Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - J və K ilə başlayan aforizmlər


  • Jurnalist üçün insan deyilən varlıq, üstünə dəri keçirilmiş bir xəbər maddəsidir. (Fred Allen)
  • Jurnalist: "Evlisiniz?" Harrison: "Xeyr, Corcam." (Corc Harrison)
  • Kim özündə yazıçılığa bir qabiliyyət hiss edirsə, deməli, söz musiqisinə, sadəlik sənətinə və sevgi sehrinə malikdir. (Cübran)
  • Kim deyib ki, ən böyük eşqlər nifrətlə başlar? Mənim ən böyük nifrətim eşqlə başladı. (Kiçik İsgəndər)
  • Kişi olmaq alın yazısı olsa da, adam olmaq hər kişiyə nəsib olmur. (Kiçik İsgəndər)
  • Kişini təhlükə hər yerdə gözləyir, qadını isə sevgidə. (Aqata Kristi)
  • Keyfiyyətli olan gitaralar deyil, onları istifadə edənlərdir. (Ceyms Hetfild)
  • Keçmiş – insan nəfsinin vətənidir. (Heyne)
  • Kişi ya da qadın, ikisi də birinin canını yandıra bilər, amma bir qadının canı yananda, bir kişinin başı bəlaya girmək üzrədir. (Pol Oster)
  • Kim olursa olsun, əldə edə bilmədiyini pislər. Kişi ya da qadın; Çata bilmədiklərini ya qısqanar ya da sevər.. (Pol Oster)
  • Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar. (Cəfər Sadiq)
  • Kölgəyə girənin оlmaz kölgəsi, 
    Оlsa da çörəyi, оlmaz süfrəsi. (Rəşid Dağlaroğlu)
  • Kişi arvadının söyləmədiyi hər sözcüyü anladığı andan etibarən həqiqətən evlidir. (Alfred Hiçkok)
  • Kütləni heyran etmək üçün onu həmişə müəyyən məsafədə saxlamaq lazımdır. (Q.Lebon)
  • Kapitalistləri asdığımızda, kəndirləri bizə onlar satacaqlar. (İosif Stalin)
  • Kim ki, elm öyrənib tətbiq etmir, yeri əkib becərən, amma məhsulundan istifadə etməyən adama bənzəyir. (Nəvai)
  • Korların ölkəsində, tək gözlü insan kral olur. (Rotterdamlı Erazm)
  • Kiçikkən heyvanlarla danışa bilsəm nə maraqlı olardı deyə düşünərdim.Məgər illərdir ünsiyyət qura bildiyim bir çox heyvan varmış. (Özdəmir Asaf)
  • Kimdi gedən, kimdi qalan? Əslində gedən deyil, qalandır tərk edən, gedən də buna görə getmişdir zatən. (Murathan Mungan)
  • Kiçik işlərdə həddən artıq canfəşanlıq edənlər böyük işlərə yaramırlar. (Fransua de Laroşfuko)
  • Kiçik qüsurlarımızı etiraf edişimiz, böyük qüsurlarımız olmadığına hər kəsi inandırmaq üçündür. (Fransua de Laroşfuko)
  • Kinimiz böyüdükcə, kin saxladığımız kimsədən daha kiçilərik. (Fransua de Laroşfuko)
  • Kimsə kimsəni razılığı olmadan idarə edə bilməz. (Avraam Linkoln)
  • Kişilər azad və bərabər olaraq doğularlar, ancaq daha sonra bəziləri evlənər. (Anton Çexov)
  • Keçilməsi mümkün olmayan heç bir divar yoxdur. (Anton Çexov)
  • Keçmiş bir fəlakətə kədərlənmək bir yenisini dəvət etmənin ən əmin yoludur. (Uilyam Şekspir)
  • Keçmiş bir dost üçün şikayətlənmək yeni dərdlər əldə etməkdir. (Uilyam Şekspir)
  • Kiməsə bağlanma hissi qarşılıqlı olmaya bilər, amma dostluqda - əsla. (Jan Jak Russo)
  • Kitab insanları yalnız onların başa düşmədikləri şeylər haqqında danışmağı öyrədir. (Jan Jak Russo)
  • Kainatda təsadüfə rast gəlinməz. (Sokrat)
  • Kimsəyə heç bir şey öyrədə bilmərəm yalnız onların düşünmələrini təmin edə bilərəm. (Sokrat)
  • Kim ki bilir, axtarmasına ehtiyac yoxdur, çünki o artıq bilir. 
    Amma kim ki, bilmir, onun da axtarması mümkün deyil, çünki nə axtardığını bilmir. (Sokrat)
  • Kişi evin beyni, qadın isə ürəyidir. (Volter)
  • Kasıblıq yox, nifrətdir dözülməz olan. Mən heç nəsiz yaşaya bilərəm, amma bunun kiminsə bilməsini istəmərəm. (Volter)
  • Keçmişini bilməyən bu gününü anlaya bilməz və sabahını qura bilməz. (Barış Manço)
  • Kimdənsə xoşun gəlmədiyini gizlət. (Baltazar Qrasian)
  • Könülün hökmü altında olan ağıl – ilahi; hökmü altında olmayan ağıl isə – şeytanidir. (Məhəmməd İqbal)
  • Kimsə sənə azadlığını verməz. Kimsə sənə bərabərliyi, ədaləti və başqa heç bir şeyi verməz. Əgər həqiqətən adamsansa, bunları özün alarsan! (Malkolm X)
  • Kim səni özündən daha çox aldatdı? (Bencamin Franklin)
  • Kim Bilİr.. Nağılınızın qəhrəmanı, başqa bir hekayənin fiquranı olmağa getmişdir bəlkə də. (Nazim Hikmət)
  • Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük! (Nazim Hikmət)
  • Keçdim putların meşəsindən baltalayaraq, nə də asan yıxılırdılar. (Nazim Hikmət)
  • Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir. (A.İ.Gertsen)
  • Kişilər şeir yazarkən qadınların gözəlliyindən ilham alarlar.qadınlar eşq şeiri yazacaqkən isə qarşılarında kişilər vardır. (Əbdülhaq Hamid Tərxan)
  • Kompüterlərin insanlara verə biləcəyi mənfi təsirlərdən qorxuram. (Ayzek Əzimov)
  • Kim isə demişdir: Ağılla idarə olunan məhəbbətdən yaxşılıq gözləmək olmaz. (İbn Ərəbi)
  • Kiçik div: Mən elə bildim ki, onlar qorxub qaçarlar, tərsinə oldu (Yaşar Nuri)
  • Könül xoşluğu bədənin daha yaxşı vəziyyəti üçün şərtdir. (Platon)
  • Kapitalistin əsas məqsədi çox pul qazanmaq deyil, əsas məqsəd həyatı yaxşılaşdırmaqdır. (Henri Ford)
  • Kişi adam ağlamaz deyilir, əsla inanma! Unutma ki, kişi adam ağlamayan deyil, bir qadını ağlatmayandır əslində. (Can Dündar)
  • Kişilər qadınların ilk sevgilisi, qadın isə kişilərin son sevgilisi olmaq istəyərlər. (Oskar Uayld)
  • Kimsə keçmişini geri satın ala biləcək qədər zəngin deyildir. (Oskar Uayld)
  • Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (Oskar Uayld)
  • Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz. Onların arasında yalnız sevgi, düşmənçilik, ehtiras və məftunluq ola bilər. (Oskar Uayld)
  • Kim əgər kömürçü yanından keçsə, 
    Qayıtmaz üst-başı batmadan hisə. 
    Ətirçi yanından keçərsə əgər, 
    Üstündən – başından tökülər ənbər. (Əbülqasım Firdovsi)
  • Kimin ki, həm zikri, həm biliyi var, o, həqiqətən, Nirvanaya yaxındır. (Dhammapada)
  • Kainatın əfəndisi insan ruhudur. (Əhməd Hamdi Tanpınar)
  • Kim ana qəlbinin telini qırar
    Tanrının qəzəbi belini qırar.
    Sənin arsızlığın-xəyanət ona,
    Vüqarın, təmkinin dəyanət ona. (M. Bahar)
  • Kimin ki, 20 yaşı var və hələ sosialist deyil - onun ürəyi yoxdur. Kimin ki, 40 yaşı var və hələ sosialist olaraq qalır - onun ağlı yoxdur. (Uinston Çörçill)
  • Kim xoşbəxt olanda onu qiymətləndirmirsə, o, bədbəxtliyə yaxınlaşır. (İbn Sina)
  • Kainatın ruhu həqiqətdir. (İbn Sina)
  • Kişilər ağlamaz. Çünki heç bir qadın bir sevdiyini ağladacaq qədər heyvanlaşmaz. (Can Yücəl)
  • Kiçikkən anam, yerdə çörək görəndə: "yüksəyə qoy, quşlar yeyər" deyərdi. Sevdiklərimizi həmişə yüksəklərdə tutduq, görəsən quşlar mı yedi? (Can Yücəl)
  • Kaş ki, özünü buraxıb gedə bilsə insan, amma olmur. (Can Yücəl)
  • Kasıblıq ayıb deyil, zənginlik də. (Kart Qoetz)
  • Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər. (Smayls)
  • Könül aynası saf olmalıdır ki, həqiqət sirlərini görsün. (Cəlaləddin Rumi)
  • Könlü açıq olanların əlləri də açıq olur. (Cəlaləddin Rumi)
  • Kitablar bizi ötən əsrlərin varisi edir. (Nəcəf bəy Vəzirov)
  • Könül Allah evidir. (Xudu Məmmədov)
  • Kəssə hər kim tökülən qan izini, 
    Qurtaran dahi odur yer üzünü. (Hüseyn Cavid)
  • Kölgəsiz günəş yoxdur və gecəni tanımaq lazımdır. (Alber Kamyu)
  • Kəlimələr torba kimidir, içinə qoyulan şeyin şəklini alar. (Alber Kamyu)
  • Kainat insan üçün uyğunlaşmasızdır və bilinə bilməz. (Alber Kamyu)
  • Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar. (Əli bin Əbu Talib)
  • Kim camaatdan öyüd götürməsə, Allah onu camaat üçün öyüd mənbəyi edər. (Əli bin Əbu Talib)
  • Kim həya libasına bürünsə, xalq onun ayıblarını görməz. (Əli bin Əbu Talib)
  • Kimi nə qədər düşünursən düşün. Düşüncələrin ən dərini, başına yastığa qoyduğun an başlar. (Qabriel Qarsia Markes)
  • Kollec tələbələrini elmi işə həvəsləndirin. (Ceyms Uotson)
  • Kollec lazımdır ki, düşünməyi öyrənəsən. (Ceyms Uotson)
  • Kiçik bir həqiqət, böyük bir yalandan yaxşıdır. (Leonardo da Vinçi)
  • Kiçik nöqsanlar böyük səhvlərə aparır. (Kiçik Seneka)
  • Kasıb o kəs deyil ki, onun az şeyi var. 
    Kasıb o kəsdir ki, malik olduğundan artıq şey istəyir. (Kiçik Seneka)
  • Keçmiş nəsillər bizim üçün sualların hazır həllini deyil, özünü qoyub gediblər. (Kiçik Seneka)
  • Kimisə sevmək daim başqası ilə müqayisə etmək deməkdir. (Corc Bernard Şou)
  • Kişinin də, qadının da tərbiyəsi bir-birləriylə müzakirə etdikləri zaman müəyyən olar. (Corc Bernard Şou)
  • Kvant fizikasından şok olmamış bir fizikaçı, fizikanı anlamamışdır. (Nils Bor)
  • Kim səndən qorxursa, qıl ondan həzər 
    Olsan da yüz elə şəxsə bərabər. (Sədi Şirazi)
  • Kim müsibət günü istər ona bir yar olsun 
    De ki, xoş gündə özü xalqa havadar olsun. (Sədi Şirazi)
  • Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır. (Sədi Şirazi)
  • Keylik hər şeydən daha ədəbsizdir. (Henri Miller)
  • Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz. (Mühəmməd peyğəmbər (SƏS))
  • Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır. (Viktor Hüqo)
  • Kasıblıq, insanın sözdə Dostlarını uzaqlaşdırır. (Viktor Hüqo)
  • Kainatın kitabı riyaziyyat diliylə yazılmışdır. (Qalileo Qaliley)
  • Kəpənək kimi uçaram, arı kimi soxaram. (Məhəmməd Əli)
  • Kainat nə qədər böyük və onun müxtəlifliyi nə qədər çox olsa da, o hər şeyi ehtiva edən ilahi bir qüvvənin sayəsində vəhdətdədir. Onun sayəsində bütün bu dünya ilahiləşir. (Plotin)
  • Kimin inamı zəifdirsə, o başqalarını da inandıra bilməz. (Lao-tszı)
  • Kim ki düşünür - o hər şeyi dərk edir, deməli, heç bir şeyi bilmir! (Lao-tszı)
  • Kədər ağıllı adamların müəllimidir. (Corc Bayron)
  • Kimsə bilsin istəmirəm ürəyimin qırıldığını. Və buna görə hər kəsdən gizləyirəm; Üzüm gülərkən içimin ağladığını. (Sunay Akın)
  • Kədərlənmə getdi deyə, bu ilin dəbi belədi! 3 gün sevər sonra bezər, sənin axtardığın Əsli ilə Kərəm 21. əsrdə nə gəzər?! (Sunay Akın)
  • Kəmiyyət o vaxt maksimum və ya minimum adlanır ki, o, bu anda nə irəliyə, nə də geriyə axır. (İsaak Nyuton)
  • Kral da, dilənçi də eyni iştahla acırlar. (Mişel de Monten)
  • Kim şöhrətpərəstlik xəstəliynə tutulmişsa, onun bütün ömrü iztirablarla zəhərlənmişdir. (Mişel de Monten)
  • Kasıblıq içində ikən xoşbəxt günləri xatırlamaq qədər ağrılı bir şey yoxdur. (Dante Aligyeri)
  • Kainat Allahın fikridir. (Fridrix Şiller)
  • Kiməsə yaxşılıq etməyə çalış. Çox keçmədən onun məmnuniyyətlə parlayan üzündən necə iyrəndiyini görəcəksən. (Çezare Paveze)
  • Kökünü bəyənməyən budaq və budağını bəyənməyən meyvə yetkinləşmədən çürüyər. (Nəcib Fazil Qısakürək)
  • Kimə yar dediksə; O yar açdı yaranı.. Aydındır ki, gerçək sevənimiz yoxdur, Allahdan başqa! (Nəcib Fazil Qısakürək)
  • Kaş ki, mən Allah sözündən başqa, ağzından tək söz belə çıxardamayan bir dilsiz olsaydım! (Nəcib Fazil Qısakürək)
  • Kimnənsə ağıl alacaq qədər dəli deyiləm. Məncə sən ağıl vermədən əvvəl, geri qalanının sənə çatıb çatmayacağını hesabla. (Bob Dilan)
  • Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır. (Onore de Balzak)
  • Kədərin ən yaxşı dərmanı səbrdir. Ona görə də mən həmişə səbr köynəyini geyinirəm. (Lüdviq van Bethoven)
  • Külək od üçün nədirsə, ayrılıq da məhəbbət üçün odur: zəif hissləri söndürür, güclü hissləri isə üfürüb daha da alışdırır. (A.İ.Kuprin)
  • Kütlənin istəkləri tez bir zamanda həyata keçməyəndə inqilab öz ətaləti ilə yeni hakimiyyətə gələnləri vurub yıxır. (Tur Xander)
  • Kəşf özü faydalı olsa da, onun eyforiyası ziyan gətirir. (Tur Xander)
  • Klassik qadınlar klassik poeziyaya, modern qadınlar isə modern poeziyaya bənzəyirlər. (Tur Xander)
  • Keçmiş indinin virtual məkanıdır. (Tur Xander)
  • Keçmiş ya ancaq salnamələrdə, yaddaşlarda qalıb tarixə daxil olur, ya da indinin strukturuna daxil olmaqla yaşamaqda davam edir. (Tur Xander)
  • Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır. (Tur Xander)
  • Kim onu tanıyan adam qarşısında lovğalanırsa, özünün gülüş hədəfinə çevirir. (Ezop)
  • Kainat hədisdir. (Əbu Hamid əl-Qəzali)
  • Kainatda ən bol şey, hidrogen və axmaqlıqdır. (Frenk Zappa)
  • Kim nə deyirsə desə desin, tək bir gerçəyi vardır eşqin; Qarşındakının adam olub olmadığını, aşiqkən deyil ayrılarkən anlarsan. (Ece Ayhan)
  • Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir. (İmam Rza)
  • Kimdə olursa olsun, azca səmimiyyət bir müvəffəqiyyət üçün köməkçi ola bilər. (Fətullah Gülən)
  • Könülün öz qanunları var; ağıl onları bilmir. (Blez Paskal)
  • Kitablarım, onları yazarkən içdiyim tütünün belə pulunu qarşılamadı. (Karl Marks)
  • Kapitalist istehsalın ən böyük maneəsi, sərmayənin də özüdür. (Karl Marks)
  • Kapitalizm kölgəsini sata bilmədiyi ağacı kəsər. (Karl Marks)
  • Keçmiş haqqında söz salatı edənlər həmişə qəhrəman olur. Gələcək üçün döyüşənlər isə bir heç. Mənim bundan sonra heç olmağa niyyətim yoxdur. (Corc Uoker Buş)
  • Keçmişin təhlükəsi əsir olmaq idi, gələcəyin təhlükəsi isə robot olmaq. (Erix Fromm)
  • Kamalizm, keçmişin gözətçiliyi deyil gələcəyin liderliyidir. (Əhməd Tanər Qışlalı)
  • Kim ki, heç vaxt uşaq olmayıb, heç vaxt böyük də olmayacaq. (Çarli Çaplin)
  • Kütlənin duyğusu onun təxəyyülüdür. Bununla, istənilən vaxtda o sakitcə idarə edə bilər. (Edqar Allan Po)
  • Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır. (Artur Şopenhauer)
  • Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur. (Heydər Əliyev)
  • Kiçikliyində, məktəb illərində yoldaşları tez-tez Napolyonun boyu balaca olduğu üçün ələ salardılar. (Napoleon Bonapart)
  • Kvant nəzəriyyəsi haqqında adi dildə danışmaq çox çətindir. Nəzəriyyədə istifadə olunmuş riyazi simvolları hansı sözlərlə əvəzləməyin mümkünlüyünü anlaya bilmirəm. Yalnız bir şey aydındır: Adi dil anlayışı atomun quruluşunu təsvir etməyə yaramır. (Verner Heyzenberq)
  • Kasıba kömək edən, Tanrıya borc vermiş kimidir. (Alfred De Viqni)
  • Kamil bir palançı olsa da insan, 
    Yaxşıdır yarımçıq yüz papaqçıdan. (Nizami Gəncəvi)
  • Kim aşiq olubsa, özünün çatışmayan parçalarını axtarır. Buna görə aşiq məşuqunu düşündükcə əzab çəkir. Eynilə uzun zaman görmədiyin birinin otağına girərkən xatırladığın xatirələr kimidir. (Haruki Murakami)
  • Kişi bir sənəti bilər xalis,
    Çoxuna meyl edən qalar naqis. (Seyid Əzim)
  • Kədər gələndə özü-özünün qayğısına qalır.Sevincin bütün dərinliyini yaşamaq üçünsə gərək onu kimləsə bölüşəsən. (Mark Tven)
  • Kainat mənə bir həyat borcludur, deyərək ortalıqlarda gəzməyin. O, sizə heç bir şey borclu deyil. (Mark Tven)
  • Kişini maraqlandıran başqalarının onun haqqında nə düşündükləri, qadını maraqlandıran isə – başqalarının onun haqqında nə söylədikləridir. (Hippel)
  • Kitablar beyinin uşaqlarıdır. (Conatan Svift)
  • Kral hökm edər, idarə etməz. (Otto fon Bismark)
  • Kifayət qədər diqqətli olub dostlarımızın yalnız bizə uyğun tərəfləri ilə maraqlansaq və geri qalan tərəfləri ilə maraqlanmasaq, dostluqlar daha dayanıqlı və daha davamlı olardı. (İohann Volfqanq Göte)
  • Kompasın sənə doğru yol göstərməsinimi istiyirsən, elə isə onu yanındakı maqnitlərdən qoru. (İohann Volfqanq Göte)
  • Kişilər qocalır, qadınlarsa dəyişir. (İohann Volfqanq Göte)
  • Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında da heç nə bilmir. (İohann Volfqanq Göte)
  • Köynəyin ilk düyməsi səhv düymələnsə digərləri də səhv gedər. (Cordano Bruno)
  • Kişi həmişə uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı. (Jorj Sand)
  • Keçmişini unudan onu təzədən yaşamağa məhkumdur. (Santayana)
  • Kaş onlar məni olduğum kimi qəbul edələr. (Vinsent van Qoq)
  • Kin saxlamaq yanan bir kömür parçasını başqasına atmaq üçün əlinə almaq kimidir. Yalnız özünü yandırarsan (Qautama Budda)
  • Keçmişdə kim olduğunu bilmək istəyirsənsə, bu an kim olduğuna bax. Kim olacağını bilmək istəyirsənsə, nə etdiyinə bax. (Qautama Budda)
  • Kollektiv öz rəhbərinə oxşayır. (Deyl Karnegi)
  • Keçmişi olmayan xalqın gələcəyi də yoxdur. (Oljas Süleymenov)
  • Kamil insan gözəl söz söyləyə bilən insan deyil, 
    söylədiyini edən və edə bildiyini söyləyən insandır. (Konfutsi)
  • Kainatda boşluqlar yox, gizlinlər var; nə vaxtsa işıqlansa, xəzinələr bəlli olacaq. (Əbu Turxan)
  • Kimsə deyib ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Lakin çox gəzənlərin çoxu könül evindən bixəbər qalıblar. (Əbu Turxan)
  • Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır. (Əbu Turxan)
  • Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür. (Əbu Turxan)
  • Kim ki, yeni dostları köhnələri itirmək hesabına qazanır, onun həqiqi dostu heç vaxt olmayacaq. (Əbu Turxan)
  • Kol kola söykənibdir, 
    Gülsə tikan üstədir. 
    Yaxşılar ayrı düşüb, 
    Yamanlarsa dəstədir. (Əbu Turxan)
  • Kütlə yalnız öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir. (Əbu Turxan)
  • Kişilər elmi, qadınlar poeziyanı xatırladır. (Əbu Turxan)
  • Kimə aşiq olmaq adamın iradəsindən asılı deyil, amma səviyyəsindən asılıdır. (Əbu Turxan)
  • Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur. (Əbu Turxan)
  • Küləş tək alışıb yanmağın adəti yandırmaqdırsa, aqibəti – kül olmaqdır. (Əbu Turxan)
  • Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar. (Əbu Turxan)
  • Kədər eşqin astarıdır. (Əbu Turxan)
  • Kitab ol, hamıya açılma; 
    qoy səni ancaq anlayanlar oxusun! (Əbu Turxan)
  • Kürənin görünən tərəfi onun səthidir, yəni mərkəzdən ən uzaq nöqtələrdir. 
    Ən mərkəzi nöqtə isə onun həm də ən qaranlıq və məchul nöqtəsi olur. (Əbu Turxan)
  • Kənardan qəbul etdirilən bir əhval uzunömürlü ola bilməz. Əsas olan real həyatın insana təlqin etdiyi əhvaldır. (Əbu Turxan)
  • Kütlə əvvəl ayağa qalxır, nə istədiyini sonra düşünür. (Əbu Turxan)
  • Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq. (Əbu Turxan)
  • Kütləni yönəldən ideya olmayanda onun inqilabçılığı dağıdıcı olur. (Əbu Turxan)
  • Kişi də, qadın da tək qanadla yaranır. Pərvazlanıb uçmaq üçün qanadların qoşalaşması lazımdır. (Əbu Turxan)
  • Klassik oxucu sənətkarın yazdığını onun özündən daha yaxşı başa düşə biləndir. (Əbu Turxan)
  • Kiçik işlər üçün kiçik adamlar var. (Əbu Turxan)
  • Kiminsə əllərində qalxmaq hələ yüksəlmək deyil; əsl yüksəliş ayağı yerdən üzülmədən yüksəlməkdir. (Əbu Turxan)
  • Klassiklər müxtəlif xalqları və millətləri bir araya gətirən ümumbəşəri məbədin sütunlarıdır. (Əbu Turxan)
  • Klassiklər keçmişlə bu gün arasında körpüdürlər. (Əbu Turxan)
  • Kor bucaq düzə çatdığı məqamı görməyib ondan o tərəfə keçir. (Əbu Turxan)
  • Könüllərin birləşmək əzmi insani mahiyyətin, bədənlərin birləşmək istəyi isə heyvani başlanğıcın əlamətidir. (Əbu Turxan)
  • Kəşfiyyat yaxşı işləməyəndə düşmən gücündən xəbərsiz olursan. Amma ən pisi öz gücünü düzgün dəyərləndirə bilməməkdir. (Əbu Turxan)
  • Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır. (Əbu Turxan)
  • Kin adamı kifirləşdirir. (Əbu Turxan)
  • Kiminsə xoşbəxtliyinin arxasında kiminsə fədakarlığı durur. (Əbu Turxan)
  • Kim güclüdürsə, o, haqlıdır fəlsəfəsi ilə kim haqlıdırsa, o, güclüdür fəlsəfəsi iki əks qütbdür. Gerçək həyat bu qütblərin arasındadır. (Əbu Turxan)
  • Kölgəni yox edə bilmək üçün Günəş öz zirvəsinə qalxmalıdır. (Əbu Turxan)
  • Kiçik planlar böyük planlardan kənarda yox, onların tərkib hissəsi kimi qurulmalıdır. (Əbu Turxan)
  • Kasıb insan. Kasıb bəşəriyyət. (Uilyam Folkner)
  • Kişi üçün hər şeyin əslində necə olduğu önəmlidir. Qadın üçün isə önəmli olan hər şeyin necə təqdim olunması və zahirən uyğun gəlməsidir. (Uilyam Folkner)
  • Kimin rastına yaxşı kürəkən çıxıbsa, o, yaxşı oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib. (Demokrit)
  • Kitab dövrümüzün həyatıdır.Hamının-qocanın,cavanın,iş adamının,işi olmayanın da, habelə uşaqlrın da ona ehtiyacı var. (Vissarion Belinski)
  • Kitab insanda görmədiyim, bilmədiyim cəhətləri mənə sübut etmək qüdrətinə malikdir. (Maksim Qorki)
  • Kasıb adamlar gözəl olur, lakin varlılar daha güclüdürlər. (Maksim Qorki)
  • Kiçik ikən anama qəbiristanlıqdan qorxuram deyəndə "ölüdən yox, diridən qorx" demişdi. Zamanla anladım ki; anam yenə haqlıydı. (Camal Sürəya)
  • Kaş uşaq olsam yenidən... Bir tək düşdüyüm üçün ağrısa içim... Və ürəyim; çox qaçdığım zaman döyünsə sadəcə. (Camal Sürəya)
  • Kaş ki belə etsəydim bəlkə sevərdi demə. O sənin üçün nə etdi də sevdin sanki? Ağıl işi deyil, könül sevdimi gerisi bəhanə. (Camal Sürəya)
  • Kim deyir ki, eşq uğruna ölmək çətindir? Uğruna ölünəcək eşq tapmaq çətindir. (Camal Sürəya)
  • Kölgənə bax, məni anlamaq istəyirsənsə; O qədər yaxın, amma sənə əsla toxuna bilməyən. (Camal Sürəya)
  • Kişi Hər Cür Yazılar, Qadın isə Pulu Görüncə Yazılar. (Milan Kundera)
  • Kişi Xoşlandıqdan Sonra Tanıyar, Qadın Tanıdıqca Xoşlanar. (Milan Kundera)
  • Kiminlə Güldüyünü Unuda bilərsən; Amma Kiminlə Ağladığını Əsla. (Milan Kundera)
  • Kim özünün saf və pak ibadətini Allah dərgahına qaldırsa, Allah-taala o bəndənin xeyrinə olan ən yaxşı işi ona nazil edər. (Fatimə Zəhra)
  • Kiminə görə təklik, xəstə adamın qaçışıdır; kiminə görə də, xəstə kəslərdən qaçışdır (Fridrix Nitsşe)
  • Kim təhqirsiz dostundan ayrılırsa, ən zəhərli oxlara tuş gəlir (Fridrix Nitsşe)
  • Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər. (Yılmaz Ərdoğan)
  • Kədərlənmirəm.. Çünki həyatımdan çıxan heç kimin həyatımda yeri yoxdur. Düşünürəm də dəyərsizlərə bu sətirlər belə çoxdur. (Yılmaz Ərdoğan)
  • Keçirdim, xəyal qırıqlığına uğradım. (Yılmaz Ərdoğan)
  • Komaların bədbəxt olduğu yerdə saraylar təhlükəsizlikdə ola bilməz. (Benjamin Dizraeli)
  • Kişi ya da qadın ikisinin də bildikləri doğrudur; amma qadının təxmin etdiyi hər şey, kişinin əmin olduğu şeydən daha doğrudur. (Bob Marli)
  • Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
    Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
    Canı, cananı, bütün varımı alsın bu xuda,
    Etməsin tək vətənimdən məni dünyada cüda. (Mehmet Akif Ərsoy)
  • Kül təpəcik olmaz. (Dədə Qorqud)
  • Kədər, bəzən möhtəşəmdir... (Emi Li)
  • Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara hörmətlə yanaşır. (Nikola Şamfor)
  • Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir. (Jan de Labrüyer)
  • Kiçik işlərdə də böyük olmaq lazımdır. (Andre Morua)
 


Bugün 1 ziyaretçi (53 klik) kişi burdaydı!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=