Şah İsmayıl Xətai
     İletişim
     Nadir şah Əfşar
     Azərbaycan dili
     English
     Ümumi tarix
     Anketler
     Anka Memedov
     Galeri
     Ziyaretçi defteri
     Anka Memedov xəbərləri Nadir şah Əfşar haqqında
     Link listesi
     Saklı sayfalar
     Forum
     Top liste
     Anarinformasiya
     Azərbaycan tarixi
     Coğrafiya
     Riyazi düsturlar
     Biologiya
     Fizika
     Kimya
     Aforizmlər(a)
     Aforizmlər (B)
     Aforizmlər (C)
     Ç ilə başlayan aforizmlər
     D ilə başlayan aforizmlər
     E ilə başlayan aforizmlər
     Ə ilə başlayan aforizmlər
     F və G ilə başlayan aforizmlər
     Ğ və H ilə başlayan aforizmlər
     X ilə başlayan aforizmlər
     İ və I ilə başlayan aforizmlər
     J və K ilə başlayan aforizmlər
     Q və L ilə başlayan aforizmlər
     M ilə başlayan aforizmlər
     N və O ilə başlayan aforizmlər
     Ö ilə başlayan aforizmlər
     P ilə başlayan aforizmlər
     R ilə başlayan aforizmlər
     S ilə başlayan aforizmlər
     aforizmlər Ş
     Aforizmlər T
     U ilə başlayan aforizmlər
     Aforizmlər Ü
     Aforizmlər V
     Aforizmlər Y
     Aforizmlər Z
     Salatın Əsgərova
     6-ci sinif online sinaq imtahani
     Buraxılış sınaq imtahanı. IX SİNİF.Azərbaycan dili
     Buraxılış sınaq imtahanı 9-cu sinif "Zəfər" kursları riyaziyyat.
     Yeni sayfanın başlığı
     Musiqi testləri
     Gözəl status
     2-ci qrup(Azərbaycan tarixi və Riyaziyyatın 1-ci hissəsi)



anka memedov - X ilə başlayan aforizmlər


  • Xatirə görüşün bir növüdür. (Cübran)
  • Xoşbəxt olmanın ən zəmanətli yolu bir başqasını xoşbəxt etməkdir. (Oldos Haksli)
  • Xəyal etdikləriniz sadəcə sizin xəyallarınız deyil; bütün dünya da sizin xəyal etdiklərinizi xəyal edər. (Nüaymə)
  • Xoşbəxt son deyə bir şey yoxdur. Çünki bir şeydə son varsa orada xoşbəxtlik yoxdur (Fyodor Dostoyevski)
  • Xoşbəxtlik xoşbəxtliyin özündə deyil, onu qazanmaqdadır. (Fyodor Dostoyevski)
  • Xəyallarının ardınca qaç, bir gün mütləq yorulacaqlar! (Pol Oster)
  • Xoşbəxt adamlar üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də əzablı ömür qədər uzundur. (Lukian)
  • Xeyirxah olmaq çətindir. (Pittak)
  • XX əsrin ilk yarısını Türkiyə təyin etdi; XXI əsrin də ilk yarısını Türkiyənin gedişatı təyin edəcək. (Bill Klinton)
  • Xoşbəxtliyin gözü kordur; yalnızlıq isə kar. Ona görədir biri büdrəyərək yeriyir, o biri yuxusunda da qışqırır. (Özdəmir Asaf)
  • Xatirə bağçalarında üşümək isti idi. (Özdəmir Asaf)
  • Xatırlamaq üçün bir yaddaşımız varkən, unutmaq üçün əlimizdə heç bir şeyin olmaması; Həyatın bizə etdiyi ən böyük kələyidir. (Murathan Mungan)
  • Xarakter ağac isə, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük halbuki gerçək olan ağacın özüdür. (Avraam Linkoln)
  • Xidmətçi olmağı istəmədiyim kimi, xidmətçi istifadə etməyi də sevmirəm; mənim demokratiya anlayışım budur. (Avraam Linkoln)
  • Xoşbəxtkən görməməzlikdən gəldiyin şeylər bədbəxtkən ürəyini qırar. Çünki unutma, İnsan səhvlərini xoşbəxtkən yox, bədbəxtkən anlar. (Anton Çexov)
  • Xeyirxahlıq fəaliyyətdə olan gözəllikdir. (Jan Jak Russo)
  • Xoşbəxtlik hər zaman arzudur - bədbəxtlik isə həmişə realdır. (Volter)
  • Xəyal insan yaradıcılığının müqəddiməsi, yaradıcı aktın başlanğıcıdır. (Mejelaytis)
  • Xoşbəxt adamın bədbəxtə ağıl verməsindən asan nə ola bilər. (Esxil)
  • Xoşbəxtlik ən azı bir dəfə hər qapını döyür. (Uilyam Hezlitt)
  • Xalqın özünə başçı seçə biləcəyi bir respublikanı götürsək pul, reklam və buna bənzər vasitələrlə dövlətin başında təlxəyi də oturtmaq olar. (Adolf Hitler)
  • Xəyal qanadlarında uçan elm möcüzələr yaratmağa qadirdir. (Faradey)
  • Xoşbəxt öz evində xoşbəxt olandır. (Lev Tolstoy)
  • Xəyalda elə tərəf var ki, o, gerçəklikdən yaxşıdır; gerçəklikdə elə tərəf var ki, xəyaldan yaxşıdır. Tam xoşbəxtlik bunların ikisinin bir araya gətirilməsidir. (Lev Tolstoy)
  • Xoşbəxtlik peşmanlığa gətirməyən həzzdir. (Lev Tolstoy)
  • Xeyirxahlıq təbiidir, bədxahlıq isə sonradan özünə yer tapıb. (Lev Tolstoy)
  • Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır. (Lev Tolstoy)
  • Xəbərdarlıq yolu ilə təhsil həm çox əmək istər həm də az işə yarayar. (Platon)
  • Xeyirxah adamda paxıllıq hissi ola bilməz. (Platon)
  • Xətt uzanıb sularda o tərəfə – uzaqlara gedirdi. Tuami yelkənin böyründən qabağa baxdı ki, görsün xəttin o biri qurtaracağında nə var, amma suyun parıltısı gözünü qamaşdırdı və o, qaranlıq xəttin sonu olub-olmadığını görə bilmədi. (Uilyam Qoldinq)
  • Xatirə yazmaq, ölümün əlindən bir şey qurtarmaqdır. (Andre Jid)
  • Xam düşüncələri ancaq ağıl bişirər. (Əbülqasım Firdovsi)
  • Xalq, həyatın özüdür. (Əhməd Hamdi Tanpınar)
  • Xalqı fəlsəfəsiz qoymaq məbədi kahinsiz qoymaq kimi bir şeydir. (Alber Kamyu)
  • Xeyiri azaltmayın, kiçiltməyin, çünki onun kiçiyi də böyükdür, azı da çoxdur. (Əli bin Əbu Talib)
  • Xainlərə vəfa etmək Allaha xəyanətdir. (Əli bin Əbu Talib)
  • Xoşbəxtlik qapısını bağladığında, bir başqası açılar, amma biz bağlanan qapıya o qədər baxırıq ki, açılmış olan yeni qapını görmürük. (Qabriel Qarsia Markes)
  • Xoşlandığınız şeyi əldə etməyə baxın, yoxsa əldə etdiyinizdən xoşlanmağa çətinlik çəkə bilərsiniz. (Corc Bernard Şou)
  • Xalqın rəhbərliyə qatılmasında əhəmiyyətli bir vasitə olan münsif sistemi, eyni zamanda xalqın necə yaxşı idarə olunacağını vətəndaşlara öyrədər. (Aleksis de Tokvil)
  • Xalq, xatırladıqlarımız qədər unutduqlarımızla meydana gələr. (Ernest Renan)
  • Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir. (Mühəmməd peyğəmbər (SƏS))
  • Xalqa möhtac olmayın və ondan bir diş çöpü belə istəməyin. (Mühəmməd peyğəmbər (SƏS))
  • Xəyal elmdən daha əhəmiyyətlidir, çünki elm məhduddur. (Albert Eynşteyn)
  • Xöşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlan; insanlara ya da əşyalara deyil. (Albert Eynşteyn)
  • Xoşbəxtliyi dadmağın ən yaxşı yolu onu paylaşmaqdır. (Corc Bayron)
  • Xoşbəxtliyin sirri, dünyanın qorxunc, qorxunc bir yer olduğu gerçəyiylə üzləşməkdir. (Bertran Rassel)
  • Xoşbəxtlik hissini yalnız müdriklər keçirə bilər. (Plavt)
  • Xəsis öz sərvətinin ağası deyil, sərvət onun ağasıdır. (Bion)
  • Xalq musiqisinə sırf qoruyuculuq baxımından yanaşanda o, muzey eksponatına çevirir. (Qara Qarayev)
  • Xoşbəxtlik maddi sevinclərdən ibarət olsaydı, çayıra qaçan öküzləri xoşbəxt saymaq lazım idi. (Heraklit)
  • Xalq qanun yolunda öz yaşadığı qala divarları uğrunda vuruşduğu kimi vuruşmalıdır. (Heraklit)
  • Xəlqə ağzın sirrini hərdəm qılır izhar-i söz
    Bu nə sirdir ki olur hər ləhzə yoxdan var söz. (Füzuli)
  • Xoşbəxt adam özünü xoşbəxt hesab edən adamdır. (Fildinq)
  • Xaos məni heyran edir. Əslində mən pulları belə qazanıram: maliyyə bazarlarında baş verən inqilabi tərəqqini dərk etməyə, başa düşməyə çalışıram. (Corc Soros)
  • Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır. (Onore de Balzak)
  • Xudpərəst adama özündən başqa heç kəs fikir vermir. (Ezop)
  • Xoşbəxtlik yaxşı bir sağlamlıq və pis bir yaddaşdan başqa bir şey deyil. (Albert Şveytser)
  • Xoşbəxtlik bizdə olmadığı halda, başqalarına verə biləcəyimiz tək şeydir. (Albert Şveytser)
  • Xəstəlik törədən amilləri sən
    Çalış ki, özündən kənar edəsən
    Uzaq ol dərmandan, acmamış yemə
    Doymamış əlini götür süfrədən. (Əbdürrəhman Cami)
  • Xoşbəxtliyin sirri-insanın "MƏN" dairəsindən çıxa bilmə bacarığındadır. (Georq Vilhelm Fridrix Hegel)
  • Xalis, hüdudsuz zəka elə ilahiyyatın özüdür. (Georq Vilhelm Fridrix Hegel)
  • Xalq gərək daim öz kökünü xatırlasın. (Heydər Əliyev)
  • Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. (Heydər Əliyev)
  • Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür. (Heydər Əliyev)
  • Xalq ayağa qalxanda necə də amansız olur. O, öz yolunda heç nəyə rəhm etmir, heç kəsin kömək çağırışlarını eşitmir, darda olan heç kəsə yardım etmir. (Müəmmər əl-Qəzzafi)
  • Xəyal edərəm. Bəzən ediləcək tək düzgün şeyin bu olduğunu düşünürəm. (Haruki Murakami)
  • Xatirələr səni içindən isidən şeylər olduğu kimi, eyni zamanda, gözlərindən çölə ağladan şeylərdir. (Haruki Murakami)
  • Xəyallarınızı itirdiyiniz an həyatınızın sonu gəlmiş deməkdir. (Mark Tven)
  • Xəsis həmişə ehtiyac içində yaşayır. (Horatsi)
  • Xoşbəxt insanlar; Hər şeyin ən yaxşısına sahib olanlar deyil, Sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir. (Çarlz Bukovski)
  • Xidmətçim belə olsa, səhvlərimi düzəldən əfəndim olar. (İohann Volfqanq Göte)
  • Xəstəlikli bir cəmiyyətə uyğunlaşmaq, sağlam olmaq deyil. (İohann Volfqanq Göte)
  • Xoş göz yaşları olanların halına!. (İohann Volfqanq Göte)
  • Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün. (Helvetsi)
  • Xoşbəxtlik... bacara bilmənin keyfindən, yaradıcı çalışmanın həyəcanından törəyir. (Vinsent van Qoq)
  • Xarakter insanın öz üzərində, istedad isə – başqaları üzərində hakim olmasıdır. (V.O. Klüçevski)
  • Xoşbəxt ola bilmək üçün istədiyimizə nail olmalıyıq, istədiyimizə nail olmaq üçünsə səbirli olmalıyıq. (Henrik İbsen)
  • Xoşbəxtliyə də azadlıq vermək lazımdır. (Əbu Turxan)
  • Xoşbəxtlikdən ikiəlli yapışsan, fürsət düşən kimi səni tərk edəcək. (Əbu Turxan)
  • Xoşbəxtlik indiki gerçəyin keçmişin arzularına uyğun gəlməsidir. (Əbu Turxan)
  • Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur. (Əbu Turxan)
  • Xarakter insanın azadlığı üçün təbii qəfəsdir; hər bir insan ancaq bu qəfəs çərçivəsində yaşaya bilər. (Əbu Turxan)
  • Xəyanət insanın öz öhdəliklərini unutmasıdır. (Əbu Turxan)
  • Xəyanət andın pozulmasıdır. (Əbu Turxan)
  • Xalqın içində olmaq hələ xalqla olmaq deyil. (Əbu Turxan)
  • Xalqı millətə çevirən dövlətçilik şüurudur. (Əbu Turxan)
  • Xarici aləm əqllə, daxili aləm imanla işıqlanır. (Əbu Turxan)
  • Xoşbəxtlik uzun sürməz. Mütləq gündəlikdir. Ölümə məğlub olan, əslində qorxuya məğlub olmuşdur. (Attila İlhan)
  • Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur. (Əbül Fərəc)
  • Xüsusi ümumidən hasil olduğu kimi, Vətənə məhəbbət də bəşəriyyətə məhəbbətdən hasil olmalıdır. (Vissarion Belinski)
  • Xoşbəxt olmağın yolunu, qarşıdakını xoşbəxt etmək sanırdıq. Yanıldıq! Çünki nə qədər xoşbəxt etdiksə, o qədər tək qaldıq. (Camal Sürəya)
  • Xatırlanan Keçmiş, Zamandan Məhrumdur. Bir Eşqi, Bir Kitabı Yeni Başdan Oxucu Ya Da Filmi Təkrar Seyr edər Kimi Yenidən Yaşaya bilməzsiniz. (Milan Kundera)
  • Xoşbəxt olduğumuz üçün gülmərik. Güldüyümüz üçün xoşbəxtdik. (Vilyam Ceyms)
  • Xoşbəxtliyin haqqını göz yaşlarıyla vermək lazımdır. (Edit Piaf)
  • Xoşbəxtmi olmaq istəyirsən? Kimsədən bir şey gözləmə. (Bob Marli)
  • Xeyir, xəyal ilə yoxdur mənim alış-verişim;
    İnan ki, hər nə demişsəm, görüb də söyləmişim.
    Budur cahanda mənim ən bəyəndiyim məslək;
    Sözüm odun kimi olsun, həqiqət olsun tək! (Mehmet Akif Ərsoy)
  • Xoşbəxtliyi daxilində tapmaq çətindir, kənarda isə o sadəcə olaraq yoxdur. (Nikola Şamfor)
 

Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı!

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=