Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - N və O ilə başlayan aforizmlər


  • Nə mutlu türkəm deyənə! (Mustafa Kamal Atatürk)
  • Namusla sürmüşəm öz dövranımı; 
    Verərəm haqq üçün şirin canımı. (Məmməd Rahim)
  • Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik. (Xaqani)
  • Neyə ehtiyacınız olduğu nə qədər zəngin olduğunuzu göstərər. (Əhməd Şərif İzgörən)
  • Nəyisə bildiyini görsətməyə çalışmaq, nəyisə bilməkdən daha çətindir. (Aqata Kristi)
  • Nöqtə, hər zaman bir son demək deyil. Bəzən özündən sonrakı hərfin böyük olacağını göstərir. (Adam Faver)
  • Nə qədər sevsən sev, əsla bildirmə sevgini. Çünki sevdiyin adam, sevildiyi qədər üzəcək səni. (Pol Oster)
  • Nə xoş bir gözəlliyi vardır, asta addımlarla dünyadan köçənlərin. (Virciniya Vulf)
  • Necə qəribədir! İnsan poçtdan vacib bir şey çıxmayacağını bilir, amma yenə də dörd gözlə məktub gözləyir. (Virciniya Vulf)
  • Nə etməliyik? Qibtə etməliyik! (İosif Stalin)
  • Nəyinə bağlandım ki bu qədər; mənə baxmayan gözlərinəmi, yoxsa mənim olmayan ürəyinəmi? (Özdəmir Asaf)
  • Nəsihət vermək asan, nümunə olmaq çətindir. (Fransua de Laroşfuko)
  • Nədənsə insanlar varlı və şöhrətli adamla rastlaşdıqda nəzakətli olur, lakin sevinmirlər. Yoxsul və məzlum adamla rastlaşdıqda isə sevinir, lakin nəzakətli olmurlar. (Fransua de Laroşfuko)
  • Nə günəşə, nə də ki, olümə gözlərini zilləyib baxmaq olmaz. (Fransua de Laroşfuko)
  • Nə qədər xoşbəxt olmağa qərar vermişsinizsə o qədər xoşbəxt olarsınız. (Avraam Linkoln)
  • Nə yediyimi bilirəm, amma nə etdiyimi bilmirəm. (Salvador Dali)
  • Namus gözəgörünməz şeydir, çox zaman heç namusu olmayanlar da onunla fəxr edirlər. (Uilyam Şekspir)
  • Nadanın qulaqlarında ən canlı nitq də yuxuya gedir. (Uilyam Şekspir)
  • Narahatlıqlarınızdan xilas olmaq istəyirsinizsə yaşamaqdan ən çox qorxduğunuz şeyin bir gün başınıza gələcəyini qəbul edin. (Sokrat)
  • Nə isə öyrənə bildiyin adamlarla ünsiyyətdə olmaq. Qoy dostlarınla ünsiyyət sənin üçün idrak məktəbi, söhbət isə qeyir-adi xoş bir dərs olsun. Dostlarına müəllim kimi bax, dərsdən aldığın faydanı, söhbətdən aldığın ləzzət ilə tamamla. (Baltazar Qrasian)
  • Niyyətini bildirmədən hərəkət et. Hətta başa düşülmək istədikdə belə ürəyiaçıqlıqdan və səmimilikdən qaç, heç kimin qəlbinə soxulmasına imkan vermə. Təmkinlik kamilliyin məbədidir. Niyyəti açıqlamaq onu məhv etmək deməkdir. Belə halda onun qüsurları qabaqcadan aşkar edilər və müvəffəqiyyətsizliyə uğramaq isə ikiqat fəlakət olar. (Baltazar Qrasian)
  • Nəzakətlilik qədər ucuz başa gəlib yüksək dəyərləndirilən heç bir şey yoxdur. (Migel de Servantes)
  • Nəhəng olacağımı düşünmüşdüm - və oldum. (Freddi Merkyuri)
  • Nəfsin istəklərindən özünü çəkindirmək üçün nəfsinlə mübarizə apar. Çünki, nəfsinlə mübarizə düşməninlə mübarizə qədər sənə vacibdir. (İmam Kazım)
  • Nə gəlir əlimizdən insan olmaqdan başqa? (Edip Cansevər)
  • Nə təxəyyül, təsəvvür, nə də istedad olmayan yerdə internasionalist olmaqdan başqa çarə qalmır. (Adolf Hitler)
  • Nəbzini boşluqda sayan bir gecə. (Nazim Hikmət)
  • Nə pisdir insanın ağılıyla ürəyi arasında çarəsiz qalmağı. Nə pisdir ona an qədər yaxın, bir əsr qədər uzaq olmağı. (Nazim Hikmət)
  • Nə mən sənə hirslənərəm, nə də şəxsin zəhmət edib mənə küssün. Artıq səninlə biz, düşmən belə deyilik. (Nazim Hikmət)
  • Nə acıdır insanın bildiyini izah edə bilməməsi. 'Mən' deyib susması, 'Sən' deyib ağlamaqlı qalması. (Nazim Hikmət)
  • Ne qədər ki, xalq şairi xalqa yaddır,
    Ne qədər ki, rütbəlilər mütləq dahi iste'daddır,
    Ne qədər ki, yallananlar harda aşdır, orda başdır.
    Ne qədər ki, ərkən duran, axşamacan getmən vuran 
    Anaların döşü südsüz, gözü yaşdır,
    Davam edir otuz yeddi... (Xəlil Rza Ulutürk)
  • Nadanlıq qürurla birləşdikdə təhlükəli olur. (Aristotel)
  • Nə edək?! Heç olmazsa, bağışlayaq bir-birimizi. (Turqut Uyar)
  • Necə səmaya iki günəş sığmazsa, yer üzünə də iki öndər sığmaz. (Makedoniyalı İsgəndər)
  • Nə qədər zirvəyə qalxıb ucalsan,
    Sən qalxan zirvəyə enən deyiləm... (B.Vahabzadə)
  • Nəhəng işlər nəhəng vasitələrlə həyata keçirilir. (A.İ.Gertsen)
  • Namusuna toxunulmuş, şərəfi alçaldılmış və qan çanağına dönmüş toplum. Bax budur burjua toplumu (Roza Lüksemburq)
  • Nə qədər biz avamıq, bizi aldadacaqlar. (Həsən bəy Zərdabi )
  • Nöqsansız dost axtaran dostsuz qalar. (Həsən bəy Zərdabi )
  • Nə qədər baş varsa, o qədər düşüncə tərzi olduğuna görə, nə qədər ürək varsa, o qədər də sevmək tərzi var... (Lev Tolstoy)
  • Nə qədər insan varsa, o qədər də fikir var. Nə qədər ürək varsa, o qədər sevgi növü var. (Lev Tolstoy)
  • Nəsib: Əgər o fərli arvad olsaydı indiyə qədər onu bir kişi alardı. (Yaşar Nuri)
  • Nə haqda isə heç nə bilməmək qəbahət deyil, pis mənimsənilmiş bilik daha pisdir. (Platon)
  • Nəfsinin müəllimi vicdanının şagirdi ol. (Platon)
  • Nəzəriyyə elmin ruhu, təcrübə – bədənidir. Nəzəriyyəsiz fikir dənizində və faktın meşəsində asanlıqla azmaq olar. (D.İ. Mendeleyev)
  • Ninja döydüyümdən heç danışmışdım? (Coni Bravo)
  • Nursuz göz kimidir elmsiz ürək,
    Nadan insanlıqdan uzaqdır gerçək. (Əvhədi Marağayi)
  • Nursuz göz kimidir elmsiz ürək. (Əvhədi Marağayi)
  • Nadanlıq, yetişməmiş fürsətin üstünə cummaq və cavab verməkdən imtina etməkdir. (İmam Həsən)
  • Nə qəribə deyil mi? İnsanın həyatı sualla başlar və sualla bitər: 'Adını nə qoydunuz?' 'Mərhumu necə bilərdiniz?'. (Can Dündar)
  • Necədə qəribədir. Uşaqkən sabah nələr oynaya bilərik deyə düşünərdik. İndi isə sabah həyat bizə nələr oynayacaq deyə düşüyürük. (Can Dündar)
  • Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. (V.İrvinq)
  • Nə sahib olduğundur həyat, nə də ümid etdiklərin bu qədər zaman. Ürəyin qədərdir həyat! Sevilirsənsə rəngli, sevirsənsə qara ağ. (Can Yücəl)
  • Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən. (Cəlaləddin Rumi)
  • Nəcib qəlbli insanı özünə borclu et və borcunu yerinə yetirməyə imkan vermə, olsun faciə! (Xudu Məmmədov)
  • Neçə dostun varsa, o qədər də evin var. (El hikməti)
  • Nəfəs kəsən bir roman yazdım. Bütün oxucularım öldü. (Cem Yılmaz)
  • Nə qədər mümkündürsə adla müraciət etməyə tez başlayın. (Ceyms Uotson)
  • Nəyə isə əlavə etmək mümkündürsə, kamil deyil, nədənsə bir şeyi götürmək mümkündürsə, əbədi deyil. (Kiçik Seneka)
  • Nə xoşbəxtdik ki, paradoksla üzləşdik. Bax indi uğura ümid edə bilərik. (Nils Bor)
  • Nadanın ağıllıya nifrəti daha çoxdur, nəinki ağıllının nadana. (Sədi Şirazi)
  • Nəfsdir səni yarı yolda qoyan, yolda qalır nəfsə uyan. (Yunus Əmrə)
  • Nə qədər ki, siyasət mədəniyyətə müxalifdir, yazıçı da siyasətə müxalif olacaq. (M.A.Bulqakov)
  • Nifrət mənfi emosiya olsa da adamı diri saxlayır. (Elman Həbib)
  • Nə vaxt ki dinlədiyiniz mahnılar sizə onu xatırlatmaz, ancaq o zaman həyatdan bir dad ala bilərsiniz. (İlhan Bərk)
  • Namaza mane olan işdə xeyr yoxdur. (Hüseyn Hilmi İşıq)
  • Nə qədər ağıllı danışsan da uzunçuluq eləyən kimi dediklərin axmaq sözlərlə bitəcək. (Aleksandr Düma)
  • Niyə uşaqlar belə ağıllı, böyüklərsə belə axmaqdı? Ola bilər problem təhsildədir. (Aleksandr Düma)
  • Nə qəribə şeydir bu xoşbəxtlik! Getdimi gedər, çağırsan da gəlməz, gəlsə də qalmaz, qalsa belə bəs etməz. (Sunay Akın)
  • Nə qədər az bilsəniz, onu o qədər şiddətlə müdafiə edərsiniz. (Bertran Rassel)
  • Neftə nəzarət etsən millətləri, ərzağa nəzarət etsən insanları nəzarət altına alarsan. 
    Qida bir silahdır və bizim müzakirə çantamızdakı vasitələrdən biridir! (Henri Kissincer)
  • Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir. (C.Oppenheym)
  • Nikahın qarşıya qoyduğu ideal – cismani yaxınlıqdan başlayıb mənəvi birliyə çatmaqdır. (Mahatma Qandi)
  • Nizamlı, təmiz və şərəfli ola bilmək üçün pula ehtiyacımız yoxdur. (Mahatma Qandi)
  • Namuslu bir adam, Tanrının ən soylu əsəridir. (Aleksandr Pop)
  • Narkotikin həzzini yaşarkən, daha gözəl mahnılar yazır və oxuyuram (Emi Vaynhauz)
  • Nəhənglər kimi əsərlər buraxmaq üçün, qarışqalar kimi çalışmaq lazımdır. (Nəcib Fazil Qısakürək)
  • Nə var ki bazarlığa girişəcək əcəllə, sərmayəm tək söz Allah Azze və Celle. (Nəcib Fazil Qısakürək)
  • Nə gəlirsə başımıza haqqdandır; lakin gəlişin səbəbi, haqqdan ayrılmaqdır. (Nəcib Fazil Qısakürək)
  • Nə edirsən et,necə yaşayırsan yaşa:amma gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma. (Onore de Balzak)
  • Niyə qadınlar kişilərdə olanları istəyirlər? Axı biz də kişilər sahib olmayana sahibik - Kişilərə. (Koko Şanel)
  • Nə zaman ki, zəifliklərimizi bilirik, artıq bizə onlardan ziyan gəlməz. (Qeorq Kristof Lixtenberq)
  • Nədir axı dostluq? Bizi heyrətə gətirən bir söz, ilüziya. Xoşbəxt olduqda dalıyca qaçan , pis anlarında sadəcə itən bir kölgədir dostluq. (O.Qoldsmit)
  • Nəfs instinktdən başlayır, əqldə bitir. (Tur Xander)
  • Neçə-neçə yazıçı öz dövrlərində və mühitlərində böyük tənqidçinin olmaması üzündən əks əlaqəyə girib təkan ala bilməmiş, potensialı açılmamışdır. (Tur Xander)
  • Nə olardı, bir il də insanlıq dəbdə olsa? (Ece Ayhan)
  • Nəfs bədənin sükanıdır. (Ş.Y. Sührəvərdi)
  • Nadan adamın dostu əziyyətdədir. (İmam Rza)
  • Nəfsinin hakimi olan dünyanın ağası olar. (Naməlum)
  • Necə də gözəldir varlıların kasıbların qarşısında alçalması, və necə də eybəcərdi kasıbın varlı qarşısında alçalması. (Sufyan əs-Səuri)
  • Nəsibin olanı itirməzsən, onu səndən başqası yeyə bilməz. O başqasının nəsibi olmaz. Nəsibini ona ehtiras göstərməklə əldə edə bilməzsən. (Əbdülqədir Geylani)
  • Nə cür xoşbəxtliyə düçar olsan belə, göz yaşı axıtma. Gözünün yaşını insanların bədbəxtliyi üçün saxla. (Pifaqor)
  • Nitq - heyranedici güclü vasitədir.Ondan istifadə etmək üçün ağıllı olmaq lazımdır. (Georq Vilhelm Fridrix Hegel)
  • Namus anlayışı, zaman, din, iqlim, ənənə və xüsusilə geyim şəklinə görə dəyişən qərarsız bir ərdəmdir. (Əhməd Haşim)
  • Nadanın savadlı adama nisbətdə böyük üstünlüyü var: o həmişə özündən razıdır. (Napoleon Bonapart)
  • Napoleon gəncikən leytenantlıq dövründə içinə qapalı bir insan idi. Olduğu mühitin ətrafında partilər verilər insanlar dayanmadan əylənərkən Napoleon heç qatılmazdı. O passiv duruşu və solğun çöhrəli halını görənlərə belə deyərdi. "Tarix nümunələriylə doludur, gün gəlir nəfəs çöhrəli amma ehtiraslı olan adamlar önə çıxarlar və zəngin modabazların, ağıllanmaz gözəl fahişələrin və onların başçılarının hakimiyyətini əllərinə keçirərlər". (Napoleon Bonapart)
  • Napoleonun ordusu çətin vəziyyətdədir, general gəlir və belə deyir: "İmparator döyüşə bilmərik, düşmən 3 qat artıq gücdədir, onlar 150.000 biz isə 50.000 nəfərik." Napoleon ona belə cavab verir: "Onlar 150.000, biz isə 50.000. Bir də məni qat, etdi 150.000! Bərabərik, döyüşərik!" (Napoleon Bonapart)
  • Nə qədər çox söyləsən qarşındakı o qədər az xatırlayar. Az söylə də qazancın çox olsun. (Fransua Fenelon)
  • Nəsrdə poeziya xörəyin duzu kimidir. (Rəsul Həmzətov)
  • Nəsr uzağa, poeziya isə zirvələrə uçur. (Rəsul Həmzətov)
  • Nifrətə nifrətlə cavab verməyin. Bosniya üçün nifrət çıxmaz küçədir. Nifrət yalnız bizim ruhlarımızı zədələmir, Bosniyanın özünü də zədələyir. (Aliya İzzetbeqoviç)
  • Nə qədər çox yaxşı kitabla tanış olsan, birlikdə olmaqdan zövq aldığın insanların sayı o qədər azalacaq. (Lüdviq Feyerbax)
  • Nə qədər çətindir əslində sevib də sevirəm deyə bilməmək. Görüb, görməməzlikdən gəlmək. Yaşadığını bilib də mənim üçün öldü demək... (Çarlz Bukovski)
  • Niyə ki bu bitmək bilməz yaradılış, yox olacaqsa bir gün hər yaradılmış! (İohann Volfqanq Göte)
  • Nə vaxtsa olduğun və hələ də daxilində mövcud olan uşağın səsinə qulmaq asmaq lazımdır. O, sehirli anlara çatmağa səbəb olur. Bəli, biz onun hönkürtüsünü kəsə bilərik, amma onun səsini boğmaq - əsla. (Paulo Koelyo)
  • Nə edirsən et, ağılın həmişə seçə bilmədiyində qalar. Və olmasını istədiyin bir şey ancaq ondan imtina edəndə reallaşar. (Paulo Koelyo)
  • Nə ana, nə ata nə də hər hansı bir qohum insana yaxşı idarə olunan bir ağıldan daha çox faydalı ola bilər. (Qautama Budda)
  • Necə ki oxçu oxların düz olmasına diqqət göstərər, usta da dağınıq düşüncələrini elə yığışdırıb istiqamətləndirər. (Qautama Budda)
  • Nə qədər yavaş getdiyiniz önəmli deyil, 
    əsas odur ki dayanmayasınız. (Konfutsi)
  • Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər. (Frensis Bekon)
  • Nəzərlərini çox uzağa dikənlər yaxını görə bilmirlər. (Əbu Turxan)
  • Nə haqda fikirləşməkdə diqqətli olun; bu günün düşüncələri şüuraltına keçir və sabahkı həyata yön verir. (Əbu Turxan)
  • Nəqli cümlə yer hadisələrini, əqli cümlə göy hadisələrini ifadə edir. (Əbu Turxan)
  • Nizamın işıqlı və qaranlıq tərəfləri olduğu kimi, xaosun da qaranlıqları arxasında bir işıq vardır. (Əbu Turxan)
  • Natiqliyin əsas şərti nitqi vaxtında və nida ilə bitirməkdir. (Əbu Turxan)
  • Naşı ox dosta dəyər. (Əbu Turxan)
  • Nəfsi bir dəfə boğmaq asandır, amma o, səni zəif məqamda yaxalayana qədər hər dəfə yenidən qayıdır. (Əbu Turxan)
  • Nisbi müqəddəslik duyğuları olmadan mütləq müqəddəslik duyula bilməz. (Əbu Turxan)
  • Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz. (Əbu Turxan)
  • Neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvətlərin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın dağıdıcı təsirlərindən qorunub saxlanması üçüncü minillikdə ən böyük tarixi vəzifə olacaqdır. (Əbu Turxan)
  • Nura qovuşa bilməyənlərin qisməti nardır. (Əbu Turxan)
  • Nizam öncə xaosun bətnində olur və ancaq üzə çıxdıqdan sonra biz onu görə bilirik. (Əbu Turxan)
  • Nəyisə unutmaq, yaxud unutmamaq insan iradəsindən xaricdir. (Korneli Tasit)
  • Necə də pisdir mömində onu xarlığa çəkən istəyin olması. (İmam Həsən Əskəri)
  • Nemətin qədrini şükr edəndən başqa bir kimsə bilməz və nemətin şükrünü, nemətin qədrini biləndən başqa bir kəs etməz. (İmam Həsən Əskəri)
  • Nadanlıq insanın düşmənidir. (İmam Həsən Əskəri)
  • Nə qadınlar sevdim onsuz da yoxuydular. (Attila İlhan)
  • Niyyət elm ilə əməl arasında bir vasitədir. (Nəsirəddin Tusi)
  • Niyə insanlar kasıb olduqlarına görə utanırlar, varlı olduqlarına görə – yox?! (F. Ranevskaya)
  • Nə olur ki hər fürsətdə özümlə danışıramsa? Baxma sən səhv deyib köhnələr, öz-özünə danışana dəli deyil, tək deyərlər. (Camal Sürəya)
  • Necə bilirdiniz? sualına, tanıya bilməmişəm deyib keçdim... (Camal Sürəya)
  • Niyə yorğunsan sualına cavab axtarmaqdan və bunu soruşmasınlar deyə gülümsəməkdən yoruldum. (Camal Sürəya)
  • Necə qəribədir ki, bir cəmiyyət olaraq, ağlı yavaş olana deyil, ayağı yavaş olana; ürəyi kor olana deyil, gözü kor olana yazığımız gəlir. (Xəlil Cibran)
  • Nəaliyyətin sonu yalnızlıqdır. (Fridrix Nitsşe)
  • Niyə amerikalıların törətdikləri dağıntılar azadlıq və demokratiya, onlara qarşı müqavimət isə terrorizm və fanatik dözümsüzlükdür? (Üsamə bin Laden)
  • Nəymiş? Birini seviriksə sərbəst buraxacaqmışıq. Dönsə bizimmiş. Dönməzsə heç bizim olmayacaqmış. Göyərçin bəsləyirik elə bil. (Yılmaz Ərdoğan)
  • Oturaraq müvəffəqiyyətə çatan tək varlıq toyuqdur. (Oldos Haksli)
  • O xalqlar tarixdə daha düzgün mövqe tuta bilir ki, onlar başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu dərs isə təkcə tarixi salnamələr vasitəsilə deyil, daha çox dərəcədə bədii ədəbiyyat vasitəsilə mənimsənilir. (Nüaymə)
  • Oğullar analarının iffətli olduğuna inanarlar, qızlar da elə, amma onlar daha az inanarlar. (Anatol Frans)
  • Onlara zövq verin. Qorxunc bir yuxudan oyandıqları an eşitdiklərinin eyni. (Alfred Hiçkok)
  • Optimist yaranın üstündə artıq qabıq, pessimist isə qabığın altında yenə yara görər. (Uilyam Şekspir)
  • Optimist bir insan ayaqqabıları oğurlanınca "ayaqlarım var " deyə bilən insandır. (Sokrat)
  • O insan heç nəyə yararlı deyil - hansı ki yalnız özünə yararlıdır. (Volter)
  • On beş dəqiqəlik oxumağın aparmadığı kədərim olmamışdır. (Şarl Lui Monteskyö)
  • Oxumağı sevmək, həyatdakı cansıxıcı saatları ən gözəl saatlarla dəyişdirməkdir. (Şarl Lui Monteskyö)
  • O (Qərb), gül üzərində uçsa da, onun yalnız balını götürən arı kimidir. (Məhəmməd İqbal)
  • Oxuduğum türkülərin kölgəsidir övladım; Mənə məxsus vərəqlər var hər kitabda, hər dildə. (Mikayıl Müşfiq)
  • Otu yaşıl, səmanı mavi çəkən hər bir rəssamı sterilizasiya eləmək lazımdır. (Adolf Hitler)
  • O dövlət quruluşunda ki, qadınların hüququ tapdalanır, həmin dövlətin yarısı qanunsuzdur. (Aristotel)
  • Oxuyub yazanla oxumayıb yazmayan arasındakı fərq, ölülərlə dirilər arasındakı fərq qədərdir. (Aristotel)
  • Oğul, qadınlar pivə kimidir. Yaxşı qoxuları olur, yaxşı görünürlər. Bir dənə əldə edə bilmək üçün anana qarşı çıxarsan. Amma bir dənə ilə doymazsan, başqa bir qadın içmək istəyərsən. (Homer Simpson)
  • Oğul, pivə içmək istəməzsən. Pivə atalar və saxta vəsiqəsi olan uşaqlar üçündür. (Homer Simpson)
  • Oğlum, hamı axmaqdır - mən xaric. (Homer Simpson)
  • Oğul, nəvə, dost, müttəfiq, mənimlə bağlılığı olan hər kəs yaxşılığımdan nəsibləndi.Səadətimin parlaqlığı və yüksəkliyi heç kimi unutmağa səbəb olmadı. Tərəfimdən hər vaxt, hər kəs layiq olduğu mükafat və hörmətə qovuşdu.Ulduzumun sönüklüyü zamanlarında əldə etdiyim təcrübələr, dostlara qarşı necə, düşmənlərə qarşı necə davranmaq lazım olduğunu mənə öyrətmişdi (Teymurləng)
  • Onun təzə başı bilirdi ki, bir çox şeylər eynən dəniz dalğası kimi gedibdir. Təzə baş onu da bilirdi ki, bütün bu dəyişikliklərin səbəbini təzə adamlarda axtarmaq lazımdır və hər tərəfdən bədəninə batan tikanların ağrısına səbirlə dözdüyü kimi, baş verənlərin gətirdiyi kədərə də səbirlə dözməlidir. (Uilyam Qoldinq)
  • Olmadığın insan olaraq sevilməkdənsə olduğun insan olaraq nifrət edilmək daha yaxşıdır. (Andre Jid)
  • O yoxkən "xeyr sevmirəm, unutdum" deyib, onu görəndə əlin ayağın bir-birinə dolanırsa aşiqsən deməkdir. (Can Dündar)
  • O dostluq ki, artıq bitib, deməli heç dostluq da deyildi. (Publiy)
  • Onlar sənət edirlər biz isə duadayıq. (Əhməd Hamdi Tanpınar)
  • Orada insan əli ilə yaradılmış heç bir gözəllik yox idi... (Xudu Məmmədov)
  • Onu xalqın pis münasibətindən qanun qoruyurdu. (Xudu Məmmədov)
  • Osmanlı Dövləti çox böyük idi və geridə idi, Türkiyə daha kiçik və irəlidə olacaq. (Cahid Arf)
  • On səkkiz yaşa qədər əql ilə dəlilik mübarizədədir; on səkkiz yaş tamam olandan sonra hansı biri çox olsa, digərinə qalib gəlir. (Əli bin Əbu Talib)
  • Olmursa məcbur etmə, ya xəyalların qırılar ya ürəyin. Unutmuş kimi et. Çünki gözəl şeylər; onları heç gözləmədiyində reallaşar. (Qabriel Qarsia Markes)
  • Oğulumun adını mafiya qoydum, artıq mən də mafiya babasıyam. (Cem Yılmaz)
  • Oğurluq etməyin, hökumət rəqabətdən xoşlanmaz. (Cem Yılmaz)
  • O adam ilə bir yerdə işləyin ki, sizinlə intellekt baxımından bərabərdir. (Ceyms Uotson)
  • Oyunçuları mövsümün ortasında dəyişməyin. (Ceyms Uotson)
  • O, bu sözləri ölümqabağı demişdir: (Leonardo da Vinçi)
  • O kəs də xoşbəxtdir ki, hörmət etdiyi kəs haqqında xatirə belə onu özünü təkmilləşdirməyə sövq edir. (Kiçik Seneka)
  • O şey ki, verilir, o əlimizdən alına da bilər. (Kiçik Seneka)
  • Oğru varlını, varlı isə yoxsulu soyur. (Corc Bernard Şou)
  • O heç nə bilmir, ancaq fikirləşir ki, hər şeyi bilir: onun soyunda siyasətçi olmaq yazılıb. (Corc Bernard Şou)
  • Orta əsrlər olsaydı özümü tonqala atardılar. İndi isə təkcə kitablarımı yandırırlar. Görünür, tərəqqi elə buymuş (Nasist Almaniyasında kitablarının yandırılması haqqında) (Ziqmund Freyd)
  • O qədər çox yemə ağırlıq etsin, 
    O qədər ac qalma, can əldən getsin. (Sədi Şirazi)
  • Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. (Sədi Şirazi)
  • O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə. (Mühəmməd peyğəmbər (SƏS))
  • Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır. (Mühəmməd peyğəmbər (SƏS))
  • Oxumaq qidadır. Oxuyan insanlıq, bilən insanlıqdır. (Viktor Hüqo)
  • Oteldəki mağazada sadəcə iki düz kitab varıydı və ikisini də mən yazmışdım. (Duqlas Noel Adams)
  • Oxumaq, oxumaq, yenə də oxumaq! (Vladimir İliç Lenin)
  • O adamı ki, sən məndə sevirsən, əlbəttə, məndən yaxşıdır: mən belə deyiləm, amma sən sev və mən çalışaram ki, özümdən yaxşı olum. (M.M.Prişvin)
  • Olmasaydı sarsaqlar, ac qalardı yaltaqlar. (Mirzə Ələkbər Sabir)
  • Olmasaydı dünyada sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar. (Mirzə Ələkbər Sabir)
  • O mənimlə məşğul olmağa və mənə xəyanət etməyə həmişə vaxt tapırdı. (Koko Şanel)
  • Okeanda olduğu kimi, hadisə və mahiyyət (ideya) dünyasında da qabarma və çəkilmələr bir-birini növbə ilə əvəz edir. (Tur Xander)
  • O yerdə ki quşlar oxur, söylənilən türkülər; Andırır ki, o torpağın zəngin təbiəti var. (Naməlum)
  • ONU tanısaydınız, ONun qarşısında dilləriniz lal kəsilərdi; ürəkləriniz və digər üzvləriniz hər halında ədəbli olardı. (Əbdülqədir Geylani)
  • O dost əsl dostdur ki, qüsurunu sənə çəkinmədən bildirər. (Nikola Bualo)
  • O dövlət yaxşıdır ki, orda natiqlərdən daha çox qanuna qulaq asırlar. (Xilon)
  • Oxunacaq ən böyük kitab insandır. (Hacı Bəktaş Vəli)
  • O şəxs bədbəxtdir ki, onun özəl hissi dünyası özgələşir; 
    yəni ağıl və fikri həyatla, inamla, məhəbbət və etimadla birləşdirən ilməklər qırılır! (Georq Vilhelm Fridrix Hegel)
  • Oxumuş xalqların həqiqi cəsarəti vətən naminə özünü qurban vermə hazırlığından ibarətdir. (Georq Vilhelm Fridrix Hegel)
  • Ola bildiyincə az şey diləmək və çox şey öyrənmək istəyirəm. (Artur Şopenhauer)
  • O şey ki, bizlərə lap aşikardır 
    Orda gizli bir xəzinə vardır. (Nizami Gəncəvi)
  • O insan ki, hər kəslə dostluq edə bilir, heç kəs üçün əsil dost ola bilməz (O.Bartelemi)
  • Oxumaq azadlıqdır. (Aliya İzzetbeqoviç)
  • Oxumaq insana bilik, söhbət – hazırcavablıq, yazmaq vərdişi isə dəqiqlik aşılayır. (Frensis Bekon)
  • Ocaqdan ancaq işıq saçılmır. Yanğının iztirabları da alovla birlikdə çıxıb səpələnir. (Əbu Turxan)
  • Ordu torpaqları, kitab könülləri fəth edir. (Əbu Turxan)
  • Onda ki, yalan taxta çıxır, 
    Saf almaz saxta çıxır. (Əbu Turxan)
  • Ocağın nə çəkdiyini ancaq son qığılcımlar söyləyə bilər. (Əbu Turxan)
  • Odu sevənlər müxtəlif olur; 
    kimi istisinə, kimi tüstüsünə, kimi işığına görə; 
    kimi öz canını oda yaxmaq üçün, kimi başqalarını yandırmaq üçün. (Əbu Turxan)
  • O adam ki, özünə lazım olduğundan artıq pul yığmağa can atır, o, pulu özgəsi üçün yığır. (Əbül Fərəc)
  • Olmazmı qılıncda ağıl tədbiri 
    Ağılda bir qılınc kəsəri ola? (Səməd Vurğun)
  • Osmanlıdan qalan bir mirasımız var. ‘Yeni Osmanlı' deyirlər. Bəli, Yeni Osmanlıyıq. Bölgəmizdəki ölkələrlə maraqlanmaq məcburiyyətindəyik. (Əhməd Davudoğlu)
  • Okeanda ölməz də insan, gedər bir qaşıq sevdada boğular... (Camal Sürəya)
  • Onlara Tanrı Türk adını verdi və Onları yer üzünə hakim etdi. (Mahmud Qaşğari)
  • Optimist insan gülün tikanlarını deyil, gülü görür; pessimist isə, gülü unutmuş kimi, gözlərini tikanlara zilləyir. (Xəlil Cibran)
  • Oturub dil tökəcək yerdə gedib tökməli tər,
    Min çalış qayən üçün, bir qazan ömründə yetər!
    Aləmdə ziya qalmasa, xəlq etməlisən, xəlq,
    Ey əlləri böyründə yatan, şaşqın adam, qalx! (Mehmet Akif Ərsoy)
  • Olmadı deyə sızlandığın duaya, gün gələr olmadı deyə şükür edərsən. (Şəms Təbrizi)
  • Otunu, sununu bilmədiyin könüllərdə qoyun güdmə! Yoxsa qaçıracağın keçilərə çobanlıq edə bilməzsən! (Şəms Təbrizi)
  • Oğul dəxi neyləsin, baba ölüb mal qalmasa (Dədə Qorqud)
  • O vaxtlarda, utancaq balıqlar üçün buzlu şüşədən akvariumu daha icad etməmişdim. (Alfons Alle)
  • Olmayan bir sevgilini inadla gözləmək - utandırmaqdır eşqi. (Cezmi Ərsöz)
  • Oyun bitəndə, şah da piyada da eyni qutuya qoyulur. (Aleksandr Puşkin)
 

Bugün 1 ziyaretçi (50 klik) kişi burdaydı!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=