Fəlsəfə uzağa getmək istəyəndə elm qatarına əyləşir. (Əbu Turxan)

·         Fəlsəfə – ruhun özünüdərkidir. (Əbu Turxan)

·         Fəlsəfə kimin üçünsə dünya ilə görüş, kimin üçün isə dünya ilə mübarizədir. (Əbu Turxan)

·         Fəlsəfə insansızlaşmış dünya ilə insan dünyasının əlaqəsini öyrənmək ehtiyacından yaranmışdır. (Əbu Turxan)

·         Fəlsəfi təfəkkür qadın və ya kişi düşüncəsinin fövqündədir. (Əbu Turxan)

·         Filosoflar heç də həmişə fəlsəfi yaradıcılıq məqamında olmurlar. Lakin bircə dəfə də bu məqama yüksəlmiş adam ömrü boyu filosof adlandırılmağa layiqdir. (Əbu Turxan)

·         Fəlsəfədən ayrılıb çox uzaqlara gedən elm özünü dərk etmək üçün gec-tez yenə fəlsəfənin bətninə qayıtmağa möhtacdır. (Əbu Turxan)

·         Fəlsəfə düşüncənin zirvəsi olduğuna görə qadın və kişi düşüncəsinə bölünmür. (Əbu Turxan)

·         Fəlsəfə ruhun əql məqamında açılışıdır. (Əbu Turxan)

·         Fəal adamlar bəzən məqsəddən uzaqlaşdıqlarının fərqində olmurlar; onlar üçün əsas olan hərəkətdir. (Əbu Turxan)

·         Fərdi cismani həyat başa çatanda insan öz ideyalarında, ideyalar isə davamçıların şəxsində yaşayır. (Əbu Turxan)

·         Fəlsəfə seçilmişlər, din isə hamı üçündür. (Əbu Turxan)

·         Fəlsəfənin gücü – fikrin dərinliyində, 
dinin gücü – fikrin sadəliyindədir. 
(Əbu Turxan)

·         Fərdi mahiyyət ailə məhəbbətində, ictimai mahiyyət vətən sevgisində üzə çıxır. (Əbu Turxan)

·         Fəlsəfə mücərrədliyin elə yüksək səviyyəsində fikir yürüdür ki, burada canlı həyatın ürək çırpıntıları eşidilməz olur. (Əbu Turxan)

·         Fəlsəfə ümumbəşəri ruhun milli ifadəsidir. (Əbu Turxan)

·         Fəlsəfə əqlin gücü ilə sonsuzluğu ehtiva etmək cəhdidir. (Əbu Turxan)

·         Fərsiz övlad əldə altıncı barmaq kimidir. Kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər. (Növzər)

·         Fikir vermə! Eşqmi qaldı artıq.. Hər kəs gördüyünü sevər olub. Nə olduğuna deyil, nə verdiyinə baxar olub. (Yılmaz Ərdoğan)

·         Fikrin forması insana məxsusdur, fikrin yüksəlişi isə zamana. (Viktor Şklovski)

·         Fürsət adamın qapısını iki dəfə döyməz. (Nikola Şamfor)

  • Gözəllik qəlbimizlə duyduğumuz sirdir, qəlbimiz ona tabe olaraq şadlanır və genişlənir, ağlımız isə heyrət və təəccüb içində onu sözlə ifadə edə bilməyərək donub qalır. Bu, görənin hissləri ilə görünənin həqiqəti arasında gizli zərrəciklər axınıdır; bu, insanın zahirini nurlandıran müqəddəs ruhların ziyasıdır: həyat toxumun dərinliyindən gülün rayihə və rənglərinə belə çevrilir. (Cübran)
  • Gözəllik görənin hissləri ilə görünənin həqiqiliyi arasında dalğalanır. (Cübran)
  • Gözəllik – ehtiyac deyil, vəcddir, alovlanmış ürək və sehrlənmiş qəlbdir. (Cübran)
  • Gözəlliyi onu vəsf edənlər şöhrətləndirirlər. (Cübran)
  • Gözəllik elə bir sirdir ki, onun dilini yalnız ruhlarımız bilər. (Cübran)
  • Gülümsəyəndə gözəlləşməyən bir üz heç görmədim. (Oldos Haksli)
  • Gözyaşları quruyar. (Fyodor Dostoyevski)
  • Gedən dönməyəcəksə, qalanların dəyərini biləcəksən. Ölənlə ölünmürsə əgər, qalanlarla yaşamağa davam edəcəksən. (Fyodor Dostoyevski)
  • Gözəl, çirkin, kök, zəngin, kasıb.. dünyadakı bütün qadınların tək bir ortaq dərdi vardır: 'Geyinəcək heç bir şeyimiz yox' (Pol Oster)
  • Gəlməyəcək bir gedəni, olmayacaq bir səbəbi gözlədinizmi heç? (Pol Oster)
  • Gələcəklə çox maraqlanma onsuzda gələcək.. Amma gedəcək olanı yaxşı düşün; çünki ağılından silinməyəcək! (Pol Oster)
  • Gəzmək, bir zamanlar insan və kainat arasında var olan uyğunluğu təkrar qurar. (Anatol Frans)
  • Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın bir tək. (Özdəmir Asaf)
  • Gələcəksə gözlənilən, gözləmək gözəldir. Darıxacaqsa darıxılan, darıxmaq gözəldir. Və sevəcəksə sevilən; O həyat hər şeyə əvəzdir. (Özdəmir Asaf)
  • Gecədirmi insanı kədərləndirən, Yoxsa insandırmı kədərlənmək üçün gecəni gözləyən? Gecədirmi səni mənə düşündürən, Yoxsa mənəmmi səni düşünmək üçün gecəni gözləyən? (Özdəmir Asaf)
  • Göz yaşları ağrı-acının ümidsizliyə çevrilməsinə maen olar. (Özdəmir Asaf)
  • Güllə səsi qədər sürətli keçər yaşamaq: Elə çətindir ki, gülləni havada, sevgini də ürəkdə tutmaq. (Murathan Mungan)
  • Güclü olmağa məndən daha çox ehtiyacın var, çünki haqsız olduğunu ürəyinin bir yerində bilirsən. (Murathan Mungan)
  • Göydə axtararkən yerdə tapdığım olmadı heç. Amma yerdə tapıb da göylərə çıxarmışlığım çoxdur. (Murathan Mungan)
  • Gözüaçıq olmayan insanlar məqsədə çatmayan yox, ondan yan keçən insanlardır. (Fransua de Laroşfuko)
  • Gözə soxulan sadəlik – niyyətli ikiüzlülükdür. (Fransua de Laroşfuko)
  • Gənclər yenilik sevir, qocalar isə ənənələrə sadiq olurlar. (Fransua de Laroşfuko)
  • Gözəl hərəkətləri tərifləmək, bunlarda bir növ pay sahibi olmaq kimidir. (Fransua de Laroşfuko)
  • Gözəl qadınlar üçün ləl-cəvahirat nə isə, qabiliyyət üçün də yüksəklik odur. (Fransua de Laroşfuko)
  • Gerçək eşq xəyalət kimidir. Hər kəs ondan danışır, amma görən çox azdır. (Fransua de Laroşfuko)
  • Güc davamlıdır; amma gücün qazandığı zəfərlərin ömürü çox qısa olar. (Avraam Linkoln)
  • Görmək və hiss etmək - mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir. (Uilyam Şekspir)
  • Göz yaşları ilə yuyulan üzdən daha saf üz ola bilməz. (Uilyam Şekspir)
  • Göz yaşı ilə yuyulan üzdən daha təmiz bir üz ola bilməz. (Uilyam Şekspir)
  • Gerçək demokratiya heç bir zaman var olmamışdır və olmayacaq da. (Jan Jak Russo)
  • Gözəllik hakimiyyəti çox da uzun çəkməyən kraliçadır. (Sokrat)
  • Gözəllik öz sahibinə ziyan, başqalarına zövq verir. (Sokrat)
  • Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir. (Volter)
  • Göz yaşları—lal nitqdir. (Volter)
  • Gözəlliyin isbata ehtiyacı yoxdur. (Volter)
  • Güclülərin nikbin olmağa haqqı var. (Q.Mann)
  • Görünmək istədiyin kimi ol. (Esxil)
  • Gerçək xoşbəxtlik yaxşı yaşamaq deyil, yaşamağı yaxşı bitirməkdir. (Esxil)
  • Gizli oxlar atmaq və qaytarmaq. (Baltazar Qrasian)
  • Günlər nə qədər uzundur, illərsə nə qədər qısadır! (Alfons Dode)
  • Göz yaşları ilə hətta dəmiri də əridə bilərsiniz. (Publi Nazon Ovidi)
  • Gələcək, bu gündən ona hazırlananlara aiddir. (Malkolm X)
  • Göz yaşı ruh üçün yayda yağan yağış kimidir. (Alfred Austin)
  • Görünür, insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir. (Monteqyu)
  • Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin – hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır. (İmam Kazım)
  • Görmək asantdır, əvvəldən görmək çətindir. (Bencamin Franklin)
  • Gələcək bizə məhsusdur! (Adolf Hitler)
  • Gəlməyəcəyini bilə-bilə gözləmək axmaqlıq deyil, eşqdir. (Nazim Hikmət)
  • Gerçək şair öz eşqi, öz xoşbəxtliyi və ağrısıyla məşğul olmaz. Şeirlərində xalqının nəbzini tutmalıdır. (Nazim Hikmət)
  • Gerçək həyatdan qaçan və onunla əlaqəsiz mövzuları işləyən kimsə, saman kimi mənasızca yanmağa məhkumdur. (Nazim Hikmət)
  • Göründüyündən daha böyük olmalı insan. (Ergün Gülər)
  • Gözə baxdım min dənə, özə baxdım bir dənə. (Ergün Gülər)
  • Gün işığı yarasanın gözünü qamaşdırdığı kimi, açıq-aşkar həqiqətlər də ağılı pərdələyir. (Aristotel)
  • Gün gələr, hər kəs sevdiyini anlayar, qaşla-göz arasında. (Turqut Uyar)
  • Gülü bitməz tikənsiz dünyanın... (Nəsimi)
  • Gözəllik əxlaqi xeyirin rəmzidir. (İmmanuel Kant)
  • Göz yaşı ruhumun peyvəndidir. (Əli Suad)
  • Gülər üzlə deyilən bir yalanı bir anda udduğumuz halda, ağrılı gerçəyi ancaq damla damla uduruq. (Deni Didro)
  • Gözəllik bizim sevdiyimiz şeydir. 
    Yaxşı olduğuna görə sevmirik, sevirik deyə yaxşıdır. 
    (Lev Tolstoy)
  • Gözəl olan sevgili deyildir, sevgili olan gözəldir. (Lev Tolstoy)
  • Göydə tək olan Allah kimi, yerin də hakimi tək olmalıdır! (Teymurləng)
  • Gözəllik idraka sığmır. (İbn Ərəbi)
  • Gözəlliyin meyarı bütöv təbiətdir. (Emerson)
  • Gözəllik – Allahın fəzilət ayəsidir. 
    Hər bir təbii addım gözəldir. 
    (Emerson)
  • Gözəlliyin kamil olması üçün daha ali bir element – ruhani element gərəkdir. (Emerson)
  • Gözəl qadın gözlər üçün cənnət, ürək üçün cəhənnəm, ciblər üçün təmizlikdir. (Fontenel)
  • Gerçəyi axtaranlara güvən və onların tapdıqlarından şübhə et. (Andre Jid)
  • Gənclik, sahib olmağa dəyər tək şeydir. (Oskar Uayld)
  • Gözəl serial, inci ovçuluğu kimi bir şeydir. (Əhməd Hamdi Tanpınar)
  • Gənclər teorem sübut etməlidir, qocalar isə kitab yazmalıdır. (Godfrey Hardi)
  • Gülə bildiyin qədər xoşbəxtsən. Kədərlənmə, bil ki, ağladığın qədər güləcəksən. Əsla bitdi sanma hər şeyi: Sevdiyin qədər seviləcəksən. (Can Yücəl)
  • Gözün arxada qalacaqsa bacarıq deyil getmək. (Can Yücəl)
  • Getmək unutmaq deyil sən bunu çox yaxşı bilirsən. Ağılımda gözlərin varkən sən buna getməkmi deyirsən? (Can Yücəl)
  • Getmək lazımdır bəzən çox yormadan. Daha çox bezdirmədən, əgər vaxtıdırsa ardına belə baxmadan.. (Can Yücəl)
  • Getmək istəyirsə, buraxacaqsan.. getsin! Ağılı səninlə olmayanın bədəni yanında olsun istərsən mi? (Can Yücəl)
  • Gedənə deyiləcək söz yoxdur, sevsə onsuz da getməzdi, amma gələnə də çox sevinməmək gərək, çünki o da başqasından gəldi. (Can Yücəl)
  • Günəş batanda şamlar parıldayar. (Cəlaləddin Rumi)
  • Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara çıx. Əlçatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus! (Xudu Məmmədov)
  • Gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır. (Alber Kamyu)
  • Gerçək ümidsizlik can vermə, məzar və uçurumdur. (Alber Kamyu)
  • Gecələr sonsuz deyil. (Alber Kamyu)
  • Gələcək nəsillər sizdən öyüd götürməmişdən qabaq, siz öz keçmişlərinizdən öyüd götürün. (Əli bin Əbu Talib)
  • Günaha bataraq üstünlük qazanan, üstünlük əldə etməmişdir; o, şərlə ucalan zəlalətə düşmüşdür. (Əli bin Əbu Talib)
  • Gözü­­ açıq olana sabah açılmışdır. (Əli bin Əbu Talib)
  • Getmə zamanı gəlmişsə "dayan" demənin; vaxt keçmişsə "dön" demənin; və eşq bitmişsə "yenidən" demənin heç bir mənası yoxdur. (Qabriel Qarsia Markes)
  • Gerçək dost, əlini tutan, ürəyinə toxunandır. (Qabriel Qarsia Markes)
  • Gülərüz köməkçi götürün. (Ceyms Uotson)
  • Gəlin, istədiyimiz kimi düşünək və düşündüyümüz kimi yaşayaq. (Əmin ər-Reyhani)
  • Gerçək, zamanın tək qızıdır. (Leonardo da Vinçi)
  • Gəncliyimdən bu yana ət yeyililməsinə qarşıyam. Bir gün insanların heyvanları öldürməyi eynilə insan öldürmək kimi cinayət qəbul edəcəyinə inanıram. (Leonardo da Vinçi)
  • Göz yaşı-qəlbdə olan atəşin dəlilidir. (Zinun Misri)
  • Güvən itdiyi yerdə, dostluq da itir. (Kiçik Seneka)
  • Göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, qalıb yerdə insan kimi yaşamağı öyrənmək. (Corc Bernard Şou)
  • Gənckən etdiyim on şeydən doqquzunun müvəffəqiyyətsizliklə nəticələndiyini görmüşdüm. Bunun üçün on qat daha çox işə başladım. (Corc Bernard Şou)
  • Göz yaşları iztirabın səssiz təzahürüdür. (Mari Fransua Arue Volter)
  • Geridə buraxdıqlarımız üçün darıxır, əlimizin altındakından sıxılır, çata bilmədiklərimizə tutuluruq! (Robin Şarma)
  • Güc və etibarı həmişə xaricimdə axtardım. Amma bunlar insanın içindən gəlir. Və hər vaxt oradadırlar. (Ziqmund Freyd)
  • Göz yaşları biçmək istəyənlər sevgi əksinlər. (İohann Kristof Fridrix Şiller)
  • Güclü o şəxs deyil ki başqalarına güc ilə qalib gəlir, güclü o şəxsdir ki qəzəbləndiyi zaman özünə nəzarət etsin. (Mühəmməd peyğəmbər (SƏS))
  • Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz. (Mühəmməd peyğəmbər (SƏS))
  • Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur; əhəmiyyətli olan odur ki, haqq kimin tərəfindədir. (Viktor Hüqo)
  • Gözəl ifadələr gözəl fikri bəzəyir və qoruyub saxlayır. (Viktor Hüqo)
  • Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal. (Viktor Hüqo)
  • Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur. (Viktor Hüqo)
  • Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz. (Viktor Hüqo)
  • Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik. (Viktor Hüqo)
  • Gəlin elə yaşayaq ki, biz öləndə hətta tabutçu belə heyfsilənsin. (Viktor Hüqo)
  • Gün gəlir və anlar ki insan; yaşadığı hər şey bir yalandır. Geriyə imtina edə bilmədiyi bir eşq və qəbul edə bilmədiyi bir yalnızık qalır. (Çingiz Aytmatov)
  • Gerçəyi axtarmaq onu əldə etməkdən daha qiymətlidir. (Albert Eynşteyn)
  • Gəncliyimizdə düşüncələrimizi meydana gətirən bütün mövzular sevgiylə əlaqədardır. Sonraları isə bütün sevgilərimiz düşüncələrimiz olar. (Albert Eynşteyn)
  • Gəlir vergisi bəyannaməsi vermək üçün bir filosof olmaq lazım. Bir riyaziyyatçı öhdəsindən gələ bilməz. (Albert Eynşteyn)
  • Göz dikərək yad ellərin şəfa verməz ocağına;
    Böylə qərib bir parçacıq, kəfənsizmi öləcəyəm? 
    (Almas İldırım)
  • Gecə, qadınlarla ulduzları gözəl göstərər. (Corc Bayron)
  • Gözəlliyin on qəpik etməz bu məndəki eşq olmasa. (Veysəl Şatıroğlu)
  • Götür əlimi, qoy qəlbinə. Səni son dəfə eşidəcəyəm. (Cem Adrian)
  • Gözləmək, indi heç eşitməyən birinə, dünyanın ən gözəl ifasını etməyə bərabərdir. (Cem Adrian)
  • Gizlədəcək bir şeyin yoxsa, qorxacaq bir şeyin yox deməkdir. (Ernesto Çe Gevara)
  • Günahlar artdıqca həya azalır. (Fridrix Şiller)
  • Günləri yox, anları xatırlayarıq. (Çezare Paveze)
  • Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir. (Mahatma Qandi)
  • Gələcəkdə görmək istədiyimiz dəyişiklər özümüz olmalıyıq. (Mahatma Qandi)
  • Gələcəyi satın ala biləcək tək şey - bugündür. (Samuel Conson)
  • Gözəllik, tək bir saçla belə bizi arxasından sürüyər. (Aleksandr Pop)
  • Gözlənilməz olanı gözləmədikcə, onu tapa bilməyəcəksən. (Heraklit)
  • Gəncliyinə doya bilmədən getdi, deyirlər. Doymaq mümkünmü ki, doyub da getsin. Doymaq burada yoxdur. Bura acmağın yeridir. (Nəcib Fazil Qısakürək)
  • Gözləyə bilənə hər şey öz vaxtında gəlir. (Onore de Balzak)
  • Gözəllik bizə ona görə lazımdır ki, kişilər bizi sevsin. Axmaqlıq bizə ona görə lazımdır ki, biz kişiləri sevək. (Koko Şanel)
  • Gözəlliyin qayğısına qaldıqda ilk öncə qəlb və ürəkdən başlamaq lazımdır. Yoxsa heç bir kosmetika kömək etməz. (Koko Şanel)
  • Güclünün zəifləri əzməsinə qanun da, əxlaq da yol vermir. İntellektual gücün isə başqa əraziyə müdaxiləsinin nə hüquq, nə də əxlaq müstəvisində qarşısı alınmır. (Tur Xander)
  • Gözəl sözlərin arxasında çox çirkin əməllər, əzəmətli görkəmin arxasında miskin bir qəlb gizlənə bilər. (Ezop)
  • Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. (Konstantin Uşinski)
  • Gur işıqlar özündən zəifləri qəhr edir. (Ş.Y. Sührəvərdi)
  • Göz yaşı ağrı-acının sızıltısı, sevincin isə şəbnəmidir!. (Naməlum)
  • Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalımdır. (Blez Paskal)
  • Gözlər ürəyin aynasıdır. Amma sən yenə də gözünə ürəyini soruşma. (Arif Nihat Asya)
  • Gücsüz xalqlar güclü liderlər çıxarır, güclü xalqlarınsa liderə ehtiyacı yoxdur.. (Emiliano Zapata)
  • Gəlin əvvəlcə insan olaq, amerikalı isə sonra, daha münasib vaxtda olarıq. (Henri Toro)
  • Günahların pis bir qoxusu vardır. Allahın nuru ilə baxanlar bunu anlar, lakin xalqdan gizlədərlər, onları biyabır etməzlər. (Əbdülqədir Geylani)
  • Görünən, gerçək olsaydı elmə gərək qalmazdı. (Karl Marks)
  • Görə bildiyinizi düşündüyünüz şeylərin görünməyən yanlarını görə bilməzsiniz. (Corc Uoker Buş)
  • Gerçək heç vaxt şiddət tərəfindən çürüdülə bilməz. (Erix Fromm)
  • Gün sonunda etmədiklərinlə deyil etdiklərinlə mühakimə olunarsan. (Çarli Çaplin)
  • Günəş batanda uzanan kölgənə baxıb özünü böyük adam hesab eləmə. (Pifaqor)
  • Gözəl danışan natiqin çox danışdığı hiss olunmur. (J.Renar)
  • Gecə yuxu görənlərə nisbətən gündüz yuxu gorənlər çox şeylərdən xilas ola bilmək üçün daha səriştəlidirlər . (Edqar Allan Po)
  • Gözəl qadının ölümü, şübhəsiz dünyada ən poetik mövzudur. (Edqar Allan Po)
  • Goründüyü və ya olduğu kimi olmaqdan qorxan adam cəsarətli deyildir. (Edqar Allan Po)
  • Gerçək olan hər şey ağlabatandır, ağlabatan hər şey gerçəkdir. (Georq Vilhelm Fridrix Hegel)
  • Göylərdə süzən eşq var. 
    O, qəlbə od qoyur. Amma elə eşq var ki, 
    gündəlik işlərin mayasına qatılır. 
    Bu eşq ailəyə hərarət gətirir. 
    (Rabindranat Taqor)
  • Günün doğulma saatı, sevinc və ümidin başlanğıcıdır. (Əhməd Haşim)
  • Gözəl, yalanın uşağıdır. (Əhməd Haşim)
  • Güc heçvaxt gülməli olmur. (Napoleon Bonapart)
  • Göz yaşım qədər dəyərlisən, amma necə ki göz yaşlarımdan gözümdən düşdüsə, indi sən də eləsən. (Pablo Neruda)
  • Gözlərə görmə qabiliyyəti 
    könüldən, könülə isə ilahidən verilir. 
    (Sanskrit aforizmi)
  • Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə. (Cəmil Meriç)
  • Gözü nur, nuru göz zinətləndirir. (Nizami Gəncəvi)
  • Göylər yaransaydı eşqdən azad, 
    Düşün, olardımı yer üzü abad? 
    (Nizami Gəncəvi)
  • Gərək söz meydanı gen olsun, müdam, 
    Atını dördnala səyirtsin ilham. 
    (Nizami Gəncəvi)
  • Gündüzün yanında gecə olarmı? 
    Onları bir yerdə heç görən varmı? 
    (Nizami Gəncəvi)
  • Görməyənlər qədər kor yoxdur. (Conatan Svift)
  • Gələcək keçmişə bənzəyir. (İbn Xəldun)
  • Getdiyində ağlarsan, mahnılarda, filmlərdə, ona-buna, hər şeyə ağlarsan. Ağılın başına gəlincə də boşa xərclədiyin zamana ağlarsan. (Çarlz Bukovski)
  • Gerçək; Susuz yeyilən bir portağaldır. (Çarlz Bukovski)
  • Günah; qadağan olduğu üçün acı verməz, Acı verici olduğu üçün qadağandır. (İohann Volfqanq Göte)
  • Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin. (İohann Volfqanq Göte)
  • Gerçəyin gücü ilə yaşadığım müddətcə kainatı belə fəth edə bilərəm. (İohann Volfqanq Göte)
  • Gözəllik özlüyündə təbiətin gizlin qanunlarının təzahürüdür. (İohann Volfqanq Göte)
  • Gözləmək. Sevginin mənə öyrətdiyi ilk dərs. Günlər çox ləng keçir, biz minlərlə plan qururuq, xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, bu cür və bu cür vəziyyətlərdə özümüzü tamam fərqli aparaq - heç cür rahatlıq bilmirik, sevgilimizin gələcəyi anı səbirsizliklə gözləyirik. (Paulo Koelyo)
  • Gedənin arxasından baxmayın, yoxsa gələni görə bilməzsiniz.. (Paulo Koelyo)
  • Gedən sizin üçün çox qiymətli də olsa, qapını örtün ki, içəridə qalanlar üşüməsin. (Paulo Koelyo)
  • Güclü ehtiraslar altında çox vaxt zəif iradə gizlənmiş olur. (V.O. Klüçevski)
  • Göydən qızıl yağsa insanın arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır. (Qautama Budda)
  • Gülümsəyin; elə səmimi və isti olun ki hər sıxdığınız ələ, ruhunuzu da qatın. (Deyl Karnegi)
  • Gözəl sifət səssiz tövsiyədir. (Frensis Bekon)
  • Gözəlliyə xidmət edən güc də nəcibləşir. (Əbu Turxan)
  • Gözəl (ləyaqətli) qızlara ən böyük pisliyi sevirəm deyə onların peşinə düşən avara aşiqlər edirlər. Onlar nə vaxtsa baş tuta biləcək həqiqi bir sevgiyə kölgə salır, onun qarşısını almış olurlar. (Əbu Turxan)
  • Gözəlliyi görə bilənlərin öz yaratdıqları da gözəl olur. (Əbu Turxan)
  • Günahı ancaq savabla yumaq olar. (Əbu Turxan)
  • Gözü ayağının altını seçməyənlər gec-tez həyatın girdabına düşəcəklər. (Əbu Turxan)
  • Gözəllik ondur, doqquzu dondur. Əsl qabiliyyət doqquzun kölgəsində qalan biri görməkdir. (Əbu Turxan)
  • Gözəllik varsa, onu qoruyan güc də olmalıdır. (Əbu Turxan)
  • Göz üçün işıqlı və qaranlıq sahələr olduğu kimi, zəka üçün də işıqlı və qaranlıq sahələr vardır. (Əbu Turxan)
  • Görünməzlik şeyin yoxluğuna deyil, işığın azlığına dəlalət edir. (Əbu Turxan)
  • Günəş çıxanda Yer hansı hissi keçirirsə, sevgilisini görən aşiq də həmin hissi keçirir. (Əbu Turxan)
  • Gələcək fövqəlinsanların xəyallarının gerçəkləşdirilməsi yolu ilə qurulur. (Əbu Turxan)
  • Gözəllik duyğusu ənənəvi olaraq şairlər tərəfindən, mənəvi-əxlaqi duyğu – ruhanilər, həqiqət duyğusu – alimlər tərəfindən təcəssüm olunmuşdur. Bu üçünün eyniyyətindən çıxış edənlərə isə filosof deyilmişdir. (Əbu Turxan)
  • Gücü düzgün yönəldə bilmək üçün öncə həqiqətə yiyələnmək lazımdır. (Əbu Turxan)
  • Gözəllik duyğusu təbiətin insanı yenidən öz ağuşuna almaq əzmidir. (Əbu Turxan)
  • Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır. (Əbu Turxan)
  • Güclü ehtiras o vaxta qədər faydalıdır ki, insan onu idarə etmək əzmində olsun; nəzarətdən çıxanda onun ilk qurbanı insan özü olur. (Əbu Turxan)
  • Güc qaranlıqda qorxunc görünür; onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır. (Əbu Turxan)
  • Günəş qüruba endikcə, kölgə böyüyür. (Əbu Turxan)
  • Günəşin başı o tərəfdəki işıqlı həyata qarışmasaydı, bu tərəfi qaranlıq bürüyə bilməzdi. (Əbu Turxan)
  • Gənclər qocaların axmaq olduqlarını hesab edirlər. Halbuki, qocalar da gənclərin axmaq olduqlarını hesab edirlər. (Corc Çapmen)
  • Gözlərin gözlərimə dəyəndə fəlakətim olardı; ağlardım. Məni sevmirdin, bilirdim. Bir sevdiyin vardı, hiss edirdim. (Attila İlhan)
  • Gözləməyin! "Eşq"ini alan, "kədər"ə doğru irəliləsin. (Attila İlhan)
  • Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan söz ilə yoxlayırlar. (Əbül Fərəc)
  • Göl suyu toplayır, bulaq paylayır. (Bleyk)
  • Gözəllik əxlaqi ləyaqəti yüksəldir; bunsuz gözəllik ürək üçün yox, ancaq göz üçündür. (Vissarion Belinski)
  • Gözyaşları Ən yaxşı Ləkə Çıxarıcıdır. (Milan Kundera)
  • Gerçəyin Xülyadan Kənar, Çox Daha Kənar Bir Şey Olduğunu Tapıb Çıxarmaq üçün Gəlmişdi. (Milan Kundera)
  • Gözəl olan hər şey əxlaqidir. (Flober)
  • Günah öz düşüncəsini yaymaqla olar. Halbuki mən sadəcə susdum. Belə susduğuma görə heç bir qanun məni, ədalətə görə, haqlı olaraq cəzalandıra bilməz. (Tomas Mor)
  • Güc kişiyə, gözəllik qadına verilir; Amma hər şeyi məğlub edən güc, bir tək gözəlliyə məğlub olur. (Yılmaz Ərdoğan)
  • Gizlətmək qabiliyyəti yüksək olan, güclü biriyəm. Hətta gözlərimdən yaşlar düşəndə belə bu iki sözü deyirəm: "Mən yaxşıyam." (Yılmaz Ərdoğan)
  • Gəldim, gördüm, qalib gəldim. (Qay Yuli Sezar)
  • Gerçək budur ki, hər kəs səni incidəcək. Etməli olduğun tək şey, acı çəkməyə dəyər birini tapmaqdır. (Bob Marli)
  • Gözəl danışmaq üçün tək bir yol vardır; dinləmək. (Bob Marli)
  • Gülmək həmişə xoşbəxt olmaq demək deyil. Bəzən elə gülüşlər olur ki, ən böyük ağrıları gizlətmək üçündür.. (Bob Marli)
  • Göz yaşından nə çıxar, nə üçün tər tökmədiniz?! (Mehmet Akif Ərsoy)
  • Gerçəyi bilməyən yalnız axmaqdır. Lakin gerçəyi bilən və ona yalan deyən, günahkardır. (Bertolt Brext)
  • Gəncliyimdə axtardığımı yaşlılığımda tapdım , neyləyərsən. Ya mən erkən gəldim ya sən gecikdin, neyləyərsən. Qədər! (Şəms Təbrizi)
  • Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir. (Şəms Təbrizi)
  • Gəl baxaq odla necə oynanar göstərim.Gör baxaq atəşmi səni yandırar, sənmi atəşi? (Şəms Təbrizi)
  • Gənc qızların göz yaşları sanki səhər çiçəyinə bənzər: günəş çıxan kimi üzərindəki damlalar uçub-gedər. (Aleksandr Puşkin)
  • Gözəllik gözdən könülə düşən közdür. (Könül Bünyadzadə)

Bugün 1 ziyaretçi (54 klik) kişi burdaydı!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=