Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - U ilə başlayan aforizmlər


  • Ulduzlara toxuna bilməzsiniz, amma qaranlıq gecələrdə onlar sizə yol göstərər. (Əhməd Şərif İzgörən)
  • Unutma, heç kim unudulmayacaq qədər sonsuz və sonsuzadək seviləcək qədər dəyərli deyil əslində. (Adam Faver)
  • Uşaqları sevən həyatı da sevər. (Fyodor Dostoyevski)
  • Uşaq, dünyanın ən böyük səadətidir. (Fyodor Dostoyevski)
  • Unutma; Ciddi qəbul et, amma qapılma. Lağ et, amma qırma. Sahib ol bu həyatda, əsla aid olma! (Pol Oster)
  • Uğur qazanıb sevinmək üçün öncə bir çox məhrumiyyətlərə dözmək lazımdır. (Con Milton)
  • Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq. (Jan Jak Russo)
  • Unutma ki dünya fani, verən Allah alar canı. (Barış Manço)
  • Uğurlu oyuna vaxtında son qoymaq mahir oyunçuların əsas qaydasıdır. (Baltazar Qrasian)
  • Uşaqlarına susmağı öyrət, danışmağı onlar özü də öyrənə bilər. (Bencamin Franklin)
  • Uzaqdan cəsur olmaq asandır. (Demosfen)
  • Uşaqlarınıza ən dəyərli töhfəniz ağıldır, qalanını özləri də əldə eləyə bilərlər. (İmmanuel Kant)
  • Unutmayın! Biri bunu bilənə qədər bir yaxşı və normal bir ailəyik. (Homer Simpson)
  • Uzun bir ömür yaşayıbdır və çox şey bilir, qadındır deyə, az ehtimal olunan şeyləri hiss eləyirdi. (Uilyam Qoldinq)
  • Unutma; "Onu artıq unutdum" demək, bir dəfə də xatırlamaqdır əslində. (Can Yücəl)
  • Uğrunda fədakarlıq etməyəcəyin sevgini, ürəyində daşıyıb da özünə yük etmə! (Can Yücəl)
  • Uğruna bir şeylərdən imtina edəcəyin insanı tapmaq asan, amma heç bir şeydən imtina etmək məcburiyyətində qalmayacağın insanı tapmaqdır əsas məsələ. (Can Yücəl)
  • Uşaqlığımda mənim üçün üç şey varıydı. Riyaziyyat, tarix və siyasət. Amma riyaziyyat onsuz da hamısını izah edən şey idi. (Cahid Arf)
  • Uşağın biri bir gün başını islatmadan yumağa başlamış. Anası da "oğulum heç saç isladılmadan şampunlanarmı?" dəyincə uşaq: amma ana bu şampunda quru saçlar üçün yazır. (Cem Yılmaz)
  • Uşaq vaxtı dostlarımla oynadığım dövrlərə getmək istərdim, ancaq zaman həmin zaman deyil artıq. (Tupak Şakur)
  • Ucadan danışmaq lazımdır ki, səni eşitsinlər, astadan danışmaq lazımdır ki, sənə qulaq assınlar. (Pol Klodel)
  • Uşaqlarınıza dərs vermək istəyirsinizsə, özünüzü nümunə göstərin. Amma sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün. (Corc Bernard Şou)
  • Uşağını itirən bir ana üçün hər gün ilk gündür; bu iztirab qocalmaz. (Viktor Hüqo)
  • Utanmazlıq bəzən ayıbı gizlədir. (Viktor Hüqo)
  • Uğurun iki səbəbi var: səbir və ümid. (Aleksandr Düma)
  • Uşağın xoşbəxt olduğu doğrudur amma bu xoşbəxtliyi çox sonra anlayacağı üçün, olsa da birdir olmasa da. (Aleksandr Düma)
  • Uşaq deyiləm artıq, böyüdüm. Biraz yorğun, biraz inciyəm yenə də. Yetər artıq! Gedən yolunu, qalan yerini bilsin sadəcə. (Sunay Akın)
  • Ulduzların hərəkətlərini hesablaya bilərəm amma insanların dəliliklərini yox. (İsaak Nyuton)
  • Uğruna döyüşəcək bir şeylər tapana qədər, bir şeylərə qarşı döyüşməyi seçərsən. (Çak Palanik)
  • Uşağın sevmədiyi adamın uşağı cəzalandırmağa haqqı yoxdur. (Con Lokk)
  • Unutmayın ki, dünyanın sizə heç bir borcu yoxdur, çünki o sizdən əvvəl mövcuddur. (R.Stil)
  • Uzun müddət hökm sürmək istəyirsənsə, səbirli ol. (Samuel Conson)
  • Uğura nail olmaq üçün fərqli-fərqli insanlar ilə aktiv ünsiyyət saxlamaqdan ötrü çoxlu boş vaxtın olmalıdır. (Corc Soros)
  • Uşaqkən hər axsam yatmadan əvvəl Tanrıya mənə bir velosiped verməsi üçün dua edərdim. Bir gün Tanrının çalısma tərzinin bu olmadıgını anladım. Səhərisi gün getdim özümə yeni bir velosiped oğurladım və hər axsam yatmadan əvvəl Tanrıya günahlarımı bağışlaması üçün dua etdim. (Al Kaponi)
  • Uşaqdakı utanma halı ondakı ağıl nurunun əlamətidir. (Əbu Hamid əl-Qəzali)
  • Uşaqlarla, qadınlarla və xalqla fikrini bölüşmə. (Pifaqor)
  • Uşaqlarınızın göz yaşını qoruyun ki, qəbrinizin üstündə axıtmağa göz yaşı qalsın. (Pifaqor)
  • Utanmağı öyrətmək mümkün deyil, onunla doğulmaq gərəkdir. (Publiliy Sir)
  • Uğur-məşhur insanları yaradır. (Napoleon Bonapart)
  • Uzun müddət danışıb da dinləyicilərinə yaltaqlanmayan adam, məmnunsuzluq oyandırar. (İohann Volfqanq Göte)
  • Uşaqkən; hər şeyin sahibi olmaq üçün böyümək istəyirdik. Böyüdük; indi hər şeydən uzaq olmaq üçün həmişə uşaq qalmaq istəyirik. (Paulo Koelyo)
  • Unutma ki, insanlar sənin istədiyin qədər həyatındadırlar. Görməməzlikdən gəldiyin qədər dürüst və onları istəmədiyin qədər axmaqdırlar. (Paulo Koelyo)
  • Unutmaq mümkün olmasaydı, həyat işgəncəyə çevrilərdi. (Konfutsi)
  • Uzaq planları olmayan insanı yaxında fəlakətlər gözləyir. (Konfutsi)
  • Uğursuzluğun ən geniş yayılmış səbəblərindən biri ilk uğursuzluqda işdən imtina etməkdir. Hər birimiz, bircə dəfə də olsa, bu səhvi etmişik. (Rövşən Abdullaoğlu)
  • Uşaqlar yeriməyi yıxıla-yıxıla öyrəndiyi kimi, adamlar da həqiqətin yolunu yanıla-yanıla tapırlar. (Əbu Turxan)
  • Uca dağların yamacları da təpələrin zirvəsindən yüksəkdə durur. (Əbu Turxan)
  • Uzun yazmaq üçün – yazmağa çox vaxt sərf edilir, qısa yazmaq üçün – düşünməyə. (Əbu Turxan)
  • Uçmaq üçün yarananları sürünməyə, sürünmək üçün yarananları uçmağa təhrik etmək günahdır. (Əbu Turxan)
  • Uça bilməyənlər üçün dünyanın başlanğıcı da, sonu da (bir) yerdədir. (Əbu Turxan)
  • Uca sarayların qapısı heç də göründüyü kimi uca olmur. Onlardan ancaq əyilərək keçmək mümkündür. (Əbu Turxan)
  • Uşağın ağlaması ilə gülüşü arasında məsafə çox kiçikdir. İnsan böyüdükcə bu məsafə də böyüyür və birindən o birinə keçid çətinləşir. (Əbu Turxan)
  • Uşaq oyunlarını sevirəm; vedrədəki balığı ovlamağı sevirəm, ancaq vedrədəki su boşaldıqdan sonra. (Uorren Baffett)
  • Uşaqlara öyüd-nəsihət yox, nümunələr lazımdır. (Jozef Juber)
  • Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə. (Səməd Vurğun)
  • Uşaq öz məhəbbətini yalnız o adama bağlayır ki,o adam öz məhəbbətini uşağa işlə sübut edir. (Vissarion Belinski)
  • Unudarsan məni demisən, bu mənə qeyri-mümkün gəlir. Çünki unutmam üçün əvvəl səni xatırlamalıyam. (Camal Sürəya)
  • Uşaq olsam yenidən.. Bir tək düşdüyüm üçün ağrısa içim, və ürəyim; Çox qaçdığım vaxt döyünsə sadəcə. (Camal Sürəya)
  • Uzaq yerin xəbərini karvan gətirər. (Mahmud Qaşğari)
  • Uzunmüddətli dərin iztirablar insanı tirana çevirir (Fridrix Nitsşe)
  • Uçuruma uzun müddət baxsan, o uçurum sənin içindən baxar. (Fridrix Nitsşe)
  • Uğurun sirri səbirli olmaqdır. (Benjamin Dizraeli)
  • Uşaqlara və heyvanlara yazığı gəlməyən bir insana yas tutulmaz. (Karl Hilti)
 

Bugün 1 ziyaretçi (28 klik) kişi burdaydı!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=