Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - Q və L ilə başlayan aforizmlər


  • Qadının ən böyük vəzifəsi analıqdır (Mustafa Kamal Atatürk)
  • Qadınların kiçik qüsurlarını bağışlamayan kişilər heç vaxt onların böyük məziyyətlərindən zövq ala bilməzlər. (Cübran)
  • Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər... (Əli bəy Hüseynzadə)
  • Qadının göz yaşının axmasına təkcə soğan yox, "xiyar" da səbəb ola bilər. (Kiçik İsgəndər)
  • Qadınlar nadir halda bir-birləri haqqda fikirdə yanılırlar. (Aqata Kristi)
  • Qurbanlar məni cinayətkardan daha çox maraqlandırır. (Aqata Kristi)
  • Qəhrəmanlar gedəndə səhnəyə təlxəklər çıxır. (Heyne)
  • Qadını dirçəldən, onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir. (Fyodor Dostoyevski)
  • Qardaşına yazdığı bir məktubda "Cinayət və cəza" romanı üçün: (Fyodor Dostoyevski)
  • Quşa "uçma", balığa "üzmə" demək kimidir. "Səni çox sevirəm" deyənə, "dost qalaq" demək.. (Pol Oster)
  • Qadınlar kişilər üçün deyil, rəqibləri üçün makiyaj edərlər. Və bir qadının əsl gözəlliyi sevməyə başladığı zaman ortaya çıxar. (Pol Oster)
  • Qadının qəlbi məzar kimidir; girən, çıxmaz. Kişinin qəlbi baqqal kimidir; girib-çıxanın hesabı olmaz. (Virciniya Vulf)
  • Qısqanclıq kişidə zəiflik, qadında isə güc mənbəyidir. (Anatol Frans)
  • Qəlblər də mis kimi paslanar. Onları günahların bağışlanmasını diləməklə cilalayın. (Cəfər Sadiq)
  • Qeyrət umma qeyrətsizin birindən. (Rəşid Dağlaroğlu)
  • Qanun həmişə güclünün tərəfindədir. (Nikkolo Makiavelli)
  • Qocalığın aqibəti gəncliyin nəyə sərf edilməsindən asılıdır. (Stendal)
  • Qadın üçün tam səmimi olmaq, çılpaq gəzməyə bərabərdir. (Stendal)
  • Qələbə qansız olmalıdır. (Pittak)
  • Qabiliyyət yoxsa sənətçi olmaz, amma çalışmamaqla qabiliyyət heç bir işə yaramaz. (Emil Zolya)
  • Qocalıq fırtınalı həyatın limanıdır. (K.Preston)
  • Qaçmaq istədikcə sənə tutuluram. Söndürmək istədikcə sənə yanıram.. Məğlub oldum! Yenə səni sevirəm. (Özdəmir Asaf)
  • Qırılmış bir stəkandan ətrafa saçılmış şüşə parçasıyamsa, üstümə basmağa çalışanların ayaqlarını qanatmaq məcburiyyətindəyəm. (Murathan Mungan)
  • Qadınların çoxunun dostluqdan bir şey anlamamaları, eşqi daddıqdan sonra dostluğun yavan gəlməsidir. (Fransua de Laroşfuko)
  • Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir. (Fransua de Laroşfuko)
  • Qısqanclıqda sevgidən daha çox özünü sevmək var. (Fransua de Laroşfuko)
  • Qısqanclıq sevgi ilə bərabər yaranır, amma onunla birgə ölmür. (Fransua de Laroşfuko)
  • Qüsursuz olsaydıq, başqalarının qüsurlarını tapıb ortaya çıxartmağa bu qədər maraq göstərməzdik. (Fransua de Laroşfuko)
  • Qəzəbin alovu ilk əvvəl sahibini yandırar. Sonrakı qığılcımı düşmənə ya çata, ya çatmaya... (Avraam Linkoln)
  • Qadını bütün qəlbinlə sevməyə dəyməz. Amma sevməmək alınmır. (Salvador Dali)
  • Qəhrəmanlıq üçün bircə an belə kifayətdir, ləyaqətli insan olmaq üçün isə bütöv bir ömür lazımdır. (P.Bryula)
  • Qanunilik və ədalətlilik eyni şeylərdir. (Sokrat)
  • Qocalıq axmaq üçün yük, nadan üçün – qış, alim üçün – biçin vaxtıdır. (Volter)
  • Qoy gənclər dünyanı xəyal etdikləri kimi görsünlər, böyüyəndə onsuz da necə olduğunu görəcəklər. (Volter)
  • Qızlar hiss etməyi, oğlanlar düşünməyi öyrənməkdən daha öncə öyrənirlər. (Volter)
  • Qəribədir, amma fransızlar yazmağı öyrənəndən bəri, ta 1656-cı ilə qədər, yəni Lettres provinciales (Blez Paskalın əsəri) yaranana qədər bir dənə də fərli kitab ortaya çıxarmayıblar. (Volter)
  • Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik amma qardaşcasına yaşamağı öyrənə bilmədik. (Martin Lüter Kinq)
  • Qısqanılmayan, qibtə ediləcək bir fəziləti olmayandır. (Esxil)
  • Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməsən tikan olar. - Rafiq Həlit Qaray (Tikan)
  • Qanunlar hörümçək toru kimidir: iri milçəklər ondan keçir, xırdaları isə ilişib qalırlar. (Şarl Lui Monteskyö)
  • Qısaca söyləyirəm: Anlamaq yordu məni.. (Edip Cansevər)
  • Qürürlu insan həmişə qürürlu insana nifrət edir! (Bencamin Franklin)
  • Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır. (Bencamin Franklin)
  • Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə. (Bencamin Franklin)
  • Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar, gözünün qarşısında onu deşib keçər. (Bencamin Franklin)
  • Qardaş dost olmaya bilər - amma dost həmişə qardaşdır. (Bencamin Franklin)
  • Qanadsız bir quşdur xülyasız şeir. (Mikayıl Müşfiq)
  • Qanunların sayı nə qədər çox isə sui-istifadə də o qədər çox olar. (Qai Korneli Taçit)
  • Qanunların çox olduğu yerdə dövlət daha çox korlanar. (Qai Korneli Taçit)
  • Qüvvətli ruh zəifləmiş bədəni xilas edir. (Hippokrat)
  • Qanun dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi qanunsuz dövlət də məhvə məhkumdur. (Demosfen)
  • Qalibləri sorğu-sual eləmirlər. (Adolf Hitler)
  • Qorxumuz yox! Enmədi bir gün belə gözlərimizə, bir qış axşamı kimi qaranlığı qorxunun. (Nazim Hikmət)
  • Qoy kül olum yana-yana... 
    Mən yanmasam, sən yanmasan, biz yanmasaq, 
    Necə çıxar qaranlıqlar aydınlığa?! (Nazim Hikmət)
  • Qadınları xoşbəxt etməyin 20 yolu deyə bir sıra lazımsız xəbərlər çıxır. Bir bənd açıqlayıram: Dürüst olun yetər. (Turqut Uyar)
  • Qəlblər silahla deyil, sevgi ilə fəth edilir. (Benedikt Spinoza)
  • Qadınlar tərifi bir uduma, acı həqiqəti isə – damcı-damcı içirlər. (Deni Didro)
  • Qüsur tapmaq üçün baxma birinə, tapmaq üçün baxsan taparsan, qüsuru örtməyi vərdiş etdir özünə, o zaman qüsursuz olarsan. Oxumasını bilirsənsə hər insanın bir kitab olduğunu görə bilərsən. (Deni Didro)
  • Qadın üzərinə yazı yazarkən qələmi göy qurşagına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsınız. (Deni Didro)
  • Qaldıra bilmədiyim kompyuterə etibar etmirəm. (Stiv Cobs)
  • Qadın elə bir mövzudur ki, onu nə qədər araşdırırsan araşdır hər vaxt yenidir. (Lev Tolstoy)
  • Qorxaq dost düşməndən qorxuludur, çünki düşməndən ehtiyat edirsən, dostuna isə arxayın olursan. (Lev Tolstoy)
  • Qüvvətli bir hökmdarın ədalətli bir vəziri, əfəndisinin bütün ədalətsizliklərini təmir edə bilər. Lakin şəxsən vəzir də zalım olsa dövlət binası yerlə bir olar. (Teymurləng)
  • Qılıncın öz daxili həqiqəti yoxdur. (N.Q.Çernışevski)
  • Qabiliyyətli adam işləyir, dahi yaradır. (R.Şuman)
  • Qüsur deyil, çarə tap (Henri Ford)
  • Qanunlar müdriklər üçün qoyulmuşdur, amma haqsızlıq etməsinlər deyə deyil, haqsızlığa uğramasınlar deyə. (Epikür)
  • Qanun əmrdən onun amiranəliyini, əmr isə qanundan onun labüdlüyünü götürür. (Berqson)
  • Qocalığa cavanlıqdan hazırlıq görmək lazımdır. (Əvhədi Marağayi)
  • Qadına əsas şey həya, ismətdir
    Bunlar qadın üçün böyük sərvətdir. (Əvhədi Marağayi)
  • Qarşılıqlı danışıb eşitdiklərinizlə xoşbəxt olursunuzsa bunun adı sevgidir. Qarşılıqlı susa bilirsinizsə əgər, işdə bu eşqdir. (Can Dündar)
  • Qadınmış deyirlər adamı dəli edən. Sən nə desən də, yenə qadındır dəlini də adam edən. (Can Dündar)
  • Qəribədir qadınlar.. Özlərini güldürən kişiləri yalnız sevərlər; onları ağladanlara isə aşiq olarlar. (Oskar Uayld)
  • Qadın ərini daha az sevməli, lakin daha çox anlamalı, kişi, arvadını daha çox sevməli, lakin anlamağa çalışmamalıdır. (Oskar Uayld)
  • Qayda bu: Ən çox sevən, həmişə ən əvvəl tərk edilər. Unutma; vidalar ağrıtsa da, bəzən getmək lazımdır. (Can Yücəl)
  • Qaranlıq gecədə bacarıq deyil ulduzları görmək. Unutma, aşiq olmaq əhəmiyyətli deyil, ömür boyu sevə bilməkdir bacarıq. (Can Yücəl)
  • Qablarda qalan son qırıntılar kimi idi sənə olan sevgim. Sən məni həmişə buraxdın; mənsə həmişə arxandan ağladım. (Can Yücəl)
  • Qəlbini təmizləməmisənsə, dəstəmaz almağın faydası yoxdur. (Cəlaləddin Rumi)
  • Quş ancaq öz cinsindən olan quşlarla uçar. (Cəlaləddin Rumi)
  • Qabınız kiçikdirsə, dəryanı günahlandırmağa haqqınız yoxdur. (Cəlaləddin Rumi)
  • Qəlb narahat olanda – kəsrət, 
    qəlb rahat olanda – vəhdət yaranır. (Aşvaqoşa)
  • Qəbrimə doğum yox, ölüm ili yox,
    Qəbrimə sevdiyim illər yazılsın. (Nəbi Xəzri)
  • Qorxusu olan adam yaşayış ləzzətindən məhrum olar. (Abbasqulu ağa Bakıxanov)
  • Qabiliyyətsizlik hələ qorxu deyil. Qorxulu onun çalışqanlığıdır. (Xudu Məmmədov)
  • Qadının ürəyini almaq üçün bir yalan bəs edir, kişiyə xoş gəlmək üçün isə hər dəfə yeni yalan lazım gəlir. (Çesterfild)
  • Qüvvət üstündə varsa əqli-səlim 
    Sana həp kainat olur təslim! (Hüseyn Cavid)
  • Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan ulduzlar bunca sevilməzdi. (Hüseyn Cavid)
  • Qurda rəhm etmək quzunu bada verməkdir. (El hikməti)
  • Qışdın ən soyuq zamanında, mən nəhayət içimdə məğlub edə bilmədiyim bir yaz olduğunu öyrəndim. (Alber Kamyu)
  • Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan peşimançılıq çəkər. Əgər peşiman olmasa, dəliliyi qətidir. (Əli bin Əbu Talib)
  • Qadınların pislərindən çəkinin, xeyirlilərinə ehtiyatla yanaşın. (Əli bin Əbu Talib)
  • Qoynunda yaşadığın şəhər sənə ən layiq olan şəhərdir. Şəhərlərin ən xeyirlisi güzəranını keçirə bildiyindir. (Əli bin Əbu Talib)
  • Qısqanc olan, qeyrət sahibi kimi tanınan qətiyyən zina etməz. (Əli bin Əbu Talib)
  • Qədrini (həddini) bilməyən şəxs məhv olar. (Əli bin Əbu Talib)
  • Qoy sizin varlı qonşunuz olsun. (Ceyms Uotson)
  • Qoy həmişə sizi xilas edə bilən adamınız olsun. (Ceyms Uotson)
  • Qoy sizin rəhbərliyə yaxın dostlarınız olsun. (Ceyms Uotson)
  • Qəlbində var-dövlətini itirməyə hazır olmayan insana bu var-dövlət heç vaxt sevinc gətirməyəcəkdir. (Kiçik Seneka)
  • Qanunun qadağan etmədiyi bəzi şeyləri tərbiyə hissi qadağan edir. (Kiçik Seneka)
  • Qayda və göstərişlər yolu uzun, şəxsi nümunə yolu isə aydın və konkretdir. (Kiçik Seneka)
  • Qadınların saxlaya bildikləri yeganə sirr bilmədikləri sirrdir. (Kiçik Seneka)
  • Qızılı odla, qadını qızılla və kişini qadınla sınaqdan çıxarırlar. (Kiçik Seneka)
  • Qadınlar anlamaq üçün yox yaşanmaq üçündür. Yaşanacaq qadın tapdınızsa, anlamaq üçün vaxt itirməyin. (Robin Şarma)
  • Qəribə deyil? Xatirələr xoşbəxtlik vericidir, amma bəzən xatırlamaq...intihar səbəbin belə ola bilər. (Ziqmund Freyd)
  • Qəribə deyil? Ədəbli ədəbindən susar, Ədəbsiz mən susdurdum sanar. (Ziqmund Freyd)
  • Qəribə deyilmi? Birini çox sevdiyinizdə; söylədiyinin yalan olduğunu bilsəniz belə, yenə hər şeydən çox ona inanmaq istəyərsiniz. (Ziqmund Freyd)
  • Qəribə deyilmi? Üzünə güləcək qədər dost sandıqların, əslində dalınca danışacaq qədər üzsüzdülər. (Ziqmund Freyd)
  • Qadınlar qara-dinməz kişiləri sevirlər. Onlar düşünürlər ki, kişilər susanda onlara qulaq asırlar. (S.Qitri)
  • Qadının hikkəsi kişinin ürəyinə sancılmış fin bıçağıdır. tərpətsən qan fışqıracaq. (Elman Həbib)
  • Qadın kişinin üstünə çığırırsa deməli kişi səhv buraxıb, onu çox sevdiyini üzünə deyib. (Elman Həbib)
  • Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil. (Mühəmməd peyğəmbər (SƏS))
  • Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun. (Mühəmməd peyğəmbər (SƏS))
  • Qadının cihadı ərinə yaxşı baxmasıdır. (Mühəmməd peyğəmbər (SƏS))
  • Qəzəbləndiyin zaman, sakit ol. (Mühəmməd peyğəmbər (SƏS))
  • Qövmlər layiq olduqlarışəkildə idarə olunurlar. (Mühəmməd peyğəmbər (SƏS))
  • Qəlb kor olduqdan sonra gözün görməsindən nə fayda?! (Mühəmməd peyğəmbər (SƏS))
  • Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır. (Viktor Hüqo)
  • Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq. (Viktor Hüqo)
  • Qurbağa başqa bir qurbağanı dünyaya gətirərək əsər yaradır. Siz şübhə edirsiniz ? Sizdə eynisini etməyə çalışın. (Viktor Hüqo)
  • Qorxu üzərində qələbə bizə güc verir. (Viktor Hüqo)
  • Qadınlar zəifdir, amma analar qüvvətlidir. (Viktor Hüqo)
  • Qadınlar, özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar. (Viktor Hüqo)
  • Qiyamət Gününü belə adlandırmamızın səbəbi ancaq bizim zaman anlayışımızdandır; əslində o bir növ hərbi vəziyyət məhkəməsidir. (Frans Kafka)
  • Qəribə deyil mi? İnsan həmişə eşq ağrısı çəkməkdən şikayətlənər əslində, yaxşı heç mi eşq ağrısı çəkdirən yox aramızda. (Çingiz Aytmatov)
  • Qadın kapriz edib küsəyənləşirsə problem yoxdur. Problemin həllini axtardığını göstərər bunlar. Bil ki, əsl problem, susduqları zaman başlar. (Çingiz Aytmatov)
  • Qiymətli olan hər şey ölçülə bilməz, ölçülə bilən hər şey qiymətli deyil. (Albert Eynşteyn)
  • Qanunların boğazına dolanıb dibə batmaqdansa, oportunist olub suyun üstündə qalmağı seçərəm. (Albert Eynşteyn)
  • Qadınlar başqalarını asanlıqla diz çökdürən kişiləri daha çox ağlamağa məcbur edə bilirlər. (Aleksandr Düma)
  • Qadınlar sevmədikləri kişiyə zərrə qədər acımaz. (Aleksandr Düma)
  • Qanun və qərarların çoxluğu cinayətlərin az olması demək deyildir, əksinə. (Lao-tszı)
  • Qadın qəlbinə aparan cığırların ən kəsəsi yazıqlıqdır. (Corc Bayron)
  • Qorxu-qəddarlığın anasıdır. (Mişel de Monten)
  • Qısqanmayan insan sevmir deməkdir. (Dante Aligyeri)
  • Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır. (Con Lokk)
  • Qanunları zənginlərin mənfəəti üçün edirsiniz. (Evripid)
  • Qula qulluq etmə! Unutma ki, sən də qulsan. Və lazım olduğundan çox əhəmiyyət vermə! Yoxsa, unudularsan. (Nəcib Fazil Qısakürək)
  • Qadın qəbiristanlığa girərkən başını bağlayır, çölə çıxarkən açır, ölüyə qarşı bağlayıb, diriyə qarşı açmaq ağla sığmaz. (Nəcib Fazil Qısakürək)
  • Qadın yalnız sevərkən yaşayır. (L.Berne)
  • Qarşılıqlı olmasa da, sevmək gözəldir. (Onore de Balzak)
  • Qadını idarə etməyi bacaran dövləti də idarə edər. (Onore de Balzak)
  • Qadının sizdən məsləhəti istəməsi o demək deyil ki sizin məsləhətinizə ehtiyacı var,o,sadəcə,özünə həmsöhbət axtarır.. (Onore de Balzak)
  • Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir. (Onore de Balzak)
  • Qadınsız ev məzar kimidir. (Onore de Balzak)
  • Qadın həyatı sevgi,duyğu,dözüm və fədakarlıqdan yoğrulub. (Onore de Balzak)
  • Qulaqlarımızı da gözlərimiz qədər asan açıb bağlaya bilsəydik nə qədər gözəl olardı! (Qeorq Kristof Lixtenberq)
  • Qərb cəmiyyəti ürək çatışmazlığından, 
    Şərq cəmiyyəti ürək ifratından əziyyət çəkir. (Tur Xander)
  • Qısa yazıda fikrin variasiyaları oxucunun öz öhdəsinə buraxılır. (Tur Xander)
  • Qozun qabığını qırıb özünə enməyən qozun hamısını qabıq bilər. (Əbu Hamid əl-Qəzali)
  • Qadınların ən güclü silahı zəiflikdir. (İ.A.Bunin)
  • Qəbahətləri boynuna almamaq, səhvləri etiraf etməmək yeni qəbahətlərlə yüklənmək deməkdir. (Blez Paskal)
  • Qüvvətə söykənməyən ədalət aciz, ədalətə söykənməyən qüvvət zalımdır. (Blez Paskal)
  • Qələmini bir silah kimi deyil, bir qaşıq kimi tut yoxsa aç qalarsan. Deyirdi bir kitabında. (Arif Nihat Asya)
  • Quranın iki istiqaməti vardır: Onun əlində olan istiqaməti, bizim əlimizdə olan istiqaməti. (Əbdülqədir Geylani)
  • Qurandan, haqqında mübahisə edərək yox, içindəkilərə əməl edərək faydalanın. (Əbdülqədir Geylani)
  • Qulun ürəyi Rəbbinə çatanda Rəbbi onu heç kimə möhtac etməz. (Əbdülqədir Geylani)
  • Qəlb sirrə, sirr də Haqqa etimad edərək sakitlik tapar. (Əbdülqədir Geylani)
  • Qəbirləri ziyarət edin. Saleh kəsləri də ziyarət edin. Xeyirli işlər qurun. Belə etsəniz, hər şeyiniz düzələr. (Əbdülqədir Geylani)
  • Qardaşının sənə etdiyi nəsihəti qəbul et. Ona müxalif çıxma. Çünki o, sənin özündə görə bilmədiyin şeyləri görər. Bunun üçün Rəsulu əkrəm: "Mömin, möminin aynasıdır" buyurmuşdur. Mömin, din qardaşına etmiş olduğu nəsihətlərdə səmimidir. Onun görə bilmədiyi şeyləri bildirər. Ona, yaxşılıqlar və pisliklər arasındakı fərqi göstərər. Ona, lehində və ya əleyhində olan şeyləri izah edər. (Əbdülqədir Geylani)
  • Qəlb saleh olanda daimi zikr əldə edilər və qəlbin hər tərəfinə Haqqın zikri yazılar. Belə bir qəlbin sahibinin gözləri yata bilər, amma ürəyi Rəbbini zikr edər. (Əbdülqədir Geylani)
  • Qəlb dünya arzularından birinə bağlı qaldığı və keçici ləzzətlərdən birinin arxasına ilişib getdiyi müddətcə, mümkün deyil, axirəti sevə bilməz. (Əbdülqədir Geylani)
  • Qulun Allahu təalanı sevməsində səmimi olub olmadığı, başına bəla və müsibət gəldiyi zaman ortaya çıxar. Bəla və müsibət gəldiyində səbir və sakitlik halını mühafizə edə bilirsə, o həqiqətən Allahu təalanı sevir deməkdir. Müsibət və kasıblıq zamanında stabillik göstərə bilmək bu sevgiyə sübut və əlamət edildi. Biri Hz. Məhəmmədə; "Mən səni sevirəm" dəyəndə; "Kasıblıq üçün bir paltar hazırla" buyurdu. Bir başqası gəlib Hz. Məhəmmədə; "Mən Allahu təalanı sevirəm" dəyəndə; "Bəla üçün paltar hazırla" buyurdu. (Əbdülqədir Geylani)
  • Qumar borcu olmayan 11 millət vəkili axtarıram. (Bülənt Əcəvit)
  • Qadın istənilən milyarder kişini milyonçu edə bilər. (Çarli Çaplin)
  • Qulaq asıb sən susa- susa müdrikləşirsən. Müdrikliyin başlanğıcı susmaqdır. (Pifaqor)
  • Qoy sənin yeganə Allahın - Vicdanın olsun. (Pifaqor)
  • Qılıncla ölkə tutmaq asandır, qələmsiz onu əldə saxlamaq çətindir. (Balasaqunlu Yusif)
  • Qabiliyyət başqalarının vura bilmədiyi hədəfi vuran nişançı kimidir; dahi isə başqalarının görə bilmədiyi bir hədəfi vuran bir nişançı. (Artur Şopenhauer)
  • Qəlbim öz nəğmələrinin coşan dalğaları ilə günəşli günün bu yaşıl aləmini oxşamağa can atır. (Rabindranat Taqor)
  • Qəlbim tutqun bir sükut içində mətbəx çəyirtkəsinin cırıltısını eşidir. Bu səsin boz alatoranlığıdır. (Rabindranat Taqor)
  • Qüdrətli olmaq zəifi öz səviyyənə qaldıra bilməkdir. (Rabindranat Taqor)
  • Qoşununu yedirmək istəməyən xalq az keçməz ki, yadları yedirməyə məcbur olar. (Napoleon Bonapart)
  • Qəlbi qırdıqdan sonra gələn üzr, doyandan sonra süfrəyə gələn duz kimidir; "ehtiyac" qalmaz. (Pablo Neruda)
  • Qəddafidən aforizmlər. (Müəmmər əl-Qəzzafi)
  • Qadın cinsindən asılı olmayaraq, seçkilərdə səsvermə hüququna malikdir. (Müəmmər əl-Qəzzafi)
  • Qadının gözəl gözləri yaşla dolanda kişi görmə qabiliyyətini itirir. (Alber Turnye)
  • Quyuya salsan da yaxşılığı, bil 
    Yenə qayıdacaq, o itən deyil. (Nizami Gəncəvi)
  • Qüvvət elmdədir, başqa cür heç kəs 
    Heç kəsə üstünlük eyləyə bilməz. (Nizami Gəncəvi)
  • Qardaşın qanını alma qardaşdan 
    Tamam ayrışeydir çünki südlə qan. (Nizami Gəncəvi)
  • Qüvvət elmdədir, başqa cür heç kəs,
    Heç kəsə üstünlük eyləyə bilməz.
    Hər uca rütbədən biliniz, fəqət,
    Alimin rütbəsi ucadır əlbət. (Nizami Gəncəvi)
  • Qanunlar dövlətlərin hökmdarlarıdır. (Alkimdamant)
  • Qısa və aydın yazmaq səmimi və xeyirxah olmaq qədər çətindir. (Uilyam Sommerset Moem)
  • Qadın hökmranlıq edir, amma idarə etmir. (D.Jirarden)
  • Qürur qışqıran yerdə məhəbbət susur. (F.Jerfo)
  • Quru yolunda seyr edən avtomobillərin işıqlarını görə bilirəm. Sonu gəlməyən bir işıq axışı. Bu qədər insan. Nə edərlər ? Nə düşünürlər ? Hamımız öləcəyik, hamımız, nə sirk! Bunu bilmək bir-birimizi daha çox sevməmiz üçün yetərli bir səbəb olmalı, amma deyil. Son dərəcə əhəmiyyətsiz şeylər bizi dəhşətə sürüyüb dümdüz edir, udur. (Çarlz Bukovski)
  • Qumar oynamasan əsla qazana bilməzsən. (Çarlz Bukovski)
  • Qadınımı borca al, amma avtomobilmi əsla. (Çarlz Bukovski)
  • Qadın olsam həyat qadını olardım. (Çarlz Bukovski)
  • Qocalar müharibəni elan edir, ölməyə isə cavanlar gedir. (Gerbert Quver)
  • Qiyamət günü, yalnız dünyada Allahdan qorxan kimsə rahat ola bilər. (İmam Hüseyn)
  • Qul olaraq yaşamaqdansa azadlıq döyüşçüsü olaraq ölmək daha yaxşıdır. (Yılmaz Güney)
  • Qəbirdəkilərin peşman olduqları şeylər üçün, dünyadakılar bir-birlərini yeyirlər! (İohann Volfqanq Göte)
  • Qardaşlarımı tanrı yaratdı, amma dostlarımı mən tapdım. (İohann Volfqanq Göte)
  • Qabiliyyət, sükunət içində ortaya çıxır. Xarakter isə dünyanın fırtınaları içində. (İohann Volfqanq Göte)
  • Qəlb nə ilə doluysa, dodaqlardan süzülüb gələn də odur. (İohann Volfqanq Göte)
  • Qanun güclüdür, ehtiyacsa ondan da güclü. (İohann Volfqanq Göte)
  • Qəlb bədbəxtliyi bəlkə də
    gizlədə bilər, amma xoşbəxtliyi gizlədə bilmir. (İohann Volfqanq Göte)
  • Qorxaq, təhlükə olmayan anlarda yumruğunu yellər. (İohann Volfqanq Göte)
  • Qəbul eləyirəm! Ən böyük səhvim, üzümə gülən hər kəsi özüm kimi bilmişəm. (Paulo Koelyo)
  • Qarşınızda seçim var: ya siz ağlınıza sahib çıxırsınız, yaxud da o, sizə hakim olur. İkinci variantla artıq yaşamısınız: siz qorxuların, nevrozların, qətiyyətsizliyin sizi ələ keçirməsinə icazə verirsiniz, çünki insanlar özlərini məhv etməyə meyllidirlər. (Paulo Koelyo)
  • Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də. Kişi isə sevişmək üçün hər şeyi fəda etməyə hazırdır; sevməyə belə! (Paulo Koelyo)
  • Qadın psixologiyası üzərində 35 il oxumama baxmayaraq, bir suala cavab tapa bilmədim: 'Bu qadınlar həqiqətən nə istəyir?' (Paulo Koelyo)
  • Qəhrəmanlıqla ölmək insana əbədi həyat qazandırır. (Cordano Bruno)
  • Qoy başqaları bir-birinə təmbəllikdən öyrəşsin, etinasızlıqdan bağışlasın. (Jorj Sand)
  • Qadın özündən aşağı zənn etdiyi kişini sevə bilməz. (Jorj Sand)
  • Qaranlığı günahlandırmaqdansa, bir şam yandır. (Konfutsi)
  • Qışqıranın səsi pis eşidilər. (Konfutsi)
  • Qəlbən gələn hər bir istəyin həqiqət tapması mütləqdir. Əgər hər hansı bir şeyi istədiyimiz halda əldə edə bilmiriksə, deməli, istəmirik. Çünki istəsəydik, əldə edərdik. (Rövşən Abdullaoğlu)
  • Qəlb o zaman geniş olur ki, orada hər yetənə yer olmasın. (Əbu Turxan)
  • Qarının toxluğu müvəqqəti, gözün toxluğu daimidir. (Əbu Turxan)
  • Qadınlar oxşarlığı eyniyyət kimi qəbul etməyə daha çox meyllidirlər. Oxşar fikirlərin əslində nə qədər fərqli olduğunu aşkara çıxarmaq – kişi təfəkkürü üçün səciyyəvidir. (Əbu Turxan)
  • Qüdrət əqllə ruhun ittifaqındadır; ayrılıqda əql ağıla, ruh – ehtirasa çevrilir. (Əbu Turxan)
  • Qəlblərə hakim olanın mala-mülkə zatən ehtiyacı yoxdur. (Əbu Turxan)
  • Qaranlıqların bətnində böyük güc potensialı var və o özünü ancaq işıqla təmasda biruzə verir. (Əbu Turxan)
  • Qaranlığı qınamaq olmaz; o, işıqsızlıqdan xəcalət çəkdiyi üçün üzü qaradır. (Əbu Turxan)
  • Qaranlığa uyğunlaşan göz zəif işıqda da görür. (Əbu Turxan)
  • Qaranlıq quru ağac kimidir, qığılcım ancaq onun hesabına oda çevrilir. (Əbu Turxan)
  • Qadının qurduğu tələlər kişinin tələlərindən daha uzun müddətə hesablanmış olur. (Əbu Turxan)
  • Qərbdə ideya binanın ümumi strukturunu əks etdirir, Şərqdə isə hər kərpicin öz ideyası vardır. (Əbu Turxan)
  • Qütblər zirvədə birləşir. (Əbu Turxan)
  • Qaydaların fövqünə qalxmaq mümkün olmasaydı, dahilər və qəhrəmanlar yetişə bilməzdi. (Əbu Turxan)
  • Qəlbi nurlandıran sevgi, beyni nurlandıran sezgidir. (Əbu Turxan)
  • Qadının əvvəlcə ürəyi gedir, dalınca da ağlı başından çıxır. (Əbu Turxan)
  • Qadının ağlı ürəyinin yedəyində olur. (Əbu Turxan)
  • Qarşılıqlı olmayan məhəbbətlər çox olur, qarşılıqlı olmayan dostluq isə yoxdur. (Əbu Turxan)
  • Qarşılıqsız eşq alovlanmaz. Alovlansa da, sevənin ancaq özünü yandırar. (Əbu Turxan)
  • Qadın üçün keçmişin xatirələri və gələcək haqqında xəyallar önəmlidir; amma onu hərəkətə gətirən bu günün duyğularıdır. (Əbu Turxan)
  • Qadın ictimailəşəndə ailə dağılır. (Əbu Turxan)
  • Qadın qəlbinə aparan yolların ən miskini yazıqlıqdır. Qadın qəlbində yerləşə bilmək üçün öz Mənlərini istənilən qədər kiçiltməyə hazır olan kişilər qadının məhəbbət deyil, mərhəmət telinə toxunduqlarının fərqində olmurlar. (Əbu Turxan)
  • Qəlbdə məhəbbət işığı yananda qaranlıqlar əriyir. (Əbu Turxan)
  • Qaranlıqda yeganə işıq mənbəyi olmaq qürur verir, daha güclü işığın içərisinə düşmək – sevinc. (Əbu Turxan)
  • Qəlbin pünhanları ancaq eşq işığında görünür. (Əbu Turxan)
  • Qədim fəlsəfələr bu gün də elmin yoluna çıraq tutmaqda davam edir. (Əbu Turxan)
  • Qarşılıqsız eşq səhrada yolunu azanın ilğımda təskinlik tapmasına bənzəyir. (Əbu Turxan)
  • Qısqanclıq özünə aid olanı itirmək qorxusudur. (Əbu Turxan)
  • Qaranlıq işığın yoxluğundan, kölgə işığın çoxluğundan törəyir. (Əbu Turxan)
  • Qanun hamı üçün eynidir; ləyaqət isə hər bir insanın özü üçün könüllü qoyduğu əlavə qadağalarla müəyyənləşir. (Əbu Turxan)
  • Qərb dünyanı dəyişib özünə uyğunlaşdırmaq, Şərq özünü dəyişib dünyaya uyğunlaşmaq yolunu seçmişdir. (Əbu Turxan)
  • Qiymət - ödədiyiniz; dəyər - isə əldə etdiyinizdir. (Uorren Baffett)
  • Qocaların məsləhətləri qış günəşi kimidir: işıqlandırır, amma isitmir. (Vovenarq)
  • Qeyri-adi istedadın qeyri-adi zövqü olur. Bir müəllif digərini heç də həmişə paxıllıqdan kiçiltmir. (Vovenarq)
  • Qalib gələcəkmi cahanda kamal?! (Səməd Vurğun)
  • Qulaq as, gör anan nə öyüd verir; 
    Şərəflə, vüqarla yaşayın ancaq. (Səməd Vurğun)
  • Qadının ləyaqətinin ölçüsü sevdiyi kişi ola bilər. (Vissarion Belinski)
  • Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir. (Maksim Qorki)
  • Qadın sevəndə hamıdan zəif, seviləndə hamıdan güclü olur. (Erix Osterfeld)
  • Qüds Müsəlmanlarındır. Müsəlmanlar Əl-Əqsa məscidində namaz qılacaqlar. (Əhməd Davudoğlu)
  • Qorxunun Qaynağı Gələcəkdə Yatar. Kim Gələcəkdən Xilas Olmuşsa, Qorxacaq Heç Bir Şeyi Yoxdur. (Milan Kundera)
  • Qadın Kişi Bərabərliyi Heç bir Zaman Təmin Edilə Bilməz. Çünki Tərk Edilən Bir Qadının Canı, Kişidən Daha Çox Ağrıyar. (Milan Kundera)
  • Qadınlar qorxaqdır. Çünki uzun müddət yarı qul olaraq yaşamışlar. (Doris Lessinq)
  • Qadın məhəbbətində mütləq analıq cizgiləri üzə çıxır. (Fridrix Nitsşe)
  • Qapımızdan hər kəsin çıxdıgı zaman, həmən qapını döyüb içəri keçmək istəyən insan – bizim əsil dostumuzdur. (E.Jounz)
  • Qayıq iki avarın eyni anda hərəkət etməsi ilə üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə, dalğalar qayığı aşırar. Evlilik də qayıq kimidir. (E.Levi)
  • Qısqanclıq deyil ki bu. Mənim olanı başqasıyla paylaşa bilmərəm. Bu qədər. (Yılmaz Ərdoğan)
  • Qətilik - siyasətin dili deyil. (Benjamin Dizraeli)
  • Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;
    Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
    O mənim millətimin ulduzudur, parlayacaq;
    O mənimdir, o mənim millətimindir ancaq. (Mehmet Akif Ərsoy)
  • Quran heç bir şeyə bənzəməz. Onun içində elə kəlmə və məfhumlar vardır ki, türk dilində qarşılığı yoxdur. Elə ayətlər vardır ki, müxtəlif mənalara gəlir. Bu baxımdan Quranın əslini türk dilinə tərcümə etmək çox çətin bir işdir. (Mehmet Akif Ərsoy)
  • Qadın bilməyənə nəfs, bilənə nəfəsdir. (Şəms Təbrizi)
  • Qapımıza deyil, qəlbimizə vuran buyursun! (Şəms Təbrizi)
  • Qarı düşmən dost olmaz. (Dədə Qorqud)
  • Qadın müğənnilərin və aktrisaların bir-birlərinə hörmət etdiklərini görəndə çox qürurlanıram, çünki onların qüvvətli olduqlarını düşünürəm. (Emi Li)
  • Qəzetlər yalnız gerçəkləri yazacaq olsadılar siqaret kağızının ölçüsünə enərdilər. (Alfons Alle)
  • Qəhvə içilmədiyi zaman insanı yatırdan bir-bir içəcəkdir. (Alfons Alle)
  • Qadınlar sıravi kişilərdən xoşlanar və kişilər də sıravi olmaq üçün əllərindən gələni edərlər. (Madonna)
  • Lazım olanı bilmək çox bilməkdən daha vacibdir. (Jan Jak Russo)
  • Lütfən dairələrimi pozmayın. (Arximed)
  • Lakin səbrin də bir dərəcəsi vardır. (Məmməd Səid Ordubadi)
  • Lok yalnız indi anladı: səndən çəkinən və diqqətlə qulaq asan adamlarla danışmaq çox asandır; dediyin sözlər görüntüsüz də olsa, olar. (Uilyam Qoldinq)
  • Laqeydlikdən irəli gələn tolerantlıq fəzilət deyil. (Əmin ər-Reyhani)
  • Ləzzətlə yemədiyin yemək usandırıcı olduğu kimi, ehtirasla məşğul olmadığın elm də hafizəni korlayır: o, udduğunu mənimsəmək iqtidarında olmur. (Leonardo da Vinçi)
  • Ləyaqətlilərin qanunu - yaxşılıq edib və savaşmamaqdı. (Lao-tszı)
  • Lovğa və inadkar adam hər şeyi öz bildiyi kimi edir, heç kəsin məsləhətinə qulaq asmır və tezliklə öz səhvinin qurbanı olur. (Ezop)
  • Lazım olan bir sənəti axtar sən
    Veyil-veyil dolanmaq çox yamandır.
    Lazım olan bir sənəti tapdınmı
    Möhkəm yapış, əldən vermə, amandır. (Əbdürrəhman Cami)
  • Liviyalılar Danimarkanı tanımır. Ona görə də Danimarkaya nifrət edə bilməzlər. Onlar İtaliyanı tanıyırlar və İtaliyaya nifrət edirlər. (Müəmmər əl-Qəzzafi)
  • Ləyaqət nədir? Hamının sənin xoşxasiyyət, tərbiyəli, ətrafındakılara sevgiylə dolu olduğunu düşünməsinə can atma? (Paulo Koelyo)
  • Ləyaqətli adamla danışmamaq adamı, ləyaqətsiz adamla danışmaq isə sözləri itirməkdir. (Konfutsi)
  • Ləyaqətsiz adamdan dost olmaz. (Əbu Turxan)
  • Ləyaqətli adamlar – yaxşılığı, 
    naqislər isə – pisliyi unutmurlar. (Əbu Turxan)
  • Ləyaqətsiz adamı təhqir etmək mümkün deyil. (Əbu Turxan)
  • Ləyaqəti satmaqla varlanmaq olmaz. (Vovenarq)
 

Bugün 1 ziyaretçi (19 klik) kişi burdaydı!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=